Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-200/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İlham qızının nümayəndəsi və vəkili X1, digər vəkili X6, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili X4 iştirakları ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İlham qızının qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" MTK-ya qarşı “əmlaka dəymiş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" MTK-nın ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İlham qızına qarşı “dəymiş zərərin ödənilməsi” qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(009)-227/2018 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İlham qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı İlham qızı qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" MTK-ya qarşı “əmlaka dəymiş zərərə görə kompensasiya ödənilməsi iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçı Şərifzadə Ülviyyə İlham qızına onun mülkiyyətində olan daşınar əşyalara görə ümumi həcmi 67691 manat məbləğində üzləşmiş olduğu maddi ziyanın o cümlədən 31 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MTK-dan tutularaq, iddiaçı Şərif-zadə Ülviyyə İlham qızına ödənilməsinə dair müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) "xxxx" MTK ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İlham qızına qarşı “dəymiş zərərin ödənilməsi” qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh Şərif-zadə Ülviyyə İlham qızı tərəfindən "xxxx" MTK-ya vurulmuş 15000 manat məbləğində maddi zərərin əvəzinin və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun İddiaçı İlham qızından tutularaq, "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(009)-227/2018 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı İlham qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(009)-227/2018 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı İlham qızına məxsus mənzil heç bir məhkəmə qərarı olmadan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 42 saylı, 28.03.2016-cı il tarixli müvafiq sərəncamı əsasında sökülmüş və iddiaçı öz mülkiyyətindən qanunsuz məhrum edilmişdir. Söküntü zamanı iddiaçı və onun həyat yoldaşı öz mənzillərindən olmuşlar. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının qaldırmış olduğu iddia tələbi araşdırılmamış, sübutlara qiymət verilməmiş və çoxsaylı maddi və prosessual pozuntulara yol verilmişdir. İddiaçı mənzilindən məhrum edilərkən ona məxsus daşınar əşyalarını yığdığı çantalar polis və mülki geyimdə olan şəxsiyyəti iddiaçıya məlum olmayan şəxslər tərəfindən daşınaraq gecənin qaranlığında naməlum istiqamətlərə aparılırdı. Hətta bəzi çantaların mənzilin eyvanından atılması halları da olmuşdur. Əşyaların siyahısı təqdim olunmuşdur. Əşyaların alınmasının təsdiqinə dair qəbzlər, şahid ifadələri məhkəmə üçün sübut əhəmiyyəti kəsb etməmişdir. İfadələri alınan şahidlər iddiaçının qonşu və sürücüsü olmuşdur ki, bu şəxslər ilə bir yerdə olmuşlar və 30 ilə yaxın onlar bir həyətdə yaşayırlar. Mümkün deyildir ki, həmin şahidlər iddiaçının evində olmasın və həmin əşyaların mövcudluğunu təsdiq edə bilməsinlər. İnsan öz mənzilindən küçəyə zor gücünə atıldığı zaman o, öz harayına qalır, cansız əşyaların deyil. İddiaçının həyat yoldaşı Hollandiya vətəndaşıdır və onlar Avropada yaşayırlar. Söküntü ərəfəsində iddiaçı və həyat yoldaşı Avropadan yeni qayıtdıqlarından, özləri ilə xeyli sayda bahalı əşya və geyim gətirmişdilər. İş materiallarında hətta iddiaçının sınmış notbuku, onun ehtiyat hissələrinin alışını təsdiq edən qəbz və ümumiyyətlə iddia predmetini təşkil edən əşyaların mövcudluğunu təsdiq edən sübutlar mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş iddianın təmin olunmayan hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı İlham qızının nümayəndəsi və vəkili X2, digər vəkili X9 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, ilk iddianın təmin edilməsini xahiş etdilər. İzahatlarında əlavə olaraq qeyd etdilər ki, iddiaçının mənzilinə cavabdeh tərəfindən basqın olmuş, iddiaçının bütün əmlakları mənzildən atılaraq boşaldılmış, iddiaçı və onun Holland vətəndaşı olan həyat yoldaşı polis işçiləri tərəfindən əlləri burularaq mənzildən aparılmışlar. Cavabdeh tərəf mənzilə basqın edərkən, bununla bağlı video görüntülər də var ki, onların əllərində video kamera olub. Artıq üçüncü apellyasiya mərhələsində cavabdeh tərəf yarımçıq video çəkilişi aparılmış görüntü təqdim edir. Həmin görüntünün nə vaxt, kim tərəfindən və hansı texniki vasitə ilə çəkilməsinə dair sübut təqdim etmir. İddiaçının özü tərəfindən çəkilmiş görüntülərdə iddiaçının qolunda heç bir xəsarətin olmadığı görünür. Lakin cavabdeh tərəfindən təqdim olunmuş yarımçıq video çəkilişdə iddiaçının qolunun sarıqlı olduğu görünür. Bütün bunlar ona dəlalət edir ki, həmin video çəkiliş iddiaçıya təzyiq altında aparılıb. Əgər onlar video çəkilinin sonunu təqdim edirlərsə, əvvəl hissəsinin çəklişini də təqdim etsinlər. İddiaçı özü də bildirir ki, ona təzyiq altında həmin sözləri bildirib. Evdən çıxarılan bəzi əşyaların nədən ibarət olmasını, hara aparılmasını bilməyib. Xahiş etdilər ki, həmin video çəkiliş digər sübutlarla birlikdə tədqiq edildikdən sonra mötəbər sübut kimi qəbul olunmasın. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili X8 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında əlavə olaraq qeyd etdi ki, təqdim olunmuş diskdə olan video çəkiliş sonradan tapılmışdır. İndiyə qədər təqdim olunmamasının səbəbini deyə bilmir. Video çəkilişin kimin tərəfindən aparılması və hansı aparat vasitəsi ilə aparılması barədə məlumatı yoxdur. Video çəkilişin əvvəl hissəsi barədə heç nə təqdim edə bilmir. Olan çəkiliş təqdim olunub. İddiaçı tərəfindən əşyalar aparıldığı üçün, iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh tərəf qarşılıqlı iddianın təmin edilməyən hissəsində qətnamədən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı İlham qızının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində 27 saylı binada yerləşən 35 saylı mənzil "xxxx" MTK-nın əməkdaşları tərəfindən sökülmüşdür. İddiaçı bildirir ki, ona məxsus və iddia ərizəsində göstərilən əşyaları "xxxx" MTK-nın əməkdaşlarının zor tətbiq edərək onun evinə soxulması və əşyaların evindən bayıra atılması nəticəsində zədələnmiş, xarab olmuş, bir hissəsi isə itmişdir. İddiaçının iddia tələbinin predmetini cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi təşkil edir. Birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı rədd edərkən, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməməsi və həmin halları sübut etməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Kollegiya ilk olaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, ki, iddiaçı və cavabdeh arasında hər hans müqavilə münasibətlərinin olmadığı nəzərə alındığı halda, mübahisəyə mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn öhdəliklərə dair normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, deliktdən irəli gələn öhdəliklər üzrə məsuliyyətə cəlb etmə üçün 4 elementin (hüquqa zidd əməl, zərər, təqsir (təqsirsiz məsuliyyət halları istisnadır), səbəbli əlaqənin məcmu halda mövcudluğu tələb edilir. Apellyasiya məhkəməsinin gəldiyi nəticənin əsasını cavabdehin hüquqa zidd hərəkətinin və zərərin vurulması faktının iddiaçı tərəfindən təsdiqlənə bilmədiyi təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin bu cür qiymətləndirməsi ədalətli və ağlabatan deyildir. Belə ki, işin aşağıda göstərilən hallarından görünür ki, iddiaçıya məxsus mənzilə qanunsuz daxil olan şəxslər (və ya onların bir hissəsi) cavabdeh MTK-nın əməkdaşları və ya cavabdehin təlimatı ilə hərəkət edən şəxslər olmuşdur. Ona görə ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi binanın pilot layihə çərçivəsində sökülməsi və yerində çoxmənzilli binanın inşası cavabdeh MTK-ya həvalə edilmişdir. Bu barədə məlum sərəncamın qəbulundan sonra binada yaşayan sakinlərlə MTK arasında mübahisələrin olduğu, hətta binanın söküntüsünün qərardad əsasında qadağan edildiyi mübahisəsizdir. İddiaçı Ü.Şərif-zadənin də bina sökülənə qədər mənzilini tərk etmədiyi mübahisəsizdir. Deməli, binanın söküntüsündə tək maraqlı tərəf cavabdeh MTK olmuşdur. İkincisi, iddiaçı və ailə üzvləri mənzildən çıxarıldıqdan dərhal sonra binanın söküntüsü MTK tərəfindən həyata keçirilmişdir. Bu baxımdan, apellyasiya məhkəməsi, iddiaçıya məxsus mənzilə daxil olan şəxslərin (və ya onların bir hissəsinin) MTK-nın əməkdaşları olmaması ehtimalında belə, MTK binanın söküntüsünü dərhal həyata keçirdiyi sualını cavablandıra bilməmişdir. Deməli, mənzilə daxil olan şəxslərlə, binanın söküntüsünü həyata keçirmiş şəxslər eynidir. Üçüncüsü, mənzilə daxil olan şəxslərin mənzildəki heç bir əşyaya toxunmadığı ehtimalında belə, məsuliyyətin cavabdeh MTK-nın üzərində olduğu şübhəsizdir. Belə ki, iddiaçı və ailə üzvlərinin 13 avqust 2016-cı il tarixdən öz mənzillərindən iradələrinə zidd çıxarıldıqları müəyyən edilir; işdə iddiaçı və ailə üzvlərinin həmin tarixdən sonra mənzillərinə gəlmələri və bütün əşyalarını özləri ilə aparmaları, yəni mənzili könüllü şəkildə boşaltdıqları müəyyən edilmir. Nəzərə almaq lazımdır ki, mənzil iddiaçı və ailə üzvlərinin daimi yaşadıqları yaşayış sahəsi olmuşdur və iddiaçı mənzili könüllü tərk etməmiş, əksinə zorla mənzildən kənarlaşdırılmışdır. Belə olan halda bina sökülərkən mənzilin əşyalarla dolu olması faktnın və cavabdeh MTK-nın hüquqa zidd əməli törətdiyinin qəbulu zəruridir. Məhkəmə kollegiyası, iddiaçının ona zərər vurulduğunu sübut edə bilməməsinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı saymır. Əvvəla, iddiaçı 13 avqust 2016-cı ilə kimi həmin mənzildə yaşamışdır. Deməli, sözügedən mənzilin boş olması mümkün deyildir; əksinə, mənzildə daimi yaşayış üçün zəruri olan əşyaların mövcudluğunun qəbulu ağlabatandır. İkincisi, iş üzrə şahidlər Elbrus Hacıyev və Violetta Mir-Bağırova iddiaçıya məxsus mənzildəki bütün əşyaların çölə atıldığını bildirmişlər. Göründüyü kimi, mənzildə daşınar əşyaların olduğunun qəbulu zəruridir. Yəni zərər vurulma faktı da öz təsdiqini tapır. Bundan əlavə, cavabdehin etirazının, habelə apellyasiya məhkəməsinin gəldiyi nəticənin əsası həm də ondan ibarətdir ki, iddia ərizəsində sadalanan əşyaların mənzildə olduğu müəyyən edilmir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, bir qayda olaraq, deliktdən irəli gələn öhdəliklər üzrə zərər faktını sübuta yetirmək vəzifəsi zərər çəkənin üzərinə düşür. Lakin hazırki işin halları baxımından bu cür yanaşmanın qəbulu ədalətsiz olmaqla birlikdə həm də hüquqa zidd əməli törətmiş cavabdeh MTK-nın bu cür davranışının "mükafatlandırılması"na səbəb ola bilər. Ona görə ki, iddiaçı və ailə üzvləri onlara məxsus mənzilə bu cür basqın ediləcəyini və mənzillərinin zorla sökülə biləcəyini ehtimal edə və görə bilməzdilər. Deməli, iddiaçılardan mənzildəki əşyalarının dəqiq siyahısını və bu əşyalara sahib olmalarını təsdiqləyən sübutları məhkəməyə təqdim etmələrinin gözləmək həyatın normal axarına uyğun (yəni ağlabatan) deyildir. Bunun əksinə hərəkət edən, yəni iddiaçıya məxsus mənzilə qanunsuz daxil olaraq iddiaçı və ailə üzvlərini oradan zorla çıxarmış və əşyalarını da çölə tökmüş şəxs - cavabdeh MTK-dır. Əgər həqiqətən də cavabdeh MTK iddiaçıya məxsus daşınar əşyaları çölə tökməmişdirsə, onda mənzili həmin əşyalarla birlikdə sökmüşdür ki, bunun da cavabdehin daşınar əşyalara vurulmuş zərərə görə məsuliyyətə cəlb olunması baxımndan bir əhəmiyyəti yoxdur. Əgər cavabdeh MTK mənzili sökərkən onun boş olduğunu iddia edirsə, onda mənzilin iddiaçı tərəfindən könüllü şəkildə boşaldıldığı müəyyənləşdirilməlidir ki, bu da öz təsdiqini tapmır. Deməli, mənzildəki daşınar əşyaların məhv edilməsinə yönəlmiş hərəkətlərə cavabdeh yol vermişdir. Bu mənada, hüquqa zidd əməli törətmiş cavabdeh MTK-nın sübutetmə ilə bağlı etirazı irəli sürməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə görə, İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. MM-in 560.2-ci maddəsinə görə, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. MPM-in 47.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Digər tərəfdən, iddiaçıya məxsus mənzildəki daşınar əşyaları məhv edən cavabdeh MTK-nın gələcəkdə bununla bağlı məhkəmə mübahisəsinin meydana gələcəyini qabaqcadan gördüyü və ya ən azı, görməli olduğunu demək mümkündür. Bu halda, həmin daşınar əşyaların nədən ibarət olduğunu təsdiqləyən sübutları (yazılı akt, video çəkiliş, foto şəkillər və s.) lazımi qaydada rəsmiləşdirmək cavabdeh MTK-nın öz mənafeyi üçün əhəmiyyətli idi. Lakin cavabdeh MTK öz mənafeyinin müdafiəsi üçün zəruri hərəkətləri etməmiş, iddiaçının sübutetmə yükü altında olduğunu irəli sürməklə məsuliyyətdən yayınmağa çalşmışdır. Belə olan halda cavabdeh MTK-nın öz mənafeyinin müdafiəsi üçün görməli olduğu, lakin görmədiyi hərəkətlərin mənfi nəticələrinin iddiaçının üzərinə qoyulması ədalətli deyildir. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin adı çəkilən maddəyə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Kollegiya yuxarı instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd edir ki, mənzilə daxil olan şəxslərlə, binanın söküntüsünü həyata keçirmiş şəxslər eynidir. Mənzilə daxil olan şəxslərin mənzildəki heç bir əşyaya toxunmadığı ehtimalında belə, məsuliyyətin cavabdeh MTK-nın üzərində olduğu şübhəsizdir. Belə ki, iddiaçı və ailə üzvlərinin 13 avqust 2016-cı il tarixdən öz mənzillərindən iradələrinə zidd çıxarıldıqları müəyyən edilir; işdə iddiaçı və ailə üzvlərinin həmin tarixdən sonra mənzillərinə gəlmələri və bütün əşyalarını özləri ilə aparmaları, yəni mənzili könüllü şəkildə boşaltdıqları müəyyən edilmir. Nəzərə almaq lazımdır ki, mənzil iddiaçı və ailə üzvlərinin daimi yaşadıqları yaşayış sahəsi olmuşdur və iddiaçı mənzili könüllü tərk etməmiş, əksinə zorla mənzildən kənarlaşdırılmışdır. Belə olan halda bina sökülərkən mənzilin əşyalarla dolu olması faktnın və cavabdeh MTKnın hüquqa zidd əməli törətdiyinin qəbulu zəruridir. Məhkəmə kollegiyası, iddiaçının ona zərər vurulduğunu sübut edə bilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı saymır. Əvvəla, iddiaçı 13 avqust 2016-cı ilə kimi həmin mənzildə yaşamışdır. Deməli, sözügedən mənzilin boş olması mümkün deyildir; əksinə, mənzildə daimi yaşayış üçün zəruri olan əşyaların mövcudluğunun qəbulu ağlabatandır. İkincisi, iş üzrə şahidlər Elbrus Hacıyev və Violetta Mir-Bağırova iddiaçıya məxsus mənzildəki bütün əşyaların çölə atıldığını bildirmişlər. Göründüyü kimi, mənzildə daşınar əşyaların olduğunun qəbulu zəruridir. Yəni zərər vurulma faktı da öz təsdiqini tapır. Belə ki, bir qayda olaraq, deliktdən irəli gələn öhdəliklər üzrə zərər faktını sübuta yetirmək vəzifəsi zərər çəkənin üzərinə düşür. Lakin hazırki işin halları baxımından bu cür yanaşmanın qəbulu ədalətsiz olmaqla birlikdə həm də hüquqa zidd əməli törətmiş cavabdeh MTK-nın bu cür davranışının "mükafatlandırılması"na səbəb ola bilər. Ona görə ki, iddiaçı və ailə üzvləri onlara məxsus mənzilə bu cür basqın ediləcəyini və mənzillərinin zorla sökülə biləcəyini ehtimal edə və görə bilməzdilər. Deməli, iddiaçılardan mənzildəki əşyalarının dəqiq siyahısını və bu əşyalara sahib olmalarını təsdiqləyən sübutları məhkəməyə təqdim etmələrinin gözləmək həyatın normal axarına uyğun (yəni ağlabatan) deyildir. Bunun əksinə hərəkət edən, yəni iddiaçıya məxsus mənzilə qanunsuz daxil olaraq iddiaçı və ailə üzvlərini oradan zorla çıxarmış və əşyalarını da çölə tökmüş şəxs - cavabdeh MTK-dır. Əgər həqiqətən də cavabdeh MTK iddiaçıya məxsus daşınar əşyaları çölə tökməmişdirsə, onda mənzili həmin əşyalarla birlikdə sökmüşdür ki, bunun da cavabdehin daşınar əşyalara vurulmuş zərərə görə məsuliyyətə cəlb olunması baxımından bir əhəmiyyəti yoxdur. Əgər cavabdeh MTK mənzili sökərkən onun boş olduğunu iddia edirsə, onda mənzilin iddiaçı tərəfindən könüllü şəkildə boşaldıldığı müəyyənləşdirilməlidir ki, bu da öz təsdiqini tapmır. Deməli, mənzildəki daşınar əşyaların məhv edilməsinə yönəlmiş hərəkətlərə cavabdeh yol vermişdir. Bu mənada, hüquqa zidd əməli törətmiş cavabdeh MTK-nın sübutetmə ilə bağlı etirazı irəli sürməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə görə, İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. MM-in 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. MPM-in 47.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Digər tərəfdən, iddiaçıya məxsus mənzildəki daşınar əşyaları məhv edən cavabdeh MTKnın gələcəkdə bununla bağlı məhkəmə mübahisəsinin meydana gələcəyini qabaqcadan gördüyü və ya ən azı, görməli olduğunu demək mümkündür. Bu halda, həmin daşınar əşyaların nədən ibarət olduğunu təsdiqləyən sübutları (yazılı akt, video çəkiliş, foto şəkillər və s.) lazımi qaydada rəsmiləşdirmək cavabdeh MTK-nın öz mənafeyi üçün əhəmiyyətli idi. Lakin cavabdeh MTK öz mənafeyinin müdafiəsi üçün zəruri hərəkətləri etməmiş, iddiaçının sübutetmə yükü altında olduğunu irəli sürməklə məsuliyyətdən yayınmağa çalşmışdır. Belə olan halda cavabdeh MTK-nın öz mənafeyinin müdafiəsi üçün görməli olduğu, lakin görmədiyi hərəkətlərin mənfi nəticələrinin iddiaçının üzərinə qoyulması ədalətli deyildir. 3-cü apellyasiya baxışı mərhələsində cavabdeh tərəf disk təqdim edərək, iddiaçı tərəfindən əşyaların aparıldığını bildirmişdir. “Məhkəmə portret ekspertizasının” 22 fevral 2021-ci il tarixli, 3/164 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “DVD-R” tipli diskin daxilindəki qadın cinsli şəxs videogörüntüsündən çıxarılmış fotoşəkillərdə və müqayisəli material qismində təqdim edilmiş İddiaçı İlham qızının adına olan şəxsiyyət vəsiqəsinin surətindəki fotoşəkildə eyni bir şəxs əks olunmuşdur. Qərarda qoyulmuş “Video görüntüdə “Я вытыщила все свое драгоченное остались только два кондиционера и пару мелочей, мой любимый муж ряадом со мной, это самое главное” sözlərini deyən səs İddiaçı İlham qızına aiddirmi? sualı məhkəmə-portret ekspertizasının predmetinə aid olmadığından cavablandırılmadı. “Audio və videoyazıların məhkəmə ekspertizası”nın 25 may 2021-ci il tarixli, 4/237-4/328 saylı rəyinə əsasən ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı, DVD diskdə olan mübahisəli videofonoqramdakı danışıqlarda və görüntülərdə montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı, DVD diskdə olan mübahisəli videofonoqramdakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə verilmiş yazı mətnində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi- İddiaçı İlham qızına məxsusdur. Kollegiya ekspert rəylərinə tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək, hesab edir ki, rəylərdə diskdə montaj əlamətlərinin müəyyən olunmamasını, videofonoqramdakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə verilmiş yazı mətnində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi-İddiaçı İlham qızına məxsus olmasını, DVD-R” tipli diskin daxilindəki qadın cinsli şəxs videogörüntüsündən çıxarılmış fotoşəkillərdə və müqayisəli material qismində təqdim edilmiş İddiaçı İlham qızının adına olan şəxsiyyət vəsiqəsinin surətindəki fotoşəkildə eyni bir şəxs əks olunması qeyd olunsa da, həmin disk mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş yarımçıq video çəkilişdə iddiaçının qolunun sarıqlı olduğu görünür. İddiaçı bildirir ki, ona təzyiq göstərilmiş, qolundan xəsarət almışdır. İş materiallarında olan videogörüntü və fotoşəkildən görünür ki, cavabdehin işçiləri mənzilə polis əməkdaşları ilə daxil olarkən, cavabdehin əməkdaşlarında video kamera olmuşdur. (İ cild, i/v 199) Əgər cavabdeh tərəf video çəkiliş aparmışdırsa, çəkilişin əvvəlki hissəsi deyil, son hissəsi təqdim olunmuşdur ki, həmin çəkilişdə iddiaçının qolunun sarıqlı vəziyyətdə olduğu görünür. İddiaçı özü də bildirir ki, ona təzyiq altında həmin sözləri bildirib. Cavabdehin nümayəndəsi çəkilişin gec təqdim olunmasının səbəbini, kim tərəfindən aparıldığını, hansı texniki vasitə ilə çəkiliş aparıldığını izah edə bilməmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 09 iyul 2020-ci il tarixli, 9/102 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş hal-hazırda təyinatı üzrə istifadəsi yararsız vəziyyətdə olan əşyalar zədələnməsindən əvvəl normal vəziyyətdə ümumi qiyməti 4080 manat təşkil edir. Həmin əşyalar “Noutbuk-Compaq Presario CQ 62-A20ED qiyməti 750 manat, “Nikon AN-DC9” markalı fotoaparat qiyməti 60 manat, “Western Digital WD Elements Portable” markalı Hard diski qiyməti 70 manat, “Panasonic KX-TG6823 74,99 Dect Stasionar” markalı telefon qiyməti 110 manat, “AMF HUGO BOSS” təmiz yundan olan kostyum qiyməti 600 manat, “Ulla Popkin” markalı qadın geyimləri 2400 manat, “SWAROVSKİ Crystalline Stardust USB Ballpoint Pen” markalı qələm qiyməti 90 manat təşkil edir. Tədqiqata təqdim olunmamış əşyalar nəzəri qaydada 25670 manat qiymətləndirilmişdir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, ekspert rəyinə uyğun hal-hazırda təyinatı üzrə istifadəsi yararsız vəziyyətdə olan əşyalar zədələnməsindən əvvəl normal vəziyyətdə ümumi qiyməti 4080 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddiaçının təqdim etdiyi fotoşəkillərdə “Jaeger-LeCoultre” qadın qol saatı və “X5” kişi qol saatı, “Turnbull and Asser” markalı, 100% yun kaşmir qalstuk, “X11 Necktie” markalı boz ipək qalstukun olduğu müyyən olunur. Kollegiya hesab edir ki, “Jaeger-LeCoultre” qadın qol saatının qiyməti 5650 manat, “X5” kişi qol saatının qiyməti 5970 manat, “Turnbull and Asser” markalı, 100% yun kaşmir qalstukun qiyməti 220 manat, “X11 Necktie” markalı boz ipək qalstukun qiyməti 370 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddiaçı “ULLA POPKİN” markalı paltarların üst hissəsini və kartını, həmin şirkətdən onlara ünvanlanmış məktubları təqdim etdiyindən, kollegiya hesab edir ki, iddia tələbi “PrimaDonna, Eternal, Felina Moments, Twist Happines, Ulla Popkin, X12” alt geyim dəstləri hissədə qismən təmin edilməli, həmin əmlakların qiyməti 650 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Digər əşyalar və evin təmiri ilə bağlı hissədə kollegiya iddianı əsassız hesab edərək, həmin hissələrdə mötəbər sübutlar təqdim olunmadığından, iddianın təmin edilməməsi qənaətinə gəlir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisələndirilən hissədə iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 16940 manat məbləğində zərər tutulmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli, ondan 7,5 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 747,45 manatın 186 manatı cavabdehdən, 561,45 manatı iddiaçıdan alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İddiaçı İlham qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(009)-227/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Daşınar əşyalara görə 16940 (on altı min doqquz yüz qırx) manat və 7,5 (yeddi manat əlli qəpik) dövlət rüsumu, cəmi 16947,5 (on altı min doqquz yüz qırx yeddi manat, əlli qəpik) manat "xxxx" MTK-dan İddiaçı İlham qızının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 747,45 (yeddi yüz qırx yeddi manat qırx beş qəpik) manatın 186 (yüz səksən altı) manatı cavabdeh "xxxx" MTK-dan, 561,45 (beş yüz altmış bir manat qırx beş qəpik) manatı İddiaçı İlham qızından alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-200/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-200/2021
11.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver