Məhkəmə qərarları › İş №2(103)-1994/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1994/2021

23.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1994/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)-6906/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, мüəyyən etdi: “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh “İphone 7 plus” markalı mobil telefonu və “Apple iMac 21.5” MNDY markalı kompüteri 800 manat ilkin ödəniş edərək 24 ay müddətinə ayda 276 manat ödəmək şərti ilə əldə etmiş, müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən təqdim olunmuş arayışa əsasən 4140 manat əsas borc, 993 manat dəbbə pulu olmaqla, ümumilikdə 5133 manat məbləğində borcu yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)- 6906/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Əbülfəz qızından 4140 manat əsas borc, 100 manat dəbbə pulu olmaqla, ümumilikdə 4240 manat məbləğində pulun tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunduğu hissədə ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən yalnız iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsaslanmış, ekspertiza keçirməmiş, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməmiş, tərəflərin çəkişmə prinsipinə riayət edilməmiş və həqiqət araşdırılmadan qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi qətnamənin dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını, cavabdeh isə qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)- 6906/2019 saylı qətnaməsi cavabdehin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən “xxxx” MMC-dən aldığı əşyaların dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Cavabdeh apelyasiya şikayətində iddiaçı təşkilatdan aldığı mallara görə 3800 manat məbləğində ödəniş etdiyini göstərsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmiş, apellyasiya qaydasında işə baxılarkən iddiaçı təşkilata borcu olmasını etiraf etmişdir. Bundan əlavə, Cavabdeh borcun məbləğinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsinin zəruriliyini əsaslandırmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməməsi barədə apelyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin rəsmi qeydə alındığı ünvana məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişlər göndərilmiş, lakin cavabdeh rəsmi qeydə alındığı ünvanda yaşamadığına görə məhkəmə bildirişlərini ona çatdırmaq mümkün olmamışdır. Lakin cavabdehin istifadəsində olan mobil telefon nömrəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə AZEMİS vasitəsilə bildirişlər çatdırılmışdır. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)- 6906/2019 saylı qətnaməsi cavabdehin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar