Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1940/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, İddiaçı2 qanuni təmsilçisi X1 və nümayəndəsi Əhmədov Radiq Söhrab oğlunun, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2877/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 51 nömrəli Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 51 nömrəli Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 8İ-3887 reyestr nömrəli və xx xxx 2020-ci il tarixli, 8İ-3979 reyestr nömrəli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdilər. İddia ərizəsini onunla əsaslandırmışlar ki, “xxxx”xxxxİddiaçı2 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455 nömrəli kredit müqaviləsinə əsasən illik 10% dərəcəsi ilə 24 ay müddətinə 750.000 (yeddi yüz əlli min) manat, 19011-0166/074455 nömrəli kredit müqaviləsinə əsasən illik 3% dərəcəsi ilə 24 ay müddətinə 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları kreditin verilməsi razılaşdırılmış, təminat olaraq zaminlik və ipoteka müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin 5.1-ci bəndinə əsasən kreditin qaytarılması üçün son müddət tərəflərin qarşılıqlı razılığı ilə xx xxxxxx 2021-ci il müəyyən edilmiş, bank tərəfindən 750.000 (yeddi yüz əlli min) manat kreditin ödənişi üçün cədvəl təqdim edilmişdir. Bakı şəhəri 51 nömrəli Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 81- 3979 nömrəli, xx xxx 2020-ci il tarixli icra qeydinə əsasən tələbkar “xxxx” Açıq Səhmdar Cəmiyyətinin tələbi ilə ünvan 1 ünvanında qeydiyytada olan ipoteka qoyan İddiaçı1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında yerləşən, ümumi sahəsi 167,70 kv.metr olan qeyri-yaşayış sahəsinə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 674.432,55 (altı yüz yetmiş dörd min dörd yüz otuz iki manat əlli beş qəpik) manat və 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dolları tutma yönəldilməlidir. Bakı şəhəri 51 nömrəli Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 8İ-3887 nömrəli, xx xxx 2020-ci il tarixli icra qeydinə əsasən tələbkar “xxxx” Açıq Səhmdar Cəmiyyətinin tələbi ilə ipoteka qoyan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ipoteka predmeti olan AZ10V-516 qeydiyyat nişanlı, CAT-336D markalı ekskavator, AZ10V-517 qeydiyyat nişanlı, CAT CS64 markalı yolbasan, ünvan 1 ünvanında qeydiyyatda olan ipoteka qoyan X2 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsində istifadədə olan 0.02074 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 144,80 kv.metr yaşayış, 164,70 kv.metr köməkçi sahədən ibarət 18/1 nömrəli fərdi yaşayış evinə və ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 136 kv.metr olan xüsusi mülkiyyətli 21 nömrəli mənzilə öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 674.432,55 (altı yüz yetmiş dörd min dörd yüz otuz iki manat əlli beş qəpik) manat və 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dolları borc üzrə tutma yönəldilməlidir. Hər iki icra qeydi Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Cəmil Tağıyevin icraatındadır, hazırda icra qeydi üzrə icra hərəkətləri keçirilməkdədir. Hər iki icra qeydində göstərilmişdir ki, vaxtında ödənilməmiş 674.432,55 (altı yüz yetmiş dörd min dörd yüz otuz iki manat əlli beş qəpik) manat və 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dolları borc üzrə tutma yönəldilməlidir. Amma yuxarıda göstərilən kredit müqavilələrinin 5.1-ci bəndinə əsasən kreditin qaytarılması üçün son müddət tərəflərin qarşılıqlı razılığı ilə xx xxxxxx 2021-ci il müəyyən edilmişdir. Göründüyü kimi, 674.432,55 (altı yüz yetmiş dörd min dörd yüz otuz iki manat əlli beş qəpik) manat və 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dolları borc heç bir halda vaxtında ödənilməmiş borc ola bilməzdi, bu isə öz növbəsində borcun mübahisəsiz olduğunu təsdiq etmir, belə olan halda isə xüsusi notarius Üzeyir Kərimovin icra qeydlərinin verilməsi üçün heç bir qanuni əsası olmamışdır, buna görə də icra qeydləri ləğv edilməlidir. Müvafiq normativ sənədlərdən göründüyü kimi, icra qeydinin verilməsi zamanı notarius borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsini yoxlamalı, icra qeydi borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Lakin notarius qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq kreditin qaytarılması üçün son müddətin tərəflərin qarşılıqlı razılaşmaya əsasən xx xxxxxx 2021-ci il müəyyən olunmasına (madddə 5.1)baxmayaraq borcun mübahisəsiz olduğunu araşdırmamış, (və ya bilərəkdən araşdırmamış) icra müddəti çatmamış öhdəlik üzrə icra qeydləri vermişdir. Bununla yanaşı, tələbkar “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, qanunsuz verilmiş icra qeydinə əsas olmuş kredit müqavilələrinin ləğv edilməsini və kredit borcunun tutulmasını xahiş etmiş, (e-2-2(113)-1742/2020) bu isə onu göstərir ki, bank icra qeydlərinin qanunsuz verilməsini bildiyinə görə eyni məhkəməyə müraciət etmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, Bakı şəhəri 51 nömrəli notariat ofisinin xüsusi notariusu X5 tərəfindən aparılmış xx xxx 2020-ci il tarixli 8İ-3887 reyestr nömrəli və xx xxx 2020-ci il tarixli 8İ-3979 reyestr nömrəli icra qeydlərinin qanunvericiliyin tələblərinə uyğun verilməməsi iddiaçıların hüquqlarını pozduğuna görə ləğv edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2877/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsini, Bakı şəhəri 51 nömrəli Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 8İ-3887 reyestr nömrəli və xx xxx 2020-ci il tarixli, 8İ-3979 reyestr nömrəli icra qeydlərinin ləğv edilməsi barədə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki:
1. Məhkəmə iş üzrə ücüncü şəxs və icra qeydlərinin alınmasında birbaşa marağı olan “xxxx” ASC-nin verdiyi arayş və etirazda göstərilənləri araşdırmadan, tənqidi yanaşmadan mübahisəsiz hal kimi qəbul etmişdir. Halbuki, kredit üzrə gecikdirmə göstərilən kimi 169 (bir yüz altmış doqquz) gün olmamışdır. Bankın məhkəməyə verdiyi arayışda göstərilmişdir ki, xx.xx.2020ci il tarixinə gecikdirmə 0 gün olmuşdur, deməli kredit üzrə növbəti ödəniş 2020-ci ilin mart ayında olmadığından gecikdirmə həmin ayın 02-dən hesablanmalı idi, 90 (doxsan) təqvim günü isə iyun ayının 2-ə düşür (aprel ayı - 30 gün, may ayı - 30 gün, iyun ayı - 30 gün), Bank isə bundan 32 (otuz iki ) gün əvvəl, xx xxxxx 2020-ci il tarixində (58-ci gün) ipotekaya tutma yönəldilmişdir. Gecikmə günləri kreditin qüvvədə olduğu müddət ərzində gecikdirmə günlərinin toplanması üsulu ilə müəyyən edilmir, gecikdirmə ardıcıl olduqda hesablanır. Belə ki, xx xxxxxxx 2016-cı il tarixli “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanunun 16.1.5-ci maddəsinə əsasən vaxtı keçmiş borc məbləği (əsas borc və/və ya faizlərin tam və ya bir hissəsinin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətdən 30 təqvim günündən artıq gecikdirilmiş borc hesab olunur. Eyn zamanda, xx xxxxxx 2018-ci il tarixli “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın 2.0.10-ci maddəsinə əsasən vaxtı keçmiş kredit - əsas məbləğ, yaxud ona hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə və ya ödəniş qrafikində göstərilən tarixdən 30 (otuz) təqvim günündən artıq gecikdirilmiş kreditin qalıq məbləği hesab olunur. Deməli, ipoteka predmetlərinə tutma “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinin tələbləri pozulması ilə yönəldilmişdir, nə cavabdeh xüsusu notarius bunu aydınlaşdırmamış, nə də məhkəmə bu hala düzgün qiymət verməmişdir. 2.İddiaçı ilə Bank arasında bağlanmış ipoteka müqaviləsinin 9-cu bəndinin 1-ci hissəsini 9cu abzasının (kredit öhdəliyi ödəniş qrafikinə əsasən vaxtında və lazımı qaydada icra edilmədikdə bank krediti və ona hesablanmış faizləri vaxtından əvvəl tələb edərək ipoteka qoyulmuş əmlaka tutma yönəldə bilər) şərtinin “İpoteka haqqında” Qanunun 34.1.3-cü maddəsinə (ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərt baş verdiyi halda da ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır) aid olmasına istinad etməklə məhkəmə nəzərə almamışdır ki, həmin şərt banka tələbin ipoteka predmetlərinə yönəldilməsi hüququ verməmişdir. Belə ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi təbii ki, ödəniş qrafikinə vaxtında və lazımi qaydada icra edilməməsini ehtiva edir, buna görə də bu “İpoteka haqqında” Qanunun 34.1.3-cü maddəsi ilə ipoteka predmetinə tutmanın yönəldilməsinə əsas ola bilməz, çünki bu hal yuxarıda qeyd edildiyi kimi “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsi ilə əhatə olunur. Hətta nəzərə alsa ki, bu tələbin ipotekaya yönəldilməsinə ayrıca bir haldır, onda bu “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə zidd olur. Belə ki, həmin Qanunun 10.4.-cü maddəsinə əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Deməli borcalan kredit üzrə ödənişləri qrafik üzrə pozursa, belə gecikdrimə 90 (doxsan) gündən artıq olmalıdır (xüsusi norma - “İpoteka haqqında" Qanunun 34.1.1-ci maddəsi), qrafik üzrə ödənişlərin gecikdirməsi barədə ipoteka müqaviləsində olan şərt (9.1.9) isə “İpoteka haqqında” Qanunun 34.1.3-ci maddəsini əhatə etdiyi təqdirdə umumi normadır. 3.Məhkəmə qərarında göstərmişdir ki, icra qeydi borcun qaytarılması barədə deyil, ipoteka predmetinə tutma yönəldilməsi barədə aparılmışdır, lakin məhkəmə icra qeydlərində gecikdirilmiş borc öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 674.432,55 (altı yüz yetmiş dörd min dörd yüz otuz iki manat əlli beş qəpik) manat və 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dolları borc üzrə tutma yönəldilməlidir barədə göstərilənlərə heç bir hüquqi qiymət verməmişdir, baxmayaraq ki, bu barədə iddia ərizəsində, məhkəmə iclası zamanı izahatlarda, məhkəmə çıxışlarında məhkəməyə buna diqqət yetirməsi barədə dəfələrlə bildirilmişdir. Bununla bağlı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci maddəsinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmşdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Göründüyü kimi, cavabdeh xüsusi notarius icra qeydlərində öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 674432.55 manat və 288308.04 ABŞ dolları məbləğini göstərməməli idi, çünki, icra qeydi verilən günə vaxtında ödənilməmiş borc məbləği Bankın özünün verdiyi arayışa əsasən 75 699.42 manat (37849.71 manat * 2 ay) manat ola bilərdi. Bundan əlavə, cavabdehin nümayəndəsi məhkəmədə nə səbəbdən gecikdirilmiş borcun məbləğinin daha az olduğu halda icra qeydlərində vaxtı çatmamış öhdəliyin məbləğini də əks olunmasını izah edə bilməmiş, sadəcə olaraq Bank tərəfindən təqdim olunmuş sənədlər əsasında bunu etdiyini bildirmişdir, bununla da faktiki olaraq gecikdirilmiş öhdəliyin məbləğinin aydınlaşdırmamasını etiraf etmişdir, lakin məhkəmə sadalanan xüsusatlara da əhəmiyyət verməmiş, hətta buna heç münasibət belə bildirməmişdir. 4.Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən icra qeydlərinin verilməsinə əsas olan sənədləri təqdim edərkən məlum olmuşdur ki, “xxxx” ASC-yə tərtib edilmiş bildirişdə hüquqi ünvan kimi ünvan 4 m.1 göstərilmiş, lakin göndərilmə barədə poçt qaiməsi yoxdur, bununla yanaşı kredit borcun məbləği barədə də sənəd yoxdur. Məhkəmə bu vacib xüsusata da fikir verməmiş, bu “boşluqları” icra qeydlərin alınmasında birbaşa marağı olan “xxxx” ASC tərəfindən təqdim olunmuş sənədlər hesabına doldurmuşdur, halbuki, bu sənədlər olmuşdursa notariat işində olmalı idi. Məhkəmə zamanı elə təəssürat yaranmışdır ki, iddia xüsusi notariusa qarşı deyil, “xxxx” ASC-yə qarşı qaldırılmışdır. Belə ki, “xxxx” ASC-yə tələbin ipotekaya yönəldilməsi barədə bildirişin göndərilməsini və təqdim edilməsini təsdiq edən sənəd kimi cavabdeh notarius deyil, “xxxx” ASC məhkəməyə “xxxx” MMC tərəfindən verilmiş arayışı təqdim etmişdir. Məhkəmə nəzərə almamışdır ki, həmin arayışı bankla daimi əməkdaşlıq edən poçt xidmətini göstərən Cəmiyyət vermişdir. Bir halda ki, bank tərəfindən digər ipoteka qoyanlara tələbin ipotekaya yönəldilməsi barədə bildirişlərin göndərilməsini təsdiq edən poçt qaiməsi təqdim edilmişdirsə, hansı əsasla digər ipotekaqoyan “xxxx” ASC-yə bildirişin göndərilməsini təsdiq edən poçt qaiməsi əvəzinə maqarlı tərəf olan “xxxx” MMC tərəfindən verilmiş arayış təqdim edilmiş, poçt qaiməsi olmadığı halda məhkəmə mötəbər sübut kimi həmin arayışı qəbul etmişdir. Halbuki həmin arayış mötəbər olmamaqla yanaşın ziddiyyətlidir. Belə ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti sürətli poçt daşıması xidmətinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli məktubun məzmunundan görünür ki, həqiqətən də xx xxxxx 2020-ci il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “xxxx”xxxxİddiaçı2nə məktub (icra qeydi bildirişi) göndərilmişdir. Qeyd olunan məktubda “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qeydiyyat ünvanı texniki olaraq səhv qeyd edilməsinə baxmayaraq, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı ilə həmin məktub digər məktublarla birgə ünvan 6 ünvanında xx xxxxx 2020-ci il tarixdə Tahir Abdullayev adlı şəxsə təqdim edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, notariat işində “xxxx” ASC-yə tərtib edilmiş bildirişdə hüquqi ünvan kimi ünvan 4 m.1 göstərilmişdir, deməli “qeydiyyat ünvanı texniki olaraq səhv qeyd edilməsinə baxmayaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı ilə həmin məktub digər məktublarla birgə ünvan 6 ünvanında xx xxxxx 2020-ci il tarixdə Tahir Abdullayev adlı şəxsə təqdim edilmişdir” barədə göstərilənlər yol verilmiş səhvin qaradan qaldırılmasına xidmət etmişdir, çünki “xxxx” ASC tərəfindən “xxxx” ASC-yə daha bir bildiriş tərtib edilmiş, hüquqi ünvan kimi AZ1029, ünvan 8 göstərlmişdir. Bank bu uyğunsuzlugu “malalamaq” üçün bu üsula əl ataraq poçt qaiməsi əvəzinə məhkəməyə sözügedən arayışı təqdim etmişdir. Məhkəmə sadalanan çatışmazlıq və uyğunsuzluqlara fikir verməmiş, nəticədə “xxxx” ASC-yə bildiriş göndərilmədiyi halda bunu göndərilmiş kimi qəbul etmişdir, bir sözlə məhkəmədə iddiaçılar tərəfindən təqdim olunmuş heç bir dəlillərə münasibət bildirməmişdir, icra qeydlərinin verilməsi zamanı təqdim olunmalı olan sənədləri məhkəmə iclası zamanı qüsurlu, ziddiyyətli olduğu halda cavabdehdən deyil birbaşa marağı olan bankdan qəbul edərək sanki vəkili qismində çıxış etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək eyni məzmunlu izahat verdi, həmçinin bildirdi ki, məhkəmə “İpoteka haqqında” Qanuna edilən xx.xx.2018-ci il tarixli dəyişikliyi nəzərə almayıb. Qrafik üzrə ödənişin edilməməsi əsasını qanunvericilik yığışdırıb. Qanunda bu hal 90 gün müddəti ilə əvəz edilib. Yəni, əsas kimi 90 gün qoyulub. “xxxx” həmin arayışı əsas kimi təqdim edib. Lakin hazırda icra qeydinin ləğvi mübahisəsinə baxılır. Birinci instansiya məhkəməsində elə bir vəziyyət yarandı ki, guya onlar “xxxx”ya qarşı iddia qaldırmışdılar. Sualları da “Bank Pespublika” cavablandırırdı. Bundan başqa, “xxxx” sübutları məhkəməyə təqdim etdi. Halbuki, həmin sübutlar icra qeydi veriləndə təqdim olunmalı idi. Sonuncu ödəniş tarixinə gecikmə 0-dır. Borc qalır, lakin icra olunmamış öhdəlik 0-dır. Gecikmə öhdəliyin icra müddətində 30 gün sonradır. Tələb 59 gün sonra verilib, 90 gün müddət gözlənilməyib. Bundan başqa, İddiaçı2nə tələbin yönəldilməsi barədə bildiriş təqdim olunmayıb. Bu halda icra qeydi verilə bilməzdi. İcra qeydi yalnız ipoteka predmetinə yönəltmə ilə bağlı verilə bilərdi, orada məbləğ yaza bilməzdi. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi Əhmədov Radiq Söhrab oğlu bildirdi ki, ümumiyyətlə ipoteka predmeti ilə bağlı notarius tərəfindən icra qeydi verilə bilməzdi. Notarius tərəfindən heç bir fakt araşdırılmayıb və icra qeydi verib. İcra qeydinin aparılması barədə Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş Qaydalara əsasən notarius bütövlükdə yox, öhdəliyin icra olunmamış hissəsi üzrə icra qeydi verə bilərdi. Qaydalara riayət olunmursa, onda məhkəmə və notarius arasında nə fərq oldu. Hesab edir ki, həm icra qeydinin, həm də rayon məhkəməsinin qətnaməsinin hüquqi əsası yoxdur. Məhkəmə iclasında İddiaçı2 qanuni təmsilçisi X3 nümayəndə Əhmədov Radiq Söhrab oğlunun dedikləri ilə razı olduğunu bildirdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 bildirdi ki, 90 gün gecikdirmə ilə bağlı qarşı tərəfin iddiası ilə götürülsə, onda hamı öhdəliyinin icrasını 89 gün gecikdirər, 90-ci gün ödəniş edər, bununla da gecikdirməyə yol verməmiş hesab edilər. Qanunda gecikdirmənin ardıcıllıqla hesablanması da nəzərdə tutulmamışdır. Bu da maliyyə intizamsızlığına səbəb olar və bank üçün əlavə çətinliklər yaradar. Hazırki iş üzrə olan icra qeydi pul tutulması tələbi ilə bağlı deyil, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlıdır. Öhdəliyin icrasının gecikdirilməsi zamanı ödənilməmiş hissə üzrə icra qeydi verilməsindən söhbət belə gedə bilməzdi. Onda ipotekanın mənası itər. Çünki, gecikməyən borc da var. Belə çıxır ki, ipoteka predmeti satılanda yalnız gecikdirilmiş borc üzrə pul ödəniləcək, qalan pul ipoteka qoyana qaytarılacaq. Bu mümkünsüz bir haldır. Nazirlər Kabinetinin 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahıya 2018-ci ildə dəyişiklik olub və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin verilməsini nəzərdə tutub. Borcun mübahisəsizliyi təqdim olunan sənədlərlə təsdiq olunur. Notarius icra qeydində göstərilən məbləği maliyyə arayışına əsasən qeyd edilib. Arayışın sonradan orada niyə olubolmaması artıq notariusun məsuliyyətinə aiddir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh Bakı şəhəri 51 saylı Notariat Ofisi nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, təqdim edilmiş sübutlardan görünür ki, “xxxx”xxxxİddiaçı2 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455 nömrəli kredit müqaviləsinə əsasən illik 10% dərəcəsi ilə 24 ay müddətinə 750.000 (yeddi yüz əlli min) manat və 19011-0166/074455 nömrəli kredit müqaviləsinə əsasən illik 3% dərəcəsi ilə 24 ay müddətinə 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları kreditin verilməsi razılaşdırılmış, təminat olaraq zaminlik və ipoteka müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin 5.1-ci bəndinə əsasən kreditin qaytarılması üçün son müddət tərəflərin qarşılıqlı razılığı ilə xx xxxxxx 2021-ci il müəyyən edilmiş, bank tərəfindən 750.000 (yeddi yüz əlli min) manat kreditin ödənişi üçün cədvəl təqdim edilmişdir. Bakı şəhəri 51 nömrəli Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 81- 3979 nömrəli, xx xxx 2020-ci il tarixli icra qeydinə əsasən tələbkar “xxxx” Açıq Səhmdar Cəmiyyətinin tələbi ilə ünvan 1 ünvanında qeydiyytada olan ipoteka qoyan İddiaçı1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında yerləşən, ümumi sahəsi 167,70 kv.metr olan qeyri-yaşayış sahəsinə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 674.432,55 (altı yüz yetmiş dörd min dörd yüz otuz iki manat əlli beş qəpik) manat və 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dolları tutma yönəldilməlidir. Bakı şəhəri 51 nömrəli Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 8İ-3887 nömrəli, xx xxx 2020-ci il tarixli icra qeydinə əsasən tələbkar “xxxx” Açıq Səhmdar Cəmiyyətinin tələbi ilə ipoteka qoyan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ipoteka predmeti olan AZ10V-516 qeydiyyat nişanlı, CAT-336D markalı ekskavator, AZ10V-517 qeydiyyat nişanlı, CAT CS64 markalı yolbasan, ünvan 1 ünvanında qeydiyyatda olan ipoteka qoyan X2 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsində istifadədə olan 0.02074 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 144,80 kv.metr yaşayış, 164,70 kv.metr köməkçi sahədən ibarət 18/1 nömrəli fərdi yaşayış evinə və ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 136 kv.metr olan xüsusi mülkiyyətli 21 nömrəli mənzilə öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 674.432,55 (altı yüz yetmiş dörd min dörd yüz otuz iki manat əlli beş qəpik) manat və 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dolları borc üzrə tutma yönəldilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, qanunvericilik icra qeydinin aparılması üçün iddiaçının göstərdiyi kimi, borcla bağlı mübahisənin olub-olmamasını deyil, borcun mübahisəsiz olmasının məhz təqdim edilən sənədlərlə təsdiq olunması tələbini müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndəril-məsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Siyahının 1-1-ci bəndində göstərilən sənədlər notariusa təqdim olunursa, bu, haqqında icra qeydi aparılan borcun mübahisəsiz olduğunu təsdiq edir və digər şəxslərin borcun mübahisəli olub-olmamasına dair subyektiv münasibətindən asılı olmayaraq icra qeydinin aparılması üçün əsasdır. İcra qeydinin aparılması üçün notariusa təqdim olunan sənədlərdən görünür ki: -tərəflər arasında qeyd olunan əmlaklara dair notarial qaydada təsdiq edilmiş sonrakı ipoteka müqaviləsi bağlanmışdır; -həmin müqavilə (bankın ipoteka hüququ) daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində qeydə alınmışdır; -ipoteka ilə təmin olunan öhdəlik vaxtında icra olunmadığı üçün bank “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişləri sifarişli məktubla ipoteka qoyanlara göndərmişdir; -ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər müvafiq dövlət reyestrində qeydə alınmışdır. Bu baxımdan qeyd edilməlidir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və müvafiq sənədlər notariat ofisinə bank tərəfindən təqdim olunmuşdur. Qeyd edilənlərdən görünür ki, müvafiq icra qeydləri aparılarkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinin pozulması barədə iddia ərizəsində göstərilənlər əsassızdır. Həmçinin, iddiaçı şəxslər müvafiq iddia ərizəsində borcun mübahisəsiz olmadığım əsaslandırmaq üçün həmin borcun yarandığı kredit müqavilələrinin 5.1-ci bəndində kreditin qaytarılmasının son müddətinin xx xxxxxx 2021-ci il müəyyən olunduğuna və bu müddətin hələ başa çatmadığına istinad etmişdir. Məhkəmə qeyd edilən tələbi də əsassız hesab edir. Belə ki, xüsusilə qeyd edilməlidir ki, icra qeydi borc məbləğinin qaytarılması barədə deyil, müvafiq ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə aparılmışdır. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydlərinin aparılması üçün əsas öhdəliyin son icra müddətinin başa çatması vacib deyildir, ipotekaya tutma yönəldilməsi hüququnun yaranmasına əsas verən hər hansı halın mövcud olması və siyahının 1-1-ci bəndində göstərilən sənədlərin notariusa təqdim edilməsi kifayətdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş öhdəliklərin icrası vəziyyətinə dair xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455 nömrəli kredit müqaviləsi üzrə öhdəliyini xx xxxxx 2020-ci il tarixə (tutma yönəldilməsinin başlandığı günə) qədər 169 (bir yüz altmış doqquz) gün gecikdirməklə icra etmişdir. “İpoteka haqqında” Qanunun 34.1.3-cü maddəsinə görə ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərt baş verdiyi halda da ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Tərəflər arasında bağlanmış sonrakı ipoteka müqavilələrinin 9-cu bəndinin (‘‘İpoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi”) 1-ci hissəsinin 9-cu abzasına görə kredit öhdəliyi ödəniş qrafikinə əsasən vaxtında və lazımı qaydada icra edilmədikdə bank krediti və ona hesablanmış faizləri vaxtından əvvəl tələb edərək ipoteka qoyulmuş əmlaka tutma yönəldə bilər. Borcalan şəxsin xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455 nömrəli kredit müqaviləsi üzrə öhdəliyini ödəniş qrafikini pozmaqla icra etdiyi iş materialları ilə öz hüquqi təsdiqini tapmışdır. Belə ki, qeyd edilən müqavilə üzrə xx xxxxxx 2019-cu ildə ödənilməli olan 20.000 (iyirmi min) manat xx xxxxxx 2019-cu ildə (4 gün gecikmə ilə), xx xxxxxx 2019-cu ildə ödənilməli olan 20.000 (iyirmi min) manat xx xxxxxx 2020-ci ildə (56 gün gecikmə ilə), xx xxxxxx 2020-ci ildə ödənilməli olan 20.000 (iyirmi min) manat xx xxxxxx 2020-ci ildə (24 gün gecikmə ilə) ödənilmiş; xx xxxx 2020-ci ildə ödənilməli olan 37.849,71 (otuz yeddi min səkkiz yüz qırx doqquz manat yetmiş bir qəpik) manat və xx xxxxx 2020-ci ildə ödənilməli olan 37.849,71 (otuz yeddi min səkkiz yüz qırx doqquz manat yetmiş bir qəpik) manat isə ödənilməmiş və ipotekaya tutmanın yönəldilməsinə başlandığı xx xxxxx 2020-ci ilədək həmin ödənişlər üzrə gecikmə günlərinin sayı müvafiq olaraq 57 (əlli yeddi) və 28 (iyirmi səkkiz) gün olmuşdur. xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455 nömrəli kredit müqaviləsi üzrə öhdəlik ödəniş qrafikinə uyğun icra olunmadığı üçün eyni tarixli 19011-0166/074455 nömrəli kredit müqaviləsinin 4.2-ci bəndinə görə bu müqaviləyə əsasən verilmiş 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları məbləğində kredit vaxtından əvvəl tələb oluna bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilmiş, şikayətin dəlillərindən görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın tam təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla ona görə ki, iddiaçılar kredit müqavilələri üzrə gecikdirmənin 169(yüz altmış doqquz) gün olmadığını və 90(doxsan) gündən də az olduğunu bəyan edirlərsə özləri bu barədə məhkəməyə sübut təqdim edə bilərdilər. Başqa sözlə, hansı tarixdə və məbləğdə ödənişlər edilibsə, bunlara dair sübut(qəbz, ödəniş çeki.və.s) təqdim etməklə, bu müddətin 90(doxsan) gündən az olmasını məhkəmədə sübuta yetirə bilərdilər, lakin bunu etməmişlər. Gecikmə günləri kreditin qüvvədə olduğu müddət ərzində gecikdirmə günlərinin toplanması üsulu ilə müəyyən edilmir, gecikdirmə ardıcıl olduqda hesablanır dəlili də əsaslı hesab edilə bilməz. Düzdür, “İpoteka haqqında” Qanunun 34.1, 34.1.1 maddəsində ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal kimi əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi nəzərdə tutulmuş, lakin bu günlərin toplanma üsulu ilə yaxud ardıcıllıqla hesablanmalı olduğu nəzərdə tutulmamışdır. Lakin gecikdirmənin ardıcıl olduqda hesablanmalı olduğu qanunun mahiyyətinə və məqsədinə ziddir. Əks halda bankın nümayəndəsinin də bildirdiyi kimi, kredit ödəməli olan şəxslər ödəməni hər dəfə 89 gün gecikdirər, 90-cı gün ödəniş edər, bununla da ardıcıl olaraq 90 gün ərzində gecikdirməyə yol vermədiyini bəyan etmiş olarlar ki, bu da açıq-aşkar hüquqdan pis niyyətlə sui-istifadə etməklə kredit verən və ipoteka saxlayana zərər vurmaq məqsədi daşıyardı. Ona görə də gecikdirmə günlərinin hesablanması qaydası heç də iddiaçıların arzuladığı formada olmadığından ipoteka predmetlərinə tutma da “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinin tələblərinin pozulması ilə yönəldilməmişdir. İkincisi, ipoteka müqaviləsinin 9-cu bəndinin 1-ci hissəsini 9-cu abzasının (kredit öhdəliyi ödəniş qrafikinə əsasən vaxtında və lazımı qaydada icra edilmədikdə bank krediti və ona hesablanmış faizləri vaxtından əvvəl tələb edərək ipoteka qoyulmuş əmlaka tutma yönəldə bilər) şərtinin “İpoteka haqqında” Qanunun 34.1.3-cü maddəsinə (ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərt baş verdiyi halda da ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır) aid olmasına istinad etsə də birinci instansiya məhkəməsi səhvə yol verməmişdir. Belə ki, müqavilənin həmin şərtinin banka tələbin ipoteka predmetlərinə yönəldilməsi hüququnu ona görə vermiş olur ki, məhz “İpoteka haqqında” Qanunun 34.1.3-cü maddəsi buna imkan açır. Çünki, həmin norma blanket və dizpozitiv xarakterlidir, tətbiq olunması ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsindən və ipoteka müqaviləsində nəzərdə tutulmasından asılıdır. Başqa sözlə ipoteka müqaviləsinin tərəfləri ipoteka müqaviləsində bu şərti nəzərdə tutublarsa və bu şərt də baş verirsə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmış olur. “İpoteka haqqında” Qanunun 34.1.3-cü maddəsi blanket xarakterli olsa da ipoteka predmetinə yönəlmənin ayrıca bir halıdır və “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə zidd ola bilməz. Çünki,“İpoteka haqqında" Qanunun 34.1.1-ci və 34.1.3-ci maddələrinin hər birində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən ayrı-ayrı hallar nəzərdə tutulub və heç də biri digərinə münasibətdə ümumi yaxud xüsusi norma ola bilməz. Üçüncüsü, müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmşdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsas olması barədə apellyasiya şikayətinin dəlilləri də açıq-aşkar əsassızdır. Əvvəla, mübahisələndirilən icra qeydi borcun qaytarılması ilə bağlı deyil, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlıdır. Müqavilədə öhdəliyin hissə-hissə konkret müddətlər üzrə icrası nəzərdə tutulsa da, öhdəliyin icrası gecikdirilərkən ipoteka predimetinə tutma yönəldilməsinə dair icra qeydi yalınz ödənilməmiş hissə üzrə aparıla bilməz. Bunun qanuni əsası mövcud olmamaqla yanaşı, icrası mexanizmi də mümkünsüz bir haldır. Çünki, yalnız hissəvi, yəni ödənilməmiş hissə üzrə ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi verilirsə, onda ipoteka predmetinin satışından əldə olunan pulun qalan hissəsinin taleyi necə olmalıdır, əgər ipoteka qoyana qaytarılırsa bu zaman ipoteka təminatı ilə verilmiş qalan kredit borcunun qaytarılması sonradan təminatsız necə həyata keçiriləcəkdir. Əlbətdə ki, iddiacıların bu dəlillər anlaşılan olsa da başadüşülən deyildir. Çünki, kredit və ipoteka müqavilələrində öhdəlik icra edilmədikdə yaxud lazımi qaydada icra edilmədikdə kreditorun yalnız gecikdirilmiş dövr üzrə yaxud müqavilənin müddəti bitdikdən sonra tədbir görə (ipoteka predmetinə tutma yönəldə) bilər deyə bir şərt nəzərdə tutulmamışdır. Başqa sözlə öhdəliyin bir hissəsi icra edilmədikdə, yəni gecikdirilmiş borcun məbləğinin az olduğu halda vaxtı çatmamış öhdəlik üzrə olan məbləğin ipoteka predmetinə tutma yönəldilməsinə dair icra qeydində göstərilməsini qadağan edən hər hansı bir hal mövcud deyildir. Dördüncüsü, qeyd olunduğu kimi mübahisələndirilən icra qeydi borcun qaytarılması ilə bağlı deyil, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlıdır. Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi verilməsi üçün təqdim olunan sənədələrin içərsində kredit borcunun məbləğinə dair hansısa sənədin olması nəzərdə tutulmamışdır. Bundan başqa, cavabdeh, Notariat Ofisi tərəfindən məhkəməyə göndərilən sənədlərdən görünür ki, bank tərəfindən tələbin ipotekaya yönəldilməsi barədə “xxxx” ASC ilə yanaşı digər ipoteka qoyanlara da bildiriş “xxxx” MMC vasitəsilə göndərilmişdir(bax.i.v.215; 234).Digər ipoteka qoyanlara göndərilmiş bildirişi “xxxx” ASC-nin qanuni təmsilçisi Tahir Abdullayev qəbul etmişdir. Digər ipoteka qoyanlar bunu mübahisələndirməsə də “xxxx” ASC tərəfindən bunun mübahisələndirilməsi başadüşülən deyildir. Çünki, hər bir halda “xxxx” ASC-nin qanuni təmsilçisi tərəfindən həmin bildiriş qəbul edilmişdir. Digər ipoteka qoyanlarla yanaşı “xxxx” ASC-nin qanuni təmsilçisinin eyni ünvanda qeydiyyatda olmaları da bu dəlilin əsassız olduğuna dəlalət edir. Bu hal da ona dəlalət edir ki, “xxxx” ASC bu cür dəlillərdən yalnız hüquqlarından sui-istifadə etmək niyyətlə istifadə edir. Bu hal isə yolverilməzdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2n birgə verdikləri apellyasiya şikayəti təmin edilməməli, mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2877/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçılar İddiaçı1 və İddiaçı2n birgə verdikləri apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2877/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.