Məhkəmə qərarları › İş №2(103)-2005/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2005/2024

06.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2005/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin, İddiaçı Cavabdehlər X13 və İddiaçı qarşı qarşılıqlı tələblər üzrə (Açar sözlər: ilkin tələb: mənəvi zərərin ödənilməsi; qarşılıqlı tələb: işgüzar nüfuzu ləkələyən məlumatların həqiqətə uyğun olmayan hesab edilməsi və təkzib edilməsi, bu məlumatların yayılmasına görə üzr istənilməsi və mənəvi zərərin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlk iddia üzrə İddiaçı, İlk iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3401/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı tələb üzrə cavabdehlər) X13 və İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları

1. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(001)- 32/2023 saylı qərarından görünür ki, Binəqədi Şəhər Binəqədi Rayon Prokurorluğunun böyük müstəntiqi X7 18 yanvar 2023-cü il tarixli qərarı ilə C-566-22 nömrəli material üzrə Cavabdeh və Zəfər Hacıhəsənlinin əməlində cinayət tərkibinin olmaması əsasına görə cinayət işinin başlanması rədd edilmişdir.Bu qərardan İddiaçı trəfrindən verilmiş şikayət təmin edilmiş, qərar ləğv edilərək, yenidən araşdırma aparılması qərara alınmışdır.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(103)-156/2023 saylı qərarından görünür ki, Cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 6(001)-32/2023 saylı qərarından şikayət verərək bu qərarın ləğv edilməsini xahiş etmişdir. Onun şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(001)-32/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Binəqədi Şəhər Binəqədi Rayon Prokurorluğunun böyük müstəntiqi X7 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda qeyd olunur ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, İlahə Comardovaya təyin olunmuş müayinə və müalicələr həkim terapeft Cavabdeh və reanimotoloq-anistezioloq həkim Zəfər Hacıhəsənli tərəfindən düzgün aparılmışdır. Bundan başqa aparılmış müayinə və müalicə tədbirləri ilə İlahə Comərdovanın ürək damarlarının tutulması arasında səbəbli əlaqə olmamışdır. Həmçinin İddiaçı rüşvət alaraq Zəfər Hacıhəsənliyə 1500 manat pulu “Medistyle” yaxınlığında küçədə verməsi araşdırma materialları ilə sübut olunmur. Bu səbəbdən də C-566-22 nömrəli material üzrə Cavabdeh və Zəfər Hacıhəsənlinin əməlində cinayət tərkibi olmaması əsasına görə cinayət işinin başlanılması rədd edilmişdir.

4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(001)- 128/2023 saylı qərarından görünür ki, Binəqədi Şəhər Binəqədi Rayon Prokurorluğunun böyük müstəntiqi X7 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan ləğv edilməsi barədə İddiaçı şikayəti təmin edilməmişdir.

5. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ərizədə qeyd olunur ki, X21 həkimi terapevt-hepatoloq Cavabdeh ötən ilin (2022) iyun, iyul, avqust, sentyabr aylari ilə cari ilin (2023) iyun, iyul, avqust, sentyabr aylarının müqayisəsində qəbuluna yazılmış xəstələrin sayında 30-35% azalma müşahidə olunmuşdur.

6. “Youtube” video paylaşım və sosial mediya platformasında “Xural TV” kanalında 18 iyul 2022- ci il tarixdə yerləşdirilmiş “ŞİKAYƏT VAR : “FUNDA” KLİNİKASİ MƏNİ DİRİ-DİRİ GÖMMƏK İSTƏDİ” başlıqlı videoda İlahə Comərdovanın müraciətində Cavabdeh barəsində “ “yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” və s. söz və ifadələr işləndiyi aydın olur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İlk iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində əsassız məlumatlar yayması nəticəsində vurulmuş mənəvi zərərə görə cavabdehdən 50000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 270 manat pulun tutulmasını xahiş etmişdir.

8. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, arvadı X16 klinikasında həkim terapevt işləyən Cavabdeh və Medi Style klinikasında reanimatoloq işləyən X27 tərəfindən düzgün müalicə edilməməsi barədə 15 noyabr 2022-ci ıl tarixdə Bakı şəhəri Nərimanov rayon prokurorluğuna ərizə ilə müraciət etmişdi. Müraciəti əsasında Nərimanov rayon prokurorluğunda müstəntiq İİ dərəcəli hüquqşünas X14 tərəfindən araşdırma aparılmış və müstəntiq toplanmış material üzrə qeyd etdiyi həkimlərin əməlində cinayət tərkibi olmadığı qənaətinə gələrək 10 yanvar 2022-ci il tarixli qərarla cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Lakin, müstəntiq tərəfindən aparılmış araşdırma zamanı ilkin müraciətində qeyd etdiyim xüsusatlar sonadək araşdırılmadığından, müraciətində qeyd etdiyi həkimlərin izahatlarının alınması ilə kifayətlənməklə formal qərar qəbul etməklə həkimlərin qanunsuz əməllərini ifşa edə biləcək şahidlərin izahatları alınmadığından və göstərdiyi digər xüsusatlann araşdırılması təmin edilmədiyindən qəbul edilmiş qərardan Bakı şəhər Nərimanov rayon məhkəməsinə etdiyim şikayətdən sonra Bakı şəhəri Nərimanov rayon prokuroru kiçik ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən qəbul edilmiş 10 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv olunaraq yenidən yoxlama aparılması üçün Anar İsgəndərliyə həvalə edilmişdir. Bundan sonra müstəntiq X9 25 may 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» olan qərarını ləğv edərək yeindən araşdırma aparılması ilə bağlı İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət edilmişdir. Məhkəmə baxışı zamanı Nərimanov rayon məhkəməsinin hakimi Xalidə Əlisoyun 29 avqust 2022-ci il tarixli qərarı ilə müstəntiq Anar İsgəndərli tərəfindən qəbul edilmiş 25 may 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» olan qərar qanunsuz hesab edilməklə, ləğv edilərək yenidən araşdırma davam etdirilməsi üçün göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırmanın qeyri obyektiv aparılması barədə İddiaçı müracətlərindən sonra material üzrə təhqiqat aparılması Bakı şəhər Binəqədi rayon prokurorluğuna göndərilmiş və prokurorluğun böyük müstəntiq İ dərəcəli hüquqşünas X7 tərəfindən araşdırma aparılmış və müstəntiq toplanmış material üzrə qeyd etdiyi həkimlərin əməlində cinayət tərkibi olmadığı qənaətinə gələrək 18 yanvar 2023-cü ıl tarixli qərarla cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Lakin, müstəntiq tərəfindən aparılmış araşdırma zamanı yenidən ilkin müraciətdə qeyd etdiyi xüsusatlar sonadək araşdırılmadığından, həkimlərin izahatlarının alınmadan formal qərar qəbul etməklə həkimlərin qanunsuz əməllərini ifşa edə biləcək şahidlərin izahatları alınmadığından və göstərdiyi digər xüsusatların araşdınlması təmin edilmədiyindən qəbul edilmiş qərardan Bakı şəhər Binəqədi rayon məhkəməsinə etdiyi şikayətdən sonra Bakı şəhəri Binəqədi rayon prokurorluğunun böyük müstəntiqi X7 tərəfindən qəbul edilmiş 18 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv olunaraq yenidən yoxlama aparılması üçün Binəqədi rayon prokurorluğuna göndərilmiş və hal hazırda müstəntiq Rəşad Gülməmmədli tərəfindən araşdırma aparılır. Həmin müddət ərzində Funda klinikasında həkim terapevt işləyən Cavabdeh Bakı şəhər Binəqədi rayon prokurorluğunun böyük müstəntiq İ dərəcəli hüquqşünas X4 18 yanvar 2023-cu ıl tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və yenidən araşdırma aparılmasına dair Bakı şəhər Binəqədi rayon məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarından apellyasıya şikayəti vermiş və Bakı Apelyasiya məhkəməsinin 04 may 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda həkim Cavabdeh İddiaçı uzun müddətdir və hal hazırda xidmət etdiyi və əməkdaşı olduğu Daxili İşlər Nazirliyinin rəhbərliyinə ərizə ilə müraciət edərək əsassız olaraq barəsində həqiqətə uyğun olmayan məlumatlar qeyd etməklə onun pul tələb etməyi, hədəqorxu gələrək şantaj etməyi göstərilmişdir. İddiaçı barəsində həqiqətə uyğun olmayan məlumatları yaymaqda Cavabdeh onu haqlı olduğu işdən çəkindirmək və öz qanunsuz əməllərini davam etmək məqsədi daşıyır. Eyni zaman da Cavabdeh İddiaçı barəsində etdiyi müraciətində İddiaçı əsassız olaraq reketlik etməkdə günahlandıraraq bunu maliyyə ehtiyatlarını artırmaqla pul toplamaq niyyəti ilə etdiyini bildirmişdir. Həmçinin Cavabdeh İddiaçı müxalifətlə əlaqədə olmağı barədə müraciətində qeyd etməklə bunun müvafiq orqanlar tərəfindən yoxlanılması zərurətinin olduğunu göstərməklə barəsində heç bir çərçivəyə sığmayan, əsassız və qərəzli fikirlər bildirmişdir. Cavabdeh İddiaçı barəsində həqiqətə uyğun olmayan əsassız məlumatları yayması nəticəsində İddiaçı psixi sarsıntı keçirmiş, qohumların, ailə üzvüləri, iş yoldaşları, tanışları və dostları arasında nüfuzdan düşmüş, həmin şəxslərin ona qarşı olan münasibətləri pisləşmiş və nəticədə onların İddiaçı qarşı mənfi fikirləri formalaşmışdır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, barəsində əsassız məlumatların yayılması nəticəsində Azərbaycan Respublikası Konsitusiyası və digər qanunvericilik normaları ilə nəzərdə tutulan hüquqları qanunsuz olaraq pozulması nəticəsində ona mənəvi zərər dəymişdir. İddiaçı ona vurulmuş mənəvi zərəri 50.000 manat məbləğində qiymətləndirir. Eyni zaman da, X2 rayon məhkəməsinə müraciət edərək İddiaçı Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə, arvadı Comərdova ilahə Oqtay qızının isə Azərbaycan Respublilkası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada xüsusi ittiham qaydasında məsuliyyətə cəlb edilmələrini xahiş etmişdir. Bununla bağlı Binəqədi rayon məhkəməsinin hakimi Aynurə Sadıqova tərəfindən çıxarılmış 13 iyun 2023-cü il tarixli qərarla İddiaçı və arvadı İlahə Comərdova barəsində xüsusi ittiham qaydasında edilmiş şikayət əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin İcraata qəbul edilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən İddiaçı barəsində həqiqəti əks etdirməyən yalan məlumatların yayılması nəticəsində ona vurulmuş mənəvi ziyanın əvəzi ödənilməlidir.

9. İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, cavabdehlər tərəfindən “Youtube” platformasında yayılmış videoda səsləndirilən bütün məlumatların həqiqətə uyğun olmayan, işgüzar nüfuzu ləkələyən məlumatlar hesab edilməsi, vurulmuş zərərin əvəzi kimi ümumilikdə 1000 manat pulun cavabdehdəndən iddiaçının xeyrinə tutulması, cavabdeh X8 üzərinə üzr istəmək və müraciətdə işlətdiyi ifadələr ( “yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad” , “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” tərəfindən zülm olundu. Mənə və ailəmə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. Cavabdeh və Zəfər Hacıhəsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri) həqiqətə uyğun olmadığı səbəbindən təkzib edilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Comərdova İlahənin “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallıya ünvanladığı müraciət “Youtube” sosial platformasında “Xural Tv” kanalında səsləndirilmişdir. Şikayətin məzmunu aşağıdakılardan ibarətdir: “10 ay əvvəl “Funda” klinikasının həkimi Cavabdeh “Medistyle” xəstəxanasında reanimatoloq işləyən Zəfər Hacıhəsənli tərəfindən düzgün müayinə edilməyərək ölüm həddinə çatdırıldım. Həyat yoldaşıma dedilər ki, iki gün ömrü qalıb götürün aparın (pulumuzun qutardığını bilib belə etdilər). Son manatımızı da müxtəlif bəhanələrlə əlimizdən aldılar. Elə məni həyat yoldaşım təcili yardım maşını ilə gətirib son vəsiyyət edərək ölüm anımı gözlədim. Lakin həyat yoldaşım daha sonra məni “EGE Hospital”a apardı. Orada dəyərli həkimlərimiz tərəfindən müalicə olundum. Hazırda həyatdayam və yaşayıram. Mənə “yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” tərəfindən zülm olundu. Mənə və ailəmizə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. Cavabdeh və Zəfər Hacıhəsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri barədə Nərimanov Rayon Prokurorluğuna müraciət etsək də, cinayət işinin başlanması rədd edildi. Prokurorluğun qərarını Nərimanov Rayon Məhkəməsi qanunsuz hesab edərək ləğv edib yenidən araşdırmaya yolladı. Yenə də prokurorluğun müstəntiqi Anar İskəndərli onun tərəfində dayandı və bizi süründürür. Qərara aldım ki, baş verənləri sizin verilişinizlə ictimailəşdirim. Faktla bağlı obyektiv araşdırılmanın aparılmasına və mənim kimi insanların diri-diri torpağa gömülməsinə, belə qan içənlərin əlində qurbana çevrilməsinə qarşı araşdırmanın Respublika Baş Prokurorluğunda aparılmasına kömək etməyinizə xahiş edirəm”. Cavabdeh xx.xx.2019-cu il tarixdən Funda Hospitalında həkim- terapevt işləyir. Həkim terapevt olaraq işim daxili orqanların xəstəliklərinin, qaraciyər, mədə və bağırsaq xəstəliklərinin müalicəsindən ibarətdir. X23 müraciəti əsasında xəstəxanaya qəbul olunmuşdur. İlahə Comərdova xəstəxanaya 07 iyul 2021-ci il tarixdə müraciət etmişdir. Müraciəti əsasında analizlər, yoxlamalar, müayinələr təyin olunmuş, xəstədə “budd chiori” sindromu ilə bağlı şübhələr yaranmışdır. Bununla bağlı müalicələr təyin olunmuşdur. Qanda leykosidi yüksək olduğundan qan xəstəliyi olması ehtimal edilmiş və bununla bağlı hematoloqun baxışı tövsiyə olunmuşdur. “Funda” klinikasında hematoloq olmadığından digər səhiyyə müəssisəsinə müraciət etməsi bildirilmişdir. İddiaçı da gedəcəyini demişdir. 2 ay ərzində Cavabdeh 3 dəfə İlahə Comərdovanı müayinə etdi. Müalicə olunması üçün qan sulandırıcı olan Xartil, sidikqovucu olan Semilakt, qaraciyərqoruyucu olan hepastrong amino, surol, mədə qoruyucu lansil, iltihabı söndürmək, orqanizmi gücləndirmək, qaraciyəri qorumaq üçün dematon, deksametazon, ademta, bundan sonra iltihabı söndürmək üçün prednizolon, daha sonra adiomax, qaraciyəri qorumaq üçün hepatype, mədəqorumaq üçün parijon, faximin , hepatype təyin olunmuşdur. İki ay ərzində xəstənin vəziyyəti sabit olmuş, buna baxmayaraq səbəbi bilinməyən qarında maye dəyişkənliyi müşahidə olunmuşdur. Lakin mayenin yaranma səbəbini müəyyən etmək mümkün olmamışdır. Müalicələr davam etdirilmişdir. X17 səhhəti iki gün ərzində kəskin pisləşmişdir. İddiaçı mənə zəng edərək xəstənin qusmaları olduğunu və huşunun itdiyini bildirmişdir. Cavabdeh də İddiaçı ilk öncə 5 ampula hepamerin 200 natrixlor köçürülməsini və stasionar şəraitdə müalicə olunmasını tövsiyə etdi. İddiaçı Sabunçu xəstəxanasına getmələrini tövsiyyə etdi. O, isə əvvəllər Sabunçu xəstəxanasında olduğunu və orada xəstəyə yaxşı baxılmadığını bildirmişdir. Bundan sonra Medistyle hospitala aparılmasını məsləhət gördü. İddiaçı xəstə X6 "Medi Style” klinikasına aparmışdır. Orada xəstənin vəziyyətinin ağır olduğunu və maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Bundan sonra bir neçə dəfə zəng edərək Cavabdeh məsləhət almışdılar. Təxminən 20 gün onunla telefon vasitəsilə danışmışlar. Bundan sonra Cavabdeh zəng etməmişlər və əlaqəni itirmişlər. X17 səhhəti, qaraciyəri bir qədər normallaşmış, vəziyyətində müsbət dinamika olmuşdur. Xəstədə xərçəngi göstərən CA 125 yüksək olduğu üçün müayinə olunmasından ötrü gineko-onkoloqa, MRT müayinəsinə, asit mayesinin tətbiq olunması üçün patologiya mərkəzinə göndərdi. Qeyd etdiyi xüsusatlarla bağlı xəstəxanada aparatlar və mütəxəssislər olmadığı üçün həmin şəxsi yönləndirmişdir. İlahə Comərdovanın səhhətinin ağırlaşmasına səbəb aktivləşmiş kəskin qan xəstəliyinə bağlı poliorqan çatışmazlığı olmuşdur. Onların Cavabdeh qarşı işlətdiyi belə ifadələr qərəzli münasibətdir, ondan pul alınması üçün söylənilmiş fikirdir. İddiaçı şikayəti üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanılması rədd edilmiş, həmçinin eyni məsələ ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılmışdır. Cavabdeh əməlində cinayət tərkibinin əlamətləri olmaması səbəbindən Binəqədi rayon prokurorluğunda da cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizasının da nəticəsinə əsasən barəsində şikayət verilən şəxsin sosial platformda qeyd etdikləri, o cümlədən Prokurorluğa şikayət ərizəsində bildirdikləri ilə hər hansı səbəbli- əlaqə mövcud deyildir. Belə ki, əsas sübut əhəmiyyəti daşıyan ekspert rəyində aparılmış müayinə və müalicələr İ.Comərdovaya təyin olunmuş diaqnoza uyğun olmuş və tibbi manipulyasiya sağlamlığa zərər vurmanın dərəcəsinin təyini nəzərdə tutulmaması qeyd edilmişdir. Comərdovlar müxtəlif dövlət orqanlarına ünvanlanmış çoxsaylı ərizələrdə Cavabdeh səhlənkarlıq cinayətini törətməkdə ittiham edirlər və bu barədə dəfələrlə müxtəlif instansiyalara çoxsaylı şikayətlər etmişlər, nəticədə onun vaxtını alaraq ona mənəvi zərər vurmuşlar. Nərimanov Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında əks olunmuş İddiaçı izahatında göstərilir: “Cavabdeh Müalicə ilə bağlı dərmanlar yazmışdır. Həmin dərmanların alınması üçün Fərruxun adını bilmədiyi köməkçisi onu orijinal dərmanlar olduğunu bildirərək Yasamal rayonu ərazisində yerləşən Respublika xəstəxanasının yaxınlığında yerləşən aptekdən dərman almağa göndərmişdir. O, həmin aptekə getmiş və orada Samir adlı əczaçı ilə tanış olaraq Funda hospitaldan göndərildiyii bildirmişdir. Samir ona dərmanlar satmışdır. O, daha sonra həmin dərmanlar qurtardığından və Sumqayıt şəhərində yaşadığından Bakı şəhərinə gələ bilmədiyindən Sumqayıt şəhərində yerləşən aptekdən dərman almışdır. Həmin dərmanlara baxdıqda qiymətlərinin çox fərqli olduğunu görmüşdür. Belə ki, Samir adlı əczaçı üzərində Cavabdeh adı yazılmış reseptə baxaraq dərmanlar üçün ondan 650 manat məbləğində pul almışdır. Sumqayıtda isə həmin reseptə görə dərmanların ümumi qiyməti 277 manat təşkil etmişdir. Cavabdeh 01 ay 09 gün müddətində arvadı İlahəni müalicə etmişdir. Bu müddət ərzində İlahənin vəziyyəti daha da ağırlaşmışdır. O, da bu barədə Cavabdeh dəfələrlə telefonla əlaqə saxlayıb bildirsə də, Cavabdeh onunla biganə danışaraq, onu başından etmişdir.” Yuxarıda qeyd olunan heç bir əsası olmayan və qəbzlərlə böhtan olduğu sübut edilən bu ifadələr tamamilə yalandır. https://youtu.be/oYa2tJedlg linkindən də göründüyü kimi Cavabdeh barəsində yalan olduğunu bilə-bilə xəstəyə yanlış diaqnoz qoyulması və ölüm həddinə çatdırılması barədə şərəf və ləyaqətimi ləkələyən və onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yaymaqla İddiaçı və İ.Comərdova ona böhtan atmışdır. Bundan başqa onu səhlənkarlıq cinayətini törətməkdə ittiham edərək barəmdə prokurorluq orqanlarına çoxsaylı şikayətlər yazmış, haqqında “yarıtmaz”, “qeyripeşəkar", “cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan cinayətkar şəbəkə” kimi əsassız ifadələr işlətmişlər. Hesab edir ki, İddiaçı və İ.Comərdova tərəfindən youtube sosial platformasında səsləndirilən ifadələr (“yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad”, “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” tərəfindən zülm olundu. Mənə və ailəmizə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. Cavabdeh və Zəfər Hacıhəsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diridiri torpağa gömmələri) həqiqətə uyğun olmadığı üçün təkzib olunması vəzifəsi onların üzərinə qoyulmalı, həmin şəxslər sosial şəbəkədə üzr istəməli və cavabdehlərdən işgüzar nüfuza dəyən ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir.

11. İddiaçı qarşılıqlı iddiaya yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, o və onun arvadı olan digər cavabdeh tərəfindən Cavabdeh barəsində şərəf, ləyaqət və işgüzar nüfuza xələl gəitərn heç bir qanunsuz hərəkət və ya hərəkətsizlik etməmişlər. Cavabdehun zərərə məruz qaldığını bildrisə də bu zərərin mövcudluğu barədə hər hansı sübut təqdim etməmişdir. O cümlədən Azərbaycan respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsində zərərin anlayışı verilmişdir ki, bu maddədən zərər dedikdə real zərər və əldən çıxmış fayda nəzərdə tutulur. Eyni zamanda Cavabdeh eyni tələbə dair iddiası hazırda Binəqədi Rayon Məhkəməsinin icraatındadır. Qeyd olunanlara əsasən qarşılıqlı iddia tələbləri rədd edilməlidir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3401/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) ilk iddianın təmin edilməməsi, ilk iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, “Youtube” video paylaşım və sosial media platformasında “Xural TV” kanalına yerləşdirilmiş “ŞİKAYƏT VAR : “FUNDA” KLİNİKASİ MƏNİ DİRİ-DİRİ GÖMMƏK İSTƏDİ” başlıqlı videoda X8 müraciətində işlədilmiş “yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad” , “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə tərəfindən zülm olundu. Mənə və ailəmə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik”, “Cavabdeh və Zəfər Hacıhəsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri” söz və ifadələrinin həqiqətə uyğun olmayan hesab edilməklə bu söz və ifadələrin “Youtube” video paylaşım və sosial media platformasında “Xural TV” kanalına müraciət ünvanlanmaqla video paylaşım yolu ilə təkzib edilməsi vəzifəsinin X8 üzərinə qoyulması, X5 vurulmuş zərərə görə 1000 manat pulun Cavabdeh xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 may 1999-cu il tarixli Plenumunun Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli, «Kazakov Rusiyaya qarşı» və Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı tələb üzrə cavabdehlər) X13 və İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti ilkin iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmənin guya İddiaçı zərər dəyməsi barədə halların sübut edilməməsi və maddi hüquq normaları ilə dəymiş zərərin aradan qaldırılmasına ehtiyac olmaması barədə gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Belə ki, Daxili İşlər Nazirliyinin əməkdaşı olaraq vətəninə, xalqına şərəflə qulluq edən şəxs barəsində sonuncu orqanın rəhbərliyinə ərizə ilə müraciət edərək cavabdehin böhtan xarakterli ifadələr yazması və barəmdə həqiqətə uyğun olmayan ifadələri işlədərək İddiaçı çalışdığı orqanın qarşısında çıxılmaz vəziyyətə salması kimi hərəkətləri məhkəmənin nəticəsinə görə ona heç bir zərər vurmamışdır. Belə nəticə istinad edilən qanunvericilik normalarının kobud şəkildə pozuntusudur. Cavabdehin qanunsuz hərəkətlərini təsdiq edən və iddiaçı barədə yalan-böhtan xarakterli Daxili İşlər Nazirliyinə cavabdeh tərəfindən göndərilən ərizə ilə bağlı keçirdiyi sarsıntılar səbəbindən aldığı müalicələri sübut edən resept, digər xəstəxana sənədləri və s sübutları məhkəməyə təqdim etməyimə baxmayaraq, məhkəmə hüquq normalarını pozmaqla ilkin iddianı rədd etmişdir. Halbuki, cavabdehin böhtan dolu ərizəsinə görə İddiaçı icraat açılmış, araşdırma aparılmış, ərizənin əsassız və qanunsuz olması müəyyən edilmişdir. Lakin cavabdehin bu hərəkətləri səbəbindən hətta İddiaçı işdən uzaqlaşdıra bilərdilər. Cavabdehin Daxili İşlər Nazirliyinə böhtan xarakterli ərizə ünvanlaması, uzun zaman işdə iddiaçı barəsində gedən xoşagəlməz sözsöhbətlər, kollektiv içində hörmətdən düşməyi, mübahisələr və məhkəmə çəkişmələri ilə əlaqədar olaraq sinir-psixi gərginlik halını keçirməyi mənəvi zərər yetirməsi üçün sübutedici əsas kimi qəbul edilməli olsa da və bu cavabdehin mülki məsuliyyətə cəlb edilməsi üçün əsas deyil. Belə ki, mülki məsuliyyətinin müəyyən edilməsinə əsas versə də, məhkəmə qanunsuz qərar qəbul etmişdir. Məhkəmənin qarşılıqlı iddianı İlahə Comərdovaya münasibətdə qismən təmin etməsi də qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh qarşı şikayət ərizəsi “Xural TV” kanalına İlahə Comərdova tərəfindən deyil, məhz “Xural TV” kanalının əməkdaşları tərəfindən yerləşdirilmişdir. Həmin şikayət ərizəsinin mətnindən də müəyyən olunduğu kimi, şikayətdə məqsəd “Xural TV” kanalının ictimai kanal olaraq vətəndaşlara yardım etməsi ilə əlaqədar Baş prokurorluqda araşdırma aparılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur. Həmin ərizənin mətnində müraciətin kanalda səsləndirilməsi deyil, bizə araşdırmanın Baş Prokurorluqda aparılmasına köməklik göstərilməsi xahiş edilmişdir. Bu cür istəyi olmadığı halda, ərizənin “Xural TV” kanalında səsləndirilməsi tərəf üçün məsuliyyət yarada bilməz. Lakin məhkəmə qərar qəbul edərkən işin bu hallarına səthi yanaşmışdır. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında Cavabdeh və Samir Salmanovun şikayəti əsasında İddiaçı və İlahə Comərdova barəsində xüsusi ittiham qaydasında işə baxılır. İlahə Comərdova ağır xəstə olduğu üçün məhkəmə proseslərində iştirak edə bilmir, ona görə həmin iş İlahə Comərdovaya aid hissədə ayrı icraata ayrılmış və icraat dayandırılmışdır. İddiaçı münasibətdə isə işin icraatı davam edir. Məhkəməyə bu barədə məlumat verilib, sənədlər təqdim edilsə də məhkəmə bu halı nəzərə almamışdır. Halbuki həmin iş ilə bağlı qəbul ediləcək yekun qərarın hazırki işlə birbaşa əlaqəsi vardır. Həmin icraat zamanı apellyatorların qeyd edilən kanala ictimai nüfuzu ilə bağlı müraciət etməyi, onlara Baş Prokurorluqda işə baxılması ilə bağlı köməklik göstərmələrini xahiş etməyi sübuta yetirildiyi təqdirdə hazırki iş öz qüvvəsini itirəcəkdir. Lakin məhkəmə belə bir araşdırma getdiyi halda, icraatı dayandırmamış İlahə Comərdovanın ərizəsinin işgüzar nüfuzu ləkələyən məlumatlarla dolu olduğu qənaətinə gələrək qarşılıqlı iddianı qismən təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı, ilk iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının:

19. 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. 23.1.-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

22. 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

23. 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.

24. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 may 1999-cu il tarixli Plenumunun Qərarında qeyd edilir ki, məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.

25. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.”

29. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar.

30. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

31. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Hazırkı halda, apellyator apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etsə də, qətnamə qarşılıqlı iddia tələbinin təmin olunmadığı hissədə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən qətnamə yalnız ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması hissələrində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3401/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Kollegiya ilkin olaraq qeyd edir ki, X1 olan problemlərlə əlaqədar “MediStyle” və “Funda” klinikalarında müalicələr almışdır. Onun müalicə və müayinəsində “Funda” klinikasında həkim terapevt işləyən Cavabdeh da yaxından iştirak etmişdir. Lakin vəziyyəti getdikcə ağırlaşan X13 “EGE Hospital” klinikasında müalicəsini davam etdirmişdir. X8 əri İddiaçı müalicələrin Cavabdeh tərəfindən düzgün aparılmaması qənaətinə gələrək Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq orqanlara müraciət etmişdir. Cavabdeh barəsində toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edildikdə isə İddiaçı tərəfindən verilmiş şikayətlər əsasında bu qərarlar müvafiq məhkəmə qərarı ilə ləğv edilmiş və yenidən araşdırmalar aparılmışdır. Sonda isə Binəqədi Şəhər Binəqədi Rayon Prokurorluğunun böyük müstəntiqi X7 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Bu qərardan İddiaçı tərəfindən verilmiş şikayət Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(001)- 128/2023 saylı qərarı ilə təmin edilməmişdir. İddiaçı həm iddia tələbində, həm də apellyasiya şikayətində Cavabdeh onun barəsində işlədiyi Daxili İşlər orqanlarına müraciət edərək barəsində araşdırma aparılmasına nail olduğunu bildirmiş və bunun nəticəsində ona mənəvi ziyan vurulduğunu iddia etmişdir. Cavabdeh isə X8 “Youtube” video paylaşım və sosial media platformasında “Xural TV” kanalına etdiyi müraciətində onun işgüzar nüfuzuna toxunan söz və ifadələr işlətdiyini və nəticədə ona maddi və mənəvi ziyan vurulduğunu iddia etmişdir.

44. Kollegiya ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin onun barəsində əsassız məlumatlar yaydığını və bunun nəticəsində mənəvi zərər vurulduğunu iddia etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir.

45. Belə ki, ilk növbədə məlumatın yayılması anlayışına aydınlıq gətirilməlidir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 may 1999-cu il tarixli Plenumunun Qərarında qeyd edilir ki, məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.

46. Kollegiya qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

47. Kollegiya qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, İddiaçı ona maddi və mənəvi zərərin vurulmasını, həmin zərərlə Cavabdeh qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında Cavabdeh təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir

48. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

49. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür.

50. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93).

51. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

53. Kollegiya qətnamənin qarşılıqlı iddia tələbinin təmin olunan hissəsi ilə bağlı qeyd edir ki, X8 “Youtube” video paylaşım və sosial media platformasında “Xural TV” kanalında etdiyi müraciətində (bu müraciət video yazıda səsləndirilmişdir) Cavabdeh barəsində yalan, həqiqətə uyğun olmayan, böhtan xarakterli və təhqir edici məlumatlar öz əksini tapmışdır. Belə ki, video yazı nəzərdən keçirilmiş, Cavabdeh barəsində “yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad” , “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə”, “...Cavabdeh tərəfindən zülm olundu. Mənə və ailəmə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. Cavabdeh və Zəfər Hacıhəsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri” söz və ifadələri işlənmişdir.

54. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

55. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

56. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

57. Məhkəmə kollegiyası qeyd edir ki, başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Həmçinin mülki prosessual qanunvericilik baxımından məlumatların yayılmış olmasını sübut etmək vəzifəsini iddiaçı daşıyır. Hazırki halda bu məlumatın yayıldığı iş materialları ilə sübut olunur. Belə ki “Youtube” video paylaşım və sosial media platformasında “Xural TV” kanalına yerləşdirilmiş “ŞİKAYƏT VAR : “FUNDA” KLİNİKASİ MƏNİ DİRİ-DİRİ GÖMMƏK İSTƏDİ” başlıqlı video hazırda 20023 (məhkəmə baxış keçirən zaman olan izlənmə sayı) dəfə izlənmişdir. X13 müraciətində işlətdiyi söz və ifadələrin doğruluğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bu video paylaşım nəticəsində Cavabdeh şərəf və ləyaqətinə, həkim kimi işgüzar nüfuzuna xələl gətirmişdir. Cavabdeh qəbuluna yazılmış xəstələrin sayında 30-35% azalma müşahidə olunmuşdur. X8 etdiyi müraciətində Cavabdeh barəsində yuxarıda qeyd olunan söz və ifadələri işlətməsi şəxsin şərəfini və ləyaqətini ləkələyən, onun işgüzar nüfuzuna xələl gətirən ifadələr kimi qiymətləndirilməlidir.

58. Həmçinin göstərilənlər Cavabdeh mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olan hallar olduğundan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh X5 vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuş, mənəvi zərərin ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətlər nəticəsində Cavabdeh keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla dəymiş mənəvi zərərin 1000 manat məbləğində müəyyən edilməsi ağlabatan və ədalətlidir.

59. Kollegiya qeyd edir ki, Cavabdeh iddia tələbinin Cavabdeh barəsində cavabdeh X8 müraciətdə işlətdiyi ifadələr ( “yarıtmaz”, “qeyri-peşəkar”, “cəllad” , “ancaq insanların əzabları üzərində özlərinə sərvət toplayan bu cinayətkar şəbəkə” tərəfindən zülm olundu. Mənə və ailəmə əzablar yaşatdılar, hər şeyimizi satdırdılar, bizi müflis etdilər. Borc içindəyik. Cavabdeh və Zəfər Hacıhəsənlinin düzgün müayinə etməyərək məni ölüm həddinə çatdırmaları, diri-diri torpağa gömmələri) həqiqətə uyğun olmayan hesab edilməklə təkzib edilməsi vəzifəsinin X8 qoyulması hissəsində iddia tələbi əsaslı olduğundan düzgün olaraq qətnamə yoxlanılan hissədə təmin olunmuşdur.

60. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Konstitusiyası ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz.

61. Kollegiya apellyasiya şikayətinin qarşılıqlı iddia tələbi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, “Xural TV” kanalına ünvanlanan şikayətdə şikayətin “Youtube” video paylaşım və sosial media platformasında yayılması məqsədinin olmaması, videonun adıçəkilən sosial media kanalının əməkdaşları tərəfindən qərəzli olaraq yerləşdirilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Məlumdur ki, “Youtube” video paylaşım və sosial media platformasında mövcud olan hər hansı kanalın şikayəti ictimailəşdirmək xaricində mövcud mübahisəyə baxılmasına başqa cür təsiri ola bilməz. Belə ki, sosial media kanalının bununla bağlı hər hansı hüquqi mexanizmi, səlahiyyəti yoxdur.

62. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı rədd etməklə, qarşılıqlı iddia tələbini yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İlkin iddia üzrə iddiaçı (qarşılıqlı tələb üzrə cavabdehlər) X13 və İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3401/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar