Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1912/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İlk iddia ərizəsi üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "müqavilənin ləğv edilməsi və s." tələbinə dair ilk və "Cavabdeh" MMC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-3543/2020 saylı qərardadından ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "müqavilənin ləğv edilməsi və s." tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC (qanuni təmsilçi X1) arasında bağlanmış xx xxx 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehə icarəyə verilmiş iddiaçının mülkiyyətindəki icarə obyekti olan Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 341, Əlimərdan Topçubaşov küçəsi 11, giriş C ünvanında yerləşən 172,7 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh” MMC-nin (qanuni təmsilçi X1) qeyri-qanuni sahibliyindən götürülməsi və həmin qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, müqavilə üzrə ödənilməmiş 57000 (əlli yeddi min) manat icarə haqqı borcunun, həmçinin xx xxxx 2020-ci il tarixdən etibarən icarə sahəsi iddiaçılara təhvil verilənədək hər ay üçün 7000 (yeddi min) manat icarə haqqının, 5000 (beş min) manat vurulmuş maddi zərərin və 5000 (beş min) manat mənəvi zərərin, 30 manat dövlət rüsumu üçün ödənilmiş pulun Cavabdeh” MMCdən (qanuni təmsilçi X1) alınaraq iddaçı İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, "Cavabdeh" MMC cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən qeyri-yaşayış sahəsinin təmiri ilə əlaqədar çəkilmiş xərclərin kompensasiyası kimi 32.955.50 AZN cavabdeh İddiaçı tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İlk iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X2 məhkəməyə iddianın təmini tədbiri barədə ərizə ünvanlayaraq, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 341, Əlimərdan Topçubaşov küçəsi 11, giriş C ünvanında yerləşən 172,7 kv.m qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması, həmin əmlakın satılması, bağışlanması, girov qoyulması, özgəninkiləşdirilməsi, icarəyə verilməsi, digər şəkildə yüklü edilməsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 3543/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 341, Əlimərdan Topçubaşov küçəsi 11, giriş C ünvanında yerləşən 172,7 kv.m qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin və başqa şəxslərin istifadəsinə verilməsinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və digər şəxslərə qadağan edilməsi qərara alınmış, ərizə digər hissələrdə təmin edilməmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh şikayət verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-3543/2020 saylı qərardadının ləğv edilməsini və verilmiş iddianın təmini tədbiri barədə ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə mülkiyyətçiyə öz əmlakı ilə əlaqədar sərbəst mülkiyyət hüquqlarının həyata keçirilməsini faktiki olaraq qadağan etmişdir. Cavabdeh faktiki olaraq əmlakdan istifadəni dayandırmış, əmlakla əlaqədar xeyli müddətdir ki, icarə haqqını ödəməkdən imtina etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3543/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı ilk iddia ərizəsi üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia ərizəsi üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1). Məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, cavabdehin mülkiyyətində olan müəyyən əmlakların üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını müvəqqəti məhdudlaşdıran tədbirlər tərəflərin və üçüncü şəxslərin qanunvericilikdən və ya müqavilələrdən irəli gələn hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnməməlidir. Kollegiya hesab edir ki, işin halları, mübahisənin mahiyyəti və tərəflərin münasibətləri baxımından şikayət təmin edilməli, qərardad ləğv edilməli və ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 3543/2020 saylı qərardadı ləğv edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh" MMC-nın iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1912/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1912/2021
02.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver