Məhkəmə qərarları › İş №2(103)-192/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-192/2024

10.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-192/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X6 və Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzinin notariat kontoruna qarşı “əqdin etibarsızlığı və əmlak” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası,hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X14 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, nümayəndəsi X11, Cavabdeh X5, onun və digər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(011)-1066/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh1 xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahından 15 mart 2017-ci il təvəllüdlü X7, 29 noyabr 2020-ci il təvəllüdlü X8 doğulmuşdur. İddiaçı mübahisənin predmeti olan ünvan 1 ünvanda yerləşən 192 saylı mənzilin (yeni qaydalarla: AZ 1096, ünvan 10 birgə nikah dövründə əldə edilmiş əmlak statusuna aid olduğunu qeyd edərək, iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı cavabdehlər Cavabdeh1, X6 və Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Maraqlı şəxs2 Fəhrad qızının üçüncü şəxs qismində cəlb olunduqları “əqdin etibarsızlığı və əmlak” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdeh tərəf olan Cavabdeh1 ilə iddiaçı tərəf İddiaçı arasında xx.xx.2016-cı il tarixində rəsmi nikah bağlanmışdır. Bu nikahdan xx.xx.2017 təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Tərəflər arasında münasibətlər pozulması səbəbilə, hal-hazırda ünvan 2i Rayon Məhkəməsinin icraatında nikahın ləğvi tələbi üzrə mülki məhkəmə mübahisəsi mövcuddur. Hal-hazırda mübahisə predmeti olan Bakı şəhəri, ünvan 2i rayonu, Bəkir Çobanzadə küçəsi, 2572-ci məhəllə, ev 53 A, 192 saylı mənzil ünvanında yerləşən, ümumi sahəsi 105,80 kv.m olan mənzil tərəflərin birgə nikah dövründə əldə etdiyi mənzildir. Tərəflər həmin mənzildə hal-hazırda yaşayır. Eyni zamanda iddiaçı tərəf həmin mənzildə övladları ilə birgə pasport qeydiyyatındadır. Cavabdeh1 Sərhəd Xidmətinin mayor rütbəli zabiti olduğu üçün iddiaçını aldadaraq dövlətin ona kirayə haqqı adı ilə veriləcək müavinətin əldə edilməsinin mübahisə predmeti olan mənzilin atasının adına (digər cavabdehə) müvəqqəti və formal olaraq bağışlanmasına bağlı olduğu və kirayə haqqına dair Dövlət Sərhəd Xidmətinin nəzərə aldıqdan sonra mənzili yenidən öz adına geri rəsmiləşdirəcəyini qeyd etsə də, bu günə qədər formal olaraq bağlanmış “bağışlama müqaviləsini”nin ləğv edərək, yenidən öz adına geri qaytarılmasını təmin etməmişdir. Cavabdeh1 həm iddiaçı tərəf olan İddiaçı aldadaraq, ona məxsus birgə nikan dövründə əldə edilmiş əmlaka dair hüquqularını məhdudlaşdırmış, eyni zamanda Dövlət Sərhəd Xidmətini aldadaraq qanunsuz olaraq vəsaitləri mənimsəmişdir. xx.xx.2022-ci il tarixli 3M -103 saylı Cavabdeh1 ilə Maraqlı şəxs2 arasında bağlanmış “kirayə müqaviləsi” mübahisə predmeti olan Bakı şəhəri, ünvan 2i rayonu Bəkir Çobanzadə küçəsi, 2572-ci məhəllə, ev 53A, m 192 ünvanında yerləşən, ümumi sahəsi 105.80 kv m olan mənzil üzrə cavabdehlər arasında bağlanmış xx.xx.2022- ci il tarixli, 4Ə- İ33 saylı “bağışlanma müqaviləsi”ndən təxminən 01 ay sonra formal olaraq rəsmiləşdirilmişdir. Əlavə olaraq "xxxx" MMC tərərfındən xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda cavabdeh tərəf olan Cavabdeh1 2018-ci ildən hal-hazırkı müddətə qədər yaşaması faktı öz təsdiqin tapmışdır. Göründüyü qədər Cavabdeh1 atası (digər cavabdeh) X13 ilə arasında rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-133 saylı “ bağışlanma müqaviləsi" formal və uydurma əqddir. Sözügedən xx.xx.2022-ci il tarixli, 4Ə-133 saylı “bağışlanma müqaviləsi”nin etibarsız hcsab edilməsi, əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması, həmin əmlakın “birgə nikah dövründə əldə edilmiş əmlak” statusunun tanınması, həmin əmlak üzrə iddiaçı tərəf olan İddiaçı 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması və hüquqlarının AR ƏMDK yanında DƏDRX-də qeydiyyata alınması mütləq və zəruridir. 3.Bundan əlavə birgə nikah dövründə əldə edilmiş ** SN *** dövlət qeydiyyat nişanlı “Toyota Land – Cruiser” markalı avtomobil xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında cavabdeh tərəfındən satılaraq, başqa bir avtomobil alınmışdır. Lakin həmin avtomobil hal-hazırda cavabdehin mülkiyyətində olmadığından onun üzərindən mübahisələndirmək mümkün deyildir. Cavabdeh əldə edilmiş pul vəsaitinin birgə nikah dövründə əldə etmiş ** SN *** dövlət qeydiyyat nişanlı “Toyota Land – Cruiser” markalı avtomobil xx.xx.2018-ci il tarixli alğı- satqı müqaviləsində əldə etdiyi məbləği ailə məsrəflərinə sərf etməmiş, əksinə digər bahalı avtomobil alaraq istifadə etmişdir. 4.İddiaçı göstərilənləri nəzərə alaraq, 2 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfındən cavabdehlər Cavabdeh1 və X13 arasında Bakı şəhəri, ünvan 2i rayonu Bəkir Çobanzadə küçəsi, 2572- ci məhəllə, ev 53A, m 192 ünvanında yerləşən, ümumi sahəsi 105.80 kv m olan mənzil üzrə bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-133 saylı “ bağışlanma müqaviləsi”nin etibarsız hesab edilməsi, əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması (Cavabdeh1 mülkiyyətinə), həmin əmlakın “birgə nikah dövründə əldə edilmiş əmlak” statusunun tanınması, həmin əmlak üzrə iddiaçı tərəf olan İddiaçı 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması və mülkiyyətçi hüquqlarının AR ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmasına və Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş, ** SN *** dövlət qeydiyyat nişanlı, “Toyota Land – Cruiser” markalı avtomobilin xx.xx.2018- ci il tarixli alğı-satqı müqaviləsində əldə edilmiş pul vəsaitinin 1/2 hissəsinə iddiaçı tərəf İddiaçı hüquqlarının tanınması və həmin alğı-satqı müqaviləsindən əldə edilmiş pul vəsaitinin 1/2 hissəsinin Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri, ünvan 2i rayonu, Bəkir Çobanzadə küçəsi, 2572-ci məhəllə, ev 53 A ünvanında yerləşən, ümumi sahəsi 105,80 kv.m olan 192 saylı mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzildir. Həmin mənzili əldə edərkən təmirsiz olduğu üçün iddiaçı ümumilikdə evə 60000 manat təmir xərci şəkmişdir. Halhazırda cavabdehlər İddiaçı birgə nikah dövründə əldə etdiyi, hal-hazırkı mübahisə predmeti olan, Bakı şəhəri, ünvan 2i rayonu, Bəkir Çobnazadə küçəsi, 2572-ci məhəllə, ev 53A, 192 saylı mənzilə buraxmırlar və mənzildən istifadə hüququnun həyata keçirməsinə məhdudiyyət qoymuşlar. İddiaçı və 2 azyaşlı övladı Bakı şəhəri, ünvan 2i rayonu, Bəkir Çobanzadə küçəsi, 2572-ci məhəllə, ev 53A, 192 saylı mənzilə pasport qeydiyyatındadırlar. 6.İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2 saylı Bakı ASAN Xidmət mərkəzinin Notariat Ofisi tərəfindən cavabdehlər Cavabdeh1 və X13 arasında Bakı şəhəri, ünvan 2i rayonu, Bəkir Çobanzadə küçəsi, 2572-ci məhəllə, ev 53A, m 192 ünvanında yerləşən, ümumi sahəsi 105,80 kv.m olan mənzil üzrə bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-133 saylı “bağışlanma müqaviləsi” nin etibarsız hesab edilməsi, əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması (Cavabdeh1 mülkiyyətinə) həmin əmlakın “birgə nikah dövründə əldə edilmiş əmlak” statusunun tanınması, birgə nikah dövründə Bakı şəhəri, ünvan 2i rayonu, Bəkir Çobanzadə küçəsi, 2572-ci məhəllə ev 53 A, m. 192 ünvanında yerləşən, ümumi sahəsi 105,80 kv.m olan mənzilə, ümumilikdə (iddiaçı və cavabdeh tərəfindən) sərf edilmiş 60000 manat təmir xərcinin 1/2 hissəsinin (30000 manatın) və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin Cavabdeh1 tutularaq, İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini, Cavabdeh1 barəsində “xüsusi qərardad” elan edilib, aidiyyəti üzrə prokurorluğa göndərilməsini xahiş etmişdir. 7.Məhkəmənin baxış iclasında çıxış edən iddiaçının nümayəndəsi Vəkil1 ilk öncə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etsə də, nümayəndəsi Vəkil2 iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Bundan sonra Vəkil1 iddia tələblərini müdafiə edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə iclasında çıxış edən cavabdehlər Cavabdeh1 və X5 nümayəndəsi Vəkil2 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, tərəflər rəsmi nikah münasibətlərinə xx.xx.2016-cı il tarixdə daxil olmuşlar. Sözügedən mənzil nikahdan əvvəl cavabdehə əvəzsiz qaydada verilmişdir. Belə ki, Azərbaycan Respublikası cənab Prezidentinin göstərişinə əsasən, Bakı şəhəri İcra hakimiyyəti Başçısının 604 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı ilə bir qrup idmançı və idman xadimi mənzillə təmin edilmiş, həmin sərəncamın 10-cu bəndinə əsasən Cavabdeh1 Əcəmi MMC-nin ünvan 2i rayonu, B.Çobanzadə küçəsi, 2572-ci məhəllə, ev 53A ünvanındakı 2 saylı yaşayış binasının 1-ci girişinin 16-cı mərtəbəsində ümumi sahəsi 90,6 kv.m yaşayış sahəsi 52 kv.m olan 2 otaqlı, 90 saylı mənzil verilmişdir. "xxxx" MMC-nin rəhbərliyi xx.xx.2014-cü il tarixli, 33 saylı məktubla BŞİH başçısına müraciət edərək, layihədə olan dəyişiklərlə əlaqədar olaraq 15 saylı xx.xx.2012-ci il tarixli məktubu ilə BŞİH-nin mənzil fonduna 2 saylı binadan ayırdığı mənzillərin sıra sayında və mərtəbələrində dəqiqləşmələr aparıldığını bildirmiş, yeni göstəricilərin nəzərə alınmasını xahiş etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 604 saylı, xx.xx.2014-cü il tarixli sərəncamında qismən dəyişiklik edilməsi barədə 645 saylı xx.xx.2014-cü il tarixli Sərəncamından Çıxarışa əsasən Cavabdeh1 Əcəmi MMC-nin ünvan 2i rayonu, B.Çobanzadə küçəsi, 2572-ci məhəllə, ev 53A ünvanındakı 2 saylı yaşayış binasının 1-ci girişinin 16-cı mərtəbəsində ümumi sahəsi 90,6 kv.m, yaşayış sahəsi 52 kv. m olan 2 otaqlı, 90 saylı mənzilin yeni sıra sayı 192, ümumi sahəsi, 105.80 kv.m olan mənzil verilmişdir. Nümayəndə həmçinin vurğulamışdır ki, mübahisənin predmeti olan mənzil 2014-cü ildə verildikdən sonra Nicatın atası tərəfindən təmir edilmişdir. Belə ki, Nicatın atası usta olduğu üçün mənzillərin təmiri ilə məşğuldur, ona görə bu mənzilin də təmirini onun briqadası tərəfindən aparılmışdır. Odur ki, İddiaçı tərəfindən verilmiş iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. 9.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 14 fevral 2023-cü il tarixli, 2(011)-1066/2023 saylı qətnaməsi ilə (sədrlik edən-İlahə Abbasova) iddia təmin edilməmişdir. 10.İş materiallarında olan Bakı şəhəri ünvan 2i rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 095907 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X12 arasında 12 mart 2016-cı il tarixdə nikah bağlanmış və 82 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. 11.İş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 950401 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 15 mart 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh1, anası İddiaçıdır. 12.İş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 582800 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 29 noyabr 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh1, anası İddiaçıdır. 13.İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsi tərəfindən Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış 14 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, DİN-in Baş X26 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə Cavabdeh1 adında 19 iyul 2017-ci il tarixdən “Toyota Land-Cruiser” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, 15 avqust 2018-ci il tarixdə alqısatqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxaraq özgəninkiləşdirilmişdir. 14.İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, X1 rayonu, Çobanzadə küçəsi 2572 məhəllə ev 53A ünvanda yerləşən yaşayış binasının B bloku, 18-ci mərtəbə, 192 saylı, 2 otaqlı mənzildə ailə tərkibi ilə birgə 2018-ci il tarixdən yaşayır. 15.İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li arayışından görünür ki, ünvan 1, 192 saylı mənzildə İddiaçı qeydiyyatdadır. 16.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 192 (yeni qaydalarla: AZ 1096, ünvan 10 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. 17.İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ilə X13 arasında ünvan 1, mənzil 192 (yeni qaydalarla: AZ 1096, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 105.8 ha olan mənzilə dair daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. 18.İş materiallarında olan İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı Cavabdeh1 məxsus olan ünvan 1, mənzil 192 (yeni qaydalarla: AZ 1096, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 105.8 ha olan mənzilin bağışlanmasına etiraz etmədiyini ərizəsində qeyd etmişdir. 19.İş materiallarında olan 22 ferval 2022-ci il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, Maraqlı şəxs2 Fəhrad qızı ilə Cavabdeh1 arasında ünvan 11 ünvanında yerləşən mənzil aylıq 500 manat kirayə haqqı olmaqla, xx.xx.2027-ci il tarixədək Cavabdeh1 kirayəyə verilmişdir. 20.İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 604 saylı xx.xx.2014- cü il tarixli sərəncamında qismən dəyişiklik edilməsi barədə 645 saylı, xx.xx.2014-cü il tarixli Sərəncamdan çıxarışdan görünür ki, Cavabdeh1 "xxxx" MMCnin ünvan 12 ünvandakı 2 saylı yaşayış binasının 1-ci girişinin 16-cı mərtəbəsində ümumi sahəsi 90,6 kv.m yaşayış sahəsi 52 kv.m olan 2 otaqlı, 90 saylı mənzil verilmişdir. 21.İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı ünvan 13 ünvanlanmış 30 noyabr 2022-ci il tarixli, **********26 nömrəli məktubundan görünür ki, Cavabdeh1 adına Bakı şəhəri, ünvan 2i rayonu, Bəkir Çobanzadə küçəsi, ev 53A,192saylı mənzil (yeni qaydalarla: AZ 1096, ünvan 10 xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Cavabdeh3 xüsusi notariusu H.Y.Vəliyev tərəfindən 4Ə-133 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlanma müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir. Cavabdeh1 adına xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək respublikanın digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. 22.İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli vəsatətdən görünür ki, iddiaçı məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əsillərinin geri qaytarılmasını xahiş etmişdir. 23.Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, o, İddiaçı dayısıdır, Cavabdeh1 onun əmisi nəvəsidir. İddiaçı ilə Cavabdeh1 2017-ci ildə nikaha daxil olmuşdurlar. O, toy məclisində iştirak etmişdir. Ailə qurduqdan sonra NZS-də yaşamışlar. Həmin mənzil iddiaçının qayınatasının evi idi. Orada xeyli yaşamış, sonradan 2018-ci ildən öz evlərinə köçmüşdürlər. Gediş-gəlişləri olmuşdur. O, tərəflər mübahisəli mənzilə köçməmişdən əvvəl, təmir zamanı orada iki dəfə olmuşdur. Evin təmirinə Nicatın atası nəzarət edirdi və özü də orda ustalıq edirdi. Yeznəsi Akif onunla birgə həmin mənzilə demək olar ki, bütün tikinti materialları alıb aparmışdır. Həmin vaxt onun maşını var idi. 24.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahından 15 mart 2017-ci il təvəllüdlü X7, 29 noyabr 2020-ci il təvəllüdlü X8 doğulmuşdur. İddiaçı mübahisənin predmeti olan ünvan 1 ünvanda yerləşən 192 saylı mənzilin (yeni qaydalarla: AZ 1096, ünvan 10 birgə nikah dövründə əldə edildiyinə əsaslanaraq, həmin mənzilin bölünməsini tələb etsə də, mülki işdə olan sübutlarla təsdiq edilir ki, həmin mənzil Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən Bakı şəhəri İcra hakimiyyəti Başçısının 604 saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə cavabdehə əvəzsiz qaydada verilmişdir. Həmçinin iddiaçı həmin mənzilin birgə vəsait hesabına təmir edildiyini iddia etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən şahid qismində təqdim edilmiş X10 işin faktiki hallarına dair qeyri-dəqiq məlumatlar verərək, mübahisəli mənzilin təmirinin cavabdehin usta olan atasının nəzarəti və iştirakı ilə aparıldığını təsdiq etmişdir. 25.Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli mənzillə bağlı xx.xx.2022-ci il tarixdə bağışlama müqaviləsi bağlanmış, həmin daşınmaz əmlak Cavabdeh1 tərəfindən X6 bağışlanmışdır. İddiaçı əslində mübahisə predmeti olan daşınmaz əmlakın bağışlamaq niyyəti olmadan cavabdeh X5 adına keçirilməsini bildirsə də, bununla bağlı müvafiq mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq işdə olan İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsi ilə təsdiq edilmişdir ki, iddiaçı həmin əqd bağlanarkən Cavabdeh1 məxsus olan ünvan 1, mənzil 192 (yeni qaydalarla: AZ 1096, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 105.8 ha olan mənzilin bağışlanmasına etiraz etmədiyini bildirmişdir. 26.Məhkəmənin mövqeyi belə olmuşdur ki, mübahisənin predmeti olan mənzil Cavabdeh1 tərəfindən əvəzsiz qaydada əldə edildiyindən həmin mənzillə bağlı bağışlama müqaviləsi xx.xx.2022-ci il tarixdə mülki qanunvericilikdə nəzərdə tutulmuş tələblərə, o cümlədən notarial qaydaya riayət edilməklə bağlandığından iddia tələbi həmin mənzillə bağlı bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak statusunun tanınması ilə bağlı hissədə təmin edilməməlidir. 27.Bununla yanaşı iddiaçı mübahisəli mənzilin təmirinə birgə nikah dövründə birgə vəsait hesabına 60 000 manat təmir xərcinin sərf edildiyini bildirsə də, məhkəmədə bunu da sübut edə bilməmişdir. Odur ki, iddia tələbləri mübahisəli mənzilin təmirinə sərf edilmiş 60 000 manat xərcin 1/2 hissəsinin Cavabdeh1 tutulması hissəsində də təmin edilməməlidir. 28.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcələsinin 666.1, 668, 337.1, 337.2, 339.2, 339.3, 354.1, 347.1, 354.2, 225.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 34.1, 35-ci: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.3, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 29.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın bütünlüklə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini, həmçinin qanunsuz olaraq dövlət vəsaitini mənimsədiyi üçün cavabdeh barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.. 30.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin hakimi iddiaya münasibətdə heç bir araşdırma aparmadan, iddiaçının təmir xərclərinə diar dindirlmiş şahidlərinin ifadələri təkzib edərək, iddiaçının eyni zamanda “təmir-tikinti işlərinin həcmi və müddətinin “müəyyən edilməsi ilə bağlı vəsatəti rədd etmişdir. O, iddia tələbinə dair halları şahid və digər arayış, hüquqmüəyyənedici sənədlərlə sübut etdiyi halda məhkəmənin hakimi heç bir halda araşdırma aparmamışdır. Məhkəmə birgə nikah dövründə AR ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış mənzil və onun nikahdan sonra 2018-ci ildə təmir xərclərinin edilməsi faktına önəm vermədən cavabdehin tək izahatını mötəbər sübut qismində dəyərləndirərək qanuna zidd qətnamə elan etmişdir. Cavabdeh1 Sərhəd Xidmətinin mayor rütbəli zabiti olduğu üçün iddiaçını aldadaraq dövlətin ona kirayə haqqı adı ilə veriləcək müavinətin əldə edilməsinin mübahisə predmeti olan mənzilin atasının adına (digər cavabdehə) müvəqqəti və formal olaraq bağlanamasına bağlı olduğu və kirayə haqqına dair Dövlət Sərhəd Xidmətinin nəzərə aldıqdan sonra mənzili yenidən öz adına geri rəsmiləşdirəcəyini qeyd etsə də, bu günə qədər formal olaraq bağlanmış “bağışlama müqaviləsini” nin ləğv edərək, yenidən öz adına geri qaytarılmasını təmin etməmişdir. “Əcəmi“ MMC tərərfindən xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda cavabdeh tərəf olan Cavabdeh1 2018-ci ildən hal-hazırkı müddətə qədər yaşaması faktı öz təsdiqini tapmışdır. Lakin məhkəmə bütün bu olanları təkzib etmiş və qanuna zidd formada qətnamə elan etmişdir. Məhkəmə eyni zamanda AR MPM-nin 14.2-ci maddəsinin tələbini pozmuşdur. İş materialında ilkin iddiaçının xeyrinə olan sənədlərə doğru qiymət vermədən qətnamə elan etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 31.Apellyasiya şikayətinə qarşı cavabdehlər Cavabdeh1 X3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən etiraz təqdim edilərək göstərilmişdir ki, iddiaçı ilə Cavabdeh1 2017-ci ildə nikaha daxil olmuşdurlar. O, toy məclisində iştirak etmişdir. Ailə qurduqdan sonra NZS-də yaşamışlar. Həmin mənzil iddiaçının qayınatasının evi idi. Orada xeyli yaşamış, sonradan 2018-ci ildən öz evlərinə köçmüşdürlər. Gediş-gəlişləri olmuşdur. O, tərəflər mübahisəli mənzilə köçməmişdən əvvəl, təmir zamanı orada iki dəfə olmuşdur. Evin təmirinə Nicatın atası nəzarət edirdi və özü də orda ustalıq edirdi. Yeznəsi Akif onunla birgə həmin mənzilə demək olar ki, bütün tikinti materialları alıb aparmışdır. Həmin vaxt onun maşını var idi. Məhkəmədə bilavasitə tədqiq edilmiş subutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahından 15 mart 2017-ci il təvəllüdlü X7, 29 noyabr 2020-ci il təvəllüdlü X8 doğulmuşdur. İddiaçı mübahisənin predmeti olan ünvan 1 ünvanda yerləşən 192 saylı mənzilin (yeni qaydalarla: AZ 1096, ünvan 10 birgə nikah dövründə əldə edildiyinə əsaslanaraq, həmin mənzilin bölünməsini tələb etsə də, mülki işdə olan sübutlarla təsdiq edilir ki, həmin mənzil Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən Bakı şəhəri İcra hakimiyyəti Başçısının 604 saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə cavabdehə əvəzsiz qaydada verilmişdir. Həmçinin iddiaçı həmin mənzilin birgə vəsait hesabına təmir edildiyini iddia etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən şahid qismində təqdim edilmiş X10 işin faktiki hallarına dair qeyri-dəqiq məlumatlar verərək, mübahisəli mənzilin təmirinin cavabdehin usta olan atasının nəzarəti və iştirakı ilə aparıldığını təsdiq etmişdir. Burada sübutların tədqiqində məhkəmənin heç bir qərəzli mövqe tutmadığı aydın görünür. Beləliklə, mübahisəli mənzilin birgə nikah dövründə birgə vəsait hesabına əldə edildiyi, yaxud təmir edildiyi təsdiq edilməmişdir. Bununla yanaşı təsdiq edilmişdir ki, mübahisəli mənzillə bağlı xx.xx.2022-ci il tarixdə bağışlama müqaviləsi bağlanmış, həmin daşınmaz əmlak Cavabdeh1 tərəfindən X6 bağışlanmışdır. İddiaçı əslində mübahisə predmeti olan daşınmaz əmlakın bağışlamaq niyyəti olmadan cavabdeh X5 adına keçirilməsini bildirsə də, bununla bağlı müvafiq mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq işdə olan İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsi ilə təsdiq edilmişdir ki, iddiaçı həmin əqdi bağlanarkən Cavabdeh1 məxsus olan ünvan 1, mənzil 192 (yeni qaydalarla: AZ 1096, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 105.8 ha olan mənzilin bağışlanmasına etiraz etmədiyini bildirmişdir. Beləliklə, mübahisənin predmeti olan mənzil Cavabdeh1 tərəfindən əvəzsiz qaydada əldə edildiyindən həmin mənzillə bağlı bağışlama müqaviləsi xx.xx.2022-ci il tarixdə mülki qanunvericilikdə nəzərdə tutulmuş tələblərə, o cümlədən notarial qaydaya riayət edilməklə bağlandığından iddia tələbi həmin mənzillə bağlı bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak statusunun tanınması ilə bağlı hissədə təmin edilməməlidir. Bununla yanaşı iddiaçı mübahisəli mənzilin təmirinə birgə nikah dövründə birgə vəsait hesabına 60 000 manat təmir xərcinin sərf edildiyini bildirsə də, məhkəmədə bunu da sübut edə bilməmişdir. Odur ki, iddia tələbləri mübahisəli mənzilin təmirinə sərf edilmiş 60 000 manat xərcin 1/2 hissəsinin Cavabdeh1 tutulması hissəsində də təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına düzgün formada əsaslanmış, mülki işdə olan sübutları qiymətləndirmiş, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gələrək, mübahisənin predmeti olan mənzilin birgə nikah dövründə birgə vəsait hesabına əldə edilməsi təsdiq edilmədiyindən, həmçinin həmin mənzillə bağlı bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş əsaslar müəyyən edilmədiyindən, habelə mübahisəli mənzilin təmirinə sərf edilmiş xərcin tutulması tələbi də sübutlarla təsdiq edimədiyindən iddia tələbini təmin etməmişdir. Odur ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. c)Məhkəmə icraatı iştirakçılarının izahatları 32.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X17 iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 33.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 34.Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədi, apellyasiya şikayətinə qarşı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 35.Məhkəmə kollegiyasının iclasında cavabdeh X13 vəkilin izahatını təsdiq edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, mübahisəli mənzil oğluna 2014-cü ildə verilmişdir. O, özü tikinti ilə məşğul olduğu üçün, 2015-ci ilin sonlarına kimi evin təmirini başa çatdırmışdır. Oğlu iddiaçı ilə ailə qurandan sonra, onun evində yaşamışlar. Oğlu işdə olanda, iddiaçı tək qalmaması üçün bir müddət bu qaydada yaşamışlar. 2018-ci ildə iddiaçı və oğlu mübahisəli mənzildə yaşamağa başlamışlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 36.Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 37.Maddə 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 38.Maddə 225.1.Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 39.Maddə 225.2.Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 40.Maddə 225.4.Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 41.Maddə 666.1.Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 42.Maddə 668.1 və 668.1.1.Bağışlama müqaviləsi daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. 43.Maddə 324.2.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 44.Maddə 324.4.Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 45.Maddə 324.5.İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 46.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 47.Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 48.Maddə 339.2.Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 49.Maddə 339.3.Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 50.Maddə 32.1.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 51.Maddə 34.1.Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 52.Maddə 35.Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 53.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 54.Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 55.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 56.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 57.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 58.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 59.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 60.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 61.Belə ki, mübahisənin mahiyyəti ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahından 15 mart 2017-ci il təvəllüdlü X7, 29 noyabr 2020-ci il təvəllüdlü X8 doğulmuşdur. İddiaçı mübahisənin predmeti olan ünvan 1 ünvanda yerləşən 192 saylı mənzilin (yeni qaydalarla: AZ 1096, ünvan 10 birgə nikah dövründə təmir edildiyini və birgə nikah dövründə əldə edilmiş əmlak statusunun tanınmasını və digər tələblərini irəli sürmüşdür. 62.Lakin iş materialları ilə işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, mübahisələndirilən ünvan 1 ünvanda yerləşən 192 saylı mənzil (yeni qaydalarla: AZ 1096, ünvan 10 Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən Bakı şəhəri İcra hakimiyyəti Başçısının 604 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı ilə Cavabdeh1 əvəzsiz qaydada verilmişdir. 63.Kollegiya qeyd edir ki, mübahisəli mənzil nikahdan öncə Cavabdeh1 əvəzsiz qaydada verildiyindən, yəni nikah dövründə əldə edilmədiyindən, bununla da, birgə nikah dövründə əldə olunmuş əmlakın ümumiliyi prezumsiyası mövcud olmadığından, həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi üçün, yəni birgə nikah dövründə, birgə vəsait hesabına təmir edilməsi ilə bağlı sübutetmə yükü, bunu iddia edən iddiaçının üzərinə düşür. 64.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 65.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 66.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 67.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 68.İddiaçı tərəfindən bununla bağlı məhkəməyə sübut olaraq şahid kimi dindirilməsi üçün öz dayısı X10 təqdim olunmuşdur. 69.Məhkəmə şahidlə bağlı qeyd etmişdir ki, şahid işin faktiki hallarına dair qeyri-dəqiq məlumatlar verərək, mübahisəli mənzilin təmirinin cavabdehin usta olan atasının nəzarəti və iştirakı ilə aparıldığını təsdiq etmişdir. 70.Kollegiya məhkəmənin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, şahid iddiaçının yaxın qohumu olan dayısı olmaqla, onun bitərəf mövqe tutması inandırıcı deyil. Digər tərəfdən şahid təmirin hansı tarixdə aparılması, ümumiyyətlə təmirlə bağlı ətraflı ifadə verməmişdir. Hansı ki, təmirin aparılması ilə bağlı yalnız mötəbər sübutlara istinad oluna bilər. 71.Kollegiya təmirin hansı ildə aparılmasını dəqiqləşdirmək üçün iş üzrə apellyasiya mərhələsində məhkəmə tikinti-texniki ekspertizası təyin edərək rəy almışdır. 72.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, №10/4272 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, ünvan 2i rayonu, Bəkir Çobanzadə küçəsi, 2572-ci məhəllə, ev 53A, ünvanında yerləşən, ümumi sahəsi 105,80 kv.m olan 192 saylı mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin bazar qiymətlərinə uyğun olaraq 40875,0 manat məbləğində olduğu müəyyən edilir. 73.Ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, mübahisələndirilən mənzildə aparılan təmirtikinti işlərinin xx.xx.2016-cı ildən sonrakı müddəti əhatə edib-etməməsi barədə ekspert qarşısına qoyulmuş suala aparılmış təmir-tikinti işlərinin müddətinin müəyyən olunmasına dair metodika olmadığından qeyd olunan sual üzrə tədqiqat aparılmamışdır. 74.Göründüyü kimi iddiaçı mübahisəli mənzilin təmirinə birgə nikah dövründə birgə vəsait hesabına 60000 manat təmir xərcinin sərf edildiyini bildirsə də, bunu təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmiş, həmçinin iş materialları ilə qeyd olunan hal öz təsdiqini tapmamış, əksinə mənzilin təmirinin nikahdan əvvəl cavabdeh X13 tərəfindən aparılması halı öz təsdiqini tapmışdır. 75.Kollegiya hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən mübahisənin predmeti olan mənzil Cavabdeh1 tərəfindən nikahdan əvvəl əvəzsiz qaydada əldə edildiyindən, bununla da sonuncu mülkiyyətçi olaraq öz əmlakı üzərində sərbəst surətdə sərəncam vermək səlahiyyəti olduğundan, həmin mənzillə bağlı bağışlama müqaviləsi xx.xx.2022-ci il tarixdə mülki qanunvericilikdə nəzərdə tutulmuş tələblərə, o cümlədən notarial qaydaya riayət edilməklə bağlandığından, iddia tələbi həmin mənzillə bağlı bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin əvvəlki hüquqi vəziyyətə gətirilməsi və həmin mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak statusunun tanınması ilə bağlı hissədə düzgün olaraq məhkəmə tərəfindən təmin edilməməlidir. 76.Digər tərəfdən İddiaçı əslində mübahisə predmeti olan daşınmaz əmlakın bağışlamaq niyyəti olmadan cavabdeh X5 adına keçirilməsini bildirsə də, bununla bağlı müvafiq mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq işdə olan İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsi ilə təsdiq edilmişdir ki, iddiaçı həmin ərizəni verərkən Cavabdeh1 məxsus olan ünvan 1, mənzil 192 (yeni qaydalarla: AZ 1096, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 105.8 ha olan mənzilin bağışlanmasına etiraz etmədiyini bildirmişdir. 77.Kollegiya iddiaçının razılıq ərizəsini verərkən aldadılması ilə bağlı dəlilini əsassız hesab edir. 78.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. 79.Aldatma isə bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Hazırki halda isə qeyd olunan hal müəyyən olunmur. 80.Kollegiya həmçinin qeyd edir ki, iddiaçı mənzilin birgə nikah dövründə təmir edilməsini sübut edə bilmədiyindən, məhkəmə düzgün olaraq iddianı mənzilin təmirinə çəkilmiş 60000 manat xərcin 1/2 hissəsinin Cavabdeh1 tutulması ilə bağlı hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. 81.Qeyd olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(011)-1066/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 82.Kollegiya həmçinin hesab edir ki, iş üzrə apellyasiya mərhələsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə müştərək qaydada cavabdehlər Cavabdeh1 və X4 alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 83.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 84.Beləliklə kollegiya hesab edir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 85.Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 86.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 87.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(011)-1066/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə apellyasiya mərhələsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə müştərək qaydada cavabdehlər Cavabdeh1 və X4 alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar