Məhkəmə qərarları › İş №2(103)-1932/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1932/2023

28.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1932/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 qızının katibliyi ilə, İddiaçı cavabdeh X4 qarşı aliment tələbi dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(011)-6552/2022 saylı qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə övladları olan xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək onun saxlanması üçün cavabdeh X2 hər ay bir uşağa görə 193 ( yüz doxsan üç) manat pulun sabit pul məbləği şəklində alimentin tutulub İddiaçı aliment kimi ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X5 ilə 2016-cı ildə el adəti ilə evlənməklə ailə həyatı qurmuşlar. Rəsmi nikahları isə nikahın bağlanmsı haqqında akt qeydləri kitabında 2016-cı ilin aprel ayının 01-də 62 №-si ilə qeyd edilmiş və Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(011)-3775/2022 №-li qətnaməsi ilə həmin nikah pozulmuş və 10 may 2018-ci il təvəllüdlü övladları X6 tərbiyəsi və saxlanılması üçün iddiaçının yanında qalması qət edilmişdir. İddiaçı övladı ilə birlikdə yaşayır. X1 yetkinlik yaşına çatana kimi onun saxlanması üçün maddi cəhətdən köməyə ehtiyacı var. Nikah pozularkən İddiaçı aliment istəməmişdi. Lakin indi isə cavabdehdən aliment tələb edir və bu uşağın mənafeyi naminədir. Cavabdehin bir uşağa görə hər ay 193 manat aliment ödəməyə imkanı olar. Amma bununla əlaqədar cavabdehlə İddiaçı arasında alimentin ödənilməsi barədə heç bir saziş yoxdur və belə bir saziş də bağlanmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(011)-6552/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək onun saxlanması üçün cavabdeh X2 hər ay bir uşağa görə 193 (yüz doxsan üç) manat pulun sabit pul məbləği şəklində alimentin tutulub İddiaçı aliment kimi ödənilməsi barədə iddiası rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə oların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsi-vəkili Vəkil1 xx.xx.2023-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş və işin apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının nümayəndəsinin apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1 və 369.2-ci maddələrinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh X4 qarşı aliment tələbi dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(011)-6552/2022 saylı qətnaməsindən iddiaçının nümayəndəsivəkili tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilməli, apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının nümayəndəsi-vəkili Vəkil1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(011)-6552/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina ərizəsi qəbul edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(011)-6552/2022 saylı qətnaməsi üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar