Məhkəmə qərarları › İş №2(103)-1940/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1940/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1940/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçıların nümayəndəsi Məcidov Sənham Qurban oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2381/2021 nömrəli 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Bank of Baku" ASC ilə İddiaçı1 arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, M2-H01114 saylı və İddiaçı2 arasında 13.02.2014-cü il tarixli, M1-H01114 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin Sumqayıt filialı ilə İddiaçı1 arasında bağlanmış 13 fevral 2014-cü il tarixli H01114 nömrəli kredit limitinin ayrılması haqqında müqaviləyə əsasən bank İddiaçı1 100000 manat məbləğində kredit limiti xətti açılmışdır. Həmin müqavilə əsasında 10.06.2015-ci il tarixdə cavabdehlə 13 fevral 2014-cü il tarixli H01114 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə daxilində H072KK15-1101114 saylı kredit sazişi" imzalanmış və ona 36 ay müddətinə, illik faiz dərəcəsi 2.2% olmaqla 65.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin müqavilənin təminatı kimi Cavabdeh ASC-nin Sumqayıt filialı ilə İddiaçı1 arasında 09.05.2015-ci il tarixli, M2-H01114 saylı ipoteka müqaviləsi bağlanmış, İddiaçı1 məxsus Sumqayıt şəhəri, 18-ci mkr-n ünvanında yerləşən, 31 saylı evin 3 otaqlı 76.1 kv.m ümumi. 50.3 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 65 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmçinin həmin müqavilənin təminatı kimi Cavabdeh ASC-nin Sumqayıt filialı ilə İddiaçı2 arasında 13.02.2014-cü il tarixli, M1-H01114 saylı ipoteka müqaviləsi bağlanmış Məcidov Civin Sənham oğluna məxsus Sumqayıt şəhəri, 13-cü mkr-n ünvanında yerləşən, 1 saylı evin 2 otaqlı 50.94 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 8 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli qətnaməsinə ilə iddia qismən təmin edilməsi, Cavabdeh ASC-nin Sumqayıt filialı ilə İddiaçı1 arasında bağlanmış 10 iyun 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı1 56.818.79 ABŞ dolları əsas, ABŞ dolları faiz borcu, 327,16 manat cərimə borcu, cəmi 70.062,66 ABŞ dolları manat borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və 30 manat ödənilmiş dövlət rüsumu, Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı1 məxsus Sumqayıt şəhəri, 18-ci mkr-n ünvanında yerləşən, 31 saylı evin 3 otaqlı 76.1 kv.m ümumi, 50.3 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 65 saylı mənzilinə və İddiaçı2 Sanqam oğluna məxsus Sumqayıt şəhəri. 13-cü mkr-n ünvanında yerləşən, 1 saylı evin 2 otaqlı 50.94 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 8 saylı mən/ilinə yönəldilməsi, cavabdeh İddiaçı1 məxsus Sumqayıt şəhəri, 18-ci mkr-n ünvanında yerləşən, 31 saylı evin 3 otaqlı 70.1 kv.m ümumi, 50.3 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 65 saylı mənzilinin ilkin satış qiyməti 59000 manat, cavabdeh İddiaçı2 Sanqam oğluna məxsus Sumqayıt şəhəri, 13-cü mkr-n ünvanında yerləşən, 1 saylı evin 2 otaqlı 50.94 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 8 saylı mənzilinin ilkin satış qiyməti 45000 manat dəyərində qiymətləndirilməklə açıq hərracdan satılması, mənzillərin satışından əldə olunmuş pul vəsaitinin İddiaçı1 "Bank of Baku” ASCyə olan borcunun qaytarılmasına yönəldilməsi və borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin İddiaçı1 qaytarılması, Sumqayıt şəhəri, 18-ci mkr-n ünvanında yerləşən, 31 saylı evin 3 otaqlı 76.1 kv.m ümumi, 50.3 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 65 saylı mənzilin satıldıqdan bir ay sonra İddiaçı1, Alyarov Elşən Əziz oğlunun, Əliyeva Ziyafət Təhməz qızının, Alyarova Bahar Akif qızının, Əlyarov Əziz Astan oğlunun, Kazımova Nərgiz Surxay qızının Sumqayıt şəhəri, 18-ci mkr-n ünvanında yerləşən, 31 saylı evin 3 otaqlı 76.1 kv.m ümumi, 50.3 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 65 saylı mənzildən və Sumqayıt şəhəri, 13-cü mkr-n ünvanında yerləşən, 1 saylı evin 2 otaqlı 50.94 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 8 saylı mənzilin İddiaçı2 Sanqam oğlunun Sumqayıt şəhəri. 13-cü mkr-n ünvanında yerləşən, 1 saylı evin 2 otaqlı 50.94 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 8 savlı mənzildən çıxarılmaları və hər iki mənzilin boşaldılaraq "Bank of Baku” ASC-yə təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2078/2018 saylı, 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə ipoteka predmeti olan İddiaçı2 Sanqam oğluna məxsus Sumqayıt şəhəri, 13cü mkr-n ünvanında yerləşən, 1 saylı evin 2 otaqlı 50.94 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 8 saylı mənzilinin ilkin satış qiyməti 51000 manat müəyyən edilmişdir. İddiaçı1 məxsus Sumqayıt şəhəri, 18-ci mkr-n ünvanında yerləşən 31 saylı evin 3 otaqlı 76.1 kv.m ümumi, 50.3 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 65 saylı mənzilinin ilkin satış qiyməti 59000 manat müəyyən edilmişdir. İddiaçı2 Sanqam oğluna məxsus Sumqayıt şəhəri, 13-cü mkr. ünvanında yerləşən, 1 saylı evin 2 otaqlı 50.94 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 8 saylı mənzilinin ilkin satış qiyməti 51000 manat müəyyən edilmişdir. Lakin həmin yaşayış binalarının qiyməti dəyərindən aşağı qiymətləndirilmişdir. Həmçinin, iddiaçı tərəfindən tələb olunan əsas və faiz borcu üzrə məbləğlər şişirdilməklə hesablanmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2381/2021 nömrəli 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçıların nümayəndəsi Məcidov Sənham Qurban oğlu apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh "Bank of Baku” ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclаsınа gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2381/2021 nömrəli 01 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli qətnaməsinə ilə iddia qismən təmin edilməsi, Cavabdeh ASC-nin Sumqayıt filialı ilə İddiaçı1 arasında bağlanmış 10 iyun 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı1 56.818.79 ABŞ dolları əsas, ABŞ dolları faiz borcu, 327,16 manat cərimə borcu, cəmi 70.062,66 ABŞ dolları manat borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və 30 manat ödənilmiş dövlət rüsumu, Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı1 məxsus Sumqayıt şəhəri, 18-ci mkr-n ünvanında yerləşən, 31 saylı evin 3 otaqlı 76.1 kv.m ümumi, 50.3 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 65 saylı mənzilinə və İddiaçı2 Sanqam oğluna məxsus Sumqayıt şəhəri. 13-cü mkr-n ünvanında yerləşən, 1 saylı evin 2 otaqlı 50.94 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 8 saylı mən/ilinə yönəldilməsi, cavabdeh İddiaçı1 məxsus Sumqayıt şəhəri, 18-ci mkr-n ünvanında yerləşən, 31 saylı evin 3 otaqlı 70.1 kv.m ümumi, 50.3 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 65 saylı mənzilinin ilkin satış qiyməti 59000 manat, cavabdeh İddiaçı2 Sanqam oğluna məxsus Sumqayıt şəhəri, 13-cü mkr-n ünvanında yerləşən, 1 saylı evin 2 otaqlı 50.94 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 8 saylı mənzilinin ilkin satış qiyməti 45000 manat dəyərində qiymətləndirilməklə açıq hərracdan satılması, mənzillərin satışından əldə olunmuş pul vəsaitinin İddiaçı1 "Bank of Baku” ASC-yə olan borcunun qaytarılmasına yönəldilməsi və borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin İddiaçı1 qaytarılması, Sumqayıt şəhəri, 18-ci mkrn ünvanında yerləşən, 31 saylı evin 3 otaqlı 76.1 kv.m ümumi, 50.3 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 65 saylı mənzilin satıldıqdan bir ay sonra İddiaçı1, Alyarov Elşən Əziz oğlunun, Əliyeva Ziyafət Təhməz qızının, Alyarova Bahar Akif qızının, Əlyarov Əziz Astan oğlunun, Kazımova Nərgiz Surxay qızının Sumqayıt şəhəri, 18-ci mkr-n ünvanında yerləşən, 31 saylı evin 3 otaqlı 76.1 kv.m ümumi, 50.3 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 65 saylı mənzildən və Sumqayıt şəhəri, 13-cü mkr-n ünvanında yerləşən, 1 saylı evin 2 otaqlı 50.94 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 8 saylı mənzilin İddiaçı2 Sanqam oğlunun Sumqayıt şəhəri. 13-cü mkr-n ünvanında yerləşən, 1 saylı evin 2 otaqlı 50.94 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 8 savlı mənzildən çıxarılmaları və hər iki mənzilin boşaldılaraq "Bank of Baku” ASC-yə təhvil verilməsi qət edilmişdir; İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2078/2018 saylı, 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı1, Alyarov Elşən Əziz oğluna, Əliyeva Ziyafət Təhməz qızına, Alyarova Bahar Akif qızına, Əlyarov Əziz Aslan oğluna, Kazımova Nərgiz Surxay qızına və İddiaçı2 qarşı kredit müqaviləsi üzrə “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması və borcun ödənilməsinin təmin olunması” tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 2(060)1083/2017 saylı, 23 yanvar 2017-ci il tarixli qətnaməsindən cavabdehlər İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 23 yanvar 2017-ci il tarixli qətnaməsi Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən 1 saylı evin 2 otaqlı, 8 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən 1 saylı evin 2 otaqlı, 8 saylı mənzilin ilkin satış qiyməti 51.000 (əlli bir min) manat müəyyən edilmişdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, tərəflər arasında artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdeh İddiaçı1 56.818.79 ABŞ dolları əsas, ABŞ dolları faiz borcu, 327,16 manat cərimə borcu, cəmi 70.062,66 ABŞ dolları manat borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və 30 manat ödənilmiş dövlət rüsumu, Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı1 məxsus Sumqayıt şəhəri, 18-ci mkr-n ünvanında yerləşən, 31 saylı evin 3 otaqlı 76.1 kv.m ümumi, 50.3 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 65 saylı mənzilinə və İddiaçı2 Sanqam oğluna məxsus Sumqayıt şəhəri. 13-cü mkr-n ünvanında yerləşən, 1 saylı evin 2 otaqlı 50.94 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 8 saylı mənzilinə yönəldilməsi, cavabdeh İddiaçı1 məxsus Sumqayıt şəhəri, 18-ci mkr-n ünvanında yerləşən, 31 saylı evin 3 otaqlı 70.1 kv.m ümumi, 50.3 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 65 saylı mənzilinin ilkin satış qiyməti 59000 manat, cavabdeh İddiaçı2 Sanqam oğluna məxsus Sumqayıt şəhəri, 13-cü mkr-n ünvanında yerləşən, 1 saylı evin 2 otaqlı 50.94 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 8 saylı mənzilinin ilkin satış qiyməti 45000 manat dəyərində qiymətləndirilməklə açıq hərracdan satılması qət edilmişdir. Hazırda iddiaçı “Bank of Baku" ASC ilə bağlanmış 09 iyun 2015-ci il tarixli, M2-H01114 saylı və İddiaçı2 arasında 13.02.2014-cü il tarixli, M1-H01114 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi bu maddənin tətbiq edilən olması üçün kontragent tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Kredit müqaviləsində alınan borcun xarici valyutada ifadə edilməsi bankın iddiaçını aldatmasını iddia etmək üçün yetərli ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Araşdırma zamanı “Bank of Baku" ASC ilə İddiaçı1 arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, M2-H01114 saylı və İddiaçı2 arasında 13.02.2014-cü il tarixli, M1-H01114 saylı ipoteka müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən iddiaçıya hər hansı formada təzyiq göstərilməsi və ya onun aldadılması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Müqavilənin imzalanması iddiaçının iradəsində asılı olan bir hal olmuşdur ki, iddiaçı müqaviləni imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçı bunu etməmiş və müqaviləni imzalamışdır. İddiaçılar məhz ipoteka müqaviləsinin bağlanmasını arzulamışdır və bu səbəblə də əqdin məzmununda yanılmanın olması mümkün deyildir. İşin hallarından görünür ki, müqavilə bağlanan zaman predmetin dəyəri iddiaçının arzuladığı məbləğə uyğun olmuşdur; şəraitin daha sonra dəyişərək müqavilənin predmetinin dəyərinin artması və ya azalması əqdin vacib əhəmiyyətli yanılmanın təsirində bağlanması qənaətinə gəlməyə əsas ola bilməz. Xüsusilə qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatma və ya vacib əhəmiyyətli yanaşmadan bəhs etmək mümkün deyildir. Beləliklə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, ipoteka müqavilələri bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamış və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından iddia rədd edilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsəslələri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişiklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Bu baxımdan, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisəlandirmək hüququnu da itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2381/2021 nömrəli 01 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2381/2021 nömrəli 01 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar