Məhkəmə qərarları › İş №2(103)-1977/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1977/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1977/2020 20.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X20 və X4 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X12, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3263/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “verilmiş sığorta ödənişin qaytarılması” tələbinə dair iddia ərizəs ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə 5030 manat tutularaq iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3263/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, sığorta hadisəsi baş verdikdən sonra vəfat edən Zahid Əhmədovun hüquq varisi Cavabdeh 5000 manat sığorta ödənişi ödənilmiş və hadisəni törədən sürücü sərxoş olduğu üçün onların subroqasiya hüququ yaranmış və sürücüyə qarşı subroqasiya qaydasında tələb irəli sürmüşlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sürücü Bəxtiyar Əliyev tərəfindən hadisə ilə bağlı zərərçəkmiş şəxsin hüquq varisinə 11500 manat məbləğində ödəniş edilmişdir. Müvafiq sorğular verilmiş, həqiqətən də Cavabdeh onlara dəyən ziyanın tam ödənilməsi barədə ərizəsi cinayət işinin materiallarında olmuşdur. Bu səbəbdən, iddia tələbinin təmin edilməsi barədə ətnamə qəbule dilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ş.Mirzəyeva apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçı ona sığorta ödənişi edən zaman onun sığortalı ilə barışmasını və sığortalının ona ödəniş etdiyini bilirdi. Sübutların tədqiqi: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, «Mercedes Benz 200» minik markalı **-RD-*** dövlət nömrə nişanlı avtomaşın X2 adına qeydiyyata alınmışdır. X3 Azərbaycan Respublikası CM-nin 263-1.3-cü və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə ittiham aktının kserosurətindən görünür ki, o, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda yol hərəkəti vənəqliyyat vəsitəsinin istismarı qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törədib ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. X9 hüquqi varisi kimi tanınmış oğlu Cavabdeh tərəfindən İstintaq Şöbəsinin rəisin adına yazılmış ərizədən görünür ki, onun və ailə üzvlərinin heç bir şikayət və tələbi yoxdur və gələcəkdə olmayacaqdır, hər hansı mülki iddiası qaldırmayacaqdır. Belə ki, X3 qaynatası X14, əmisi X15, anası X16 tərəfindən cəmi 11.500 manat pul ödənilmişdir. Cavabdeh tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış ərizədən görünür ki, X10 tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir. Bununla bağlı heç bir iddia, şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. PME********** nömrəli icbari sığorta haqqında müqaviləsinə dair məlumatın kserosurətinə əsasən sığortaçı qismində «xxxxxxxxxxxx» sığorta edilən X5 məxsus «Mercedes Benz 200» markalı ** RD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək – 1 il müddətinə sığorta olunmuşdur. «xxxxxxxxxxxx» ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, İAS191475 saylı sığorta ödənişi aktın kserosurətinə əsasən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 42 ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyada X13 ölmüşdür, bununla bağlı Cavabdeh 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. Sığortaçının subroqasiya hüququ yaranır, subroqasiya hüququnun məbləği 5000 manatdır, subroqasiya hüququ ilə sürülməli şəxs X6r. Mülki işdə olan xx.xx.2019-cu il tarixli 917 saylı ödəniş tapşırığına 1 saylı Əlavədən görünür ki, «xxxxxxxxxxxx» ASC tərəfindən Cavabdeh İAS191475 saylı sığorta aktına əsasən 5000 manat sığorta ödənişi ödənilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə X1 Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinmiş, o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Hökmün surətindən məlum olur ki, o, piyada X11 avtomobillə vurmuş, eyni zamanda xəsarət alan Z.Əhmədova yardım göstərmədən hadisə yerindən qaçmışdır. Həmin hökmdən görünür ki, şahid qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki, X13 onun atasıdır, xx.xx.2019-cu il tarixdə atasının telefonundan tanımdaığı şəxs ona zəng vuraraq atasını avtomobil vurduğunu və atasının rəhmətə getdiyini bildirmişdir. Hazırda onun təqsirləndirilən şəxsə münasibətdə heç bir tələbi yoxdur, təqsirləndirlən şəxs Bəxtiyar Əliyevlə də barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmin hökmdən məlum olur ki, zərərçəkmiş şəxsin hüquqi varisi Cavabdeh təqsirləndirilən şəxs X7 qarşı heç bir şikayət və tələbinin olmaması barədə məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim etmişdir. Həmçinin hökmdən məlum olur ki, Cinayət Məcəlləsinin 59.1 və 59.1.12-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi, zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi barışıq əldə edilməsini... Bəxtiyar Əliyevin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, hadisəni törətmiş şəxs tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş ziyanın əvəzi kimi 11500 manat pul ödənildiyindən, eyni zamanda sığorta şirkəti tərəfindən sığorta hadisəsi nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisinə 5000 manat məbləğində sığorta ödənişi edildiyindən, həmin pul vəsaiti ziyan məbləğinə aid olan məbləğ kimi cavabdehdən tutulmalıdır. Bu səbəbdən, iddiaçı sığorta ödənişi kimi cavabdehə ödənilmiş 5000 manat məbləğində pulun ondan tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 1092-ci maddəsi təşkil edir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; ikincisi, iddiaçı əmlakdan məhrum olur; üçüncü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş ziyanın əvəzi kimi 5000 manat pul vəsaitinin ödənilməsinin qanuni əsasları mövcuddur. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.1-maddəsinə əsasən, fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Hazırkı halda “xxxxxxxxxxxx” ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış X3 xx.xx.2019-cu il tarixdə idarə etdiyi “Mercedes Benz 200” markalı, ** RD *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi ilə hərəkət edən zaman baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X9 ölməsi hazırkı işin mübahisəsiz halıdır. Bu səbəbdən də, sığorta şəhadətnaməsinə əsasən Zahid Əhmədovun hüquqi varisi Cavabdeh 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh qeyd etmişdir ki, sığorta tərəfindən ona sığorta ödənişi verilən zaman, iddiaçı sığortalı tərəfindən ona həmin ödənişin edildiyini bilirdi. Məhkəmə kollegiyası iddiaçının sığortalı tərəfindən cavabdehə edilən ödənişlə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar nəzərdə tutulmuşdur: 59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: ....59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; 59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi. Kollegiya qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə X1 Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinmiş, o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Hökmdən məlum olur ki, o, piyada X11 avtomobillə vurmuş, eyni zamanda xəsarət alan Z.Əhmədova yardım göstərmədən hadisə yerindən qaçmışdır. Həmin hökmdən görünür ki, şahid qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki, X13 onun atasıdır, xx.xx.2019-cu il tarixdə atasının telefonundan tanımdaığı şəxs ona zəng vuraraq atasını avtomobil vurduğunu və atasının rəhmətə getdiyini bildirmişdir. Hazırda onun təqsirləndirilən şəxsə münasibətdə heç bir tələbi yoxdur, təqsirləndirlən şəxs Bəxtiyar Əliyevlə də barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmin hökmdən məlum olur ki, zərərçəkmiş şəxsin hüquqi varisi Cavabdeh təqsirləndirilən şəxs X7 qarşı heç bir şikayət və tələbinin olmaması barədə məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim etmişdir. Həmçinin hökmdən məlum olur ki, Cinayət Məcəlləsinin 59.1 və 59.1.12-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi, zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi barışıq əldə edilməsini...Bəxtiyar Əliyevin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, kollegiya bildirir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddiaçı tərəfindən piyada X9 ölümü ilə əlaqədar Zahid Əhmədovun hüquqi varisi Cavabdeh 5000 manat məbləğində sığorta ödənişi həyata keçirildiyindən və hadisəni törətmiş şəxs tərəfindən hazırkı iş üzrə cavabdehə ödənmiş 11500 manat məbləğində pul vəsaiti Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən hadisəni törətmiş şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması və onun nisbətən yüngül cəza almasına səbəb olduğundan, iddiaçının əsassız varlanma tələbi üzrə cavabdehə qarşı hazırkı iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı “xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3263/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar