Məhkəmə qərarları › İş №2(103)-1937/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1937/2021

27.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1937/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Elşən Cələddin oğlu Kazımov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh X1 qarşı “qeyri-yaşayış sahəsinin 1/2 hissəsinin qaraj üçün verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3734/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı “qeyri-yaşayış sahəsinin 1/2 hissəsinin qaraj üçün verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,ünvan 1 saylı ünvanda binanın altında yerləşən qeyri-yaşayış sahəsi qarajın ½ hissəsinin iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 3734/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh X1 qarşı “qeyri-yaşayış sahəsinin ½ hissəsinin qaraj üçün verilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddia baxılmamış saxlanılaraq, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Qeyd olunan şikayət məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmədə izahat verərək, qeyriyaşayış sahəsi qarajda (maşın yerində) olan payına görə ona hər ay 50 manat ödəyəcəyini bildirmişdir. O, bununla razılaşmışdır. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. Həmin vaxtdan cavabdeh dediyinə əməl etmir, ona heç bir məbləğdə pul verməmişdir. Aldığı məlumata görə cavabdeh onu məlumatlandırmadan qeyriyaşayış sahəsi olan qarajı satmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, ərizə göndərərək, şikayətin təmin edilməməsini xahiş etmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3734/2019 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, xx.xx.2019-cu il tarixində məhkəmə iclasında İddiaçı vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında mübahisənin məhkəmədən kənar həll edildiyini bildirərək, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etməməklə yanaşı, bununla bağlı məhkəməyə hər hansı ərizə ilə də müraciət etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi şikayətin təminindən imtina edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuş, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3734/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Elşən Kazımov Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar