Məhkəmə qərarları › İş №2(103)-1942/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1942/2022

26.01.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1942/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək fəaliyyəti ilə bağlı pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(005)-5114/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin oktyabr ayı üçün 4,010.66 manat, 2020-ci ilin noyabr ayı üçün 4,010.66 manat və 2020-ci ilin dekabr ayı üçün 2,552.23 manat olmaqla cəmi 10,573.55 manat əmək haqqının; 18 dekabr 2020-ci il tarixədək istifadə edilməmiş 8 günlük əsas əmək məzuniyyətinə görə 1,055.43 manat pul əvəzinin; 09 noyabr 2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 4,010.66 manat məbləğində əmək haqqının (Oktyabr 2020-ci il üçün əmək haqqı) 1%-i məbləğində (günlük 40.10 manat) ödəncin; 09 dekabr 2020-ci il tarixdən başlayaraq, cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 4,010.66 manat məbləğində əmək haqqının (Noyabr 2020-ci il üçün əmək haqqı) 1%-i (günlük 40.10 manat) məbləğində ödəncin 19 dekabr 2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2,552.23 manat məbləğində əmək haqqının (Dekabr 2020-ci il üçün əmək haqqı) 1%-i (günlük 25.52 manat) məbləğində ödəncin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(005)- 5114/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 2020-ci ilin oktyabr ayı üçün 4,010.66 manat, 2020-ci ilin noyabr ayı üçün 4,010.66 manat və 2020-ci ilin dekabr ayı üçün 2,552.23 manat olmaqla cəmi 10,573.55 manat əmək haqqı, 18 dekabr 2020-ci il tarixədək istifadə edilməmiş 8 günlük əsas əmək məzuniyyətinə görə 1,055.43 manat pul əvəzi; 09 noyabr 2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 4,010.66 manat məbləğində əmək haqqının (Oktyabr 2020-ci il üçün əmək haqqı) 1 %-i məbləğində (günlük 40.10 manat) ödənc; 09 dekabr 2020-ci il tarixdən başlayaraq, cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 4,010.66 manat məbləğində əmək haqqının (Noyabr 2020-ci il üçün əmək haqqı) 1 %-i (günlük 40.10 manat) məbləğində ödənc, 19 dekabr 2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2,552.23 manat məbləğində əmək haqqının (Dekabr 2020-ci il üçün əmək haqqı) 1 %-i (günlük 25.52 manat) məbləğində ödəncin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh ASC tərəfindən qətnamədən apelyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apelyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1.5 və 361.1.6cı maddələrinə əsasən şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar apelyasiya şikayətində göstərilməlidir. Təqdim edilmiş apelyasiya şikayətində qətnaməni düzgün hesab etmədiyi konkret əsasları göstərməmiş, hər hansı konkret fakt və hallara istinad etməmişdir. Şikayətçi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını açıqlamamışdır. MPM-in 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apelyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Müəyyən edilir ki, birinci instansiya məhkəməsi MPM-in 364-cü maddəsinin tələblərinə uyğun olaraq apelyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verib-verməmədiyini yoxlamadan mülki işi apelyasiya baxışına göndərmişdir. Kollegiya hesab edir ki, şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 366.2-ci madəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366 və 402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(005)- 5114/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar