Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1983/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5268/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanılmış 14 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin adına alınmış 21.04.2020-ci il tarixli X6 ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında torpaq sahəsinin alqı-saıqısına dair müqavilə bağlanmışdır. Ona sonradan məlum olmuşdur ki, cavabdehin niyyəti elə qabaqcadan onu aldatmaq olmuşdur. Belə ki: İsmayılova Flora 22.03.2011-ci il tarixdə vəfat etmiş atası X3 ona miras qalmış əmlaka dair rəsmi sənədlərin alınması, toplanması, rəsmiləşdirilməsi və miras əmlaka dair adna çıxarış alınması üçün ona etibarnamə vermişdir. O, etibarnamə əsasında bütün işləri görməli və əmlakı onun adına keçirməli idi. O, etibarnamə əsasında ona həvalə edilmiş bütün işləri vaxtında görmüşdür. İsmayılova Flora xarici ölkə vətəndaşı olduğundan ona atasından qalmış Nəsimi rayonu M.Əlizadə küçəsi 29 ünvanında yerləşən mülkə çıxarış alsada mülkün istifadəsində olan torpağı onun adına özəlləşdirmək mümkün olmamışdır. Bu (torpağı özəlləşdirmək) məqsədlə ona verilmiş etibarnaməni və ona verilmiş hüquqla İsmayılova Flora adından X13 ötürmüşdür ki, sonradan formal xarakterli alqı-satqı edərək mülkü almış və Azərbaycan vətəndaşı kimi torpağı özəlləşdirərək Flora İsmavılovaya təhvil vermişdir. Dediyi kimi də etmiş, sonradan həmin şəxs (X14) ilə evi formal olaraq 35.000 manata alğısatqı yolu ilə öz adına rəsmləşdirmişdir. Rza Quliyev adlı şəxsdən evi alqı-satqı ilə əldə etdikdən sonra iş üzrə Cavabdeh ona təziq etməyə, 1/2 payçı olaraq alğı-satqıdan öncə ona məlumat verilməməsi səbəbindən Rza Quliyevlə onun arasında olan alğı-satqını məhkəmə vasitəsilə alacağına və o, Flora İsmayılova ilə üz-göz edəcəyinə və tutduracağına dair təhdidlər etmişdir. O, bildirmişdir ki, adında olan (amma İsmayılova Floraya məxsus olan) ərazini onun adına keçirərsə onu heç bir problemlə üzləşdirməyəcək. Aralarında alğı-satqı etdikdən sonra o ümumi həyəti satacaq və onlara 400.000 manat pul verəcəkdir. O da bu pulu Flora xanıma verəck, nəticədə məsuliyyətdən azad olacaqdır... Əks halda torpağı onsuz da məhkəmə qərarı ilə pulsuz alacağını bildirərək artıq onu məhkəməyə verməsinə dair müraciətini də ona göstərmişdir. Bildirmişdir ki, cavabdeh həmin torpaq sahəsinin mülkiyyətçilərindən biri idi. O, torpaq sahəsinin tam onun adına keçirilməsinin çoxdan arzusunda olmuşdur. Hətta bununla bağlı həmin əmlakın ½ payçısı olan Cavabdeh onunla Rza Quliyev arasında bağlanmış alğısatqının etibarsızlığı ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh alğı-satqının ləğvini və torpağın 35.000 manata ona satılmasını tələb etmiş və beləliklə notariusda F.X8 məxsus mülkü ondan alğı-satqı edərək almışdır. Bu zaman ona 35.000 manat beh vermişdir. 365.000 manatı isə satdıqda verəcəyini bildirmiş, bu məqsədlə aralarında formal olaraq 400.000 manat yazılmışdır. Notariusda yerləşən bankın kameralarına baxış keçirilərsə ona 400.000 manata qol çəkdirilsə də ümumilikdə 35.000 manat pul verdiyi açıq görmək olar. Eyni zamanda bu hadisələrin şahidləri söylədiklərini təsdiq edə bilər. Beləliklə o, dələduzluğun qurbanı olmuşdur... Bu səbəbdən aralarında olan alğı-satqı müqaviləsi etibarsızdır. Hətta Flora xanım ona qarşı iddialar da qaldırmışdır. İsmayılova Flora cavabdehlər İddiaçı, X13 və Cavabdeh qızma qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxanşın ləğv edilməsi və s. tələbi’ nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni İsmayılova Floranın adından cavabdeh Rza Quliyevlə onun arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, AN-İ N90821267 №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və həmin əmlaka dair onunla Cavabdeh arasında bağlanmış 14 aprel 2020-ci il tarixli, AN-İ №°0840189 №-li alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evlə bağlı tam payda mülkiyyət hüququna dair Cavabdeh adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 21.04.2020-ci il tarixli Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz, əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(005)-2311/2020 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin iş üzrə iddiaçı qətnamədən narazı qalaraq, apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1081/2021 saylı, 02 aprel 2021ci ıl tarixli qətnaməsi ilə şikayət qismən təmin edilmiş, Ali Məhkəmə bu qətnaməni qüvvədə saxlamışdır. İndi belə olur ki, hər şeydə o, günahkardır. Amma əslində o, aldadılmış, onun etibarından sui-istifadə edilmişdir. Məhkəmədə buna uyğun yazılı ifadələr versə də, bu hallar nəzərə alınmamışdır. Xüsusi olaraq qeyd etmişdir ki, Cavabdeh özü belə onunla Flora arasında formal xarakterli alğı-satqını mübahisələndirmiş və 2020-ci ilin yanvar ayında Nəsimi Rayon Məhkəməsinə şikayət etmiş, onunla Cavabdeh arasında baş tutmuş alğı-satqı məhkəmə işi gedə-gedə (psixoloji, təhdid və təziq) altında həyata keçirilmiş və onunla alğı-satqı etdikdən 2 ay sonra məhkəmədən şikayətini (iddiasını) geri götürmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5268/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi tam və obyektiv araşdırmadan, iş üzrə bütün faktiki və hüquqi halları nəzərə almadan iş üzrə qətnamə qəbul etmişdir. Məhkəmə iddiasın araşdıran zaman şikayətdə qeyd edilən halların heç birini nəzərə almamışdır. Bundan əlavə məhkəmə prosesində vəsatəti əsasında şahid dindirilmiş, şahid bütün proseslərin içində olan, alqısatqını danışan və onu həyata keçirdən şəxs idi. Bu şahid cavabdehlə onun arasında olan bütün danışıqları, onun aldadılmasını məhkəmədə öz ifadəsində göstərmişdir. Amma məhkəmə heç bir hüquqi əsaslandırna göstərmədən bu ifadəni sübut kimi qiymətləndirməmişdir. Bundan əlavə məhkəməyə səs yazıları olan disklər təqdim edilmiş və dinlənilmişdir. Səs yazılarından da bəlli olur ki, cavabdeh alğı-satqı müqaviləsinə əsasən ödəməli olduğu pulu tam ödəməmişdir və bu gündə ödəməkdən imtina edir. Lakin məhkəmə bu səs yazılarını qəbul etməmişdir və bu səs yazılarına dair hüquqi münasibət bildirməkdən yayınmışdır. Məhkəmə cavabdehin yalan vədlər verməklə alğı-satqı müqaviləsini rəsimləşdirdiyini nəzərə almamışdır. Cavabdehlə arasında olan əqd təzyiqlər nəticəsində bağlanmışdır. Belə ki, əqd bağlanan dövürdə hal-hazırkı iş üzrə cavabdeh ona qarşı məhkəmədə iddia qaldırmışdır, ondan müxtəlif orqanlara şikayətlər edəcəyi, məhkəmədə ona qarşı xüsusi qərardad çıxardıracağı hədələri ilə formal əqdin bağlanmasına məcbur etmişdir. Birinci instansiya məhkəməsi bu hallara hüquqi münasibət bildirməmişdir. Məhkəmədə tərəfindən iddiasını təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim edilsə də, məhkəmə bu sübutları nəzərə almamış, yalnız cavabdehin ifadəsini əsas tutmuşdur. Məhkəmədə dindirilmiş şahid ifadəsi nəzərə alanmamış, təqdim edilmiş səs yazıları sübut kimi iş materiallarına əlavə edilməmişdir. Məhkəmə notariat tərəfindən verilmiş məktuba əsaslanaraq qeyd edir ki, alqı-satqı müqaviləsinə əsasən ödənilməli olan məbləğ tam şəkildə ödənilmişdir. Lakin məhkəmə prosesində şahid ifadə verərək bildirmişdir ki, notariat kontoru məbləğin formal olaraq hesaba oturulduğundan məlumatlı idi. Məhkəmə bu halı nəzərə almamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5268/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi və vəkili Vəkil verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5268/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5268/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil çıxışını və Cavabdeh izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, satıcı İddiaçı əvəzinə X14 ilə alıcı Cavabdeh arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli, 14.04.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, satıcı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63 kv.m fərdi yaşayış evinin ona məxsus olan payda (1/2 31,5 kv.m) sahəsini satıcıya 400.000 (dörd yüz min) manat qiymətə satmağı, alıcı isə müvafiq əmlakı həmin qiymətə satmağı öz üzərinə götürmüşdür.(İ.vər. 14 - 15) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 İddiaçı adına 16.12.2019-cu il tarixdə ½ hissədə, Cavabdeh adına 12.02.2014-cü il tarixdə ½ hissədə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 237 saylı reyestr kitabının 21967 nömrəli vərəqində qeydiyyat aparılmışdır.(İ.vər. 16) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 İsmailova Floranın adına 06.11.2019-cu il tarixdə ½ hissədə, Cavabdeh adına 12.02.2014cü il tarixdə ½ hissədə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir.(İ.vər. 17) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına 21.04.2020-ci il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.(İ.vər. 34) İş materiallarında olan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2311/2020 saylı, 14.09.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı İsmailova Floranın cavabdehlər İddiaçı, X13 və Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s. tələbi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir.(İ.vər. 67 - 82) İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1081/2021 saylı, 02.04.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı İsmayılova Flora tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(005)-2311/2020 saylı qətnaməsi “qətnamə iddianın təmin edilməyən, iddianın İsmailova Floranın adından cavabdeh X14 ilə İddiaçı arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, AN-İ №0821267 №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nin təmin edilməyən hissələrində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, İsmailova Floranın adından cavabdeh X14 ilə İddiaçı arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, AN-İ №0821267 №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qətnamənin iddianın “İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2020-ci il tarixli, AN-İ №0840189 №-li alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evlə bağlı tam payda mülkiyyət hüququna dair Cavabdeh adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 21.04.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi”nin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.(İ.vər. 43 - 59) İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(102)-4859/2021-ci il tarixli qərarından görünür ki, iddiaçı İsmailova Floranın kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 aprel 2021-ci il tarixli, 2(103)-1081/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.(İ.vər. 35 - 42) İş materiallarında olan, Xəzinə Mədaxil orderindən görünür ki, 14.04.2020-ci il trarixdə 400.000 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə (692 saylı 14.04.2020 tarixli məktuba əsasən) təhvil verilmişdir.(İ.vər. 126 - 127) İş materiallarında olan, ünvan 3 ünvanında qeydiyyatda olan X9 tərəfindən verilmiş, ünvan 4otariat ofisində 8İ-3374 № ilə qeyd edilmiş ərizədən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 16.12.2019-ci il tarixli **********31-10301 reyestrli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ½ hissəsi İddiaçı məxsus olan ünvan 5 ünvanlı ümumi sahəsi-63 kv.m. olan fərdi yaşayış evinin satılmasına etiraz etmir.(İ.vər. 122) İş materiallarında olan, ünvan 6 ünvanlanmış X.692 saylı, 14.04.2020-ci il trarixli məktubundan görünür ki, ünvan 7 ünvanında qeydiyyatda olan X7 notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlakin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 400.000 (dörd yüz min) manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra məktubu əsasında 40.50 manat vergi məbləğini X12, qalan 399.959.50 (üç yüz doxsan doqquz min doqquz yüz əlli doqquz manat 50 qəpik) manatı isə ünvan 8 ünvanında qeydiyyatda olan X13 verilməsi üçün bankınızda olan **********00001AZM54 №-li depozit hesabına qəbul olunmasını xahiş edir.(İ.vər. 127) İş materiallarında olan, ünvan 9 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən 14.04.2020-ci il trarixdə verilmiş, ünvan 4otariat ofisində 8İ-3247 № ilə qeyd edilmiş ərizədən görünür ki, 14.04.2020-ci il tarixdə, 4Ə-276 reyestr nömrəsi ilə, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evindən ½ hissəsinə dair alqı- satqı müqaviləsi adıma rəsmiləşdirilmişdir və həmin evə elektron çıxarışın 10 gün müddətinə alınması üçün DƏDRX-nin müvafiq ərazi idarəsinə müqavilənin elektron formada ötürməyi xahiş edir.(İ.vər. 130) Birinci instansiya məhkəməsində şahid qismindı dindirilmiş X14 ifadəsində bildirmişdir ki, Cavabdeh ona cəmi 35.000 manat məbləğində pul vermişdir. 30.000 manatı notariusda, 5000 manatı kənarda vermişdir. Həmçinin Bakı Apelyasiya Məhkəməsində verdiyi ifadəsinin həqiqətə uyğun olmadığını bildirmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinə əsasən: 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.5.-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı verilmiş səlahiyyətlər daxilində cavabdeh ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə İsmailova Floranın mülkiyyət hüquqları 06.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Digər ½ hissəsinə isə Cavabdeh hüquqları 12.02.2014-cü ildən qeydiyyata alınmışdır. Verilmiş səlahiyyətlər daxilində İddiaçı 05.12.2019-cu il tarixdə X13 etibarnamə ilə ona verilmiş səlahiyyətləri ötürmüşdür. İddiaçı (əvəzinə X14) Bakı şəhəri, Məsud Əlizadə küçəsi, 29 saylı evin İsmailova Floraya məxsus ½ hissəsini 14.04.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X1. Həmin alqı-satqı müqaviləsi əsasında mübahisəli əmlakın alınmasına görə 400.000 manat məbləği "xxxx" ASC-nin Nərimanov filialında notariat ofisinin hesab nömrəsinə köçürmüşdür. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, 14 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin adına alınmış 21.04.2020-ci il tarixli X6 ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müqavilənin etibarsızlığı üçün heç bir əsas yoxdur. Belə ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış, tərəflər könüllü olaraq müqaviləni imzalamışlar. Bundan əlavə iş materiallarında olan qəbzin surətindən görünür ki, 14.04.2020-ci il trarixdə 400.000 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən alğı-satqı müqaviləsi üzrə (692 saylı 14.04.2020 tarixli məktuba əsasən) "xxxx" ASC-nin Nərimanov filialına köçürülmüşdür. Bundan əlavə Bakı Apelyasiya Məhkəməsinin 02.04.2021-ci il tarixli, 2(103)-1081/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı İsmayılova Flora tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(005)2311/2020 saylı qətnaməsi “qətnamə iddianın təmin edilməyən, iddianın İsmailova Floranın adından cavabdeh X14 ilə İddiaçı arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, AN-İ №0821267 №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nin təmin edilməyən hissələrində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, İsmailova Floranın adından cavabdeh X14 ilə İddiaçı arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, AN-İ №0821267 №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi, qətnamənin iddianın “İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2020-ci il tarixli, AN-İ №0840189 №-li alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evlə bağlı tam payda mülkiyyət hüququna dair Cavabdeh adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 21.04.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi”nin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd edilən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(102)- 4859/2021-ci il tarixli qərarı ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında 14.04.2020-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsızlığına dair Nəsimi Rayon Məhkəməsində qaldırması əksinə olaraq onu təsdiqləyir ki, mübahisə edilən müqavilədən Cavabdeh xəbərsiz olduğundan o, vicdanlı alıcı olaraq mübahisəli əmlakı əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “S.H.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.10.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində cəlb olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqarınnın və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08.05.2008-ci il tarixli Qərarında qeyd edilir ki, əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçi ilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Vicdanlı sahibin xoşniyyət, ağlabatan ehtiyatlılıq və sayıqlın göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13.07.2009-cu il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüquqlarının toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdanlı hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyridəqiq olmasını bilsin”. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə “İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2020-ci il tarixli, AN-İ № ******* №-li alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evlə bağlı tam payda mülkiyyət hüququna dair Cavabdeh adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 21.04.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi”nin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə kollegiyası qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən halların heç birinin öz hüquqi təsdiqini məhkəmə araşdırması zamanı tapmadığından, iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsasın olmaması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki mülki iş üzrə gəldiyi nəticə ilə razılaşır və gəldiyi nəticəni əsaslı hesab edir. Göründüyü kimi İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaıb, İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin cavabdehin yalan vədlər verməklə alğı-satqı müqaviləsini rəsimləşdirdiyini nəzərə almaması, cavabdehlə arasında olan əqdi təzyiqlər nəticəsində bağladığını, cavabdeh tərəfindən hədələnərək formal əqdin bağlanılmasına məcbur edildiyi, birinci instansiya məhkəməsinin sübutları nəzərə alınmaması, yalnız cavabdehin ifadəsinin əsas tutulduğu, alqı-satqı müqaviləsinə əsasən ödənilməli olan məbləğin tam ödənilmədiyi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı bu halları təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə, nədə ki, apelyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5268/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5268/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1983/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1983/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver