Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1940/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: “məhkəmə xərclərinin ödənilməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı boşdayanmaya görə vəzifə maaşının 2/3 hissəsinin ödənilməsi tələbinə dair mülki iş üzrə əlavə qətnamənin çıxarılması barədə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 Xidməti cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin ödənişsiz məzuniyyətə buraxılma və ödənişsiz məzuniyyətdən geri çağırılma ilə əlaqədar xx.xx.2021-ci il tarixli 02 saylı əmri, xx.xx.2021-ci il tarixli 03 saylı əmri, xx.xx.2021-ci il tarixli 04 saylı əmri, xx.xx.2021-ci il tarixli 05 saylı əmri və xx.xx.2021-ci il tarixli 07 saylı əmrinin ona aid hissədə etibarsız hesab edilməsi, həmçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində cavabdehdə olan boşdayanmaya görə onun vəzifə maaşının 2/3 hissəsi olan 2904 manat əmək haqqının, mediasiya xərcinin əvəzi olan 50 manatın və iddiaçının Vəkil1 Fərrus oğluna ödədiyi hüquqi yardım haqqının əvəzi olan 100 manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4012/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia tələbinin qismən təmin edilərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödənişsiz məzuniyyətə buraxılma və ödənişsiz məzuniyyətdən geri çağırılma ilə əlaqədar xx.xx.2021-ci il tarixli 02 saylı, xx.xx.2021-ci il tarixli 03 saylı, xx.xx.2021-ci il tarixli 04 saylı, xx.xx.2021-ci il tarixli 05 saylı və xx.xx.2021-ci il tarixli 07 saylı əmrlərin İddiaçı aid hissədə etibarsız hesab edilməsi; cavabdeh "Bakı Şampan Şərabları” Açıq Səhmdar Cəmiyyətindən 2432,34 manatın, ödənilmiş tələblərə mütənasib olaraq hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 83 manat və mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul olmaqla, cəmi 2565,34 (iki min beş yüz altmış beş manat, otuz dörd qəpik) manatın tutularaq İddiaçı ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətində qətnamənin qismən - iddia tələbinin təmin edildiyi hissədə ləğv edilərək həmin hissədə də iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1940/2023 saylı, 13 mart 2023-cü il qətnaməsi ilə cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4012/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırda İddiaçı nümayəndəsi və vəkili Vəkil1 əlavə qətnamənin çıxarılması barədə ərizə ilə müraciət edərək, iddiaçının Vəkil1 ödədiyi hüquqi yardım haqqının əvəzi olan 100 (yüz) manatın, eləcə də iddiaçının Vəkil1 verdiyi xx.xx.2023-cü il tarixli 7E-2244 reyestr nömrəli etibarnaməyə görə ödədiyi haqqın əvəzi olan 17,25 manatın cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsindəki 2(103)- 1940/2023 saylı mülki işin icraatı zamanı Vəkil1 iddiaçıya göstərdiyi hüquqi yardıma görə 07 fevral 2023-cü il tarixli 08-02/23 saylı müqavilə üzrə iddiaçı tərəfindən Vəkil1 bank hesabına xx.xx.2023-cü il tarixli 1050 nömrəli bank qəbzinə əsasən 100 manat ödənilmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsində onun nümayəndəsi olmağı üçün Vəkil1 xx.xx.2023-cü il tarixli 7E-2244 reyestr nömrəli etibarnamə vermiş və buna görə 17,25 manat haqq ödəmişdir. Buna baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1940/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin nəticə hissəsində məhkəmə xərcləri haqqında məsələ məhkəmə kollegiyası tərəfindən həll edilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 229.1 və 229.1.3-cü maddələrinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə, əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 229.3-cü maddəsinə əsasən əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1940/2023 saylı, 13 mart 2023-cü il qətnaməsində cavabdehin apellyasiya şikayətində göstərilmiş tələblərinə tam şəkildə baxılmış və dəlillərinə qiymət verilmiş, lakin məhkəmə xərcləri ilə bağlı məsələ həll edilməmişdir. Belə olan halda, hazırkı iş üzrə əlavə qətnamənin qəbul edilməsi üçün əsaslar mövcuddur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229, 392-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən iddiaçının ödədiyi hüquqi yardım haqqının əvəzi olan 100 (yüz) manat və xx.xx.2023-cü il tarixli 7E-2244 reyestr nömrəli etibarnaməyə görə ödənilən haqqın əvəzi olan 17,25(on yeddi manat, iyirmi beş qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1940/2023
Bakı Apellyasiya Məhkəməsi Əlavə qətnamə — İş №2(103)-1940/2023
17.04.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver