Məhkəmə qərarları › İş №2(103)-1986/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1986/2023

09.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1986/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması qət edilmiş, həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mümkün hesab olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsindən xx.xx.2022-ci il tarixdə daxil olmuş məktubda, qətnamədən digər tərəfin apellyasiya şikayəti vermiş olduğu bildirilməklə işin həmin məhkəməyə göndərilməsi xahiş edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə 24 noyabr 2022-ci il tarixli qərardadı ləğv olunaraq mülki iş qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmışdır. 06 fevral 2023-cü il tarixdə mülki iş cavabdehin apellyasiya şikayəti əlavə olunmaqla Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, qətnamə Cavabdeh və onun nümayəndəsinin (vəkilinin) iştirakı ilə elan olunmuş, xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə tərəflərə göndərilmiş, 26 oktyabr 2022-ci il tarixdə Cavabdeh poçt xəbərnaməsinə imza etməklə qətnaməni almış, onun nümayəndəsinin 29 noyabr 2022-ci il tarixdə imzaladığı apellyasiya şikayəti isə həmin tarixdə elektron kabinetə yerləşdirilmişdir. Göründüyü kimi cavabdeh apellyasiya şikayəti verdiyi zaman müddəti ötürmüş olmuş, məhkəmə isə bu halı nəzərə almadan, onun qətnamədən şikayət vermə müddətini ötürüb-ötürmədiyi, əgər müddət otürülmüşdürsə bunun üzrlü səbəblərdən baş veribvermədiyi məsələsinə qiymət vermədən, müddət ötürülməmişdirsə buna münasibət bildirmədən şikayəti apellyasiya instansiyasına göndərmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2460/2022 saylı iş üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi, əgər vaxtında verilməmişdirsə geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar