Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1992/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli 2(001)-2304/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(001)- 2304/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2013-cu il təvəllüdlü X2 və xx.xx.2017-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, məhkəmənin 30 may 2023-cü il tarixli, e-2(001)-2304/2023 nömrəli qərardadı ilə verilmiş apellyasiya şikayəti “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun forma və məzmunda tərtib edilmədiyindən geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4525/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 2304/2023 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra cavabdeh yenidən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə vermiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda cavabdeh yenidən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə vermiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehin həmin qərardaddan verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və iş baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Cavabdeh apellyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apelyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl etmədən verdiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehin daha əvvəl iki dəfə verdiyi apellyasiya şikayəti geri qaytarılmış, buna baxmayaraq göstərilənlər nöqsanları aradan qaldırmadan cavabdeh yenidən eyni apellyasiya şikayətini təqdim etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qənaəti düzgündür, apellyasiya şikayəti nəzərdə tutulmuş formada verilməmişdir. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə doğru, qərardad qanuni və əsaslıdır. Beləliklə, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya onu da qeyd edir ki, yalnız qanunvericiliklə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti təqdim olunduqda, həmin şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa olunub-olunmamasından söhbət gedə bilər (MPM-nin 133.3 m.). Hazırki halda isə təqdim olunmuş apellyasiya şikayəti göstərilən tələblərə cavab vermir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli 2(001)- 2304/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1992/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1992/2024
27.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver