Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2001/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X13 qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(001)- 773/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-3638/2018 saylı qətnaməsi əsasında iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş və birgə nikahlarından olan övladları xx.xx.2010-cu il tarixdə Fatimə və xx.xx.2012-ci il tarixdə isə Zəhranın analarının himayəsində saxlanılması müəyyən edilmişdir. 2022-ci ildə Cavabdeh aliment tələbi ilə müraciət etmiş, iddiası təmin olunmuşdur. 2023-cü ildə məhkəmə qərarı əsasında birgə nikahdan doğulmuş Fatimənin yaşayış yeri atasının yanında müəyyən edilmişdir. Hazırda iddiaçı alimentə dair yığılmış borcun silinməsi və uşağı Fatiməyə görə cavabdehdən aliment tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixdə anadan olmuş övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5001/2022 saylı qətnaməsinə əsasən ondan X3 görə tutulması nəzərdə tutulmuş və 25 iyul 2022-ci il tarixdən bu günədək hesablanmış aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş və onların birgə nikahından iki uşaqları - xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X8 doğulmuşdur. Tərəflər arasındakı nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-3638/2018 saylı qətnaməsi əsasında pozulmuş, azyaşlı uşaqlar analarının himayəsində saxlanılmışdır. Tərəflərin nikahları pozulduqdan sonra Cavabdeh başqa bir şəxslə ailə qurmuş, 2021-ci ilin sentyabr ayında qızı Fatimə iddiaçıya zəng edərək anasının yeni həyat yoldaşı Kamran tərəfindən ona qarşı xoşagəlməz hərəkətlər edildiyini bildirmiş və iddiaçının dərhal DİN-nin 102 xidmətinə müraciəti əsasında Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə araşdırma aparılmış, eyni zamanda Cavabdeh da izahat vermək üçün şöbəyə dəvət edilmişdir. Qızı Fatimənin həyatı üçün təhlükə olduğuna görə o, xx.xx.2021-ci il tarixdən iddiaçı ilə birgə yaşamağa başlamış və anasının yaşadığı ünvana getmək istəməmişdir. Bundan sonra 2023-cü ildə iddiaçı faktiki olaraq onun yanında yaşayan qızı Fatimənin rəsmi olaraq onun himayəsinə verilməsi üçün müvafiq iddia ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmədə hərtərəfli araşdırma aparılmiş, o cümlədən uşağın fikri öyrənilmiş, uşaq birmənalı olaraq atası ilə birlikdə yaşamaq istədiyini və atasının yanında özünü rahat hiss etdiyini bildirmişdir. Eyni zamanda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2023-cü il tarixli rəyləri alınmışdır. Həmin rəylərdə də uşağın atasına bağlılığı, atasının yanında yaşamasının onun mənafeyinə uyğun olması təsdiq olunmuşdur. Məhkəmə mövcud mötəbər sübutlar əsasında və qızının fikrini, onun mənafeyini və verilmiş rəyləri nəzərə alaraq xx.xx.2010-cu il təvəllüdlü Fatimənin atasının himayəsinə verilməsi barədə qətnamə qəbul etmişdir (11 iyul 2023-cü il tarixli, 2(001)-433/2023 saylı qətnamə). Bundan qabaq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 5001/2022 saylı qətnaməsinə əsasən İddiaçı iki uşağa görə cəmi 320 manat alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən hazırkı iş üzrə iddiaçı hər iki uşağa görə Cavabdeh aliment ödəmiş, lakin qızı Fatimə xx.xx.2021-ci il tarixdən onun himayəsində yaşayır və həmin vaxtdan bu günə qədər bir valideyn kimi onun bütün maddi və mənəvi tələbatlarını hazırkı iş üzrə iddiaçı ödəmişdir. Buna baxmayaraq aliment təyin olunduğu vaxtdan bu günə qədər Fatiməyə görə də cavabdehin xeyrinə iddiaçının adına aliment borcu yığılır. Halbuki 2021-ci ilin sentyabr ayından bu günə qədər Fatimə atasının himayəsindədir və ona atası baxır. Uşağın bütün tələbatları - sağlamlığı, qidalanması, geyimi, təhsili və normal yaşamasından ötrü digər bütün tələbatlarının ödənilməsi üçün əlavə maddi dəstəyə ehtiyac vardır. İddiaçı özü usta işləyir, kirayədə yaşayır, maddi vəziyyət yaxşı olmadığı üçün uşağın tələbatlarını ödəməkdə çətinlik çəkir. Uşağını saxlamaq bir valideyn kimi anasının da vəzifəsidir, lakin o, uşağının saxlanılmasına maddi cəhətdən kömək etmir. Cavabdehin gəlirləri dəyişən və qeyrimüntəzəmdir. Bundan başqa, cavabdeh bu günkü gündə də Fatiməni narahat edir, bir neçə dəfə uşağın oxuduğu məktəbə gəlib səs-küy salmış, buna görə də uşaq məktəbə getməyə də qorxur. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin mediasiya sessiyasında Cavabdeh tələblərlə razı olmamış, tərəflər arasında hər hansı formada barışıq baş tutmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(001)- 773/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5001/2022 saylı qətnaməsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2010-cu il təvəllüdlü X3 görə hesablanmış aliment borcunun silinməsi və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə iclasında İddiaçı tərəfindən hər iki tərəfin yanında bir uşaq olduğuna görə hər ikisinin aliment tələblərindən imtina edilməsi təklif edilsə də, Cavabdeh buna razılaşmamışdır. Eyni zamanda iddiaçı məhkəmə iclasında X3 görə xx.xx.2021-ci il tarixdən hesablanmış aliment borcunun silinməsini xahiş etsə də, iddia ərizəsinə mülki prosessual qanunvericiliyin nəzərdə tutduğu formada hər hansı dəyişiklik edilməmiş, məhkəməyə verilmiş tələbdə isə 25 iyul 2022-ci il tarixdən bu günədək hesablanmış aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 218.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.5, 78.1, 100.2-ci maddələrinə, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndinə, “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarına və "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilərək cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin ləğvi və qüvvədə olan Binəqədi rayon Məhkəməsinin 2(001)-5001/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət edilmiş qərara əsasən xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X7 cavabdehin yanında saxlanılması üçün təyin olunan alimenti ödəmədiyinə görə həmin tarixdən yaranmış borcunun iddiaçıdan tutularaq cavabdehə verilməsinin qət edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(001)-433/2023 nömrəli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X6 atası İddiaçı himayəsinə verilmişdir. Qətnamənin hüquqi nəticəsi olaraq cavabdehdən hər ay 220 manat aliment tutulması və əvvəlki borcun silinməsi qət edilmişdir. Məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, ilkin qətnamə mübahisələndirilərək apellyasiya şikayəti verilmişdir. Məhkəmə işin faktiki hallarını araşdırmadan qərar qəbul etmişdir. Qeyd edilməlidir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)- 3638/2018 nömrəli qətnaməsi ilə hər iki uşaq anasının himayəsinə verilmiş və aliment təyin olunmuşdur. Fatimə bacısı Zəhra ilə birlikdə 11 il anasının yanında qalmışdır. Cavabdeh Fatimənin hər zaman ana kimi qayğısına qalmış, ən yaxşı məktəbə qoymuş, təhsili ilə daim maraqlanmışdır. Anasının himayəsində olduğu dövrdə Fatimənin təhsili, fənlər üzrə aldığı qiymətləri yuxarı idi. Daim yaxşı oxuyan olaraq seçilirdi. Lakin atası İddiaçı qızı Həşimova Fatiməni öyrədərək, anasının ikinci dəfə ailə qurduğu şəxsə qarşı əsassız şər böhtanlar ataraq qızı qanunsuz şəkildə qaçırtmışdır. Fatimənin öz kirayə qaldıqları yerdə əvvəlki məktəbdən çıxararaq Laçın rayon Qaçqın məktəbinə qoymuşdur. Fatimənin təhsil səviyyəsi aşağı düşmüş, ata və atasının ikinci yoldaşının psixoloji təsiri altında uşağın maraq dairəsi dəyişmişdir. Belə ki, atası İddiaçı Fatiməni öz qohumuna evləndirmək üçün göbək kəsməsini də etmişdir. 14 yaşlı qızın təhsilə deyil də, bu yaşda evləndirməyə sövq etmək nə qədər düzgündür. Cavabdeh Fatimə ilə dəfələrlə görüş üçün cəhd göstərsə də, atasının məktəb rəhbərlərinə tapşırığı ilə uşağı görməyə qadağalar qoymuşdur. Həşimova Fatimə hal-hazırda 14 yaşı olmaqla, yetkinlik dönəmindədir. Atasının psixoloji təsiri altında anasının deyil, atasının yanında qalmağa məcbur edilmişdir. Lakin qeyd edilməlidir ki, Fatimə cavabdehin ikinci ailəsi ilə də xoş vaxtlar keçirmiş, onun həyat şəraiti üçün ən yaxşısını etməyə çalışmışlar. Cavabdeh uşağın atadan alınıb anaya verilməsi üçün də iddia qaldırmışdır. İş hal-hazırda mediasiya mərhələsindədir. Cavabdeh hal-hazırda iki azyaşlı uşağa baxır. Hal-hazırda işləmir, heç bir gəliri yoxdur. Cavabdeh üçün 220 manat məbləğində aliment təyin olunması tamamilə əsassız və qanunsuzdur. Uşağın saxlanılması üçün cavabdehdən tutulan məbləğ olduqca çoxdur. Belə ki, cavabdeh hazırda heç bir yerdə işləmir, buna baxmayaraq onun yanında qalan 12 fevral 2012-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X4 həyat şəraiti, yaşayış və təhsili ilə bağlı bütün maddi xərcləri özü çəkir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə Fatimənin anası və bacısı ilə olan münasibətlərinin daha da uzunmüddətli soyuqluq yaranmasına şərait yaratmışdır. Bununla da məhkəmə qanunsuz qərar qəbul etmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi cavabdehin kirayədə qalmasını, həmçinin ailənin maddi durumunu nəzərə almadan 220 manat məbləğində aliment təyin etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - tam yoxlanılır. Tətbiq edilən hüquq: Ailə Məcəlləsi: 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi-vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən işin hallarını kifayət qədər araşdırmamış, eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı 29 yanvar 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 04 fevral 2010-cu il təvəllüdlü X6 və 12 fevral 2012-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(001)-3638/2018 saylı qətnaməsinə əsasən, tərəflər arasındakı nikah pozulmuş, uşaqların analarının yanında qalmaları müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5001/2022 saylı qətnaməsi ilə 04 fevral 2010-cu il təvəllüdlü X6 və 12 fevral 2012-ci il təvəllüdlü X5 18 yaşa çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi və alimentin tutulmasının əvvəli 25 iyul 2022-ci il tarixdən hesablanması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5001/2022 saylı icra sənədi xx.xx.2023-cü il tarixdə icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmiş və həmin icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlanılmış və borclu İddiaçı tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, xx.xx.2022-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən boclunun axtarışı haqqında qərar qəbul edilmiş və Şəki Şəhər-Rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə 820755 nömrəli axtarış işi açılmışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmiş və ona 1№-li əlavədə göstərilmişdir ki, borclu izahatında Bakı şəhərində yaşadığını, işlədiyini, ayda 600 manat qazancının olduğunu, qazancının az olması səbəbindən alimenti ödəmədiyini, bu gün borcunun bir hissəsini, 500 manatını ödəyə bilməsini, qalan borcunu isə gələcəkdə hissə-hissə ödəyəcəyini, Fatimə adlı uşağın onun himayəsində olmaqla onun alimentdən azad olunması barədə məhkəməyə müraciət etməsini bildirmişdir. Şəki rayonu üzrə İcra və probasiya şöbəsi tərəfindən Şəki Şəhər-Rayon Polis şöbəsinə xx.xx.2022-ci il tarixdə müraciət edilərək, zərurət aradan qalxdığından İddiaçı barəsində açılmış axtarış işinə xitam verilməsi xahiş edilmişdir. xx.xx.2022-ci il tarixdə Şəki rayonu üzrə İcra və probasiya şöbəsi tərəfindən yenidən borclunun axtarılması barədə qərar qəbul edilmiş, borclunun xx.xx.2023-cü il tarixdə izahatı alınmış, borclu hazırda 1590 manat aliment borcundan 300 manat ödəyə bilməsini və uşaqlardan birinin – Fatimə Həşimovanın 2021-ci ilin sentyabr ayından onun yanında qalmasını bildirmişdir. Həmin tarixdə MN ******* nömrəli İnzibati xəta haqqında protokol və protokola 1№-li əlavə tərtib edilmişdir. Daha sonra Şəki rayonu üzrə İcra və probasiya şöbəsi tərəfindən Şəki Şəhər- Rayon Polis şöbəsinə xx.xx.2023-cü il tarixdə müraciət edilərək, zərurət aradan qalxdığından İddiaçı barəsində axtarışın dayandırılması xahiş edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(075)-529/2023 saylı qərarı ilə İddiaçı Əşrəf oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmaması müəyyən edilmişdir. Qeyd edilən qərar onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(001)- 5001/2022 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunduğu vaxtdan hazırkı vaxtadək İddiaçı Əşrəf oğlunun mütəmadi olaraq tələbkarın himayəsində olan uşağa münasibətdə aliment borcunu mütəmadi ödəmişdir. Onun hazırda ödənilməmiş qalan borcu isə məhkəmə qətnaməsi ilə tələbkara verilsə də, onun himayəsində qalan uşağa münasibətdə yığılmış aliment borcudur. Aliment ödənilməsi müəyyən edilmiş uşaqlardan biri borclunun himayəsində olsa da, o, icra sənədi üzrə borcundan bu gün ümumilikdə 460 manatını ödəmişdir. Belə olan halda İddiaçı Əşrəf oğlunun icra sənədinin icrasından qəsdən yayınması, həmçinin icra məmurunun qanuni tələbini yerinə yetirməkdən qəsdən boyun qaçırmasından söhbət gedə bilməz. İddiaçı Əşrəf oğlunun icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilməmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Şəki rayonu üzrə İcra və probasiya şöbəsi tərəfindən boclunun axtarışı haqqında qərar qəbul edilmiş və Şəki Şəhər-Rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə 821200 nömrəli axtarış işi açılmışdır Həmçinin müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-433/2023 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 atasının yanında yaşaması, valideynlərindən daha çox atasına bağlı olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, məhkəmə iclasında dinlənilən xx.xx.2010-cu il təvəllüdlü X6 bundan sonra da atasının himayəsində yaşamaq istəməsini bildirdiyindən iddia ərizəsi təmin edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X6 atası İddiaçı himayəsinə verilmişdir. Birinci instansiya məhkəməsi göstərilən məhkəmə aktlarının preyudisiyal əhəmiyyət kəsb etməsi əsası ilə xx.xx.2010-cu il təvəllüdlü X6 2021-ci ilin sentyabr ayından faktiki olaraq atası İddiaçı himayəsində yaşamasını, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-433/2023 saylı qətnaməsi ilə bu xüsusatın rəsmiləşdirilməsini və hal-hazırda Fatimə Həşimovanın atası İddiaçı himayəsinə verilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcudluğunu, eləcə də, məhkəmə iclasında İddiaçı tərəfindən hər iki tərəfin yanında bir uşaq olduğuna görə hər ikisinin aliment tələblərindən imtina edilməsi təklif edilsə də, Cavabdeh buna razılaşmamasına istinad edərək gəldiyi nəticələrlə məhkəmə kollegiyası razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli üçün vacib məqam olan – xx.xx.2010-cu il təvəllüdlü X6 2021-ci ilin sentyabr ayından faktiki olaraq atası İddiaçı himayəsində yaşadığı dövrdə belə bir tələb qaldırmayaraq, qanuni qüvvəsini almış məhkəmə aktları əsasında alimenti ödəməsini, ödəmədiyi halda isə barəsində dəfələrlə müvafiq tədbirlər görülməsi kimi işin diqqətəlayıiq hallarını araşdırmayaraq iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi xx.xx.2010-cu il təvəllüdlü X6 2021-ci ilin sentyabr ayından faktiki olaraq atası İddiaçı himayəsində yaşamasına baxmayaraq iddiaçının bu uşağı saxlaması üçün onun maddi vəsaitə zəruri ehtiyacı olub-olmaması kimi halları müəyyən etməmiş, eləcə də iddiaçı tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında İddiaçı tərəfindən hər iki tərəfin yanında bir uşaq olduğuna görə hər ikisinin aliment tələblərindən imtina edilməsi kimi təklifinin də məhz aliment ödənilmək kimi məsuliyyətinin üzərindən götürülməsi niyyəti ilə edilmişdir. Həmçinin, azyaşlı Fatimənin artıq 2 ilə yaxındır atasının-himayəsində olmaqla onun “əvvəlki təminatı” ötən 2 il ərzində formalaşmaqla, bu təminatın səviyyəsinin anasının ödəyəcəyi aliment hesabına saxlanılmasına zərurətin mövcud olmasına dair sübutlar olmamışdır. Kollegiya onu da qeyd edir ki, Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər və digər valideynin (cavabdehin) yanında saxlanılan uşağa görə iddiaçıdan aliment tutulması onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, işin yuxarıda göstərilən halları baxımından cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasına dair iddia əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5001/2022 saylı qətnaməsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2010-cu il təvəllüdlü X3 görə hesablanmış aliment borcunun silinməsi hissəsi ilə bağlı mövqeyi ilə razılaşır. Belə ki, işin hallarından məlum olur ki, xx.xx.2010-cu il təvəllüdlü X6 2021-ci ilin sentyabr ayından faktiki olaraq atası İddiaçı himayəsində yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-433/2023 saylı qətnaməsi ilə bu xüsusat rəsmiləşdirilmiş və hal-hazırda Fatimə Həşimovanın atası İddiaçı himayəsinə verilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Göstərilən hal cavabdehin nümayəndəsi tərəfindən inkar edilməmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək aliment tutulması hissəsində iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(001)- 773/2024 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə