Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1905/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: X2 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 Abbas oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3384/2021 saylı 23 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5147X ünvanında yerləşən sahənin DƏDRX tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən 27 oktyabr 2016-cı il tarixdən etibarən mülkiyyətində olduğunu, cavabdeh tərəfindən ona məxsus bağ sahəsinin qonşuluğunda, yəni Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5148 Ç-Q-T-V-Z saylı bağ sahəsinin daxilində 500 kvadratmetrə yaxın sahədə qanunsuz olaraq 3 mərtəbə səviyyəsində tikinti işlərinin və 400 kvadratmetrə yaxın sahədə bünövrə səviyyəsində betonlama işlərinin həyata keçirildiyini, həmin tikinti işlərinin tikintiyə icazə almadan və şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla aparıldığını, sözügedən tikinti işləri həyata keçirilərkən qanunvericilikdə nəzərdə tutulmuş ara məsafəsi ilə bağlı tələblərə riayət edilmədiyini, bu halın onun hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli şəkildə pozulmasına səbəb olduğunu, cavabdehə dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoyulmadığını, nəticədə öz mülkiyyətindən səmərəli istifadə etməsinə maneələr yarandığını, eləcə də əmlakının dəyərinin əhəmiyyətli dərəcədə azaldığını irəli sürmüş, buna görə də Cavabdeh tərəfindən ünvan ünvanında (Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Kənar dairəvi yolun sağ tərəfində) qanunsuz inşa edilmiş tikililərin, tikinti və betonlama işlərinin cavabdehin vəsaiti hesabına sökülməsi və həmin sahənin tam boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3384/2021 saylı 23 iyun 2021-ci tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-433/2022 saylı 11 avqust 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3384/2021 saylı iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbi qismən təmin edilmiş; İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5147 X saylı bağ sahəsinin qonşuluğunda yerləşən ünvan ndə (Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Kənar dairəvi yolun sağ tərəfində) hasarlanmış ərazinin daxilində qanunsuz inşa edilmiş tikililər, tikinti və betonlama işlərinin Cavabdeh vəsaiti hesabına sökülməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5982/2022 saylı 14 dekabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2022-ci il tarixli 2(103)-433/2022 saylı qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşin təkrar apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə barışıq sazişini təqdim etməklə tərəflərin hazırkı mülki işi barışıq sazişi bağlamaqla yekunlaşdırmaq niyyətində olduqlarını və qarşılıqlı razılığa gələrək müəyyən şərtlərlə hazırkı barışıq sazişini imzaladıqlarını bildirmişdir. Təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 hazırki mülki işlə bağlı tərəflər arasında barışıq sazişinin imzalandığını, barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirmiş, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Cavabdeh öhdəsinə götürür ki, mülkiyyətində olan ünvan ndə inşası nəzərdə tutulmuş tikililəri Azərbaycan Respublikasının qüvvədə olan şəhərsalma və tikinti qanunvericiliyinin, o cümlədən Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət etməklə, şəhərsalma və tikinti sahəsində dövlət siyasətini və nəzarətini həyata keçirən müvafiq dövlət orqanlarının (öz səlahiyyətləri daxilində Sabunçu Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin) qanuni göstəriş və tələblərinə əməl etməklə, lazımi sənədləri (icazələri, razılıqları, texniki şərtləri və qanunvericilikdə belə tikiliyə münasibətdə nəzərdə tutulmuş digər sənədləri) səlahiyyətli dövlət qurumlarından əldə etməklə, İddiaçı bu Barışıq Sazişində göstərilmiş hüquqlarına xələl gətirmədən tikəcək.
2. Mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu. Ləhiş bağ sahəsi, 5148 Ç-Q-T-V-Z saylı bağ sahəsində inşası nəzərdə tutulmuş tikililərin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5147 X saylı bağ sahəsinə istiqamətlənmiş hissəsində hər hansı pəncərə(lər) quraşdırılmayacaq, pəncərə boşluqları və ya digər boşluqlar açmayacaq və həmin hissə tam qapalı olacaq.
3. Tərəflər təsdiq edir ki, hazırki Barışıq Sazişinin şərtlərinin yerinə yetiriləcəyi təqdirdə Sazişinin predmeti üzrə bir-birilərinə qarşı heç bir iddiaları, tələbləri və şikayətləri qalmır.
4. Tərəflərdən biri Sazişin şərtlərinə əməl etmədikdə, digər Tərəf həmin məsələ ilə bağlı mübahisə qaldırmaq hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddələr 52.3 və 52.4). Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370); Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2.); Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir (maddə 261.0.5.); İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. (maddə 262.1 və 262.4); Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddə 384.0.5.); Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. (maddə 114.1.4). Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin:
1. “Cavabdeh öhdəsinə götürür ki, mülkiyyətində olan ünvan ndə inşası nəzərdə tutulmuş tikililəri Azərbaycan Respublikasının qüvvədə olan şəhərsalma və tikinti qanunvericiliyinin, o cümlədən Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət etməklə, şəhərsalma və tikinti sahəsində dövlət siyasətini və nəzarətini həyata keçirən müvafiq dövlət orqanlarının (öz səlahiyyətləri daxilində Sabunçu Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin) qanuni göstəriş və tələblərinə əməl etməklə, lazımi sənədləri (icazələri, razılıqları, texniki şərtləri və qanunvericilikdə belə tikiliyə münasibətdə nəzərdə tutulmuş digər sənədləri) səlahiyyətli dövlət qurumlarından əldə etməklə, İddiaçı bu Barışıq Sazişində göstərilmiş hüquqlarına xələl gətirmədən tikəcək.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
2. “Mülkiyyətində olan ünvan ndə inşası nəzərdə tutulmuş tikililərin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5147 X saylı bağ sahəsinə istiqamətlənmiş hissəsində hər hansı pəncərə(lər) quraşdırılmayacaq, pəncərə boşluqları və ya digər boşluqlar açmayacaq və həmin hissə tam qapalı olacaq.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
3. “Tərəflər təsdiq edir ki, hazırki Barışıq Sazişinin şərtlərinin yerinə yetiriləcəyi təqdirdə Sazişinin predmeti üzrə bir-birilərinə qarşı heç bir iddiaları, tələbləri və şikayətləri qalmır.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
4. “Tərəflərdən biri Sazişin şərtlərinə əməl etmədikdə, digər Tərəf həmin məsələ ilə bağlı mübahisə qaldırmaq hüququna malikdir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3384/2021 saylı 23 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Sabit Bəhrəmzadə