Məhkəmə qərarları › İş №2(103)-19/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-19/2023

25.05.2023 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-19/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı və X9, Cavabdeh2 İddiaçı və X11 qarşı iddia tələbləri üzrə (Açar sözlər: müqavilə öhdəliyinin lazımi qaydada icra edilməməsi, müqavilənin ləğv olunması, müqavilə üzrə ödənilməli pulun ödənilməsi, maddi və mənəvi zərərin əvəzinin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı (cavabdeh) İddiaçı və cavabdeh X5 nümayəndələri və vəkilləri Vəkil3, X5 digər vəkili Vəkil1, İddiaçı iddiası üzrə cavabdeh, öz iddiası üzrə iddiaçı Cavabdeh2, İddiaçı iddiası üzrə cavabdeh, öz iddiası üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, habelə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “müqavilənin pozulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı və X9 qarşı “pulun ödənilməsi”, Cavabdeh2 İddiaçı və X11 qarşı “tikintiyə sərf edilmiş pul vəsaitinin və dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbləri üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsindən İddiaçı və Mohammad Qayedi tərəfindən birgə, MMC və Cavabdeh2 tərəfindən isə ayrıayrılıqda verilmiş apeliyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,066441 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir, həmin sahə üzərində onun mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir, həmin sahə üzərində onun mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

3. İddiaçı 1999-cu ildə X14 ilə nikaha daxil olmuşdur, X23 İslam Respublikasının vətəndaşıdır.

4. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli sərəncamı ilə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,066441 ha və ona bitişik 0,06 ha torpaq sahəsində razılaşdırılmış eskiz-layihə əsasında, öz vəsaiti hesabına fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, evin "xxxx" MMC tərəfindən hazırlanmış eskiz layihəsi Səbail rayon İcra Hakimiyyətinin memarı tərəfindən təsdiq olunmuşdur.

5. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında 07 aprel 2014-cü il tarixdə 12 saylı müqavilə bağlanmış, müqaviləyə görə İddiaçı memarlıq, interyer dizayn, landşaft dizaynı xidmətlərinin göstərilməsini sifariş verib MMC-nə razılaşdırılmış xidmət haqqı ödəməyi, MMC isə İddiaçı müəyyən etdiyi qaydada memarlıq, interyer dizayn, landşaft dizaynı xidmətləri göstərməyi öhdələrinə götürmüşlər.

6. Həmin müqavilənin əlavəsində göstərilmişdir ki, MMC, Bakı şəhəri, Şıxov, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsində 2 mərtəbə, zirzəmi və mansardlı evin memarlığı, interyer və landşaft dizaynı işlərini icraçı olaraq öhdəliyinə götürür. Binanın eskiz və işçi layihəsi hazırlanıb təqdim olunacaq, ayrıca dizayn və memarlığın nəzarəti anlaşmaya daxildir. Anlaşılan məbləğ 150 000 (yüz əlli min) manatdır. Ödəmə faktiki görülən işlərə əsasən qabaqcadan ödənişlə və hər iki tərəfin imzası ilə həyata keçiriləcək. Kiçik arxitektur formaların torpaq sahəsində memarlığı və dizaynı daxildir.

7. Müqavilənin 3-cü bəndinə görə, müqavilədə nəzərdə tutulan memarlıq və dizayn xidməti 3 ay müddətində həyata keçirilməlidir.

8. İddiaçı tərəfindən sözügedən müqavilə üzrə 07 aprel 2014-cü il tarixdə 20 000 manat, xx.xx.2014-cü il tarixdə 20 000 manat, xx.xx.2014-cü il tarixdə 20 000 manat, xx.xx.2015-ci il tarixdə 20 000 manat olmaqla MMC-nə ümumilikdə 80 000 (səksən min) manat ödəniş həyata keçirilmişdir.

9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2005-ci il tarixdə Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

10. Cavabdeh2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktorudur.

11. İddiaçı və Cavabdeh2 arasında Bakı şəhəri, Şıxov qəsəbəsi, ünvan 1 ünvanda yerləşən torpaq sahəsində 2 mərtəbəli, zirzəmili və mansardlı evin tikintisinin həyata keçirilməsi barədə şifahi razılaşma olmuş, həmin işlərin görülməsi üçün yaşayış evinin eskiz, konstruktiv və işçi layihələri, habelə smeta sənədi tərtib edilmişdir.

12. “Sifarişçi” Cavabdeh2 ilə “Podratçı” "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 16-07/15 Ne-li podrat müqaviləsi və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən, “Podratçı” tam təhvil verilmə qiyməti 65 000 avro dəyərində olan 1 ədəd liftin Şıxov qəsəbəsi ərazisində villada quraşdırılması üzrə işlərin görülməsini, “Sifarişçi” isə həmin işləri qəbul etməyi və “Podratçı”ya bu müqavilə ilə razılaşdırılmış 65 000 avro xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür.

13. xx.xx.2015-ci il tarixli 2015-127/A №-li bildirişə əsasən Şıxov qəsəbəsi ərazisində tikilməkdə olan yaşayış evində quraşdırılacaq ümumi dəyəri 65 000 avro olan liftin 19 500 avro məbləğini "xxxx" MMC avans olaraq almışdır.

14. “Sifarişçi” İddiaçı ilə “Podratçı” "xxxx" MMC arasında bağlanmış xx.xx.2015ci il tarixli müqaviləyə görə, podratçı sifarişçinin Bakı şəhəri, Şıxov qəsəbəsində yerləşən villasında verilmiş təkliflərə uyğun razılaşdırılmış məbləğdə və texniki göstəricilərə uyğun vəziyyətdə yerinə yetirməyi öhdəsinə götürmüş, işin ümumi dəyəri 70 725 manat razılaşdırılmışdır.

15. xx.xx.2015-ci il tarixli ödəniş tapşırığına əsasən, Şıxovdakı villa üçün alüminium qapı və pəncərə işlərinə görə verilmiş təklifə əsasən (mal-materialların Türkiyədən alınıb gətirilməsi üçün) ümumi məbləğin 50%-i, yəni 35 000 manat məbləğində avans "xxxx" MMC-yə ödənilmişdir.

16. “Sifarişçi” Cavabdeh2 ilə “Podratçı” “HiDew Havalandırma” şirkəti arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən “Podratçı” müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə müəyyən edilmiş smetaya uyğun olaraq və müqavilədə müəyyən edilmiş müddətə avadanlıqların quraşdırılması üzrə işlərin görülməsini, “Sifarişçi” isə həmin işləri qəbul etməyi və “Podratçıya” müqavilə ilə razılaşdırılmış xidmət haqqının ödənilməsini öhdəsinə götürmüş, vahid quraşdırma işlərinin ümumi qiyməti 25 195 ABŞ dolları razılaşdırılmışdır.

17. Banka edilmiş köçürməyə, otel xərcinə, biletə, su idarəsinə, mühafizəçinin əmək haqqına, əlavə gömrük xərcinə və arendaya görə xərcləri əks etdirən ödəniş cədvəlində “13.860 manat + 3014 avro + işıq pulu 1654 manat + su pulu 2200 manat” qeydi aparılmış, həmin qeydin altında “məndən” yazısı yazılmış, Mohammad Qayedi həmin yazını imzalamışdır.

18. Mohammad Qayedi və Cavabdeh2 tərəfindən imzalanmış digər qrafikdə göstərilmişdir ki, evin tikintisinə, mühafizəsinə və anbara görə nəzərdə tutulmuş 311 004 manatdan xx.xx.2014-cü il tarixdə Mohammad Qayedi tərəfindən 104 000 manat ödənilmişdir.

19. İddiaçı xx.xx.2016-cı il tarixdə MMC-nin direktoru Cavabdeh2 məktub ünvanlamış, məktubda, xx.xx.2014-cü il tarixli müqavilə üzrə, habelə tikinti işlərinin görülməsi üçün ona ümumilikdə təxminən 1 125 000 manat (80 000 manat dizayn işləri üçün, 1 045 000 manat tikinti işləri və mal-material üçün) ödədiyini, lakin bu məbləğin tikintiyə sərf olunmasına şübhələrinin yarandığını, aralarındakı səmimi münasibətlər və ortaq dostlarının olması səbəbilə onunla görüşərək hesabat verməsini istədiyini, lakin onun təhqiredici şəkildə hədə-qorxu gəlib bundan imtina etdiyini, buna görə xx.xx.2016-cı il tarixdə ekspertiza təşkilatı ilə müqavilə bağladığını, tikiliyə xərclənmiş maliyyə vəsaitini və tikilinin keyfiyyətini ekspertiza etdirəcəyini bildirmiş, problemlərin qısa zamanda həll edilməsi məqsədilə həm ekspertiza təşkilatı, həm də hüquq şirkəti tərəfindən istəniləcək sənədlərin vaxtında təhvil verilməsini xahiş etmişdir.

20. İddiaçı MMC-nin direktoru Cavabdeh2 ünvanladığı xx.xx.2016-cı il tarixli növbəti məktubda göstərmişdir ki, “...xx.xx.2016-cı il tarixdən etibarən tərəfimdən tikinti işləri müvəqqəti dayandırıldı və ekspertiza təşkilatı ilə aramızada bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən bu gündən etibarən ... evin həm memarlıq, interyer və landşaft dizayn işlərinin, həm tikiliyə xərclənmiş maliyyə vəsaitini, həm də tikintinin keyfiyyətinin ekspertizasını həyata keçirir. Aramızda olan səmimi münasibətlər və ortaq dostlarımız olması səbəbindən və sizə olan etibarımı nəzərə alaraq, mən bu tikintidə olan problemlərin aradan qaldırılması məqsədilə sizdən xahiş edirəm ki, Siz öz səhvlərinizi səmimi olaraq başa düşəsiniz və düzgün hesabat aparasınız. Nəzərə alaraq təklif edirəm ki, ya memarlıq, interyer və landşaft dizayn işlərini həyata keçirməyinizə görə xx.xx.2014cü il tarixli 12 saylı müqaviləyə uyğun olaraq 150 000 AZN xidmət haqqınızı verim, ya da ümumi işlərin görülməsinə və mal-materialların alınmasına görə xərclənmiş təqribən 1 045 000 manat vəsaitin 20%-ni...”.

21. Cavabdeh2 xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavininə şikayət ərizəsi ünvanlamış, ərizəsində İddiaçı ilə 2014-cü ildə bağladığı müqavilə üzrə ona ödənilməli olan pul vəsaitlərinin ödənilmədiyini bildirməklə, ona köməklik göstərilməsini xahiş etmişdir.

22. Həmin şikayət ərizəsi əsasında xx.xx.2016-cı il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCQMİ) İstintaq şöbəsində fakta görə Cinayət Məcəlləsinin 184.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış, xx.xx.2016-cı il tarixdə həmin cinayət işi üzrə icraata mübahisənin mülki xarakterli olması əsas göstərilməklə xitam verilmişdir.

23. Sözügedən cinayət işinin icraatı zamanı müstəntiq tərəfindən ekspertiza təyin olunmuş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin cinayət işi materiallarına əsasən verdiyi xx.xx.2016-cı il tarixli 14448 nömrəli rəydə “İddiaçı məxsus ünvanda yerləşən yaşayış evi üzrə MMC tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə çəkilmiş xərclərin ümumi dəyərinin 1 515 280 manat, 43 358 ABŞ dolları və 52 000 avro məbləğində təşkil etdiyi, həmin işlərin dəyərinin Cavabdeh2 təqdim edərək iş materiallarına əlavə olunmuş smetaya uyğun olduğu, aparılmış hesablamalar nəticəsində tədqiq olunan obyekt üzrə yerinə yetirilmiş və smetalarda nəzərdə tutulmayan tikintiquraşdırma işlərinin ümumi dəyərinin 32 132 manat məbləğində müəyyən olunduğu” göstərilmişdir.

24. Mohammad Qayedi yazdığı əlyazısında göstərmişdir ki, “Dizayn hesabından 70.000 qalıb”.

25. Cavabdeh2 tərəfindən yazılmış əlyazısında göstərilmişdir ki, “xx.xx.2016 ilinə qədər görülən işlərin hesabatına görə ev sahibinin mənə qalan borcu = 129.025 ABŞ dolları + 3.014 avro və 70.000 manat dizayn pulu borcu var”.

26. Həmin əlyazısı Mohammad Qayedi tərəfindən xx.xx.2016-cı il tarixdə imzalanmış və fars dilində qeyd olunmuşdur ki, “Arzu xanımın hesabatlarına görə bu məbləğ tələb olunur” (fars dilində aparılan həmin qeyd hazırkı apellyasiya baxışı zamanı dəvət olunmuş tərcüməçi tərəfindən tərcümə edilmişdir).

27. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 178 saylı sərəncamına əsasən İddiaçı Səbail rayonu, Şıxov qəsəbəsi, ünvan 2 ünvanda yerləşən torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evinin tikintisinə razılıq verilmiş, İddiaçı sifarişi əsasında "xxxx" MMC tərəfindən fərdi yaşayış evi üzrə eskiz layihəsi tərtib olunmuş, layihə üzrə fərdi yaşayış evinin zirzəmidən, iki mərtəbədən və mansarddan ibarət olması razılaşdırılmış, yaşayış evinin planında ölçüləri 15,0 x 13,60 metr, zirzəminin, birinci və ikinci mərtəbənin daxili hündürlüyü 3,50 metr, mansardın hündürlüyü 2,50 metr təsbit olunmuş, evin xaricdən hündürlüyü 12,00 metr, obyektin dəmir-beton konstruksiyalardan, mişar daşından və boşluqlu kərpicdən inşa olunması nəzərdə tutulmuş, fərdi yaşayış evinin tikintisi zamanı sifarişçinin tələbi ilə xx.xx.2014-cü il tarixdə ilkin layihədə dəyişiklik edilmiş, ilkin yerləşmədən 1,20 metr sola və 2,0 metr arxaya çəkilməsinə dair, o cümlədən qarajın böyüdülməsi və qazanxana otağı əlavə olunması və hovuzun böyüdülməsi ilə bağlı layihədə düzəlişlər edilmiş, bu dəyişiklik eskiz layihəsində və işçi layihədə əks olunmuş, eskiz layihəsində aparılmış dəyişikliklə əlaqədar olaraq söküntü işlərinin və yeni konstruksiyanın inşası üçün smeta tərtib edilmiş, xx.xx.2015-ci il tarixdə sifarişçinin tələbi ilə fərdi yaşayış evinin 1-ci, 2-ci və üst qatı, yəni mansardın hündürlüyünün artırılması ilə bağlı eskiz layihədə və işçi layihədə dəyişiklik həyata keçirilmiş, bununla əlaqədar olaraq binanın konstruksiyasında dəyişiklik olunmuş, bu dəyişikliklə əlaqədar olaraq söküntü işlərinin görülməsi və yeni konstruksiyanın tikilməsi ilə bağlı smeta tərtib edilmiş, xx.xx.2016-cı il tarixində sifarişçinin tələbi ilə fərdi yaşayış evinin zirzəmi qatının sol tərəfinin artırılması ilə bağlı eskiz layihədə və işçi layihədə dəyişiklik edilmişdir.

28. İddiaçı sifarişi əsasında "xxxx" MMC tərəfindən hazırlanmış smeta hesabatına görə, İddiaçı məxsus fərdi yaşayış evinin (texniki mərtəbə, zirzəmi, 2 mərtəbə və mansard) işçilik, material xərcləri və ümumi icra nəzarət xərcləri daxil olmaqla birlikdə smeta qiyməti cəmi 445 722,21 manat, görülən əlavə işlərin qiyməti cəmi 252 770 manat, yəni ümumilikdə 698 492 manat təşkil edir.

29. Həmin MMC-nin ("xxxx" MMC) mühəndisi Baxış Köçəriyev və müstəqil memar Malik Əhmədov tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, onlar İddiaçı məxsus natamam inşa edilmiş fərdi yaşayış evini (texniki, zirzəmi, birinci, ikinci və mansard mərtəbələri) konstruktiv və qeyri-konstruktiv incələyib aşağıdakı nəticəyə gəlmişlər: “Texniki və zirzəmi mərtəbələrinin konstruktiv dirək və divar oturmalarından görünür ki, bina ilkin yerləşmədən sonra 1,1 metr sola və təxminən 3 metr arxaya sürüşdürülmüşdür. Bu da onu göstərir ki, binanın təməlində çatlaq vardır. Evə çıxan 2 ədəd kasaur tir üzərində qurulmuş pilləkən oturacağı konstruktiv olaraq düz həll olunmamışdır. 2-ci mərtəbənin arxa və sol divarında çat vardır. Arakəsmə divarlarda yerləşəcək istilik paylanma sisteminin yeri öncədən alınmamışdır. Divar sonradan çapıldığı üçün çatlamışdır. Evin içərisində döşəmə səviyyəsi ilə balkon səviyyəsi 15 sm fərq verir ki, bu da evdən balkona çıxışı çətinləşdirir. Belə ki, balkon ətrafı üzlük karniz vurulduğu üçün balkonun səviyyəsini qaldırmaq mümkün deyildir. Liftətrafı pilləkənlə döşəmənin qalxma səviyyəsi nəzərə alınmamışdır. Mansard mərtəbəsinin dam örtüyü dirək və körpücük tiri olmadığı üçün əyilmişdir. Dam örtüyü tam qüsurludur. Üzlük daşla dam örtüyü birləşməsi bir-birini tamamlamır. Divara vurulmuş üzlük daş daşıyıcı karniz olmadan üzlənmişdir. Daşıyıcı karnizin sonda vurulması onun arxasının boş qalacağı deməkdir. Kalonları eyni xətt üzrə deyildir. Tikintiyə memar və mühəndis nəzarəti yetərincə olmayıb”.

30. X14 ilə Vəkil3 arasında xx.xx.2016-cı il tarixdə “Hüquqi xidmətlrin göstərilməsi haqqında” müqavilə bağlanmış, müqavilədə tərəflər razılaşmışlar ki, müqavilə üzrə nəzərdə tutulmuş xidmətlərin ümumi dəyəri məhkəmənin qərarı ilə qət olunan məbləğin 10%-dir, ödənişin 5%-i məhkəmə qərarları qüvvəyə mindikdən sonra 1 ay ərzində, digər 5%-i “qət olunan” məbləğlər vəkalət verənin hesabına daxil olduqca bank köçürmələri vasitəsilə ödəniləcək.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

31. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Bakı şəhəri, Şıxov qəsəbəsi, ünvan 1 ünvanda yerləşən torpaq sahəsində 2 mərtəbəli, zirzəmili və mansardlı, evin memarlığı, interyer və landşaft dizayn və tikinti işlərinin aparılması üçün MMC ilə arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilənin pozulması, MMC-dən cəmi 737 000 manat maddi, 50 000 manat mənəvi zərərin, 30 manat dövlət rüsumunun əvəzinin, yəni ümumilikdə 787 030 manatın alınıb ona ödənilməsi barədə qətnamə, vergidən yayındığına görə Cavabdeh2 cinayət məsuliyyətinə cəlb olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

32. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə MMC-nin direktoru Cavabdeh2 ilə ona məxsus Bakı şəhəri, Şıxov qəsəbəsi, ünvan 1 ünvanda yerləşən torpaq sahəsində 2 mərtəbəli, zirzəmili və mansardlı, evin memarlığı, interyer və landşaft dizayn işlərinin aparılması üçün müqavilə bağlamış, görülən işlərə görə MMC-yə 1 136 457 manat ödəmiş, MMC pulun alınmasına dair rəsmi qəbz verməsə də, aldıqları pulu Cavabdeh2 imzası ilə təsdiq etmiş və bunu xx.xx.2016-cı il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) əri Mohammad Qayedi ilə üzləşmə zamanı bir daha təsdiqləmişdir. Tikinti işlərində tez-tez qüsurlara yol verilsə də aralarındakı səmimi münasibətləri və MMC-nin buraxılmış qüsurları etiraf etməsini nəzərə alıb tikinti işlərinin Cavabdeh2 tərəfindən davam etdirilməsinə etiraz etməmiş, lakin yol verilən qüsurlar gündən-günə artdığından MMC ilə əməkdaşlığı dayandırmaq məcburiyyətində qalmışdır. Tikintiyə xərclənmiş maliyyə vəsaitini müəyyən etmək məqsədilə tikinti ekspertləri ilə müqavilə bağlamış, "xxxx" MMCnin verdiyi rəylərlə bir daha təsdiq olunmuşdur ki, tikinti işləri zamanı tikinti norma və qaydaları kobud surətdə pozulmuş, tikintiyə sərf olunan vəsait cəmi 698 492 manat təşkil etmiş, beləliklə də MMC ondan aldığı pulun 437 965 manatını mənimsəmişdir. MMC ilə əməkdaşlığı dayandırması Cavabdeh2 tərəfindən kəskin etirazla qarşılanmış, MMC mənimsədiyi vəsaiti pərdələmək məqsədilə aidiyyəti olmadığı halda BMCMİ-yə şikayət etmiş, BMCMİ-də hadisə obyektiv araşdırılmadan həyat yoldaşına təzyiqlər edilməyə başlanmış, hətta xx.xx.2016-cı il tarixdə əri Mohammad Qayedini qanunsuz olaraq bir neçə saat həbs etmişlər. Mütəxəssislər tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, bina ilkin yerləşmədən sonra 1,1 metr sola və təxminən 3 metr arxaya çəkilmiş, nəticədə binanın təməlində çatlaq əmələ gəlmiş, evə çıxan 2 ədəd kasaur tir üzərində quraşdırılmış pilləkən oturacağı konstruksiyaya uyğun düzgün həll olunmamış, 2-ci mərtəbənin arxa və sol oturacağında çat yaranmış, arakəsmə divarlarda yerləşəcək istilik paylanma sisteminin yeri öncədən nəzərə alınmamış, divar sonradan çapıldığı üçün çatlamışdır. Başqa qüsur ondan ibarətdir ki, evin içərisində döşəmə səviyyəsi ilə balkon səviyyəsi arasında 15 sm. fərq var və bu da balkona çıxışı çətinləşdirir. Balkonun ətrafına üzlük nazik vurulduğu üçün balkonun səviyyəsini qaldırmaq mümkün deyildir. Pilləkənlə döşəmənin qalxma səviyyəsi nəzərə alınmamış, mansard mərtəbəsinin dam örtüyü dirək və körpücük tiri olmadığı üçün əyilmişdir. Nöqsanlar bununla bitmir, belə ki, dam örtüyü tam qüsurludur, üzlük daşla dam örtüyü birləşməsi bir-birini tamamlamır, divara vurulmuş üzlük daş daşıyıcı karniz olmadan üzlənmiş, daşıyıcı karnizin sonda vurulması onun arxasının boş qalmasına səbəb olmuş və kalonlar eyni xətt üzrə qurulmamışdır. Yalnız dam örtüyünün vurulmasına və materialına 49 671,23 manat xərclənmişdir və təbiidir ki, onun sökülüb yenidən vurulması üçün daha çox vəsait sərf olunacaqdır. Digər qüsurların aradan qaldırılması da xeyli xərc tələb edir. Elə qüsurlar var ki, onların aradan qaldırılması mümkün deyildir. Məsələn, binanın təməlində olan çatlağın aradan qaldırılmasına 120 025,69 manat vəsait sərf olunub. Ümumilikdə götürdükdə buraxılmış nöqsanların aradan qaldırılmasına 300.000 manatdan çox vəsait tələb edilir. Maraqlıdır ki, MMC buraxdığı nöqsanları nəzərə almır və gələcəkdə görüləcək işlər üçün ondan 600 000 manatdan çox vəsaıt tələb edir. Artıq işlərin MMC tərəfindən aparılmasını dayandırmış və ona vurulan ziyan artmaqda davam etməkdədir. MMC ondan 437 965 manat faktiki artıq məbləğ almış, tikinti norma və qaydalarının kobud surətdə pozulması nəticəsində 300 000 manat maddi ziyana məruz qoymuş, müqavilə öhdəliklərinə əməl etmədiyi halda həyat yoldaşını BMCMİ-yə çağırtdırıb onun qanunsuz həbs etdirməsi nəticəsində 50 000 manat mənəvi ziyan vurmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, MMC müqavilə öhdəliklərinə əməl etməməklə yanaşı, külli miqdarda vergi ödəməkdən yayınaraq sosial müdafiə haqlarını da ödəməmişdir.

33. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə İddiaçı və Mohammad Qayediyə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, İradə və Mohammad Qayedilərdən 495 157,64 ABŞ dollarının müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

34. MMC-nin iddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən MMC, sifarişçinin müəyyən etdiyi qaydada memarlıq, interyer, dizayn, landşaft dizaynı xidmətləri göstərməyi öhdəsinə götürmüş, həmin müqavilə üzrə görüləcək xidmətlərin dəyəri 150 000 manat müəyyən edilmiş, sonradan İddiaçı xahişi ilə evin tikinti işlərinin də MMC tərəfindən yerinə yetirilməsi razılaşdırılmışdır. Görülən işlərlə bağlı İddiaçı tərəfindən ödənişlər edilsə də, sonradan ödənişlər dayandırılmış, görülən işlərin əksər hissəsinin dəyəri ödənilməmiş, 2015-ci ilin iyun ayından sonra evin tikintisinə çəkilən xərclərin hamısını MMC-nin direktoru Cavabdeh2 öz vəsaiti hesabına etmişdir. İradə və Mohammad Qayedilər görülən işlərdən xəbərdar olmuş, bununla bağlı heç bir etiraz bildirməmiş və Cavabdeh2 inflyasiyadan zərər görməsin deyə, gələcəkdə ödənişləri ABŞ dollarının məzənnəsinə görə ödəyəcəyini bildirmişlər. Qeyd edilən hal xx.xx.2016-cı tarixində verilmiş qəbzlə də təsdiq edilir. 2015ci ilin iyun ayından xx.xx.2016-cı il tarixinədək görülən işlərlə bağlı tərtib edilən sənədi də Mohammad Qayedi öz imzası ilə təsdiqləmiş, sonradan tərtib edilən sənədlə də Mohammad Qayedi 13 860 manat, 3014 avro, 1654 manat və 2200 manat ödəniləcəyini, dizayn işlərindən 2014-cü ilin iyun ayından qalan 70 000 manat borcunun olduğunu, sonradan 142 431,80 manat və 756 ABŞ dolları qalan borcunu da öz imzası ilə təsdiq etmişdir. Ayrıca MMC tərəfindən 127 650 manat, 154 151 ABŞ dolları, 52 000 avro məbləğində işlər görülmüş, MMC-nin rəhbəri Cavabdeh2 İddiaçı və Mohammad Qayedinin tapşırığı və sifarişi ilə digər şirkətlərlə müqavilələr bağlayaraq mallar sifariş etmiş və onlar tikintiyə quraşdırılmışdır. Ümumilikdə, MMC öz vəsaiti hesabına 159 794 manat, 283 176 ABŞ dolları və 55 014 avro xərc çəkmişdir ki, bu da İradə və Mohammad Qayedilər tərəfindən hələ də ödənilməmişdir. MMC-nin şikayəti əsasında BMCMİ-də İradə və Mohammad Qayedilərə qarşı cinayət işi başlanmış, həmin işdə MMC-nin gördüyü işlərin dəyərinin hesablanması üçün ekspertiza təyin edilmiş, verilən rəylə Qayedilərin ödəməli olduğu məbləğin 690 000 manat (həmin tarixə məzənnə 1 ABŞ dolları = 1,52 Azərbaycan manatı götürülməklə 453 947,37 ABŞ dolları) və əlavə xərclərə görə (su, işiq, mühafizə maaşı və gömrük xərcləri 32 144 manat (həmin tarixə məzənnə 0.78 götürülməklə 41 210,26 ABŞ dolları) təşkil etdiyi müəyyən olunmuşdur. Qeyd edilən faktlar bir daha sübut edir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə yalnız memarlıq, interyer, dizayn, landşaft dizaynı xidmətlərini əhatə etmiş, lakin tərəflərin sonrakı iradə ifadələri bu müqavilənin müəyyən etdiyi xidmət həcmindən kənara çıxmış və digər ünsürləri, o cümlədən podrat ünsürlərini nəzərdə tutan işlərin görülməsi MMC-yə tapşırılmış, razılaşdırılmış əlavə işlərin bir hissəsinin dəyəri ödənilsə də, qalan hissəsi ödənilməmiş qalmışdır. İradə və Mohammad Qayedilər tərəfindən imzalanmış qəbz və smetalar da bunu birmənalı təsdiq edir. Məsələn, xx.xx.2015-ci il tarixli “Ödəniş üçün maliyyə hesabatı” adlı sənədin “Sökülmə və yeni tikinti” adlanan 8-ci bəndindən görünür ki, evin sökülərək yenidən tikilməsinə dair tərəflərin iradə ifadəsi mövcud olmuş və bu hal Qayedilər tərəfindən nəinki mübahisələndirilməmiş, hətta bu işlərin bir hissəsinin dəyəri də ödənilmişdir. Qayedilər görülmüş işlərin həcmini və keyfiyyətini də mübahisələndirməmiş, bu barədə hər hansı tələb, pretenziya irəli sürməmiş, MMC onlardan pul tələb etdikdən və Daxili İşlər Nazirliyinə şikayət ünvanladıqdan sonra, guya işlərin az həcmdə və keyfiyyətsiz görülməsinə istinadla öhdəliyi icra etməkdən yayınmağa cəhd etmişlər.

35. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli qərardadı ilə sözügedən iddia tələblərinin bir icraatda birləşdirilməsi və işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində (məhkəmə və ya birinci instansiya məhkəməsi) baxılması qərara alınmışdır.

36. İşə birinci instansiya məhkəməsində baxılarkən İddiaçı nümayəndəsi (vəkili) iddia tələbini dəqiqləşdirmiş, Cavabdeh2 da cavabdeh qismində göstərdiyi “iddia tələbinin dəqiqləşdirilməsi və həcminin azaldılması barədə” ərizə təqdim edərək, Bakı şəhəri, Şıxov qəsəbəsi, ünvan 1 ünvanda yerləşən torpaq sahəsində 2 mərtəbəli, zirzəmili və mansardlı, evin memarlığı, interyer və landşaft dizayn və tikinti işlərinin aparılması üçün MMC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilənin pozulması, MMC-dən və Cavabdeh2 müştərək qaydada cəmi 583 965 manat maddi, 50 000 manat mənəvi zərərin, 30 manat dövlət rüsumunun əvəzinin, yəni ümumilikdə 633 995 manatın alınıb ona ödənilməsi barədə qətnamə, vergidən yayındığına görə Cavabdeh2 cinayət məsuliyyətinə cəlb olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

37. Sonradan İddiaçı nümayəndəsi (vəkili) iddia tələbini növbəti dəfə dəqiqləşdirmiş, Bakı şəhəri, Şıxov qəsəbəsi, ünvan 1 ünvanda yerləşən torpaq sahəsində 2 mərtəbəli, zirzəmili və mansardlı, evin memarlığı, interyer və landşaft dizayn və tikinti işlərinin aparılması üçün MMC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilənin pozulması, MMC-dən və Cavabdeh2 müştərək qaydada cəmi 752 361,5 manatın alınıb ona ödənilməsi barədə qətnamə, vergidən yayındığına, habelə cinayət yolu ilə əldə olunmuş əmlakı əldə etdiyinə görə Cavabdeh2 cinayət məsuliyyətinə cəlb olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

38. İddiaçı nümayəndəsinin məhkəməyə təqdim etdiyi sonuncu iddia ərizəsində (iddia ərizinin dəqiqləşdirilməsi barədə ərizədə) “mənəvi ziyanın və hüquqi yardım xərcinin ödənilməsi” tələbi olmamış, bununla belə ərizənin əsaslandırıcı hissəsində İddiaçı 100 000 manat mənəvi ziyan vurulduğu, həmçinin hüquqi yardıma görə bağlanmış müqavilə üzrə vəkilə 68 396,5 manat ödəniləcəyi bildirmişdir.

39. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh2 da İddiaçı və Mohammad Qayediyə qarşı iddia ərizəsi təqdim etmiş, onlardan müştərək qaydada 374 752 ABŞ dolları və 55 014 avro məbləğində əsas borcun, həmin vəsaitlər üzrə 93 810,91 ABŞ dolları və 13 687,06 avro məbləğində zərərin əvəzinin, yəni cəmi 468 562,91 ABŞ dollarının və 68 701,06 avronun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

40. Cavabdeh2 iddia tələbini belə əsaslandırmışdır ki, mübahisəli ev 3 dəfə sökülərək yenidən tikilmiş, Qayedilər bundan məlumatlı olmuş və buna razılıq vermiş, evin ilkin yerləşmədən sonra 1,1 metr sola, təxminən 3 metr arxaya sürüşdürülməsi və görülən digər dəyişikliklər onların istəkləri ilə həyata keçirilmiş, həmin işlər layihədə nəzərdə tutulmamışdır. Onlar borcla bağlı iltizam da vermiş, ev tikilmiş, dam qoyulmuş, hər mərtəbəni söküb hündürlüyünü artırmış, tikinti işlərini “İnci” LTD və digər şirkətlər görmüşdür. Torpaq sahəsində tikinti işlərini əvvəl Cahandar müəllimin şirkəti başlamış, daha sonra o, işini yarımçıq qoyub getmiş, tikinti işlərinin bir hissəsini, evin qaldırılmasını Azər müəllimin şirkəti həyata keçirmişdir. Mohammad Qayedi tikinti işlərinə görə pulu ona vermiş, o da “İnci” LTD-yə pulu ödəmişdir. “İnci” LTD-yə ödədiyi pulu xatırlamır, tikinti materiallarını o, alıb göndərmiş, Mohammad Qayedi tikinti işlərinə görə pulu ödəyə bilmədiyindən “İnci” LTD-nin işini dayandırmışdır. M.Qayedi ona 1 100 000 manata yaxın tikinti üçün pul vermiş, smetadakı əlavələrin şirkətin xeyri olacağı razılaşdırılmışdır. M.Qayedinin aparılan tikinti işlərinə görə borcu yaranandan, M.Qayedi “mən sizə heç nə vermirəm” deyəndən sonra aralarında narazılıq başlamışdır. Əllərində olan qaimələrə əsasən 690 000 manat məbləğində pul istəyirlər. Eləcə də, 495 000 manat məbləğində borc ilə əlaqəli Mohammad Qayedinin imzalı sənədi vardır. Onunla İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış dizayn, landşaft müqaviləsinə görə Qayedilər ona 150 000 manat ödəməli olmuş, cəmi 80 000 manat ödəsələr də 70 000 manat borclu qalmışlar. Qayedilərin ona borclu olduqları digər bir məbləğ isə inşaatçılara vermək istədiyi 129 000 ABŞ dollarıdır. 13 000 ABŞ dolları, ya da 15 000 ABŞ dolları məbləğində də Qayedilər ona borcludur. Belə ki, Çin Respublikasına getmiş və orada pul ödəmiş, ev üçün İtaliyadan liftlər sifariş etmiş, sifarişin dəyəri 69 000 avro olmuş, həmin vaxtı Mohammad Qayedi Azərbaycan Respublikasında olmadığına görə sifarişi onun qəbul etməsini xahiş etmiş, ona görə də İtaliya Respublikasındakı şirkətə o, borclu qalmışdır. 2 il ərzində elektrik enerjisindən və sudan istifadəyə görə pulları, otel pulunu və gömrük ödənişi üçün nəzərdə tutulmuş pulları o ödəmişdir, hansı ki, bu pullar ümumi məbləğə daxil deyildir. Əlavə görülmüş işlərlə bağlı cizgilər və sxemlər mövcuddur ki, həmin cizgilərə və sxemlərə M.Qayedi tərəfindən imza edilmişdir. Ümumilikdə tikintiyə 1 700 000 manatdan artıq vəsait xərcləmiş, həmin əlavə görülən işlər layihədə öz əksini tapmamışdır. 1 136 000 manat məbləğində vəsait evin bir neçə dəfə tikilib və sökülməsinə sərf edilmiş, 495 000 manat isə əlavə xərclərdir. O, bunlara görə pul tələb edir. Evin qapısı tikinti işləri qurtardıqdan sonra qoyulacaqdır, lifti yanvar ayından Bakı şəhərinə gətirmişlər və hazırda liftin dəyərini istəyirlər. Qapıların 1 ədədi isə 1200 manatdır, 2 il işıq pulunu, mühafizəçilərin pulunu, eləcə də avia biletlərin pulu, otel xərcləri, havalandırma və sair xərclərin pulunu o vermişdir. Qayedilərlə arasında pulla bağlı müqavilələr olmamış, kimlərə pul verilməsi barədə, yəni hesablar barədə Qayedilərə kömək etmişdir. Mohammad Qayedinin inşaat işlərinin hansı qiymətə tamamlanacağının ona aidiyyəti yoxdur və ödənilən pullar tikintiyə xərclənmişdir. 300 000 manatın qeyrixərclərə xərclənməsi ilə bağlı Qayedilərlə aralarında şifahi razılıq olmuş, Mohammad Qayedinin razılığı ilə həmin qeyri-xərcləri ödəmişdir. Evin sökdürülüb yenidən tikdirilməsinin ona aidiyyəti yoxdur, Qayedilər layihəni dəyişib, bunun da pulunu ödəməmişlər. xx.xx.2015-ci il tarixdə inşa edilən mülk üçün tərəfindən alınmış havalandırma sisteminə görə ödənilməmiş 15 150 ABŞ dolları məbləğində borc qalmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsi üzrə 2015-ci il üzrə (15.150 x 3%=) 454,4 ABŞ dolları, 2016-cı il üzrə (15.650,4 x 7,25%=) 1.131,32 ABŞ dolları, 2017-ci il üzrə (16.785,05 x 15%=) 2.517,76 ABŞ dolları, 2018-ci ilin yanvar ayında isə (19.320,81 x 1,25%=) 241,29 ABŞ dolları miqdarında minimum gəlir əldə edə bilərdi. Beləliklə, havalandırma sistemi üçün yaranmış 15 150,0 ABŞ dolları borc məbləği üzrə 4344,77 ABŞ dolları əldən çıxmış fayda yaranmışdır. Tərəfindən xx.xx.2016-cı il tarixədək tikintiyə xərclədiyi və İddiaçı və M.Qayedi tərəfindən təsdiqlənmiş və imzalanmış üzləşdirmə aktına əsasən 129 025 ABŞ dolları borc üzrə isə ona 2016-cı ilin 8 ayı üzrə (129.025 x 7,25%=) 9354,31 ABŞ dolları, 2017-ci il üzrə (138.379,31 x 15%=) 20 756,9 ABŞ dolları, 2018-ci ilin yanvar ayı üzrə isə 1989,2 ABŞ dolları, ümumilikdə 32 100,41 ABŞ dolları məbləğində zərər vurulmuşdur. xx.xx.2016-cı il tarixədək olan dövrdə otel, aviabilet və sair üçün xərclədiyi 3014 avro məbləğində vəsait üzrə ona 2016-cı ilin 8 ayı üçün (3.014 x 7,25%=) 218,52 avro, 2017-ci il üçün (3.232,52 x 15%=) 484,88 avro və 2018-ci ilin yanvar ayı üçün (3.717,4 x 1,25%=) 46,47 avro, cəmi 749,87 avro məbləğində zərər dəymişdir. 2014-cü ilin aprel ayından 2016-cı ilin aprel ayının 30-dək olan dövrdə tərəfindən 17 714 manat məbləğində işıq, su və digər kommunal xidmətlər, habelə tikinti obyektinin gözətçilərinə, ümumilikdə, 17 714 manat və ya (17.714 / 1,05=) 16 870 ABŞ dolları məbləğində vəsait xərcləmişdir. Həmin vəsait üzrə ona 2016-cı ildə (16.870 x 7,25%=) 1223,08 ABŞ dolları, 2017-ci ildə (18.093,08 x 15%=) 2713,96 ABŞ dolları və 2018-ci ilin yanvar ayında (20.807,04 x 1,25%=) 260,09 ABŞ dolları, cəmi 4197,13 ABŞ dolları məbləğində ziyan dəymişdir. xx.xx.2016-cı il tarixdən sonrakı dövrdə isə tərəfindən tikintiyə 145 091 manat və ya 138 182 ABŞ dolları, avadanlıq, material, lift və sair alınmasına isə 75 525 ABŞ dolları və 52 000 avro pul vəsaiti xərclənmişdir. (138.182 + 75.525=) 213.707 ABŞ dolları üzrə ona 2016-cı ilin 8 ayı üçün (213.707 x 7,25%=) 15 493,76 ABŞ dolları, 2017-ci il üçün (229.200,76 x 15%=) 34 380,11 ABŞ dolları və 2018ci ilin yanvar ayı üçün (263.580,87 x 1,25%=) 3294,76 ABŞ dolları, cəmi 53 168,63 ABŞ dolları məbləğində ziyan dəymişdir. Həmin dövrdə, yəni 2016-cı ilin 8 ayında 52 000 avro məbləğ üzrə ona (52.000 x 7,25%=) 3770 avro, 2017-ci ildə (55.770 x 15%=) 8365,5 avro və 2018-ci ilin yanvar ayı üzrə (64.135,5 x 1,25%=) 801,69 avro, cəmi 12 937,19 avro məbiəğində ziyan dəymişdir. Beləliklə, İddiaçı və M.Qayedinin ona müştərək borcları (15.150 + 129.025 + 16.870 + 213.707=) 374 752 ABŞ dolları, 55 014 avro, həmin məbləğlər üzrə vurulmuş zərər isə müvafiq olaraq (4.344,77 + 32.100,41 + 4.197,13 + 53.168,60=) 93 810,91 ABŞ dolları və 13 687,06 avro təşkil edir. 374 752 ABŞ dollarının 15 150 ABŞ dolları havalandırma sistemi ilə əlaqədar yaranmış borc məbləği, 129 025 ABŞ dolları evin birinci tikintisindən qalan, 16 870 ABŞ dolları elektrik enerjisindən, sudan, qazdan və sair istifadəyə görə yaranmış, 138 182 ABŞ dolları tikintiyə görə xərclənən, 55 000 avro liftin alınmasına görə yaranmış borc məbləğidir.

41. Birinci instansiya məhkəməsi işə baxarkən iki dəfə ekspertiza təyin etmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli 7207 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: “...İddiaçı məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisi zamanı yerləşmədən sonra 1,1 metr sola və təqribən 3 metr arxaya sürüşdürülməsi və bunun nəticəsində yaşayış evinin yükdaşıyıcı və örtük konstruksiyaları üzərində çatların əmələ gəlməsi müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin mövcud vəziyyətdə tikintisinin ümumi dəyəri (əmək haqqı və tikinti materialları daxil olmaqla) ölkədaxili orta bazar qiymətlərinə uyğun olaraq 698 492 manat məbləğində müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan və baxış zamanı əldə olunmuş məlumatlara əsasən müəyyən edilir ki, həmin yaşayış evinin inşa edilməsi zamanı qüsurlara yol verilmişdir (Həmin qüsurların nədən ibarət olması rəyin tədqiq hissəsində ətraflı göstərilmişdir). Mövcud vəziyyətdə tikintidə yol verilmiş qüsurların aradan qaldırılması texniki baxımdan mümkündür. Bununla əlaqədar olaraq tədqiq olunan fərdi yaşayış evinin dam örtüyünün, həyətdən birinci mərtəbəyə giriş-çıxış üçün dəmir-beton pilləkənlərin, xarici divarlara vurulmuş üzlük daşının bütövlükdə sökülüb yenidən quraşdırılması məqsədə müvafiqdir. Smeta üzrə aparılmış hesablamalar nəticəsində İddiaçı məxsus olan fərdi yaşayış evində mövcud qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli bərpa işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 146 000 manat müəyyən edilir”.

42. Məhkəmə tərəfindən mütəxəssis qismində işə cəlb olunmuş Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssislərinin verdikləri xx.xx.2017-ci il tarixli rəydə göstərilmişdir ki, “İddiaçı məxsus olan fərdi yaşayış evinin yükdaşıyan konstruksiyalarının texniki vəziyyəti haqqında texniki rəyi”nə əsasən, həmin fərdi yaşayış evinin mühəndisi-müayinəsinin nəticələrinin təhlili göstərir ki, yaşayış evi layihədən kənara çıxmalarla inşa edilmişdir. Yaşayış evində mövcud texnogen zədələr və layihədən kənar inşa edilən sahələr binanın ümumi dayanıqlığına ciddi təsir göstərmir və yaşayış binasının dəmir-beton konstruksiyalarının texniki vəziyyəti işləmə qabiliyyətlidir”. (İV cild, səh. 34-63).

43. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli 25018 nömrəli rəyində isə aşağıdakılar göstərilmişdir: “...Baxış zamanı əldə olunmuş məlumatları, mülki iş materialında olan məlumatları, işə əlavə olunmuş smetanın sənədlərini və smetada göstərilən tikinti-quraşdırma təmir işlərinin, eləcə də həmin smetada tikintiyə sərf olunan materialların (ustanın əmək haqqı nəzərə alınmaqla) ayrıayrılıqda miqdarının və həcminin mövcud vəziyyətə uyğun olduğunu, kənarlaşmaların olmadığını nəzərə alaraq, "xxxx" MMC tərəfindən İddiaçı məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisində faktiki görülmüş tikinti-quraşdırma təmir işlərinin ölkədaxili orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin (əmək haqqı və tikinti materialları daxil olmaqla) 698 492,21 manat (445.722,21+252.770) məbləğində olduğu müəyyən edilmişdir. Lakin fərdi yaşayış evinin tikintisində təkrar və əlavə işlərin görülməsinin müəyyən edilməsinə dair mülki iş materiallarında, eləcə də mütəxəssis rəyində konkret olaraq layihə smeta sənədləri hazırlanmadığından həmin işlərə sərf olunan vəsaiti müəyyən etmək mümkün olmamışdır. MMC tərəfindən həmin fərdi yaşayış evində əlavələrin, layihədən kənara çıxmaların, eləcə də, tikintisində layihə üzrə tikildikdən sonra söküntü aparılmış işlərin ekspert və mütəxəssis tərəfindən instrumental mühəndisi-müayinə işləri zamanı aşağıdakılar müəyyən edilmişdir: -Yaşayış evi layihədən fərqli tikilmişdir. Belə ki, zirzəmi mərtəbədə 1 oxundan sola A'-D oxları arasında eni 3,4 m, 4 oxundan sağa A'-C oxları arasında eni 6,1 m olan əlavələr verilmişdir. Zirzəmi mərtəbədən aşağı hissədə yerləşən texniki mərtəbə binanın qabaq hissəsinə keçirilmişdir. Birinci mərtəbədə layihədə göstərilmiş (2-3 oxlararasında) pilləkən marşı 2 ədəd pilləkən marşı ilə əvəz olunmuşdur. D'-D-3-4 oxlar arasında sahə tikilməmişdir. İkinci mərtəbədə tirli örtük tirsiz örtüklə əvəz olunmuşdur. Örtük tavasının qalınlığı 15 sm əvəzinə 20 sm qəbul edilmişdir.; -Yaşayış evinin bünövrəsi tava şəkilli olub, qalınlığı h=500mm-dir. Lakin yaşayış evinin sağ və sol tərəflərində layihədən əlavə inşa edilən sahənin bünövrəsi lentvaridir.; -Texniki mərtəbənin hündürlüyü h=2,4m-dir (döşəmədən örtük tavanının üstünə qədər). Dəmir-beton sütunların en kəsik ölçüsü 400x400mm-dir. Örtük tavanının qalınlığı b=20sm-dir. Dəmir-beton sütunların və örtük tavanının faktiki möhkəmliyi 330+340 kq/sm2-dir. Dəmir-beton konstruksiyaların betonunun sıxılmada möhkəmliyi “Şmidt- Hammer” sklerometri ilə təyin edilmişdir.; -Zirzəmi mərtəbəsinin hündürlüyü h=3,2m-dir (döşəmədən örtük tavanının üstünə qədər). Dəmir-beton Stm-1 və Stm-2 sütunlarının en kəsik ölçüsü 400x400mm-dir. Lakin Stm-3 sütunları konstruktiv həllində göstərildiyi kimi (mürəkkəb formalı) deyil, düzbucaq en kəsikli 400x400mm ölçüsündə inşa edilmişdir. Yaşayış evinin A oxu üzrə 2-3 oxlararasındakı 2 ədəd dəmir-beton sütunların en kəsik ölçüsü faktiki 300x300mm-dir. Bu sütunlar sökülüb yenidən inşa edilmişdir. Zirzəmi mərtəbəsində inşa edilən dəmir-beton rigellərin en kəsik ölçüsü 400x400mm-dir. Örtük tavasının qalınlığı b=20mm-dir. Zirzəmi mərtəbəsində inşa edilən hovuzun forması və en kəsik ölçüləri dəyişdirilmişdir. Hovuzun divarları monolit dəmirbetondan olub qalınlığı b=20sm-dir. Zirzəmi mərtəbəsinin döşəməsinə və dəmir-beton monolit divarın üzərinə b=85m qalınlığında hamarlayıcı mühafizə qatı verilmişdir. Dəmirbeton monolit üzərinə divarın üzərində verilmiş hamarlayıcı mühafizə qatında eni 1-2mm olan çatlar yaranmışdır. Hovuzun divarlarının möhkəmliyi 320+340 kqqsm2-dir. Pilləkənlərin kənar hissələrində inşa edilən divarlarda eni 1-2 mm olan çat yaranmışdır. Yuxarıda qeyd olunan əlavələrin eləcə də, tikintisində layihə üzrə tikildikdən sonra söküntü və təkrar tikinti aparılmış işlərin qiymətləndirilməsinə dair mütəxəssis rəyində məlumat olmadığı üçün həmin əlavələrin və tikildikdən sonra söküntü və təkrar tikinti işlərin aparılmasına sərf olunan vəsaitin müəyyən edilməsi üzrə tədqiqat aparılmamışdır. Qeyd: Fərdi yaşayış evinin tikintisində layihədən kənara çıxmalar ekspert rəyinə əlavə olunmuş mütəxəssis tərəfindən tərtib edilmiş layihə sənədlərində qırmızı ştrixlənmiş xətlərlə qeyd olunmuşdur. Mütəxəssis tərəfindən tərtib edilmiş rəydə qeyd olunanlara əsasən tədqiq olunan fərdi yaşayış evinin pilləkənlərinin kənar hissəsində inşa edilən divarlarında eni 1-2 mm olan çatlar olduğu, A oxu üzrə 2-3 oxlar arasında inşa edilən 2 ədəd dəmir-beton dirəklərin kənarları texnogen amillər nəticəsində dağıdıldığı, dəmirbeton kəmərlə daş hörgünün birləşmə yerində suvaq qatında eni 1 mm olan üfüqi çat yarandığı, mansard mərtəbənin A'-3' oxundakı dəmir-beton sütunun yuxarı hissəsində texnogen amil nəticəsində beton mühafizə qatın dağıdılması və armaturun açıqda qalması, mansard mərtəbədə A-A-2-3 oxlar arasında inşa edilən 2 ədəd pəncərə boşluqlarının dəmir-beton atmalarının texnogen amil nəticəsində dağıdılması və dəmirbeton kəmərin alt armaturların açıqda qalması, ekspert tərəfindən isə evin dəmir-beton konstruksiyalı sütunların (kolon) eyni xətt üzrə quraşdırılmadığı, bəzi sütunların əyri olduğu, beton qatının ovxalandığı, həyətdən birinci mərtəbəyə çıxış üçün dəmir-beton konstruksiyalı pilləkən oturacağının düzgün yerinə yetirilmədiyi, bəzi xarici divarlarda və arakəsmələrdə şaquli çatların olduğu, arakəsmə divarlarda istilik sistemi avadanlıqlarının quraşdırılması üçün oyuqların açılması ilə orada çatların əmələ gəlməsi, mansardın tavanına vurulmuş alçipan təbəqələrin əksər yerlərdə qabarması, bəzi qapı və pəncərə boşluqlarının dəmir-beton atmaların armaturların çılpaqlanması, xarici divarların daxildən nəmlənməsi, xarici divarlara vurulmuş süni üzlük daşın əsasən keyfiyyətsiz yerinə yetirilməsi, əksəriyyətin çatlaması, dam örtüyünün, ümumiyyətlə, qüsurlu vəziyyətdə olması, ikinci mərtəbənin isə döşəmə səviyyəsi ilə eyvanın döşəmə səviyyəsi arasında təqribən 15 sm fərq olması müəyyən edilmişdir. Qeyd olunan nöqsanların inşaat işlərinin keyfiyyətsiz icra edilməsindən, uzunmüddətli dayandırılmasından, texnogen təsirlərdən əmələ gəldiyi və həmin qüsurların aradan qaldırılmasının mümkün olduğu müəyyən edilmişdir. Ekspert tərəfindən müəyyən edilmiş nöqsanların aradan qaldırılmasına sərf olunan vəsaitin 146.000 manat olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyində isə müəyyən edilmiş nöqsanların aradan qaldırılmasının mümkün olduğu qeyd olunmuş, lakin həmin qüsurların aradan qaldırılması üçün görüləcək işlərin nədən ibarət olmasına dair layihə-smeta sənədləri tərtib edilməmişdir. Bu səbəbdən də, mütəxəssis tərəfindən müəyyən edilmiş qüsurların aradan qaldırılması üzrə tədqiqat aparılmamışdır. Mütəxəssis rəyində qeyd olunanlara və baxış zamanı əldə olunmuş məlumatlara əsasən İddiaçı məxsus olan fərdi yaşayış evinin mühəndis-müayinəsinin nəticələrinin təhlili göstərir ki, yaşayış evinin qüsurlu inşa edildiyi və inşa edilmiş tikilinin mövcud konstruktiv elementlərinin üzərində nöqsanların olduğunu nəzərə alaraq, həmin fərdi yaşayış evinin keyfiyyətsiz tikili olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin nöqsanların və qüsurların aradan qaldırılması mümkün olduğu halda tədqiq olunan tikilinin istismara yararlı olub-olmaması müəyyən edilə bilər. Həmin fərdi yaşayış evinin mövcud vəziyyəti üzrə mülki iş materiallarında olan və mütəxəssisə təqdim olunmuş layihə sənədlərinə uyğun olmadığı müəyyən edilmişdir. Mütəxəssis tərəfindən tədqiq olunan fərdi yaşayış evinin pilləkənlərinin kənar hissəsində inşa edilən divarlarında eni 1-2 mm olan çatlar olduğu, A oxu üzrə 2-3 oxlar arasında inşa edilən 2 ədəd dəmir- beton dirəklərin kənarları texnogen amillər nəticəsində dağıdıldığı, dəmir-beton kəmərlə daş hörgünün birləşmə yerində suvaq qatında eni 1 mm olan üfüqi çat yarandığı, mansard mərtəbənin A'-3' oxundakı dəmir-beton sütunun yuxarı hissəsində texnogen amil nəticəsində beton mühafizə qatın dağıdılması və armaturun açıqda qalması, mansard mərtəbədə A-A'-2-3 oxlar arasında inşa edilən 2 ədəd pəncərə boşluqlarının dəmir-beton atmalarının texnogen amil nəticəsində dağıdılması və dəmir-beton kəmərin alt armaturların açıqda qalması kimi qüsurların olduğu və həmin nöqsanların inşaat işlərinin keyfiyyətsiz icra edilməsindən, uzunmüddətli dayandırılmasından, texnogen təsirlərdən əmələ gəldiyi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları, o cümlədən mülki iş materiallarında olan aktın məlumatlarını və baxış zamanı əldə olunmuş məlumatları nəzərə alaraq, tədqiq olunan fərdi yaşayış evinin tikintisi zamanı layihədən kənara çıxması, evin ilkin yerləşmədən sonra 1,1 metr sola və təqribən 3 metr arxaya sürüşdürülməsi müəyyən edilmişdir”.

44. Birinci instansiya məhkəməsində işə baxılarkən verdiyi izahatlarda Cavabdeh2 bildirmişdir ki, “aralarında bağlanmış müqaviləyə əsasən sonuncu ödəniş 2016-cı ilin mart ayında olmuş, həmin vaxtdan isə ödəniş olmamışdır. Bununla bağlı “WhatsApp” və e-mail yazışmaları vardır. Hər gün müqavilə üzrə evin tikintisi üçün ödənilməli olan pullar ödəniləcək deyə-deyə bu günə qədər ödəniş olmamışdır. Bu söhbət 2015-ci ildən gedir. İ. Qayedi mənə bizim dizayn pulu aldığımızı, bu səbəblə də bizə pul vermədiyini bildirmişdir. Evin tikintisində əlavə görülən işlərə görə müxtəlif fərqli məblğlər ödənilmişdir. Mən evin inşaatında səhvlərin olduğunu və həmin səhvləri düzəldəcəyimi demişəm. Evin tikintisində yalnız alt mərtəbədə zirzəmi tikilmişdir. Evin birinci mərtəbəsində kolonların yeri dəyişilib, ev 3 metr arxaya, 1,20 metr sola sürüşdürülüb. Evin hovuzunun həcmini böyütmələrini mənə tapşırmışlar. Ev tikilib qurtardıqdan sonra ev sahibi gəlib baxmış və evin açlaq olduğunu bizə bildirmişlər. Evin tikintisində dəyişikliklər edilməs idi, ekspertin tikintiyə xərclənən vəsait kimi göstərdiyi rəqəmlə razılaşardım. Lakin ev sökülmüş və yenidən tikilmişdir. Ev sahibi evin açlaq olduğunu bildirdiyinə görə evi yüksək tikmişik. 2 dəfə ev sökülmüş və sökülmüşdür. Hazırda gördüyünüz ev üçüncü dəfə tikilmişdir.. Göstərdiyim səbəblərdən evin tikintisinə çox pul xərclənmişdir. 1 200 000 manat pulun hamısı bu evin tikintisinə xərclənmişdir. Mohammed Reza evin tikintisi üçün 1 100 000 -1 200 000 manat arası pul vermişdir (işin İİ cildi, səh. 18, 40).

45. Məhkəmənin şahid qismində dindirdiyi X2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində sahə rəisi vəzifəsində işləyir. Sahələrində tikinti gedəndə mütləq həmin tikinti ilə maraqlanırlar ki, tikinti işləri qanuni, yoxsa qanunsuz aparılır. Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanda yerləşən torpaq sahəsində inşa edilən tikiliyə də baxmışlar. Tikinti işlərinin qanuni aparıldığını görmüşlər. Bu tikilinin arxa tərəfindəki evin sakini dəfələrlə bu tikilinin onun evinin qarşısını kəsməsi, özü və uşağı xəstə olması səbəbindən bu tikiliyə görə hava ala bilməmələri barədə şikayət etmişdir. Həm də bir dəfə bu sakin tikilinin arxasına su axıtmışdır. Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanda yerləşən torpaq sahəsində yerləşən sözügedən tikili sökülmüş və yenidən tikilmişdir. Əvvəl elə bilmişlər ki, sakinin verdiyi şikayətlərə görə bu tikili sökülür. Lakin sonra məlum olmuşdur ki, tikilinin sökülüb-tikilməyinin verilmiş şikayətlə əlaqəsi yoxdur. Bu evin yuxarı mərtəbəsi 2-3 dəfə sökülmüş və yenidən tikilmişdir. Tikinti ilə bağlı təcrübəsi yoxdur, yalnız evin çöl tərəfindən sökülüb-tikildiyini görə bilmişdir. Evin yuxarı mərtəbəsində dəyişikliklər olmuş, evin yuxarı mərtəbəsi 2-3 dəfə sökülüb yenidən tikilmişdir. O, ancaq evin sökülməsini görə bilmişdir. Evin damının yuxarı hissəsinin də sökülüb və yenidən tikildiyinin şahidi olmuşdur. Daha doğrusu damda gümbəzlər olmuşdur. Həmin gümbəzlər sökülüb yenidən tikilmişdir.

46. Məhkəmənin şahid qismində dindirdiyi X12 ifadəsində göstərmişdir ki, Cavabdeh2 ofisində işləyir. Daha doğrusu "xxxx" MMC-də menecer işləyir. Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanda yerləşən torpaq sahəsində gedən sözügedən tikili ilə bağlı ancaq işçilərin vaxtlı-vaxtında işə gedib-gəlmələrinə, tikinti materiallarının keyfiyyətinə, alınmasına nəzarət etmişdir. Kimlər, neçə nəfər orada işləyiblər onların şəkillərini çəkmişdir. Tikitinti materiallarına cəmi nə qədər pul verilməsinə dair qeydlər də vardır, lakin indi məbləğini dəqiq deyə bilməyəcəkdir. Tikinti normal və layihəyə uyğun getmişdir. Tikintinin özünü görmüş və həmçinin tikinti gedə-gedə binada söküntü işlərinin də görüldüyünü görmüşdür. Layihədən xəbəri vardır. 2-ci mərtəbədə eyvanın qırağından iki daş qaldırılmaq söhbəti sonradan yaranmışdır. Hovuzun uzunluğunun uzadılması sonradan baş vermişdir. O, evin 2 dəfə sökülüb yenidən tikildiyini görmüşdür. Sökülüb yenidən tikilən zaman vaxtı ilə evin tikintisi üçün aldıqları tikinti materiallarını təkrar almalı olmuşlar. Evin yerini dəyişəndə material çox istifadə olunmuşdur. Ev hazır vəziyyətdə olanda ev sahibi gələrək evin yerinin xoşuna gəlmədiyini və evin yerinin dəyişilməsini, evin geri çəkilməsini demişdir. Ofisdən qaimə götürüb tikinti materiallarını almışdır. O, hər bir tikinti materialının hesabatını tək-tək vermişdir. Ümumi məbləği dəqiq deyə bilməyəcəkdir. Ona hər bir tikinti materiallarından konkret nə qədər lazım olduğu deyilmiş, o da deyilən qədər almışdır. Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanda yerləşən torpaq sahəsində inşa edilən evin sahibi kimi X24 tanıyırdı. Tikili gedən vaxt evin sahibi ilə Cavabdeh2 arasında problem olmamış, M.Reza ofislərinə də gəlmiş, çay içmiş, hər şey normal olmuşdur. O, orada işlədiyi vaxt evin sahibi və ya onun arvadı evin tikilməsi ilə bağlı heç bir irad bildirməmişlər. Tərəflər arasında bununla bağlı hər hansı bir narazılıq olmamışdır. Eyni zamanda əlavə olaraq qeyd edir ki, tikintiyə nəzarət etmişdir. Onun işi inşaata gedib işin dayanıb-dayanmadığını, gedib-getmədiyini, nə işlər görüldüyünü Arzu xanıma xəbər verməkdən ibarət olmuşdur. Layihəsi olmayıb, layihə arxitektorun işidir. İddiaçı tanıyır. Belə ki, tikintiyə gəlib baş çəkmişdir. Tikintiyə görə ümumi nə qədər pul ödənildiyi və ya ödənilmədiyi barədə heç bir məlumatı yoxdur. Qeyd edilən bu məsələyə mühasib baxır.

47. Məhkəmənin şahid qismində dindirdiyi X4 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanda yerləşən torpaq sahəsində inşa edilən evin layihəsi üzrə mühasib işləmişdir. Sözügedən evin tikinti işləri üçün təxminən 1 120 000 manat nəzərdə tutulmuşdur. Lakin bu məbləğ tikinti işlərinə çatmamışdır. Belə ki, bir neçə dəfə evin söküntüsü və yenidən tikintisi getmişdir. Ona görə də qeyd etdiyi məbləğ tikintinin başa çatdırılması üçün kifayət etməmişdir. Tikinti şirkətləri smeta tərtib edib onlara verirlər. Tikinti materiallarının alınması qaimə əsasında həyata keçirilmişdir. Tərtib olunan sənədlər əsasında əlavə söküntü işlərinə nə qədər pul verilməsini deyə bilər. Əsas layihədən çox kənara çıxılmışdır. Belə ki, hovuzun uzunluğu uzadılmış, ev yana və geri çəkilmişdir. Hər bir tikinti işi ilə bağlı sənədlər vardır. Onlar əsasında tikintiyə xərclənən yekun məbləğ çıxarıla bilər. Lift sifariş olunmuş və bununla bağlı beh verilmişdir. Lakin lift yerinə quraşdırılmamışdır. "xxxx" MMC-də həmin tikintiyə aid hər hansı bir sifariş olunmuş, lakin istifadə olunmamış hər hansı bir material saxlanılmamışdır. Məsələn bəzi materiallar var ki, məhəccər və pəncərələr sifariş olunmuş, onların pullarının müəyyən hissələri verilmişdir. Hal-hazırda isə həmin materiallar sifariş verən müəssisələrdə saxlanılır. Həmin materiallar tikilidə yerinə qoyulmamışdır. Tikintiyə görə 1 120 000 manat pul verildiyini təqribən bilir. 1 120 000 manat təqribi xərc çəkilmişdir. Pullar bilavasitə icraçı şirkətlərə verilmişdir. Həmin pullar "xxxx" MMC-nin kassasına daxil olmamışdır. Tikintiyə pulu Mohammad Reza vermişdir. Bütün pullar verildikdən sonra müəyyən olunacaq ki, həmin pulların hansı hissəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindir, hansı hissəsi isə icraçı şirkətlərindir. Söküntü işlərinə təxminən 200 000 manat pul xərclənmişdir. O, bu xərcləri ancaq sənədlər əsasında bilər. "xxxx" MMC-nin layihə qrupları vardır. Onlar başqa şirkətlərlə müqavilə imzalayırlar. Tikinti işlərini onlar aparırlar. Onlarla işləyən ustalar vardır. "xxxx" MMC-nin 4 nəfər ştatda olan işçisi vardır. Sonuncu işlədiyi şirkət “İnci” LTD-dir. İşlədikləri şirkətlər ayrı-ayrı şirkətlərdir. Onların adlarını dəqiq bilmir. Liftin alınması ilə bağlı müqaviləni Cavabdeh2 bağlamışdır. Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanda yerləşən torpaq sahəsində inşa edilən evin tikintisinə görə ödəmələri kimin etdiyini bilmir. 690 000 manat tələb edilməsi ilə bağlı deyə bilər ki, ödənilməmiş qaimələr vardır.

48. Məhkəmənin şahid qismində dindirdiyi Aslan Ovçuyev ifadəsində göstərmişdir ki, Cavabdeh2 tanıyır. "xxxx" MMC-də hal-hazırda işləmir. Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanda yerləşən torpaq sahəsində sözügedən ev tikiləndə o, orda idi. Belə ki, həmin evin beton işlərini onlar görmüşlər. Evin sifarişçisi əslən İranlı olan X21muşdur. İlkin olaraq evin təməlinə beton töküləndə, evin hovuzu tikiləndə və mərtəbə qaldırılanda tikinti aparılan yerə gəlmişlər. M.Reza tikinti aparılan yerə gələrək tikintisi davam etdirilən evin xoşuna gəlmədiyini, söküləcəyini və evin yenidən tikiləcəyini bildirmişdir. O, buna münasibətdə evin layihəsinin belə olduğunu bildirmişdir. Lakin evin sahibi M.Reza evin sökülməli olduğunu bildirmişdir. Daha doğrusu evin təməli qoyulandan, 1-ci mərtəbənin kalonları və evin içərisində hovuz tikildikdən sonra M.Reza evin sökülməli və evin arxaya çəkilməli olmasını demişdir. Bundan sonra qonşu torpaq sahəsinin hasarı razılıq əsasında geriyə çəkilmişdir. Nəticə etibarilə ev 3,20 metr arxaya, 1,20 metr sola çəkilmişdir. Buna görə evin bünövrəsi sökülmüş və ev yenidən tikimişdir. O, evin ikinci mərtəbəsi tikilənə kimi orda olmuşdur. Daha sonra həmin evin 2 dəfə də söküldüyünü və evin yenidən tikildiyini eşitmişdir. O, bunları görmüşdür. Belə ki, həmişə həmin evin tikintisi aparılan yerdən keçdiyinə görə evin söküldüyünü və yenidən tikildiyini görmüşdür. Onlar Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanda yerləşən torpaq sahəsində tikilmiş evin layihəsindən kənara çıxmamışlar. X7ra mərtəbələrin alçaq olmasını, buna görə də evin sökülməli olmasını bildirmişdir. O da M.Rezaya bunun üçün onların səlahiyyəti olmadığını, bu məsələni Cavabdeh2 deməsini bildirmişdir. Lakin M.Reza israrla evin sökülməsini ona bildirmiş və buna görə pul verəcəyini demişdir. Ev söküləndən sonra evin layihəsi yenidən tərtib olunmuş və yeni layihə əsasında tikinti aparmışlar. O, daha sonra həmin evin tikintisinin davam etdirilməsindəki işindən çıxmışdır.

49. Məhkəmənin şahid qismində dindirdiyi X15 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də işləmişdir. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanda yerləşən torpaq sahəsində inşa edilən evin layihəsi üzrə elektrik işlərini onlar görmüşlər. Sözügedən evdə görüləcək elektrik işlərinin mühəndisi və elektrik işlərinə görə qrup rəhbəri o, olmuşdur. 2015-ci ildə onlar həmin evə baxış keçirəndə ev tam tikilmişdi. Evin bütün kabelləşmə və elektrik işlərini onlar görmüşlər. Ev 2015-ci ilin qış aylarında tam hazır olmuşdur. Ev mansartla birlikdə 4 mərtəbəlidir. Birinci dəfə evin həyəti daxil olmadan evdə görülən elektrik işlərinə görə 40 000 manat məbləğində smeta vermişlər. Video nəzarət və həyətin döşəməsinin işıqlandırılması ilə bağlı elektrik xətlərin çəkilməsi əlavə işlər olmuşdur. TV sistemi, internet xətləri və evin işıqlandırma sistemləri smeta daxilində olmuşdur. Daha sonra onlara evin damının yuxarı qaldırılmalı olması bildirilmişdir. Buna görə bütün elektrik xətlərini sökmüşlər və nəticədə onların gördükləri işdə qiymət fərqi yaranmışdır. Belə ki, elektrik xətlərin sökülməsi və yenidən çəkilməsi, bunlar əlavə xərclərdir. Evin söküntüsü olanda onlar təqribən 2 ay həmin evdə işləməmişlər. Daha sonra yenidən video kameralar üçün nəzərdə tutulan xətlər və işıqlandırma xətləri sökülmüşdür. Bir dəfə evin 1 və 2-ci mərtəbələrində çəkilmiş elektrik xətlərini sökmüşlər və yenidən çəkmişlər. Daha sonra yenidən layihədə dəyişiklik olmuş və qismən xətləri sökmüşlər və yenidən çəkmişlər. Həmçinin əlavə olaraq qeyd edir ki, elektrik xətləri üçün nəzərdə tutulan borulardan istifadə edə bilməmişlər. Elektrik kabellərinin isə 30-40 faizindən istifadə etmişlər. Belə ki, kabellərin üzərinə nəsə tökülmüşdü. Bu səbəbdən də kabellər pis vəziyyətdə idi. 17 may 2015-ci ilə qədər bütün kabelləşmə işləri ilə bağlı qara işlər görülüb qurtarmışdır. Bundan sonra evin tikintisi ilə bağlı işlərin qurtarmasını gözləmişlər ki, evin tikintisi qurtardıqdan sonra gəlib işlərini yekunlaşdıracaqlar. İşləri Cavabdeh2 ilə sifarişçinin arasında olan razılıq əsasında görmüşdür. Cavabdeh2 ilə onların müqaviləsi yoxdur. Cavabdeh2 ona gördüyü işlərlə bağlı borcu yoxdur.

50. Birinci instansiya məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiasının rədd, MMC-nin və Cavabdeh2 iddia tələblərinin qismən təmin edilməsi, İddiaçı və Mohammad Qayedidən 70 000 manatın müştərək qaydada tutularaq MMC-yə, 374 752 ABŞ dollarının və 55 014 avronun (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnə nəzərə alınmaqla manat hesabı ilə) Cavabdeh2 ödənilməsi, MMC-nin və Cavabdeh2 iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur.

51. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır: 51.1. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Sifarişçi” İddiaçı ilə "xxxx" "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi, 32 ünvanında yerləşən torpaq sahəsində inşa ediləcək fərdi yaşayış evinə memarlıq, interyer dizayn, landşaft dizayni xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır. Müqaviləyə əsasən “Sifarişçi” memarlıq, interyer dizayn, landşaft dizayni xidmətlərinin göstərilməsini sifariş verib "xxxx"ya razılaşdırılmış xidmət haqqı ödəməyi, "xxxx" isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada memarlıq, interyer dizayn, landşaft dizaynı xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi, 32 ünvanında yerləşən torpaq sahəsində 2 mərtəbə zirzəmi və mansardlı evin memarlığı, interyer və landşaft dizayn işlərinin, binanın eskiz və işçi layihəsinin hazırlanıb təqdim olunması, dizayn və memarlığa nəzarət, işçi lahiyəsinin və mühəndisliyin nəzarəti, kiçik arxitektur formaların torpaq sahəsində memarlığı və dizaynı işlərinə görə “Sifarişçi” tərəfindən 150.000 manatın ödənilməsi nəzərdə tutulmuş, “Sifarişçi” tərəfindən həmin məbləğdən 80.000 manat olmaqla ödənilmiş, qalan 70.000 manat isə ödənilməmişdir. İddiaçı həyat yoldaşı X14 da verdiyi iltizam və qəbzə əsasən dizayn hesabından 70.000 manat borclu qaldıqlarını təsdiq etmişdir. 51.2. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, müqavilə üzrə “Sifarişçi” İddiaçı olsa da, Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi, 32 ünvanında yerləşən torpaq sahəsində inşa ediləcək fərdi yaşayış evinin tikintisinə dair “Podratçı”ya müəyyən sifarişlərin verilməsi, evin layihəsindən kənar dəyişikliklərin edilməsi barədə sifarişlərin verilməsi, evin layihəsindəki dəyişikliklərin qəbul edilməsi və tikinti işlərinə görə ödənişlərin müəyyən hissəsinin verilməsi faktiki olaraq İddiaçı həyat yoldaşı X14 tərəfindən həyata keçirilmişdir. Həmçinin tikinti işlərinə görə ödənişlərin müəyyən hissəsinin verilməsi öhdəliyini X14 öz üzərinə götürmüşdür. 51.3. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, “Sifarişçi” İddiaçı və onun həyat yoldaşı X1 ilə fərdi yaşayış evinin tikintisində layihədən kənara çıxılmış, İddiaçı və M.Qayedinin sifarişi ilə ev ilkin yerləşmədən sonra bir neçə dəfə sökülmüş və yenidən tikilmişdir. Görülən dəyişiklər M.Qayedi tərəfindən qəbul edilmişdir. İş üzrə keçirilmiş ekspertiza rəylərindən də görünür ki, Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi, 32 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisi zamanı layihədən kənara çıxılmış, ilkin yerləşmədən sonra 1,1 metr sola və təqribən 3 metr arxaya sürüşdürülmüş, fərdi yaşayış evinin tikintisində təkrar və əlavə işlər görülmüşdür. Həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyindən görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisində faktiki görülmüş tikinti-quraşdırma təmir işlərinin respublikadaxili orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri əmək haqqı və tikinti materialları daxil olmaqla 698.492,21 manat məbləğində olduğu müəyyən edilmişdir. Lakin fərdi yaşayış evinin tikintisində təkrar və əlavə işlərin görülməsinin müəyyən edilməsinə dair mülki iş materiallarında, eləcə də mütəxəssis rəyində konkret olaraq layihə smeta sənədləri hazırlanmadığından həmin işlərə sərf olunan vəsaiti müəyyən etmək mümkün olmamışdır. ********* nömrəli cinayət işinin istintaqı zamanı keçirilən ekspertizanın rəyinə əsasən isə Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanda yerləşən yaşayış evi üzrə "xxxx" MMC tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə çəkilmiş xərclərin ümumi dəyərinin 1.515.280 manat, 43.358 ABŞ dolları və 52.000 avro təşkil etdiyi müəyyən edilmişdir. 51.4. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanda yerləşən yaşayış evinin tikintisinə görə "xxxx" MMC-yə görülən işlərə görə 1.136.457 manat ödənilmişdir. 51.5. İddiaçı iddia tələbində xx.xx.2014-cü ildə "xxxx" MMC ilə onun arasında Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, ünvan 3 ünvanda yerləşən torpaq sahəsində 2 mərtəbəli, zirzəmi və mansardlı, evin memarlığı, interyer və landşaft dizayn və tikinti işlərinin aparılması üçün bağlanmış müqavilənin pozulmasını tələb etsə də, müqavilənin ləğvi ilə əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarından görünür ki, qeyd olunan müqavilə üzrə "xxxx" MMC evin memarlığı, interyer və landşaft dizayn işlərini, binanın eskiz və işçi layihəsini hazırlayıb təqdim etməklə, dizayn və memarlığa nəzarəti, işçi lahiyəsinin və mühəndisliyin nəzarətini, kiçik arxitektur formaların torpaq sahəsində memarlığını və dizaynı işlərini həyata keçirməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Bundan başqa İddiaçı iddia tələbində ona məxsus Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, ünvan 3 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə görə 1.136.457 manat ödədiyini, lakin evin tikintisinə 698.492 manat xərcləndiyini, evin tikintisinin layihədən kənar aparıldığı üçün yol verilmiş qüsurların aradan qaldırılması üçün 146.000 manat lazım olduğunu, nəticədə "xxxx" MMC və Cavabdeh2 tərəfindən ona 583.965 manat maddi ziyan vurulduğunu iddia etsə də, "xxxx" MMC və Cavabdeh2 tərəfindən ona qeyd olunan maddi ziyanın vurulması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə tərəflərin izahatlarından, iş materiallarından və iş üzrə keçirilmiş ekspertiza rəylərindən görünür ki, İddiaçı və onun həyat yoldaşı X1 ilə qeyd olunan ev ilkin yerləşmədən sonra bir neçə dəfə sökülmüş və yenidən tikilmiş, fərdi yaşayış evinin tikintisi zamanı İddiaçı və M.Qayedinin sifarişi ilə layihədən kənara çıxılmış, fərdi yaşayış evi ilkin yerləşmədən sonra 1,1 metr sola və təqribən 3 metr arxaya sürüşdürülmüş, fərdi yaşayış evinin tikintisində təkrar və əlavə işlər görülmüş, yaşayış evi layihədən fərqli tikilmiş, görülən dəyişiklər isə M.Qayedi tərəfindən qəbul edilmişdir. Mülki iş üzrə ekspert rəyindən həmçinin görünür ki, fərdi yaşayış evinin tikintisində təkrar və əlavə işlərini görülməsi ilə bağlı smeta sənədləri hazırlanmadığından həmin işlərə sərf olunan vəsaiti müəyyən etmək mümkün olmamışdır. Həmçinin iş materiallarında olan ekspert rəyinə əsasən "xxxx" MMC tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə çəkilmiş xərclərin ümumi dəyərinin 1.515.280 manat, 43.358 ABŞ dolları və 52.000 avro təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza rəyindən görünür ki, evin tikintisində yaranan qüsurlar fərdi yaşayış evinin tikintisi zamanı layihədən kənara çıxılma, evin ilkin yerləşmədən sonra 1,1 metr sola və təqribən 3 metr arxaya sürüşdürülməsi, fərdi yaşayış evinin tikintisində təkrar və əlavə işlərin görülməsi, nəticə etibarı ilə fərdi yaşayış evinin layihədən fərqli tikilməsi ilə bağlıdır. Fərdi yaşayış evinin layihədən fərqli tikilməsi isə İddiaçı və onun həyat yoldaşı M.Qayedinin sifarişi ilə həyata keçirilmişdir. Göründüyü kimi, fərdi yaşayış evinin layihədən fərqli tikilməsi ilə bağlı yaranmış qüsurlar "xxxx" MMC tərəfindən deyil, İddiaçı və onun həyat yoldaşı M.Qayedinin sifarişi həyata keçirilərkən yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh İddiaçı iddia tələbi qeyd olunan hissələrdə əsassız hesab edilməli və təmin edilməməlidir. 51.6. Məhkəmə İddiaçı iddia tələbinin “cavabdehlərdən 100.000 manat mənəvi ziyanın alınıb ona ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddiaçı tərəf "xxxx" MMC və Cavabdeh2 hərəkətləri nəticəsində ona qeyd olunan mənəvi ziyanın dəyməsi ilə əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qeyd olunan hissədə də əsassız hesab edilməli və təmin edilməməlidir. İddiaçı iddia tələbləri qeyd olunan hissələrdə təmin edilmədiyindən iddia tələbi “cavabdehlərdən hüquqi xidmətlərə görə 68.396,5 manat pulun alınıb iddiaçıya ödənilməsi” hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir. 51.7. Məhkəmə iddia tələbinin “cinayət yolu ilə əldə edilmiş əmlakı əldə etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə cavabdehlər barəsində xüsusi qərardad çıxarılması” hissəsi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. 51.8. Məhkəmə isə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. 51.9. Məhkəmə iddiaçı "xxxx" MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Cavabdeh2 iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd edir. 51.10.İş materiallarından və tərəflərin izahatlarından görünür ki, “Sifarişçi” Cavabdeh2 ilə “Podratçı” “HiDew Havalandırma” şirkəti arasında Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, ünvan 3 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə “Podartçı” tərəfindən havalandırma sistemi quraşdırılması üzrə işlərin görülməsi ilə bağlı müqavilə bağlanmış, “Sifarişçi” isə müqavilə ilə razılaşdırılmış quraşdırılma işlərinin ümumi dəyəri olan 25.195 ABŞ dollarını ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən məbləğdən hazırda qalıq qalan məbləğ 15.150 ABŞ dolları təşkil edir. Həmçinin iş materiallarında olan X14 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli yazılı iltizamdan, banka köçürməsinə, otel xərcinə, biletə, su idarəsinə, mühafizəçinin əmək haqqısına, əlavə gömrük xərcinə və arendaya görə xərcləri əks etdirən ödəniş cədvəlindən görünür ki, o, xx.xx.2016-cı ilə qədər görülən işlərin hesabatına görə 129.025 ABŞ dolları, 3.014 avro, 16870 ABŞ dolları (17.714 manat) borclu olduğunu etiraf etmişdir. “Sifarişçi” Cavabdeh2 ilə “Podratçı” "xxxx" MMC arasında bağlanmış 16 iyul 2015-ci il tarixli 16-07/15 №-li podrat müqaviləsinə əsasən “Podratçı” tam təhvil verilmə qiyməti 65.000 avro dəyərində olan 1 ədəd liftin Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, ünvan 3 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində quraşdırılması üzrə işlərin görülməsini, “Sifarişçi” isə həmin işləri qəbul qəbul etməyi və “Podratçı”ya bu müqavilə ilə razılaşdırılmış 65.000 avro xidmət haqqının ödənilməsini öhdəsinə götürmüş, qeyd olunan məbləğdən 19.500 avro hissəsini "xxxx" MMC avans olaraq almışdır. "xxxx" MMC-nin təklif və xx.xx.2015-ci il tarixli ödəniş tapşırığına əsasən Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, ünvan 3 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə aluminum qapı və pəncərə işləri üçün verilmiş təklifə əsasən mal-materialların Türkiyədən alınıb gətirilməsi üçün ümumi məbləğin 50%-i, yəni 35.000 manat məbləğində avans Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Həmçinin iş materiallarından və iş materiallarında olan görülən işlərin həcmi və dəyərini əks etdirən smetadan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, ünvan 3 ünvanda yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə görə xərclənmiş vəsaitdən 145.091 ABŞ dolları (165.268 manat), 75.525 ABŞ dolları və 52.000 avro ödənilməmiş qalmışdır. Eyni zamanda mübahisə üzrə keçirilmiş ekspert rəyinə əsasən "xxxx" MMC tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə çəkilmiş xərclərin ümumi dəyərinin 1.515.280 manat, 43.358 ABŞ dolları və 52.000 avro təşkil etdiyi müəyyən edilmişdir. Lakin iş materiallarından və tərəflərin izahlarından görünür ki, İddiaçı və M.Qayedi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanda yerləşən yaşayış evinin tikintisinə görə "xxxx" MMC-yə görülən işlərə görə 1.136.457 manat ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 iddia tələbi 374.752 ABŞ dolları və 55.014 avro hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. 51.11. Məhkəmə mübahisəli tikilinin dəyərinin 698.492,21 manat göstərilməsi ilə bağlı ekspert rəyinə münasibətdə qeyd edir ki, bu, tikilinin hazırki vəziyyəti ilə əlaqədar ekspertin verdiyi rəydir. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilir ki, mübahisəli tikili bir neçə dəfə sökülərək tikilmiş, tikilinin bəzi hissələrində mühüm dəyişikliklər edilmiş, tikilinin yeri dəyişdirilmiş və bunun üçün əlavə vəsait sərf olunmuşdur ki, bu da layihə və smeta sənədlərində nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd olunanlar İddiaçı və X10 istəyi və razılığı ilə həyata keçirilmişdir. 51.12.Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Cavabdeh2 iddia tələbinin «cavabdehlər İddiaçı və X6 əldən çıxmış fayda qismində maddi zərərə görə 93.810,91 ABŞ dolları və 13.687 avro məbləğində pul vəsaitinin tutulması» hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı iddia tələbinin qeyd olunan hissələri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyi üçün iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. 51.13.Məhkəmə iddiaçı "xxxx" MMC-nin iddia tələbi ilə əlaqədar isə qeyd edir ki, iddiaçı "xxxx" MMC iddia tələbində İddiaçı və X6 495.157,64 ABŞ dollarının müştərək qaydada tutularaq ona ödənilməsini tələb etsə də, iş materiallarından görünür ki, “Sifarişçi” İddiaçı ilə "xxxx" "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə və həmin müqaviləyə əlavəyə əsasən “Sifarişçi” memarlıq, interyer dizayn, landşaft dizayni xidmətlərinin göstərilməsini sifariş verib "xxxx"ya razılaşdırılmış xidmət haqqı ödəməyi, "xxxx" isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada memarlıq, interyer dizayn, landşaft dizayni xidmətləri göstərməyi öhdəsinə götürmüş, həmin işlərə görə “Sifarişçi” tərəfindən 150.000 manatın ödənilməsi nəzərdə tutulmuş, “Sifarişçi” İddiaçı tərəfindən həmin məbləğdən 80.000 manat ödənilmiş, qalan 70.000 manat ödənilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, İddiaçı və X6 70.000 manat müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

52. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 324.1-ci, 324.4-cü, 385.1-ci, 386.1-ci, 389.1-ci, 390.1-ci, 421.2-ci, 424.5-ci, 425.1-ci, 427.3-cü, 442-ci, 448.1-ci, 752.1-ci, 753.1-ci, 753.2-ci, 753.3cü, 756.1-ci, 756.2-ci, 759.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 76.2-ci, 106.1-ci maddələrinə istinad etmişdir.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

53. İddiaçı və Mohammad Qayedi birinci instansiya məhkəməsinin qətnaməsindən birgə apellyasiya şikayəti verərək onun ləğv olunmasını, İddiaçı iddiasının təmin, MMC-nin və Cavabdeh2 iddiaların isə tam həcmdə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını; Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddiasının “əldən çıxmış faydanın ödənilməsi tələbinin təmin edilməməsi” hissəsində ləğv olunaraq həmin tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını; MMC apellyasiya şikayəti verərək, qətnamənin “manatla hesablanması və əldən çıxmış faydanın hesablanmaması hissəsində” ləğv edib, cavabdehlərin ona olan borclarının yarandığı tarixdəki 70 000 manat məbləğində borclarının 89 743,59 ABŞ dollarına dəyişdirilməsini və əldən çıxmış faydanın 30 595,48 ABŞ dolları miqdarında təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

54. Apellyasiya şikayətləri müvafiq iddia ərizələrinin məzmunlarına uyğun əsaslandırılmış, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyi irəli sürülmüşdür.

55. Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə MMC-nin və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməmiş, İradə və Mohammad Qayedilərin apellyasiya şikayəti qismən təmin olunaraq Nəsimi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsi qismən, yəni İddiaçı iddiasının tam həcmdə rədd edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 iddialarının qismən təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı və X11 qarşı “pulun ödənilməsi tələbi barədə” iddiası və Cavabdeh2 İddiaçı və X11 qarşı “tikintiyə sərf edilmiş pul vəsaitinin və dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə” iddiası təmin edilməmiş, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “müqavilənin pozulması və sair tələbləri barədə” iddiası qismən təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “Evin memarlığı, interyer və landşaft, dizayn işlərinin aparılması barədə müqavilə” ləğv edilmiş, vurulmuş maddi zərərin əvəzi olaraq 583 965 (beş yüz səksən üç min doqquz yüz altmış beş) manat pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

56. Apellyasiya instansiyası məhkəməsi mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

56.1. İşin mübahisəsiz halı ondan ibarətdir ki, evin tikintisinə görə MMC-yə görülən işlərə görə 1.136.457 manat ödənilmişdir. 56.2. İddiaçı iddia tələbində ona məxsus evin tikintisinə görə 1.136.457 manat ödədiyini, lakin evin tikintisinə 698.492 manat xərcləndiyini, evin tikintisinin layihədən kənar aparıldığı üçün yol verilmiş qüsurların aradan qaldırılması üçün 146.000 manat lazım olduğunu, nəticədə MMC və Cavabdeh2 tərəfindən ona 583.965 manat maddi ziyan vurulması işin mübahisəsiz hallarındandır. 56.3. Rayon Məhkəməsi hesab etmişdir ki, İddiaçı, MMC və Cavabdeh2 tərəfindən ona qeyd olunan maddi ziyanın vurulması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün bu tələbi əsassızdır. 56.4. Məhkəmə Kollegiyası Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, "xxxx" MMC-nin verdiyi xx.xx.2016-cı il tarixli rəylə bir daha təsdiq olunur ki, tikinti işləri zamanı tikinti norma və qaydaları kobud surətdə pozulmuş və tikintiyə sərf olunan vəsait cəmi 698.492 manatdır. 56.5. Cavabdeh2 tikintiyə sərf olunmuş xərclərin 300.000 manatının qeyri-tikinti işlərinə sərf olunması barədə dəlilinə münasibətdə qeyd olunmalıdır ki, bununla bağlı məhkəmələrə sübut təqdim olunmayıb. 56.6. Cavabdeh2 İddiaçı və M.Qayedidən aldığı pulları tikinti işlərini icra etmiş şirkətlərə və şəxslərə verilməsində vasitəçi olması barədə izahatı işin hallarına uyğun deyil və məhkəməyə bu barədə sübut təqdim olunmayıb. 56.7. Vasitəçiliklə podratçılıq arasında hüquqi bağlılıq mövcud deyil. 56.8. Rayon Məhkəməsi hazırki mübahisəyə podrat müqavilələrinə dair qanun normalarına düzgün tətbiq etməyib. Çünki tərəflər arasında podrat müqaviləsi bağlanmasına dair sübutlar məhkəmələrə təqdim olunmayıb. xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə evin memarlıq, interyer dizayn, landşaft dizayni xidmətləri göstərilməsi barədədir. Bu müqavilədə tikinti işlərinin aparılması nəzərdə tutulmayıb. Buna görə Rayon Məhkəməsinin mübahisəyə podrat müqaviləsi kimi qiymət verməsi əsassızdır. Çünki, podrat müqaviləsinin tələbinə əsasən müqavilədə nəzərdə tutulan işi podratçı icra etməlidir. İşi materiallarından görünür və işin hallarından müəyyən edilir ki, Cavabdeh2 işçi qüvvəsi olmamışdır və onun özünün bildirdiyinə görə işləri müxtəlif şirkətlər icra etmişlər. 56.9. Məhkəmə İddiaçı və M.Qayedilərin mübahisəyə tapşırıq müqaviləsinin müddəalarının tətbiq olunması barədə müddəalarını əsaslı hesab edir. Cavabdeh2 izahatlarından da görünür ki, o, Qayedilərin tapşırıqlarını icra etmişdir. 56.10.Zərər vurulması müqavilədən, qanundan və əsassız varlanmadan, ziyan vurmadan yaranır. Cavabdeh2 Qayedilərə ziyan vurması ekspertiza rəyləri ilə sübuta yetirilib. Qayedilərin Cavabdeh2 zərər vurması isə sübut olunmamışdır. 56.11. İşin materiallarından görünür ki, iddiaçının mübahisənin sülh yolu ilə həll edilməsi təklifi cavabsız qaldıqdan sonra məhkəməyə müraciət olunmuşdur. Belə vəziyyətdə müqavilənin ləğv edilməsi tələbi əsaslıdır. Digər tərəfdən 2016-cı ilin aprel ayından müqavilə münasibətlərinə son verilmişdir. Belə vəziyyətdə birinci instansiya məhkəməsinin müqavilənin ləğvi tələbini təmin etməməsi əsassız olmuşdur. 56.12.Apellyasiya icraatı zamanı Məhkəmə yerli baxışla müəyyən etmişdir ki, tikilidə lift və alüminium qapı quraşdırılmayıb, havalandırma sistemi sonadək işlənməyib. Alüminium qapı-pəncərə üçün ümumi məbləğin 50 faizi, 35.000 manat məbləğində pulun avans olaraq "xxxx" MMC-yə ödənilməsi iş materialları ilə təsdiq olunur. Lakin həmin məbləğin Cavabdeh2 tərəfindən ödənilməsi barədə sübut Məhkəməyə təqdim olunmayıb və ona görə də həmin məbləğin Cavabdeh2 tərəfindən ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Havalandırma sisteminə və liftə görə ödənilən məbləğlərin də Cavabdeh2 tərəfindən ödənilməsi təsdiqini tapmır. 56.13.Rayon Məhkəməsi Cavabdeh2 iddiasını təmin edərkən binanın 3 dəfə sökülərək yenidən tikilməsinə əsaslanmışdır. Lakin bu halı təsdiq edəcək sübutlar məhkəməyə təqdim olunmayıb və digər tərəfdən ekspertiza rəyləri ilə təkzib olunur. İş üzrə alınmış sonuncu - xx.xx.2017-ci il tarixli ekspertiza rəyi Cavabdeh2 vəsatəti əsasında keçirilib və ekspertlər qarşısında binanın 3 dəfə sökülüb yenidən tiklməsinin aydınlaşdırılması ilə əlaqədar sual qoyulmayıb. Ekspertiza keçirilərkən də binanın 3 dəfə sökülüb yenidən tikilməsi barədə sübutlar təqdim olunmayıb. Rəydə binanın 3 dəfə sökülüb yenidən tikilməsi barədə müddəa yoxdur və bu rəy Cavabdeh2 tərəfindən mübahisələndirilməyib. Ekspertlər tərəfindən tikilinin dəyərinin 698.492 manat müəyyən olunmasını və tikinti işlərinə görə Cavabdeh2 1.136.457 manat aldığını nəzərə aldıqda görürük ki, tikiliyə əlavə vəsait sərf olunması təsdiq olunmur. İddiaçı binada rekonstruksiya işləri aparılmasını Cavabdeh2 təqsiri ucbatından aparıldığını və rekonstruksiya işlərinə görə 80.000 manat ödənildiyini bildirir. 56.14.Məhkəmə, Cavabdeh2 M.Qayedinin borclarını imzası ilə təsdiq etməsi barədə istinad etdiyi hala qiymət verərək belə nəticəyə gəlir ki, imzalarla təsdiq olunan borclar 2016-cı ilin aprel ayınadək olan dövrü əhatə edir. Ekspertlər tərəfindən tikilinin dəyərinin 698.492 manat müəyyən olunmasını və tikinti işlərinə görə Cavabdeh2 ******* manat aldığını nəzərə aldıqda görürük ki, iddia edilən borc tikintinin dəyəri və tikintiyə görə alınan məbləğlə ziddiyyət təşkil edir. Tikintiyə 698492 manat sərf olunması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli rəyləri ilə də təsdiq olunur. Belə olan halda, tikintiyə sərf olunan məbləğ ödənilmiş ümumi məbləğdən çıxıldıqda 437.965 manat sərf edilməmiş vəsait qalır. Eyni zamanda həmin rəylərlə müəyyən edilmişdir ki, buraxılmış qüsurların aradan qaldırılması üçün 146.000 manat vəsait lazımdır. Beləliklə, tikinti ilə əlaqədar tələb olunan məbləğ (437.965 manat + 146.000 manat=) 583.965 manat təşkil edir. 56.15.Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən, yəni 583.965 manat hissədə əsaslıdır. Rayon Məhkəməsi bu hissədə iddianı rədd etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. İddiaçı iddiasının tam rədd edilməsi hissəsində qətnamə əsassızdır və ləğv edilməlidir. 56.16.İddiaçı, ona mənəvi zərərin dəyməsi barədə istinad etdiyi halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmiş, bu barədə tələbini əsaslandırmamışdır. Tələb hər hansı sübuta deyil subyektiv mülahizələrə əsaslanır. Başqa sözlə müəyyən edilir ki, İddiaçı iddiasının “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” hissəsi əsassızdır. Ona görə də, Rayon Məhkəməsi İddiaçı iddiasını qeyd olunan hissədə də əsassız hesab etməkdə və təmin etməməkdə haqlı olmuşdur. 56.17.İddiaçı iddiası qeyd olunan hissələrdə təmin edilmədiyindən “cavabdehlərdən hüquqi xidmətlərə görə 68.396,5 manat pulun alınıb iddiaçıya ödənilməsi” hissəsində də əsassız hesab edilməlidir. 56.18.Məhkəmə, iddianın “cinayət yolu ilə əldə edilmiş əmlakı əldə etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə cavabdehlər barəsində xüsusi qərardad çıxarılması” hissəsi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir. Bu baxımdan, iddiaçı iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. 56.19.İş materiallarından və tərəflərin izahlarından görünür ki, İddiaçı tərəfindən evin tikintisinə görə MMC-yə görülən işlərə görə 1.136.457 manat ödənilmişdir. 56.20.Rayon Məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 iddiası 374.752 ABŞ dolları və 55.014 avro hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tikintiyə əlavə vəsaitin sərf edilməsi iş üzrə alınmış ekspert rəyləri ilə təkzib olunur. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli rəyləri ilə tikintiyə cəmi 698.492 manat sərf olunması təsdiq olunmuşdur. Məhkəmə, tikinti işlərinə sərf edilmiş xərclərin ümumi dəyərinin 1.515.280 manat, 43.358 ABŞ dolları və 52.000 avrodan ibarət olması ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli rəyini mötəbər sübut kimi qəbul etməyərək qeyd edir ki, bu rəy mövcud tikinti üzrə deyil, Cavabdeh2 tərəfindən tərtib edilmiş smetaya əsasən verilmişdir. Həmin rəy işin faktiki hallarına uyğun olmayıb "xxxx" MMC-nin verdiyi xx.xx.2016-cı il tarixli rəyi, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli rəyləri ilə təkzib olunur. 56.21.Məhkəmə, Cavabdeh2 iddiasının “cavabdehlər İddiaçı və M.Qayedidən əldən çıxmış fayda qismində maddi zərərə görə 93.810,91 ABŞ dolları və 13.687 avro məbləğində pul vəsaitinin tutulması” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı iddia tələbinin qeyd olunan hissələri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyi üçün iddia tələbi bu hissədə də əsassız hesab edilməli və təmin edilməməlidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Cavabdeh2 irəli sürdüyü tələb əsassız hesab edildiyindən əldən çıxmış fayda tələbi əsaslı hesab edilə bilməz. 56.22.Məhkəmə, MMC-nin iddia tələbi ilə əlaqədar isə qeyd edir ki, MMC iddia tələbində İddiaçı və M.Qayedidən 495.157,64 ABŞ dollarının müştərək qaydada tutularaq ona ödənilməsini tələb etsə də, iş materiallarından görünür ki, “Sifarişçi" İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə və həmin müqaviləyə əlavəyə əsasən “Sifarişçi” memarlıq, interyer dizayn, landşaft dizayni xidmətlərinin göstərilməsini sifariş verib “İcraçıya” razılaşdırılmış xidmət haqqı ödəməyi, "xxxx" isə “Sifarişçinin” müəyyən etdiyi qaydada memarlıq, interyer dizayn, landşaft dizayni xidmətləri göstərməyi öhdəsinə götürmüş, həmin işlərə görə “Sifarişçi” tərəfindən 150.000 manatın ödənilməsi nəzərdə tutulmuşdur. 56.23.Rayon Məhkəməsi hesab etmişdir ki, İddiaçı əri M.Qayedi 70.000 manat borcun olduğunu təsdiq etdiyi üçün həmin məbləğ MMC-yə ödənilməlidir. 56.24.Məhkəmə qeyd edir ki, M.İddiaçıQayedi ilə MMC arasında bağlanmış müqavilə üzrə tərəf deyil və onun 70.000 manat borcun olmasını təsdiq etməsi o demək deyil ki, müqavilənin tərəfi olan İddiaçı bu məbləğdə borcludur. Rayon Məhkəməsi 70.000 manat pulun tutulması hissəsində öz mövqeyini əsaslandıra bilməmişdir. MMC, iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyi üçün iddia tələbi bu hissədə də əsassız hesab edilməli və təmin edilməməlidir.

57. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 21-ci, 324-cü, 385.1-ci, 386.1-ci, 389.1-ci, 390.1-ci, 421.2-ci, 424.5-ci, 427.3cü, 442-ci, 448.1-ci, 777.1-ci, 777.2-ci, 778.2-ci, 779.1-ci, 784-cü maddələrinə, habelə “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

58. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli Qərarı ilə İddiaçı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Cavabdeh2 kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

59. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hallarına və tərəflərin qarşılqılı münasibətlərinə uyğun çıxarılmış, mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

60. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanan müqavilə üzrə yaranan münasibətlərə podrat münasibətlərindən irəli gələn mübahisə kimi qiymət verilməsi işin hallarına və tərəflərin qarşılqılı münasibətlərinə uyğun deyildir. Çünki podrat münasibətlərini tənzimləyən MM-nin 752.1-ci maddələrinin tələblərinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Halbuki iş materiallarından və işin hallarından müəyyən edilir ki, Cavabdeh2 işçi qüvvəsi olmamışdır və onun özünün də bildirdiyinə görə evin tikintisi işə cəlb edilmiş müxtəlif şirkətlər tərəfindən icra edilmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə tapşırıq müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən hüquq normaları tətəbiq edilməlidir.

61. Kassasiya instansiyası məhkəməsi həmçinin vurğulamışdır ki, fərdi yaşayış evinin tikintisinə görə aldığı 1.136.457 manat puldan başqa həmin tikiliyə və onun avadanlıqlarına əlavə olaraq 690.000 manat pul sərf etdiyi və bu halların Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli rəyi ilə sübut edildiyi barədə MMC və Cavabdeh2 dəlilləri aşağıdakılarla təkzib edilir. Əvvəla hazırkı işə məhkəmədə baxılmasından əvvəl BMCMİ-nin qərarı əsasında verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli rəyini digər sübutlarla birlikdə qiymətləndirən apellyasiya instansiyası məhkəməsi həmin rəyin işin halları ilə uyğunluq təşkil etmədiyi qənaətinə gəlmişdir. Belə ki, həmin rəy yalnız Cavabdeh2 tərtib etdiyi smeta sənədlərinə əsasən evə baxış keçirilmədən aparıldığından evin tikintisinə sərf edilmiş xərclərin real vəziyyətini deyil, tikiliyə artıq xərclərin çəkilməsinin sübut edilməsində maraqlı olan Cavabdeh2 dəlillərini əks etdirir. Bununla yanaşı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2017-ci və xx.xx.2017-ci il tarixli rəyləri ilə fərdi yaşayış evinin tikintisinə ümumilikdə inşaat materialları, sərf edilmiş əməyin dəyəri və tikintiyə nəzarət daxil olmaqla 698 min 492 manat pul sərf edildiyi müəyyən edilmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tikintinin inşasına görə aldığı 1.136.457 manat puldan əlavə Qayedilərdən onların xeyrinə 690.000 manat pulun tutulması olması barədə MMC və Cavabdeh2 iddiaları rədd edilməlidir. Göstərilənlərlə yanaşı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdeh2 93.810,91 ABŞ dolları və 13.687 avro məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi ilə bağlı sübut təqdim edə bilmədiyi üçün onun bu hissədə də tələbi təmin edilməməli, eyni zamanda pul tələbinə dair bütün tələbləri təmin edilmədiyindən əldən çıxmış fayda tələbinə dair iddia da rədd edilməlidir. İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə üzrə göstərilən xidmətlərə görə nəzərdə tutulmuiş 150.000 manat puldan 80.000 manatın ödənildiyi, lakin qalan 70.000 manatın ödənilmədiyi ona görə də həmin məbləğin Qayedilərdən tutulmalı olması barədə MMC-nin iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, MMC həmin müqavilədə nəzərdə tutulmuş memarlıq, interyer, dizayn və landşaft dizaynı işləri üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, fərdi yaşayış evinin interyer, dizayn və landşaft dizaynı işləri isə ümumiyyətlə görülməmişdir. MMC icra etdiyi işləri isə qüsurlu yerinə yetirmişdir.

62. Kassasiya instansiyası məhkəməsi fərdi yaşayış evində quraşdırılmalı olan 65.000 Avro məbləğində bir ədəd liftin və havalandırma sisteminin dəyərinin tutulması ilə bağlı MMC-nin və Cavabdeh2 dəlillərinə münasibətdə qeyd etmişdir ki, havalandırma sistemi qururlub işə salınmamış, mübahisə baş verən tarixədək fərdi yaşayış evində lift quraşdırılmamış, eyni zamanda həmin lift quraşdırılmamış vəziyyətdə də ayrıca olaraq Qayedilərə təhvil verilməmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Qayedilərin adından tapşırıq müqaviləsi üzrə hərəkət edən Cavabdeh2 fərdi yaşayış evində havalandırma sisteminin qurulması ilə bağlı “HiDeW Havalandırma” şirkəti ilə, liftin quraşdırılması ilə bağlı "xxxx" MMC ilə müqavilələr bağlamışdır və həmin müqavilələrdə görülməli işlərin dəyəri müəyyən edilmişdir. Cavabdeh2 hazırkı tələblə bağlı iddiasının rədd edilməsi adı göstərilən şirkətlər tərəfindən müqavilədə görülən işlər yerinə yetirildikdən sonra nəzərdə tutulmuş ödənişlərin verilməsi ilə bağlı mübahisə yarandığı halda həmin şirkətlərin iddia verməklə gördükləri işlərin dəyərini tələb etmək hüququnu istisna etmir. Qayedilərdən aldığı pulların 300.000 manatının qeyri tikinti işlərinə sərf edilməsi barədə Cavabdeh2 dəlilləri əsaslı deyildir, çünki Cavabdeh2 iş materiallarına bu halı təsdiq edən sübut təqdim etməmişdir.

d) Ali Məhkəmənin Plenumundakı icraat

63. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2019cu il tarixli Qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 tərəfindən birgə verilmiş əlavə kassasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır.

64. Ali Məhkəmənin Plenumu öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Apellyasiya instansiyası məhkəməsinin və kassasiya instansiyasının qərarlarında "xxxx" MMC-nin və Cavabdeh2 iddia tələblərinin təmin olunmaması ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: “...Belə ki, Qayedilərə qarşı pul tələbinə dair iddia verən MMC-nin və Cavabdeh2 əsas dəlillərindən biri ondan ibarətdir ki, mübahisəli fərdi yaşayış evi 3 dəfə sökülərək yenidən inşa edilmiş, lakin gördükləri işlərə görə çəkilmiş xərc Qayedilər tərəfindən tam ödənilməmişdir. Lakin iş materiallarına bu halı təsdiq edən sübutlar təqdim edilməmişdir. Eyni zamanda iş üzrə ekspertizalar keçirilərkən MMC və Cavabdeh2 bu halı, yəni evin 3 dəfə sökülüb, yenidən tikilməsini mübahisələndirməmiş və ekspertin qarşısında belə bir məzmunda sual qoyulması üçün məhkəməyə vəsatət verməmişlər...”. Yuxarıda göstərilənlərə birbaşa zidd olaraq həm apellyasiya instansiyası məhkəməsi, həm də kassasiya instansiyası məhkəməsi nəzərə almamışlar ki, belə vəsatətlər birinci instansiya məhkəməsinə "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmişdir (2-ci cild, i/v 24 və 25). İşin 2-ci cildinin 25-ci vərəqində əlavə ekspertiza keçirilməsi ilə bağlı vəsatətdə aşağıdakı sualın qoyulması qeyd olunmuşdur: “...5. Evin layihəsinin dəyişdirilməklə 3 dəfə əsaslı yenidənqurmaya məruz qalması və hal-hazırki vəziyyətə gətirilməsi üçün söküntütikinti işlərinin, mal-materialların, avadanlıqların və işçi xərclərinin dəyəri nə qədərdir?”. Bundan əlavə birinci instansiya məhkəməsinin 22 avqust 2017-ci il tarixli qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı suallardan biri qoyulmuşdur: “... UFO DİZAYN MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisində faktiki görülmüş bütün əsas, təkrar və əlavə işlər də daxil olmaqla tikinti-quraşdırma işlərinin (işlər üçün xidmətin dəyəri daxil olmaqla) respublikadaxili orta bazar qiymətləri nə qədər təşkil edir?”. Həmin sualla əlaqədar Məhkəmə Ekspertiza Mərkəzinin 19 dekabr 2017-ci il tarixli rəyində aşağıdakılar qeyd olunmuşdur: “... fərdi yaşayış evinin tikintisində təkrar və əlavə işlərin görülməsinin müəyyən edilməsinə dair mülki iş materiallarında, eləcə də mütəxəssis rəyində konkret olaraq layihə smeta sənədləri hazırlanmadığından həmin işlərə sərf olunan vəsaiti müəyyən etmək mümkün olmadı...”. Həmin ekspert rəyində qeyd olunmuşdur ki, planda fərdi yaşayış evinin zirzəmisinin, birinci və ikinci mərtəbəsinin daxili hündürlüyünün 3,5 metr, mansardın hündürlüyünün isə 2,5 metr, evin xarici hündürlüyünün 12 metr olduğu nəzərdə tutulmuşdur. Baxış zamanı isə birinci mərtəbənin və ikinci mərtəbənin faktiki hündürlüyünün 3,9 metr olduğu göstərilmişdir. Cavabdehlər bunun sifarişçinin razılığı ilə evin mərtəbələrinin sökülərək mərtəbənin hündürlüyünün artırılması ilə izah etmişlər. Həmin ekspert rəyində həmçinin evin ilkin yerləşməsindən sonra 1,1 metr sola və təqribən 3 metr arxaya sürüşdürülməsinin müəyyən edildiyi göstərilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən "xxxx" MMC-nin və Cavabdeh2 fərdi yaşayış evinin tikintisində ev sahiblərinin razılığı ilə təkrar və əlavə işlərin görülməsinə görə çəkilmiş xərclərlə bağlı iddia tələblərinin dəlillərinə heç bir hüquqi qiymət verilməmiş, bununla onların iddia tələblərinin rədd olunmasına dair əsaslandırma aparılmamışdır”.

e) Təkrar apellyasiya baxışı zamanı verilən izahatlar

65. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən tərəflər (nümayəndələri) iddia ərizələrinin məzmunlarına uyğun izahatlar verməklə apellyasiya şikayətlərini müdafiə etmiş, kollegiya tərəfindən mübahisənin yaranmasına səbəb olan evə baxış keçirilərkən isə Cavabdeh2 ekspertiza tədqiqatları aparılarkən yaşayış evinin bir dəfə deyil, üç dəfə tikilib-söküldüyünün, evin inşa edildiyi ərazinin hüdudlarındakı daş hasarın sökülüb gücləndirilidyinin və bu işə smeta üzrə 16 948 manat sərf olunduğunun, evin sürüşdürülməsi zamanı hasarın yenidən sökülərək təkrarən inşa edildiyinin və bu işə 104 947 manat sərf olunduğunun, həyətdəki mühafizəçi evinin altında -3,5 səviyyəsindən 0 səviyyəsinə kimi dəmir betondan su çəninin və mühafizəçi üçün nəzərdə tutulmuş +3,5 səviyyəsində evin 61 463 manat olan tikinti xərclərinin, evin girişinin sonradan böyüdülərək əvvəlki pilləkənin sökülməsinə və onun yerində 2 ayrı pilləkən tikilməsinə 97 954 manat xərclənməsinin, evin təmirinə, təkrar təmirinə, malmaterial alınmasına və quraşdırılmasına ümumilikdə 129 334 manat sərf edilməsinin, hovuzun tikintisinə və sökülərək böyüdülməsinə xərclənmiş 4100 manatın, kondisioner sisteminin bütün mal-material və usta xərci olan 4347 manatın, poduqanın qiyməti olan 3359 manatın, kamenə xərclənən 7317 manatın, hovuz qatına quraşdırılmış havalandırma sisteminin xərci olan 15 125 ABŞ dollarının, qonaq otağında liftin görünməməsi üçün quraşdırılmış dəmir karkasın dəyəri olan 800 manatın, evə gələn yolun asfalt örtüyünə xərclənən 1850 manatın, tikintidən əlavə xərclənən və Qayedilərlə razılaşdırılmış 17 714 manatın və 3014 Avronun (texniki şərtin alınmasına və su boruları üçün su idarəsinə verilən 5000 manatın, su puluna ödənilən 2200 manatın, mühafizəçinin 16 aylıq əmək haqqına ödənilən 4800 manatın) nəzərə alınmadığını, beləliklə də əsassız rəylər verildiyini irəli sürmüşdür.

66. Cavabdeh2 irəli sürdüyü arqumentlərin yoxlanılması məqsədilə məhkəmə kollegiyası 17 mart 2020-ci il tarixli qərardadla əlavə məhkəmə-tikinti və əmtəəşünaslıq eskpertizaları təyin etmiş, həmin təyinat əsasında verilmiş xx.xx.2021-ci il tarixli rəydə aşağıdakılar göstərilmişdir: 1) Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanındakı torpaq sahəsində yerləşən yaşayış evinin iş materiallarına əlavə edilmiş eskiz layihəsinə əsasən tikinti həyata keçiriləcək ərazinin sərhədləri nəzərə alınmaqla layihələndirildiyi, lakin ilkin layihə ilə nəzərdə tutulmuş qarajdan istifadə qaydasının ümumi ərazinin planlı yerləşməsinə (qonşu hasarları və yolun mövcudluğu) uyğun layihələndirilmədiyi və faktiki vəziyyətdə evin yerləşməsinin ilkin eskiz layihəsinə uyğun olmadığı müəyyən edilmişdir. 2) Yaşayış evinin inşasının ilkin layihəyə uyğun olmadığı müəyyən edilmişdir. İlkin layihədən kənar hansı yenidənqurma işlərinin yerinə yetirildiyi rəyin tədqiqat hissəsində, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş texniki rəydə ətraflı göstərilmişdir. 3) Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanındakı torpaq sahəsində yerləşən fərdi yaşayış evində ilkin layihə üzrə inşa edilməsindən sonra söküntü və yenidənqurma işləri aparılmışdır.Belə ki, binanın zirzəmi mərtəbəsində 1 oxundan sol tərəfdə A və D oxları arasında eni 3,4 metr, 4 oxundan sağ tərəfə A və C oxları arasında isə eni 6,1 metr olan əlavə tikili inşa edilmişdir. Evin ön fasad hissəsində, layihədə nəzərdə tutulan 3 oxları arasındakı giriş-çıxış pilləkəni 2 ədəd olmaqla 1-2 və 3-4 oxlarında inşa edilmişdir. 4) Fövqalədə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş rəyə əsasən tədqiq olunan yaşayış evinin yerləşdiyi ərazinin hüdudlarındakı daş hasarın müəyyən hissələrinin sökülərək yenidən inşa edildiyi müəyyən olunur. 5) İlkin layihəyə əsasən inşa edilməli olan yaşayış evinin ən aşağı mərtəbəsində (zirzəmidə) nəqliyyat vasitəsi üçün qaraj nəzərdə tutulmuşdur. Yaşayış evi ilə hasarın arasında olan məsafə (təqribən 9,8 m) və tikinti həyata keçiriləcək ərazinin sərhədləri və eskizə əsasən zirzəmi mərtəbəsinin yer səthindən 3,5 metr dərinlikdə olması nəzərə alınmaqla, nəqliyyat vasitəsinin ora maneəsiz daxil olması mümkündür. Lakin ilkin layihə ilə nəzərdə tutulmuş qarajdan istifadə qaydasının ümumi ərazinin planlı yerləşməsinə (qonşu hasarları və yolun mövcudluğu) uyğun layihələndirilmədiyi üçün, həmin qaraja daxil olması fiziki baxımdan mümkün deyil. 6) Mülki iş materiallarına əlavə edilmiş ilkin layihə sənədlərinə əsasən (3-cü cild, i.v.13-35) tədqiq olunan yaşayış evinin bütün mərtəbələr üzrə, o cümlədən 1-ci və 2-ci mərtəbəsinin daxili hündürlüyü döşəmənin yuxarı sthindən müvafiq tavanın aşağı səthinə qədər 3,5 metr nəzərdə tutulmuşdur. 7) Baxış zamanı yaşayış evinin 1-ci və 2-ci mərtəbələrinin hər birində divarların üzərində iki dəmir-beton kəmərin mövcud olduğu müəyyən edilmişdir. 1-ci mərtəbə üzrə döşəmədən ilkin inşa edilən kəmərə qədər olan hündürlük h=3,1 metr, 2-ci mərtəbə üzrə döşəmədən ilkin inşa edilən kəmərə qədər olan hündürlük h=2,4 metr, ikinci kəmərə qədər olan hündürlük h=3,7 metr təşkil edir. 8) Yaşayış evi üzrə ilkin tikinti quraşdırma işlərindən sonra söküntü və yenidənqurma işləri aparıldığından, həmin işlərin həcmini baxış zamanı müəyyən etmək mümkün olmamışdır. Buna görə də həmin ünvanda aparılmış tikinti-təmir işlərinin dəyərini müəyyən etmək məqsədilə tikinti aparılan dövrün bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib olunmuş və aparılan hesablamalar nəticəsində tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 475 993,5 manat məbləğində müəyyən edilmişdir. 9) Tədqiq olunan evin inşaatında həyata keçirilmiş və onun ilkin layihəsində nəzərdə tutulmayan tikinti-quraşdırma işlərinin dəyərinin 21 886,5 manat təşkil etdiyi müəyyən edilmişdir. 10) Yaşayış evinin inşa edilməsindən sonra evdə (yaxud onun müəyyən hissələrində) söküntü və təkrar tikintiquraşdırma işləri aparılmışdır. Lakin həmin söküntü və təkrar tikinti-quraşdırma işlərinin nədən ibarət olmasını dəqiqliklə müəyyən etmək mümkün olmadığı üçün dəyərini müəyyənləşdirmək mümkün olmadı. Eyni zamanda mülki işin materiallarına əlavə olunmuş “İnci” şirkəti tərəfindən verilmiş smeta sənədlərində binada mərtəbələr üzrə aparılmış söküntü və təkrar tikinti-quraşdırma işlərinə çəkilməli xərclərin ümumi dəyərinin 86 820 manat təşkil etdiyi göstərilmişdir. 11) Mülki iş materiallarında olan 7207 saylı xx.xx.2017-ci il tarixli və 25018 saylı xx.xx.2017-ci il tarixli ekspert rəylərində tərtib edilmiş smetada tədqiq olunan yaşayış evinin inşa edildiyi ərazinin daş hasarının sökülüb təkrarən inşa edilməsinin nəzərə alınmadığı, həyətdəki mühafizəçi evinin altındakı su çəninin və mühafizəçi evinin tikintisinə çəkilmiş xərclərin smetada əks olunduğu müəyyən edilmişdir. Qeyd olunur ki, daş hasarın sökülüb təkrarən inşa edilməsinə çəkilmiş xərclərin dəyəri 9154,4 manat məbləğində müəyyən olunur”.

67. Həmin rəy məhkəmə iclasında tədqiq olunarkən Cavabdeh2 və həm onun, həm də "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 rəyin əsassız olduğunu bildirərək və təkrar ekspertiza keçirilməsini xahiş edərək göstərmişlər ki, ekspert, nəinki qanunsuz tədqiqat aparmış, eləcə də qarşısında qoyulmuş əsas sualları guya müəyyən edə bilməmə əsası ilə bilərəkdən cavablandırmamışdır. Səbail rayonu, Salyan şosesi 32 ünvanında inşa edilmiş 3 mərtəbəli fərdi yaşayış evinin tikintisinin fotoxronologiyası, evin sifarişçinin təkidi əsasında muxtəlif mərhələlərdə 3 dəfə sökülərək yenidən tikilməsi və bu işlərin görülməsinə sərf olunmuş vəsaitlərin ekspertiza tədqiqatlari zamanı nəzərə alınmaması haqqında yazılı izahatı məhkəməyə təqdim etsələr də, ekspert nəinki həmin izahatda qeyd olunanlara əhəmiyyət vermiş, üstəlik qarşısında qoyulmuş suallara cavab verməkdən belə məqsədli şəkildə yayınmış, ekspertizanın təyin olunması haqqında qərardadın 10-cu sualına, yəni “evin ilkin layihə üzrə inşa edilməsindən sonra evdə (yaxud onun müəyyən hissələrində) aparılmış söküntünün və təkrar tikintinin orta bazar qiymətləri müəyyən olunsun” və 12-ci sualına, yəni “əvvəlki ekspertiza rəylərində göstərilmiş, evin ilkin yerləşmədən sonra 1,1 metr sola və təqribən 3,0 metr arxaya sürüşdürülməsi ilə bağlı zəruri olan işlərin görülməsi üçün istifadə edilməli olan tikinti materialları, işçilik xərci və tikintiyə nəzarət xərcləri nəzərə alınmaqla, əlavə bünövrənin tikintisi üçün bazar qiymətləri ilə tikintinin həyata keçirildiyi dövrə uyğun (2014 və 2015-ci illər) nə qədər vəsait tələb olunur” suallarına cavab verməkdən imtina etmişdir. Ekspert bunu, guya həmin söküntü və təkrar tikinti-quraşdırma işlərinin nədən ibarət olmasını müəyyən edə bilməməsi ilə əsaslandırsa da, binaya baxış keçirərkən və iş materallarında olan kifayət qədər subutlarla bunu aydınlaşdırması mümkün olmuşdur. Binanın sifarişçinin istəyi ilə 3 dəfə tikilib kəsilərək, bir dəfə yana çəkilərək, ikinci dəfə hündürlüyə qaldırilaraq tikildiyinin görməzdən gəlinərək sadəcə layihə üzrə bir dəfəyə tikilmiş binanın tikinti xərcinin hesablanması reallığı əks etdirə bilməz. Belə ki, birinci mərhələdə binanın -5.500 və -3.500 səviyələrindən başlayaraq 0.00 səviyəsinə və 1-ci mərtəbənin mərtəbə arası monalit örtüyünün alt hissəsinə qədər bütün monalit d/beton sütünlar və hovuz da daxil olaraq inşa edilib bitirilmiş, sonradan aydın olmuşdur ki, binanın arxa tərəfindəki hasar qonşunun ərazisini zəbt etməsi səbəbindən 90 sm. irəlidə imiş və bina da buna istinadən inşa edilmişdir. Bunu əsas tutaraq sifarışçi binanın konstruksiyalarının kesilerek 3,0-m arxaya və 1,2 m isə sola sürüşdürülməsini xahiş etmiş, buna qədər aparılmış işlərin smeta dəyəri sifarışçi tərəfindən razılaşdırılmış smetaya uygun olaraq 55782 və 87619 manata bərabər olmuşdur. Binanın 3,0m arxaya və 1,2 m sola çəkilməsi xərcləri smetaya salınmamış və Cavabdeh2 hesabına şəxsən aparılmış, 143 401 manat təşkil edən həmin xərcin Qayedilərin ona verdikləri cəmi 1 042 000 manat tikinti vəsaitinə heç bir aidiyyati olmamışdır. Sifarışçinin istəyi ilə həyata keçirilən ikinci demontaj və yeniden montaj işləri inşaat texnologiyasına görə ən mürəkkəb və bahalı prosesdir. Binanın demontaj prosesi gedən zaman sifarişçi eyni zamanda hovuzun da konstruksiyasinın kəsilərək ölçülərinin böyüdülməsini xahiş etmişdir, halbuki hovuzun layihəsi əvvəlcədən sifarişçi ilə razılaşdırılmışdı və təsdiq olunmuş layihədə ölçüləri məlum idi. Bütün demontaj və yenidən montaj işləri inşaat texnologiyasına tam uygun və konstruktorun nəzarəti altında aparılmış, sifarişçinin tez-tez fikir dəyişmələri inşaat prosesində əlavə xərclərə gətirən boşdayanmalara səbəb olmuşdur. Sifarişçinin istəyi əsasında bina yerdəyişmədən sonra tam tikilib sona çatdırılmışdır. Fotolardan göründüyü kimi butun d/b karkas, mərtəbə arası monalit beton, dam örtüyü, santexnika, elektrik, ağıllı evın çox bahalı olan xüsusi ekranlaşdırılmış kabelləri və qismən avadanlıqlar, alçıpan/malakeş, mansardanın taxta üzlüyü və bütün izolyasiya işləri son texnologiyalara uygun olaraq yerinə yetirilmiş, eyni zamanda binanın istilik izolyasiya və qrunt sularına qarşı drenaj sistemi, lift şaxtası (lif şaxtasının təkcə xərci 9000ABŞ dolları), kamera sisteminin avandalıqları (xərc 1150 ABŞ dolları) quraşdırılmışdır. İkinci dəfə bina tam bitmək üzrə olduğu halda sifariçinin istəyinə görə mərtəbə hündürlüklərinin artırılması məqsədilə demontaj olunmağa başlanmışdır. Hərçənd ki, layihə üzrə tam qanunauyğun hündürlük icra edilmişdir, ancaq sifarişçi bu hündürlüyün onun arzuladıği hündürlük olmaması əsası ilə yenidən sökülməsini və yenidən layihələndirilməsini istəmişdir. Belə ki, binanın en kəsik eskizlərinin sifarişçi ilə razılaşdırılmasına rəğmən, bütün mərtəbə hündürlüklərinin hər mərtəbədə 50-60 sm-ə qədər artırılması istənilmişdir və inşaatdan xəbəri olan hər bir insan bu prosesin nə qədər mürəkkəb və maliyyə tutumlu bir proses olduğunu bilməlidir. Lakin binanın tikilib başa çatdırılması istəyi və münasibətlərin korlanmaması üçün sifarışçinin təkidini yerinə yetirməyə razılaşmış, bu işlərin smeta dəyəri uygun olaraq 238 437 manat hesablanaraq sifarişçi ilə razılaşdırılmışdır. Cox zaman xarici səfərlərdə olan sifarişçi hər dəfə maliyyə borclarının artmasına rəğmən işi davam etdirməyi xahiş etmiş və butün borcları ödəyəcəyinə söz vermiş, buna görə də bütün həmin nəzərdə tutulmuş vəsait şəxsən Cavabdeh2 hesabına həyata keçirilərək sifarişçisinin istəyi reallaşdırılmışdır. Hovuz böyüdukden sonra hidro, istilik izolasiyasi ve drenaj sistemi pozularaq binanin sağinda lahiyede olmayan qazanxana insa edilmiş, bundan sonra məcbur qalaraq binanın artiq quraşdırılmış bütun izolyasiya ve drenaj sistemi bir daha yenilenmişdir. Bina artiq 3-cü defe insa edilib bitenden sonra binanın solunda alt mertebe -3,5 zirzəmi seviyesinde tekrar izolasiyalar ve drenaj pozularaq ve ayrica hasarda sokulerek ev sahibinin isteyi uzerine fitnes otagi ve kinoteatr otaği boyüdülmüş, binanin izolyasiya və drenaj sisteminin 2 dəfə yenidən əvəzlənməsinə (1-ci dəfə 9799 manat, 2-ci dəfə 6500 manat) ümümilikdə 16 299 manat vəsait sərf edilmişdir. Ekspertiza tədqiqati zamani həyətdə mühafizəçi evinin altinda -3.5 seviyyəsindən 0 səviyyəsinə kimi dəmir betondan su çəni və muhafizəci üçün nəzərdə tutulmuş +3,5 səviyyəsində evin tikinti xərcləri hesablanmamışdır. Hansı ki, həmin evin dəmir betondan tikilməsinə 61 463 manat vəsait xərclənmişdir. Ancaq ekspert həmin tikilinin və ona hesablanmış vəsaitin guya əvvəlki ekspert rəylərində smetada nəzərə alındığını qeyd etmişdir. Qeyd edilməlidir ki, evin layihəsində giriş üçün bir pilləkən nəzərdə tutulmuş və həmin pilləkən inşa edilmiş, sonradan sifarişçisinin istəyi ilə məlum söküntü və yenidənqurma işləri ilə əlaqədar evin girişi böyüdülərək həmin pilləkən sökülmüş, onun yerinə 2 ayrıca pilləkənlər inşa edilmişdir. Həmin pilləkənlərin inşasina və balkon artırılmalarına 97 954 manat vəsait sərf olunmuş, məhz bu vəsait də ekspert tərəfindən araşdırılmamışdır. Evin təmirinə, təkrar təmirinə və bunun üçün mal-materiallarin alınmasına, quraşdırılmasına ümümilikdə 129 334 manat vəsait sərf olunmuş, bu xərclər də ekspertiza tədqiqati zamani nəzərə alınmamışdır. Halbuki, həmin smeta xərcləri Qayedilər tərəfindən imzalamaqla təsdiq edilmişdir. Evdə tikilmiş hovuzun tikintisinə və yenidən sökülüb böyüdülməklə tikintisinə sərf olunmuş 4100 manat xərc və kondisioner sisteminin bütün mal-material və usta xərci olan 4347 manat, poduqa 3359 manat, kamenin xərci olan 7317 manat, hovuz qatında quraşdırılmış havalandirma sisteminin xərci 15125 ABŞ dolları, qonaq otağından liftin görsənməməsi üçün quraşdırılmış dəmir karkasın xərci olan 800 manat, evə gələn yolun asfalt örtüyünün vurulmasına 1850 manat nəzərə alınmamışdır. Bundan əlavə sirf tikintidən əlavə olaraq müəyyən xərclər Qayedilərin razılığı ilə xərclənmiş, lakin ekspertiza tərəfindən nəzərə alınmamışdır. Belə ki, bu məqsədlər üçün 17 714 manat (5000 manat texniki şərt, yeni su borulari üçün su idarəsinə, 2200 manat su pulu, 4800 manat mühafizəçinin 16 aylıq əmək haqqısı və.s) və 3014 Avro xərclənmişdir. Beləliklə ekspertiza tədqiqatları zaman ekspert tərəfindən rəy verməkdən imtina edərək nəzərə alınmamış görülmüş işlər və onlara sərf olunmuş vəsaitin məbləği ümümilikdə 704 869 manat, 22275 ABŞ dolları və 3014 AVRO təşkil edir. Bundan əlavə, nəzərdə tutulan elektrik, santexnika, zəif axın, müşahidə kameralari agılli ev sisteminə hesablanıb alınmasına rəğmən, onlara xərclənən 69 290 manat, 67357 dollar Türkiyə istehsalı olan xüsusi səs və ultra bənövnəşəyi ışıqları keçirməyən, zərbə və zədəyə davamlı şüşə və profildən qapı və pəncərələr qiymətləndirmə zamanı qeydə alınmamışdır. Məhz bu görülmüş işlər və çəkilmiş xərclər ekpertiza tədqiqatlari zamanı nəzərə alınmış olsaydı, onda tikintinin dəyəri kimi 475 993,5 manat deyil, ən azından 1 403 361 manat, 22275 ABŞ dolları hesablanmalı idi. Bundan başqa, ekspert məhkəmənin onun qarşısında qoyduğu suallara verdiyi cavablarda belə ziddiyyətli mövqe nümayiş etdirmişdir. Belə ki, hətta razılaşmadıqları ilkin ekspert rəylərində yaşayış evinin faktiki tikintisinin ümümi dəyəri 698 492,21 manat göstərildiyi halda, sonuncu ekspert rəyi ilə bu rəqəm 475 993,5 manat göstərilmişdir. Əslində 200 000 manatdan artıq fərqin olması ekspert rəyləri arasında olan ziddiyyətin və qanunsuzluğun göstəricisidir.

68. İddiaçı və X5 məhkəmə iclasında iştirak edən nümayəndələri və vəkilləri Vəkil3, X5 digər vəkili Vəkil1 vəsatətin əsassız olduğunu və mübahisənin qeyri-müəyyən vaxta uzadılması məqsədilə verildiyini bildirərək tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

69. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə-tikinti və əmtəəşünaslıq eskpertizaları təyin edilmiş, ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanındakı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin layihəsində nəzərdə tutulmayan konkret hansı tikinti-quraşdırma işləri həyata keçirilmişdir? 2. Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanındakı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin zirzəmisinin alt qatında əlavə tikililər (təmiz su anbarı, yağış su anbarı, ehtiyat anbar, hovuz suyunun dəyişdirilməsi üçün həyətdə -6 metrdə anbar və bu tikililərin bağlantısı üçün qurğular) tikilmişdirmi, habelə hovuzun kəsilərək yenidən genişləndirilməsi işləri həyata keçirilmişdirmi? Əgər sadalanan tikililər (işlər) inşa edilmişdirsə (həyata keçirilmişdirsə), onlar ilkin layihədə nəzərdə tutulmuşdurmu? 3. 27 sentyabr 2021-ci il tarixli 10/2396 saylı ekspert rəyində (6cı cild, i.v. 242-254) yaşayış evinin inşa edilməsindən sonra evdə (yaxud onun müəyyən hissələrində) söküntü və təkrar tikinti-quraşdırma işləri aparıldığı, lakin bu işlərin nədən ibarət olmasını dəqiqliklə müəyyən etməyin mümkün olmadığı göstərilsə də, rəydə həmin işlərin bəziləri sadalanmış və “İnci” şirkətinin tərtib etdiyi smeta sənədlərinə istinad olunmuşdur. Rəydəki həmin ziddiyyət aradan qaldırılsın və “İnci” şirkətinin tərtib etdiyi smeta sənədləri də nəzərə alınmaqla evdə (yaxud onun müəyyən hissələrində) hansı söküntü və təkrar tikinti-quraşdırma işləri aparıldığı müəyyənləşdirilsin. 4. Yuxarıdakı 1-ci, 2-ci və 3-cü suallara veriləcək cavablar nəzərə alınmaqla, evin tikintisində faktiki görülmüş tikinti-quraşdırma işlərinin orta bazar qiymətləri, o cümlədən evin inşaatında həyata keçirilmiş və onun ilkin layihəsində nəzərdə tutulmayan tikinti-quraşdırma işlərinin, evin ilkin layihə üzrə inşa edilməsindən sonra evdə (yaxud onun müəyyən hissələrində) aparılmış söküntünün və təkrar tikintinin orta bazar qiymətləri (ayrı-ayrılıqda və ümumilikdə) müəyyən olunsun. 5. Yuxarıdakı (4-cü) suala cavab verilərkən, əvvəlki ekspertiza rəylərində evin ilkin yerləşmədən sonra 1,1 metr sola və təqribən 3,0 metr arxaya sürüşdürülməsinin müəyyən olunduğu da nəzərə alınsın və bu işin həyata keçirilməsi üçün zəruri olan xərclər (tikinti materialları, işçilik xərci və s.) hesablanmaqla, əlavə bünövrənin tikintisi üçün bazar qiymətləri ilə tikintinin həyata keçirildiyi dövrə uyğun (2014 və 2015-ci illər) nə qədər vəsait tələb olunduğu müəyyənləşdirilsin?. 6. 27 sentyabr 2021-ci il tarixli 10/2396 saylı ekspert rəyində (6-cı cild, i.v.242-254) Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanındakı torpaq sahəsində yerləşən fərdi yaşayış evində ilkin layihə üzrə inşa edilməsindən sonra söküntü və yenidənqurma işlərinin aparıldığı, binanın zirzəmi mərtəbəsində 1 oxundan sol tərəfdə A və D oxları arasında eni 3,4 metr, 4 oxundan sağ tərəfə A və C oxları arasında isə eni 6,1 metr olan əlavə tikili inşa edildiyi, evin ön fasad hissəsində, layihədə nəzərdə tutulan 3 oxları arasındakı giriş-çıxış pilləkəni 2 ədəd olmaqla 1-2 və 3-4 oxlarında inşa olunduğu göstərilib. Sadalanan həmin işlərin görülməsi üçün çəkilən xərclər (tikinti materialları, işçilik xərci və s.) sözügedən rəydə tikinti-təmir işlərinin ümumi təqribi dəyəri olaraq müəyyənləşdirilən 475 993,5 manat məbləğinə daxil edilmişdirmi? Əgər daxil edilməmişdirsə, həmin işlərin görülməsinə çəkilən xərclər nə qədərdir?. 7. 27 sentyabr 2021-ci il tarixli 10/2396 saylı ekspert rəyində “aparılan hesablamalar nəticəsində tikintitəmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 475 993,5 manat məbləğində müəyyən edildiyi” nəticəsinə gəlinsə də, əvvəlki rəylərdə bu rəqəmin 698 492,21 manat (445.722,21+252.770) olduğu vurğulanmışdır. Göstərilən fərqin səbəbi nədir?.

70. Həmin təyinat üzrə verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində aşağıdakılar göstərilmişdir: “Qərardadın birinci sualı üzrə: Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanındakı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin layihəsində nəzərdə tutulmayan tikinti-quraşdırma işləri aşağıdakılardan ibarətdir: - Yaşayış evi zirzəmi+iki mərtəbə+mansard mərtəbəli inşa edilib; - Yaşayış evi layihədən fərqli tikilmişdir. Belə ki, zirzəmi mərtəbədə 1 oxundan sola A-D oxları arasında eni 3,4m, 4 oxundan sağa A-C oxları arasında eni 6,1m olan əlavələr verilmişdir. Zirzəmi mərtəbədən aşağı hissədə yerləşən texniki mərtəbə binanın qabaq hissəsinə keçirilmişdir. Birinci mərtəbədə layihədə göstərilmiş (2-3 oxlar arasında) pilləkən marşı 2 (iki) ədəd pilləkən marşı ilə əvəz olunmuşdur. D-D-3-4 oxlar arasında sahə tikilməmişdir. İkinci mərtəbədə tirli örtük tirsiz örtüklə əvəz olunmuşdur, örtük tavasının qalınlığı 15,0sm əvəzinə 20,0 sm qəbul edilmişdir. Yaşayış evinin bünövrəsi tava şəkilli olub, qalınlığı h=500mm-dir. Lakin yaşayış evinin sağ və sol tərəflərində layihədən əlavə inşa edilən sahənin bünövrəsi lentvaridir; - Zirzəmi mərtəbəsinin hündürlüyü h=3,2 m-dir (döşəmədən örtük tavasının üstünə qədər). Dəmir-beton Stm-1 və Stm-2 sütunlarının en kəsik ölçüsü 400x400m m-dir. Lakin Stm-3 sütunları konstruktiv həlidə göstərildiyi kimi (mürəkkəb formalı) deyil, düzbucaq en kəsikli 400x400mm ölçüsündə inşa edilmişdir. Yaşayış evinin A oxu üzrə 2-3 oxlararasındakı 2 ədəd dəmir- beton sütunların en kəsik ölçüsü faktiki 300x300mm-dir. Bu sütunlar sökülüb yenidən inşa edilmişdir. Zirzəmi mərtəbəsində inşa edilən hovuzun forması və en kəsik ölçüləri dəyişdirilmişdir; - Birinci mərtəbənin hündürlüyü h=3,9m-dir (döşəmədən örtük tavasının üstünə qədər). Dəmir-beton sütunların en kəsik ölçüsü 400x400mm-dir. Lakin zirzəmi mərtəbədə olduğu kimi, Stm-3 sütunları konstruktiv həlidə göstərildiyi kimi (mürəkkəb formalı) deyil, düzbucaq en kəsikli 400x400mm ölçüsündə inşa edilmişdir; Birinci mərtəbənin xarici divarının perimetri boyu en kəsik ölçüsü 20,0x40,Osm (hxb) olan dəmir-beton kəmər inşa edilib. Birinci mərtəbənin örtük tavasının qalınlığı b=20sm-dir. Birinci mərtəbənin örtüyündə A-A'-3-4 oxlararasında layihədən kənar əlavə eyvan inşa edilib; - İkinci mərtəbənin hündürlüyü h=3,9m-dir. Dəmir-beton sütunların en kəsik ölçüsü 400x400mm-dir. Lakin zirzəmi və birinci mərtəbədə olduğu kimi Stm-3 sütunları konstruktiv həlidə göstərildiyi kimi (mürəkkəb formalı) deyil, düzbucaq en kəsikli 400x400mm ölçüsündə inşa edilmişdir. Qərardadın ikinci sualı üzrə: Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanındakı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin zirzəmisinin alt qatında ilkin layihədə nəzərdə tutulmayan tikililər təmiz su anbarı, yağış su anbarı, ehtiyat anbar, hovuz suyunun dəyişdirilməsi üçün həyətdə -6 metrdə anbar və bu tikililərin bağlantısı üçün qurğular tikilmiş, habelə hovuzun kəsilərək yenidən genişləndirilməsi işləri həyata keçirilmişdir. Qərardadın üçüncü sualı üzrə: Mülki iş materiallarında olan məlumatlardan görünür ki, tədqiq olunan yaşayış evinin inşa edilməsindən sonra evdə (yaxud onun müəyyən hissələrində) söküntü və təkrar tikinti-quraşdırma işləri aparılmışdır. Lakin həmin söküntü və təkrar tikinti- quraşdırma işləri nədən ibatət olmasını dəqiqliklə müəyyən etmək mümkün olmadığı üçün dəyərini müəyyən etmək mümkün olmadı. Eyni zamanda mülki iş materiallarına əlavə olunmuş “İnci” tikinti şirkəti tərəfindən verilmiş smeta sənədlərində binada mərtəbələr üzrə aparılmış söküntü və təkrar tikintiquraşdırma işlərinə çəkilməli xərclərin dəyəri (86820,0 manat) göstərilmişdir. Qərardadın dördüncü sualı üzrə: Tədqiq olunan yaşayış evi üzrə ilkin tikinti quraşdırma işlərindən sonra söküntü və yenidənqurma işləri aparıldığından, həmin işlərin həcmini baxış zamanı müəyyən etmək mümkün olmamışdır. Buna görə də həmin ünvanda aparılmış tikinti-təmir işlərinin dəyərini müəyyən etmək məqsədilə tikinti aparılan dövrün bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib olunmuş və aparılan hesablamalar nəticəsində tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 507243,35 manat məbləğində müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: Mülki iş materiallarında olan məlumatlardan görünür ki, tədqiq olunan yaşayış evinin inşa edilməsindən sonra evdə (yaxud onun müəyyən hissələrində) söküntü və təkrar tikinti-quraşdırma işləri aparılmışdır. Lakin həmin söküntü və təkrar tikinti-quraşdırma işlərinin nədən ibatət olmasını dəqiqliklə müəyyən etmək mümkün olmadığı üçün dəyərini müəyyən etmək mümkün olmadı. Eyni zamanda iş materiallarına əlavə olunmuş “İnci” tikinti şirkəti tərəfindən verilmiş smeta sənədlərində binada mərtəbələr üzrə aparılmış söküntü və təkrar tikinti-quraşdırma işlərinə çəkilməli xərclərin ümumi dəyəri 86820,0 manat təşkil etdiyi göstərilmişdir. Qərardadın altıncı sualı üzrə: 27 sentyabr 2021-ci il tarixli 10/2396 saylı ekspert rəyində (6-cı cild, i.v.242- 254) Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanındakı torpaq sahəsində yerləşən fərdi yaşayış evində ilkin layihə üzrə inşa edilməsindən sonra söküntü və yenidənqurma işlərinin aparıldığı, binanın zirzəmi mərtəbəsində 1 oxundan sol tərəfdə A və D oxları arasında eni 3,4 metr, 4 oxundan sağ tərəfə A və C oxları arasında isə eni 6,1 metr olan əlavə tikili inşa edildiyi, evin ön fasad hissəsində, layihədə nəzərdə tutulan 3 oxları arasındakı giriş-çıxış pilləkəni 2 ədəd olmaqla 1-2 və 3-4 oxlarında inşa olunduğu göstərilib. Sadalanan həmin işlərin görülməsi üçün çəkilən xərclər (tikinti materialları, işçilik xərci və s.) sözügedən rəydə tikinti-təmir işlərinin ümumi təqribi dəyəri olaraq müəyyənləşdirilən 475 993,5 manat məbləğinə daxil edilmişdir. Qərardadın yeddinci sualı üzrə: Mülki iş materiallarında olan 7207 №-li xx.xx.2017-ci il tarixli və 25018 №-li xx.xx.2017-ci il tarixli ekspert rəyləri "xxxx" MMC tərəfindən təqdim olunmuş smeta hesabatlarına əsasən tərtib edilmişdir. Lakin 27 sentyabr 2021-ci il tarixli 10/2396 saylı ekspert rəyində baxış zamanı əldə olunmuş faktiki məlumatlar əsasında hesablamalar aparılmaqla tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri müəyyən edilmişdir.

71. Həmin rəylə bağlı məhkəmə iclasında dindirilən ekspert Elmar Səidov bildirmişdir ki, qərardadın ikinci sualı üzrə görüldüyü müəyyən edilən işlərin, yəni fərdi yaşayış evinin zirzəmisinin alt qatında ilkin layihədə nəzərdə tutulmayan tikililərin inşasına çəkilən xərc ayrıca göstərilməsə də, həmin xərc tərtib olunmuş smetaya əsasən ümumi xərc məbləği olan 507 243,35 manat məbləğinə daxil edilmişdir. Yəni fərdi yaşayış evində təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun müəyyənləşdirilən 507 243,35 manata həm də fərdi yaşayış evinin zirzəmisinin alt qatında ilkin layihədə nəzərdə tutulmayan təmiz su anbarının, yağış su anbarının, ehtiyat anbarın, hovuz suyunun dəyişdirilməsi üçün həyətdə -6 metrdə anbarın və bu tikililərin bağlantısı üçün qurğuların, habelə hovuzun kəsilərək yenidən genişləndirilməsi işlərinin dəyəri də daxildir.

72. Suallara cavab olaraq ekspert həmçinin bildirmişdir ki, “İnci” şirkəti tərəfindən verilmiş smeta sənədlərində binada mərtəbələr üzrə aparılmış söküntü və təkrar tikinti-quraşdırma işlərinə çəkilmiş xərc kimi göstərilən 86 820 manat, eləcə də əvvəlki rəydə evin inşaatında həyata keçirilmiş və onun ilkin layihəsində nəzərdə tutulmayan tikinti-quraşdırma işlərinin dəyəri kimi göstərilmiş 21 886,5 manat və daş hasarın sökülüb təkrarən inşa edilməsinə çəkilmiş xərc kimi göstərilən 9154,4 manat 507 243,35 manat məbləğinə daxil edilməmişdir.

73. Təkrar apellyasiya baxışı zamanı, sonuncu ekspert rəyi alındıqdan sonra Cavabdeh2 tərəfindən məhkəməyə videodisk və yaddaş kartı (flaşkart) təqdim olunmuş, həmin videodiskdə (yaddaş kartında) Mohammad Qayedi ilə onun arasında tikintiyə xərclənən vəsaitlə bağlı müzakirələrin videoyazısının olduğu bildirilərək diskin (yaddaş kartının) tədqiq olunması xahiş edilmişdir.

74. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə (§ 125) əsaslanaraq, həmin diski (yaddaş kartını) sübut kimi qəbul etməmişdir

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

75. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

76. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; ...14.2.6. Başqa şəxsə zərər vurulması.

77. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

78. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

79. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

80. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

81. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

82. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

83. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

84. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

85. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

86. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

87. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

88. Maddə 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.

89. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

90. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

91. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

92. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

93. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır

94. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

95. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

96. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.

97. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

98. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

99. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

100. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

101. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

102. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

103. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

104. Maddə 755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.

105. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

106. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

107. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

108. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

109. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

110. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

111. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

112. Maddə 784. Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

113. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

114. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

115. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

116. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

117. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

118. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

119. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

120. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

121. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

122. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

123. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

124. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

125. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

126. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

127. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

128. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

129. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.

130. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

131. Apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıran kollegiya hesab edir ki, şikayətlər qismən təmin olunaraq qətnamə ləğv olunmalı, İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələblərinin qismən təmin, Cavabdeh2 iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

132. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında 07 aprel 2014-cü il tarixdə müqavilə bağlanmış, müqaviləyə görə MMC, Bakı şəhəri, Şıxov, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsində 2 mərtəbə, zirzəmi və mansardlı evin memarlığı, interyer və landşaft dizaynı işlərini icraçı olaraq görməyi, İddiaçı bunun müqabilində MMC-nə 150 000 (yüz əlli min) manat ödəməyi öhdəsinə götürmüşdür (§ 5-6).

133. Tərəflər həmin müqavilə üzrə MMC-nə ümumilikdə 80 000 manat ödənildiyini mübahisələndirmirlər (§ 8).

134. Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı).

135. Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Həmin norma ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü təsbit edir.

136. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür.

137. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər.

138. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı).

139. Konstitusiya Məhkəməsinin Plenumu adı çəkilən Qərarında həmçinin aşağıdakıları qeyd etmişdir: “Müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Əks yanaşma, yəni Məcəllənin 423.2-ci maddəsinin adi qaydada ümumi bir norma kimi tətbiq edilməsi ləğv etmə institutunun mahiyyətinə və hüquqi funksiyasına, hüquqi müəyyənlik prinsipinə, mülki dövriyyənin təşkilinə və inkişafına şərait yaradılması ilə bağlı mülki qanunvericilik sisteminin məqsədinə və bütövlükdə ölkənin iqtisadi maraqlarına cavab verməz. Mülki Məcəllənin 421.2 və 423.2-ci maddələrinin məntiqi nəticəsi olaraq həmin Məcəllənin 424.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Burada vurğulanmalıdır ki, normada “ləğv edilmə” ifadəsi birtərəfli qaydada sonlandırmaqla müqavilə münasibətlərinə xitam verilməsi mənasında deyil, tərəflərin qarşılıqlı razılaşması ilə bağlamış olduqları müqaviləyə xitam vermələri mənasında istifadə olunmuşdur. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.

140. İşin hallarından aydın olur ki, İddiaçı ilə MMC arasında bağlanmış 07 aprel 2014-cü il tarixli müqavilənin məhkəmə qaydasında ləğv olunması üçün zəruri olan hal – şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi – baş verməmişdir.

141. Əksinə, həmin müqavilənin bağlanmasından sonra sözügedən ünvanda fərdi yaşayış evinin inşasının da MMC-nin təsisçisi (direktoru) Cavabdeh2 həvalə edilmiş olması (§ 11), MMC tərəfindən xx.xx.2014-cü il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilmiş olduğu və “şəraitin əhəmiyyətli dərəcədə dəyişmədiyi” qənaətinə gəlməyə əsas verir.

142. Həmin müqavilənin tərəfi olmasa da, İddiaçı həyat yoldaşı olmaqla MMC-nə və Cavabdeh2 ödənişlər həyata keçirən (ödəmə sənədlərinin bir çoxunu imzalayan) Mohammad Qayedinin “Dizayn hesabından 70.000 qalıb” (§ 24) məzmunlu əlyazısı da bu qənaəti qüvvətləndirən amil kimi nəzərdən keçirilməlidir.

143. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı “Bakı şəhəri, Şıxov qəsəbəsi, ünvan 1 ünvanda yerləşən torpaq sahəsində 2 mərtəbəli, zirzəmili və mansardlı, evin memarlığı, interyer və landşaft dizayn və tikinti işlərinin aparılması üçün MMC ilə arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilənin pozulması” tələbinin təmin edilməsi üçün dispozitiv şərtlər mövcud deyildir.

144. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı və Mohammad Qayediyə qarşı iddia tələbini qismən əsaslı sayır və hesab edir ki, xx.xx.2014-cü il tarixlil müqavilə üzrə MMC-nə ödənilməyən 70 000 (yetmiş min) manat İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

145. Nəzərə alınmalıdır ki, MMC-nin həmin iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 753.1-ci maddəsi nəzərdən keçirilə bilər (§ 103) və tələbin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - MMC-nin (podratçının) müqavilə öhdəliyini icra edib-etmədiyi, İddiaçı (sifarişçinin) isə razılaşdırılmış muzdu ödəyib-ödəmədiyi sübutetmənin predmetidir.

146. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 113-115).

147. Kollegiyanın yuxarıda vurğuladığı qənaətə görə (§ 141) MMC tərəfindən xx.xx.2014-cü il tarixli müqavilə üzrə öhdəliklər yerinə yetirilmişdir – bu səbəblə MMC-nin həmin halı sübut etməsinə zərurət yoxdur.

148. Həmin müqavilə üzrə MMC-nə cəmi 80 000 manat ödənildiyi və ödənilməyən hissənin 70 000 manat olduğu isə işin müəyyən olunan (mübahisələndirilməyən) halıdır.

149. MMC-nin iddia tələbinin digər hissələrini isə kollegiya əsassız hesab edir; belə ki, MMC ilə İradə və Mohammad Qayedilər arasında, İddiaçı ilə bağlanan xx.xx.2014-cü il tarixli müqavilə xaricində hər hansı digər hüquq münasibətinin yarandığı müəyyən olunmamışdır. Nəzərə alınmalıdır ki, MMC də iddia tələbini “2015-ci ilin iyun ayından sonra evin tikintisinə çəkilən xərclərin hamısını MMC-nin direktoru Cavabdeh2 öz vəsaiti hesabına etmişdir”, “MMC-nin rəhbəri Cavabdeh2 İddiaçı və Mohammad Qayedinin tapşırığı və sifarişi ilə digər şirkətlərlə müqavilələr bağlayaraq mallar sifariş etmiş və onlar tikintiyə quraşdırılmışdır” məzmununda əsaslandırmaqla bu faktı əslində etiraf etmişdir.

150. Qeyd olunmalıdır ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

151. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

152. İşin hallarından aydın olur ki, tikinti işlərini həyata keçirmək üçün MMC-nin işçi qüvvəsi olmamış, Cavabdeh2 bildirdiyinə görə inşaat işlərini müxtəlif şirkətlər icra etmişlər.

153. MMC-nin istinad etdiyi müqavilələrdən də görünür ki, bu müqavilələri MMC deyil, Cavabdeh2 özü bağlamışdır.

154. Kollegiya İddiaçı iddia tələblərinin digər hissələrinə, həmçinin Cavabdeh2 iddia tələblərinə də məhz bu kontekstdə, yəni fərdi yaşayış evinin inşaatı (tikilməsi) ilə bağlı münasibətlərin məhz Cavabdeh2 ilə İddiaçı arasında yarandığı kontekstində qiymət verərək aşağıdakıları qeyd edir:

155. İddiaçı iddia tələbinin müvafiq hissəsini belə əsaslandırmışdır ki, o, görülən işlərə görə MMC-yə 1 136 457 manat ödəmiş, MMC pulun alınmasına dair rəsmi qəbz verməsə də, aldıqları pulu Cavabdeh2 imzası ilə təsdiq etmiş, tikintiyə sərf olunan vəsait cəmi 698 492 manat təşkil etmiş, beləliklə MMC ondan aldığı pulun 437 965 manatını mənimsəmişdir. İddiaçı iddiasına görə binanın tikintisində buraxılmış nöqsanların aradan qaldırılmasına 300 000 manatdan çox vəsait tələb edilir, MMC ondan 437 965 manat faktiki artıq məbləğ almış, tikinti norma və qaydalarının kobud surətdə pozulması nəticəsində 300 000 manat maddi ziyana məruz qoymuş, müqavilə öhdəliklərinə əməl etmədiyi halda həyat yoldaşını BMCMİ-yə çağırtdırıb onu qanunsuz həbs etdirməsi nəticəsində 50 000 manat mənəvi ziyan vurmuşdur.

156. Kollegiya bir daha qeyd edir ki, İddiaçı evin tikintisi üçün MMC-nə pul vəsaitləri ödədiyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir – buna görə də onun iddia tələbinin MMC-nə qarşı yönəlmiş hissəsi üzrə heç bir əsaslandırma aparılmayacaqdır (§ 123).

157. Hazırkı apellyasiya baxışı zamanı verdiyi izahatlarda Cavabdeh2 bildirmişdir ki, MMC-nə ödənilən 80 000 manatla bir yerdə İradə və Mohammad Qayedilər tərəfindən ona ümumilikdə 1 120 000 manat verilmişdir.

158. İddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdeh2 ünvanladığı məktubda həmin məbləği 1 125 000 manat (80 000 manat dizayn işləri üçün, 1 045 000 manat tikinti işləri və mal-material üçün) (§ 19), Cavabdeh2 müvafiq məbləği BMCQMİ-də verdiyi izahatda 1 100 000 – 1 200 000 manat, əvvəlki apellyasiya baxışı zamanı 1 136 457 manat kimi göstərsə(lər) də, kollegiya Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində (§ 123) təsbit edilmiş bilavasitəlik prinsipini nəzərə almaqla Cavabdeh2 hazırkı apellyasiya baxışı zamanı bildirdiyi rəqəmi əsas götürəcəkdir.

159. Belə olan halda, Cavabdeh2 evin tikintisi üçün İddiaçı aldığı pulun məbləği 1 040 000 manat (1 120 000 manat – 80 000 manat = 1 040 000 manat) olaraq qəbul edilməlidir.

160. Evin tikintisi ilə bağlı İddiaçı ilə Cavabdeh2 arasında yaranan münasibətləri tapşırıq hüquq münasibətləri kimi qiymətləndirən kollegiya hesab edir ki, Cavabdeh2 ona tapşırılan işləri tam həcmdə yerinə yetirməmiş, tapşırığın icrası ilə bağlı ona verilən pul vəsaitlərinin müəyyən hissəsini tapşırığın icrasına yönəltməmiş, inşaat işlərini bilavasitə onun nəzarəti altında və onun istəyi ilə həyata keçirən şəxslərin icra etdikləri işlər qüsurlu olmuş, bununla da tapışırana ziyan vurulmuşdur (§ 111).

161. Nəzərə alınmalıdır ki, Cavabdeh2 işçi qüvvəsi olmamış, özünün də bildirdiyinə görə tikinti işlərini onun sifarişi əsasında müxtəlif şəxslər (şirkətlər) icra etmişlər.

162. İş üzrə əldə olunmuş ekspert rəyləri ilə Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 507 243,35 manat, evin inşaatında həyata keçirilmiş və onun ilkin layihəsində nəzərdə tutulmayan tikinti-quraşdırma işlərinin dəyərinin 21 886,5 manat, binada mərtəbələr üzrə aparılmış söküntü və təkrar tikinti-quraşdırma işlərinə çəkilməli xərclərin ümumi dəyərinin 86 820 manat, ərazinin daş hasarının sökülüb təkrarən inşa edilməsinə çəkilmiş xərclərin dəyərinin 9154,4 manat təşkil etdiyi, binadakı qüsurların aradan qaldırılmasına 146 000 manat tələb edildiyi müəyyən olunmuşdur.

163. Beləliklə müəyyən olunur ki, Cavabdeh2 İddiaçı evin tikinti-təmir işləri üçün 1 040 000 manat almış, həmin məbləğin ümumilikdə 625 104,25 manatını (507 243,35 + 21 886,5 + 86 820 + 9154,4) xərcləmiş, 414 895,75 manat xərclənməmiş qalmışdır.

164. İddiaçı alınmış pulun 300 000 manatının qeyri-tikinti işlərinə sərf olunması barədə Cavabdeh2 dəlilinə münasibətdə qeyd olunmalıdır ki, o, bununla bağlı məhkəmələrə sübut təqdim etməmişdir. Onun, aldığı pulları tikinti işlərini icra etmiş şirkətlərə və şəxslərə verilməsində vasitəçi olması barədə izahatı da işin hallarına uyğun deyil – çünkü vasitəçiliklə tapşırıq tamamilə fərqli münasibətlərdir.

165. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən fərdi yaşayış evinə baxış keçirilərkən evin giriş qapısının qoyulmadığı, liftin quraşdırılmadığı, tikintinin yarımçıq saxlanıldığı, havalandırma sisteminin sonadək işlənmədiyi müəyyən olunmuşdur – buna görə də Cavabdeh2, yaşayış evində quraşdırılacaq liftə görə avans kimi ödədiyini bildirdiyi 19 500 avronun, havalandırma sisteminə görə ödənilməli olduğunu bildirdiyi 25 195 ABŞ dollarının xərclərə daxil edilməsi mümkün deyildir.

166. Alüminium qapı və pəncərə işlərinə görə "xxxx" MMC-yə ödənilmiş 35 000 manat avansın isə məhz Cavabdeh2 tərəfindən ödənildiyi öz təsdiqini tapmır. Həm də nəzərə alınmalıdır ki, "xxxx" MMC ilə müqavilə Cavabdeh2 tərəfindən deyil, İddiaçı tərəfindən bağlanmışdır.

167. Yaşayış evinin üç dəfə tikilib-söküldüyü, evin inşa edildiyi ərazinin hüdudlarındakı daş hasarın sökülüb gücləndirilməsinə xərc çəkildiyi, evin sürüşdürülməsi zamanı hasarın yenidən sökülərək təkrarən inşa edildiyi, həyətdəki mühafizəçi evinin altında dəmir betondan su çəninin quraşdırıldığı, evin girişinin sonradan böyüdülərək əvvəlki pilləkənin söküldüyü və onun yerində 2 ayrı pilləkən tikildiyi, hovuzun sökülərək böyüdüldüyü barədə Cavabdeh2 dəlilləri isə əlavə və təkrar ekspertiza tədqiqatları zamanı yoxlanılmış, görüldüyü təsbit olunan müvafiq işlərə çəkilmiş xərclər smetaya salınmışdır.

168. Tikinti işlərinə sərf edilmiş xərclərin ümumi dəyərinin 1 515 280 manat, 43 358 ABŞ dolları və 52 000 avrodan ibarət olması ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli rəyi isə mötəbər sübut kimi qəbul oluna bilməz; belə ki, bu rəy mövcud tikinti üzrə deyil, Cavabdeh2 tərəfindən tərtib edilmiş smetaya əsasən verilmiş, həmçinin sonradan əldə olunan bütün digər mütəxəssis və ekspert rəyləri ilə təkzib edilmişdir.

169. Mohammad Qayedinin ona borcunun qaldığını etiraf mahiyyətində əlyazısı olduğu barədə Cavabdeh2 dəlilinə münasibətdə kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışı zamanı “xx.xx.2016 ilinə qədər görülən işlərin hesabatına görə ev sahibinin mənə qalan borcu = 129.025 ABŞ dolları + 3.014 avro və 70.000 manat dizayn pulu borcu var” məzmunlu həmin yazının Cavabdeh2 tərəfindən yazıldığı, Mohammad Qayedi tərəfindən isə ona “Arzu xanımın hesabatlarına görə bu məbləğ tələb olunur” qeydi aparıldığı müəyyən olunmuşdur (§ 25, 26).

170. Şərh olunanları ümumiləşdirməklə kollegiya hesab edir ki, İddiaçı müvafiq iddia tələbi qismən təmin olunmalı, binadakı qüsurların aradan qaldırılması üçün tələb olunan məbləğin 146 000 manat olduğu da nəzərə alınmaqla, Cavabdeh2 İddiaçı xeyrinə cəmi 560 895,75 manat (414 895,75 + 146 000) tutulmalıdır.

171. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, Cavabdeh2 İddiaçı və Mohammad Qayediyə qarşı iddia tələbini əsassız hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görməyərək bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə izah edir (§ 115).

172. İddiaçı adından məhkəməyə təqdim olunan sonuncu iddia ərizəsində (dəqiqləşdirmə barədə ərizədə) “mənəvi ziyanın və hüquqi yardım xərcinin ödənilməsi” tələbləri olmasa da (§ 37, 38), ərizənin əsaslandırıcı hissəsində İddiaçı 100 000 manat mənəvi ziyan vurulduğu, həmçinin hüquqi yardıma görə bağlanmış müqavilə üzrə vəkilə 68 396,5 manat ödəniləcəyi bildirildiyindən, kollegiya həmin məsələyə də qiymət verməyi zəruri hesab edir:

173. Zərər vurmuş şəxsdən hüququ pozulmuş şəxsin xeyrinə mənəvi zərərin əvəzinin tutulması qanunda nəzərdə tutulmuşdur (§ 77, 78). Lakin nəzərə alınmalıdır ki, hüququ pozulmuş şəxs zərər vuran şəxsin hərəkəti (hərəkətsizliyi) nəticəsində mənəvi sarsıntı və iztirablara məruz qalmasını sübuta yetirməli, zərərin nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

174. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

175. İddiaçı mənəvi zərərə məruz qalmış olması ilə bağlı irəli sürdüyü halları təsdiq edəcək sübutları məhkəmələrə təqdim etməmiş, bu barədə tələbini əsaslandırmamışdır. Tələb hər hansı sübuta deyil, subyektiv mülahizələrə əsaslanır.

176. Digər tərəfdən nəzərə alınmalıdır ki, Ali Məhkəmənin Plenumunun adı çəkilən qərarında izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”.

177. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X18 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir.

178. Məhkəmə kollegiyası da məsələyə bu prizmadan yanaşaraq, İddiaçı iddia tələbinin qismən təmin olunmasını, ona dəydiyini irəli sürdüyü mənəvi ziyanın ədalətli kompensasiyası olduğunu hesab edir.

179. Hüquqi yardım xərcinin ödənilməli olması ilə əlaqədar irəli sürülənlərə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlənməklə bununla bağlı qərar qəbul edən məhkəmə müvafiq tələbin mövcudluğundan asılı olmasa da, İddiaçı tərəfindən vəkilə hər hansı pul vəsaitinin ödənilməsinə dair məhkəmələrə ümumiyyətlə sübut təqdim olunmamışdır – hansı ki, bununla bağlı çıxış üçün hesab təqdim edilməsi zəruridir (§ 120).

180. Bununla yanaşı kollegiya hesab edir ki, İddiaçı ödədiyi dövlət rüsumlarının və bank xidməti xərclərinin məbləğləri Cavabdeh2 alınıb ona ödənilməli, Cavabdeh2 və MMC-nin ödədikləri dövlət rüsumları isə onların özlərinə aid olunmalıdır.

181. İddiaçı “vergidən yayındığına, habelə cinayət yolu ilə əldə olunmuş əmlakı əldə etdiyinə görə Cavabdeh2 cinayət məsuliyyətinə cəlb olunması barədə qərardad çıxarılması” tələbinə münasibətdə kollegiya qeyd edir ki, bu tələb hüquqi mahiyyəti etibarilə prosessual vəsatətdir və prosessual baxımdan iddia tələbi kimi qiymətləndirilə bilməz.

182. Kollegiya isə araşdırmaların nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, Cavabdeh2 hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından iş üzrə xüsusi qərardad qəbul edilməməlidir.

183. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən kollegiya hesab edir ki, mütəxəssis və ekspert rəylərinə görə ödənilməli olan məbləğlər tərəflər arasında bölüşdürülməli, mətəxəssis xərci Cavabdeh2, ekspert xərcləri ondan və İddiaçıdiən tutulub müvafiq hesablara köçürülməlidir. Kollegiya bir daha qeyd edir ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

184. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2018 saylı iş üzrə 02 mart 2018-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “müqavilənin pozulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbləri qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə 560 895,75 (beş yüz altmış min səkkiz yüz doxsan beş manat 75 qəpik) manat tutulsun İddiaçı iddia tələbləri qalan hissələrdə təmin olunmasın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı və X9 qarşı “pulun ödənilməsi” tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 70 000 (yetmiş min) manat tutulsun. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbi qalan hissədə, həmçinin Cavabdeh2 İddiaçı və X11 qarşı “tikintiyə sərf edilmiş pul vəsaitinin və dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbləri təmin edilməsin. UFO DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Cavabdeh2 ödədikləri dövlət rüsumlarının məbləğləri onların özlərinə aid edilsin. İddiaçı ödədiyi rüsumların əvəzi qismində 61,80 (altmış bir manat 80 qəpik) manat Cavabdeh2 İddiaçı xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 350 (üç yüz əlli) manatın 100 (yüz) manatı İddiaçı, 250 (iki yüz əlli) manatı Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəsissə ödəniləcək 200 (iki yüz) manat Cavabdeh2 tutularaq Fövqalədə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə Dövlət Layihə İnstitutunun hesabına (VÖEN: **********, H/h: AZ08AZFİ38060AZ**********006, "xxxx" ASC-nin Sahil filialı) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar