Məhkəmə qərarları › İş №2(103)-1972/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1972/2022

10.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1972/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: Anar Vəzir oğlu Tanrıverdiyev, Hakimlər: Rəşad Məhəmməd oğlu Həsənov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə Orucova Məryəm Faiq qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qızıl-zinət əşyalarının geri qaytarılması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1407/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qızıl-zinət əşyalarının geri qaytarılması və s.”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1407/2021 saylı, 01 oktyabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, aşağıdakı adları çəkilən əşyalar, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa və ya yararsız vəziyyətdə olsa onların dəyəri Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməsi qət edilmiş: əyar 583 və dəyəri 380 manat olan beş qaşlı qadın üzüyü, əyar 583 və dəyəri 1100 manat olan qolbaq (“Cartier”), dəyəri 520 manat olan hamam otağı moykası, dəyəri 120 manat olan “Gorenje” markalı şirəçəkən, dəyəri 23 manat olan “Vitek” markalı elektron mətbəx tərəzisi, dəyəri 15 manat olan silikon aparatı, dəyəri 90 manat olan “Philips” markalı epilyator, dəyəri 45 manat olan “Enzosalon” markalı hava feni, dəyəri 45 manat olan “Premier” markalı manikür aparatı, dəyəri cəmi 50 manat olan “Pro Wax” lipucka aparatı, salfetkası və dərmanı ilə birlikdə, dəyəri 25 manat olan “Luminarc” markalı qırmızı rəngli meyvə qabı, dəyəri cəmi 42 manat olan “Luminarc” markalı qrafin və 6 ədəd bakalı, dəyəri cəmi 64 manat olan “Luminarc” markalı tort buludu 6 ədəd boşqabı ilə - 2 dəst, dəyəri 180 manat olan Türkiyə istehsalı yemək servisi hər şey daxil, dəyəri cəmi 40 manat olan “Luminarc” markalı 6 ədəd dondurma qablı qaşıqları ilə birlikdə - 2 dəst, dəyəri cəmi 30 manat olan 24 karat qızıl suyuna batırılmış 12 ədəd çay qaşığı, dəyəri cəmi 170 manat olan Türkiyə istehsalı “Galaxy” tökmə qranit tava dəsti, dəyəri cəmi 35 manat olan Türkiyə istehsalı tort servisi üçün paslanmayan bıçaq və tort götürən, dəyəri cəmi 45 manat olan tefal və qranit tava və qazan üçün “Silicone Genny” markalı 7 ədəd silikon qaşıq dəsti, dəyəri cəmi 8 manat olan silikon peçenya qəlbləri, dəyəri cəmi 10 manat olan 2 ədəd orta və böyük ölçülü ət taxtası, dəyəri cəmi 35 manat olan hamam üçün qaşlı 3 dəst, dəyəri cəmi 18 manat olan qazan tutan və qazan qapağı dəsti, dəyəri 8 manat oyuncaqlı pul daxılı, dəyəri cəmi 50 manat olan 2 ədəd 32 gb flaşkart, dəyəri cəmi 18 manat olan Türkiyə istehsalı ütü masası üstü (maçalka və ütü altı), dəyəri 11 manat olan “İpeksu” 19 litrlik su bidonu, dəyəri cəmi 70 manat olan 9 ədəd əl-üz üçün dəsmal, dəyəri cəmi 90 manat olan “Sarev Vupline” hamam üçün böyük ölçülü 5 ədəd dəsmal, dəyəri cəmi 48 manat olan 8 ədəd çay dəsmalı manat, dəyəri cəmi 270 manat olan “Akhome Vipline” markalı 3 ədəd kitab pastel, dəyəri 120 manat olan “Gökyüzü Vipline” üstü mirvarili çəhrayı pakrival dəsti, dəyəri 280 manat olan “Gökyüzü Vipline” markalı üstü svarovski qaşlarla işləməli qəhvəyi rəngli pakrival dəsti, dəyəri cəmi 120 manat olan “Akhoma Vipline” markalı 4 mövsüm pastel, dəyəri cəmi 140 manat olan “Maxrofta” markalı 2 ədəd pastel, dəyəri 150 manat olan “Gökyüzü Vipline” markalı sintifon yorğanlı pastel, dəyəri 80 manat olan uşaq otağı üçün bəzəkli jalüz, dəyəri cəmi 850 manat olan dörd seksiyalı mətbəx mebeli, qalan hissədə isə iddia tələbi təmin edilməmişdir Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Həmçinin Azərbaycan Respublikasının MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi qüvvəyə minmiş Azərbaycan Respublikasının MPM-in son dəyişikliyinə əsasən şikayətlərin də verilməsi məhz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməsi nəzərdə tutulmuşdur. Hazırki işin materiallarından isə göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1407/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh2 tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda verilmişdir. Azərbaycan Respublikasının MPM-in 363.1.1-1 -ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.5-ci maddəsində görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1407/2021 saylı, 01 oktyabr 2021ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti cavabdeh Cavabdeh2 geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar