Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2006/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı” tələbinə dair mülki iş üzrə Açar sözlər:(əmək haqqının, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın), ezamiyyə xərcinin gecikdirməsinə görə 1% pulun tutulması və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(005)-2813/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə cavabdeh arasında olan əmək münasibətlərinə əsasən iddiaçı cavabdeh üçün iş görmüş, cavabdeh isə bunun müqabilində həmin işin dəyərinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı öz üzərinə düşən işləri görmüş, lakin görülmüş işlərin həcminə görə cavabdeh tərəfindən ona əmək müqaviləsinə xitam verilərkən son haqq hesab ödənilməmişdir. 2.Buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-də əsas iş yeri üzrə “baş mühasib” vəzifəsində işlədiyi 2021-ci ilin oktyabr, noyabr, dekabr aylarının əmək haqlarının, həmin müəssisədə əlavə iş yeri üzrə “Maliyyə və mühasibat uçotu” departamentinin müdiri vəzifəsində işlədiyi 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar, fevral, mart və aprel aylarının əmək haqlarının, xx.xx.2020-xx.xx.2021-ci illər və xx.xx.2021-xx.xx.2022-ci illər üzrə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın), 10.292 (on min iki yüz doxsan iki) ABŞ Dolları məbləğində ezamiyyət xərcinin və 50 (əlli) manat mediasiya xərcinin; 2021-ci ilin aprel ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin may ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin iyun ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin iyul ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin avqust ayıının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin sentyabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin oktyabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən 2021-ci ilin noyabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021ci il tarixdən, 2020-ci ilin dekabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, xx.xx.2020-xx.xx.2021-ci illər üzrə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-xx.xx.2022ci illər üzrə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən, 10.292 (on min iki yüz doxsan iki) ABŞ Dolları ezamiyyə xərcinin gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən başlayaraq həmin məbləğlərin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla müvafiq ödənclərin cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə cavabdeh "xxxx" ASC ilə müddətli əmək müqaviləsi bağlayaraq həmin müəssisədə baş mühasib müavini vəzifəsinə əsas iş yeri olmaqla işə qəbul edilmişdir. Əmək müqaviləsinə əsasən əmək haqqısı 3.375 (üç min üç yüz yetmiş beş) manat müəyyən olunmuş, sonradan əmək haqqı artırılaraq xx.xx.2021-ci il tarixdə 3.939 (üç min doqquz yüz otuz doqquz) manata çatdırılmışdır. İşəgötürənin xx.xx.2021-ci il tarixli, 04 nömrəli “işçinin/işçilərin ezamiyyətə göndərilməsi barədə” əmrinə əsasən xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə xidməti zərurətlə əlaqədar 10 günlük Özbəkistan Respublikasının Daşkənd şəhərinə ezam olunmuş, ezamiyyət müddəti xx.xx.2021-ci il tarixli, 08 nömrəli əmrə əsasən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixli 14 nömrəli əmrə əsasən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixli, 18 nömrəli əmrinə əsasən xx.xx.2021-ci il tarixədək xx.xx.2021-ci il tarixli , 27 nömrəli əmrə əsasən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixli, 31/1 nömrəli əmrə əsasən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixli, 41 nömrəli əmrə əsasən isə xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Beləliklə o, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xidməti zərurətlə əlaqədar Özbəkistan Respublikasının Daşkənd şəhərində ezamiyyətdə olmuşdur və bu fakt onun pasportunda təsdiqini tapır. İşəgötürənin xx.xx.2021-ci il tarixli , 60 nömrəli əmrinə əsasən xx.xx.2021-ci il tarixdən baş mühasib vəzifəsinə keçirilmişdir və aylıq əmək haqqı artırılaraq 5500 manat müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixdə isə işəgötürənin əmrinə əsasən öz ərizəsiylə "xxxx" ASC-də əsas iş yeri üzrə baş mühasib vəzifəsindən azad olunmuşdur. Həmçinin xx.xx.2021-ci il tarixdə "xxxx" ASC ilə əmək müqaviləsi bağlayaraq həmin müəssisədə əlavə iş yeri üzrə “Maliyyə və mühasibat uçotu” departamentinə müdir vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə əsasən əmək haqqı 2.270 manat müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə işəgötürənin əmrinə əsasən öz ərizəsiylə həmin vəzifədən azad olunmuşdur. Bildirir ki, "xxxx" ASCdə əsas iş yeri üzrə baş mühasib vəzifəsində və həmin müəsissədə əlavə iş yeri üzrə “Maliyyə və mühasibat uçotu” departamentinin müdiri vəzifəsində onun aylıq əmək haqları ödənilməmişdir. Belə ki, əsas iş yeri üzrə baş mühasib vəzifəsindən xx.xx.2021-ci il tarixdən azad edilməsinə baxmayaraq, 2021-ci ilin oktyabr, noyabr və dekabr aylarının əmək haqları, həmçinin əlavə iş yeri üzrə “Maliyyə və mühasibat uçotu” departamentinin müdiri vəzifəsində işləyərkən onun aylıq əmək haqları ödənilməmişdir. Bununla yanaşı cavabdeh müəssisədə əsas iş yeri üzrə “baş mühasib müavini” və “baş mühasib” işlədiyi xx.xx.2020- xx.xx.2021-ci illər üzrə, əlavə iş yeri üzrə “Maliyyə və mühasibat uçotu” departamentinin müdiri vəzifəsində işlədiyi xx.xx.2021-xx.xx.2022-ci illər üzrə əmək məzuniyyətindən istifadə etməmişdir. Lakin əmək müqavilələrinə xitam verilərkən müvafiq iş illərində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya) ona ödənilməmişdir. Ona görə bu məbləğ də cavabdehdən onun xeyrinə tutulmalıdır. Bununla yanaşı yuxarıda qeyd etdiyi kimi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 68 gün xidməti zərurətlə əlaqədar olaraq Özbəkistan Respublikasının Daşkənd şəhərində ezamiyyətdə olmuşdur. Ona ezamiyyətdə olduğu 68 günə görə 10.880 ABŞ Dolları ezamiyyə xərci ödənilməli olduğu halda cəmi 1000 manat , yəni 588 ABŞ Dolları pul vermişdir. Odur ki ezamiyyə xərcinə görə ona ödənilməmiş qalıq məbləğ, yəni 10.292 ABŞ Dolları (10.880 ABŞ Dolları- 588 ABŞ Dolları= 10292 ABŞ Dolları) cavabdehdən onun xeyrinə tutulmalıdır. Həmçinin cavabdehdən əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və ezamiyyə xərciylə yanaşı həmin məbləğlərin ödənilməsinin gecikdirilməsinə görə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq hər gün üçün bir faiz hesablanılmaqla ödənc tutulmalıdır. Belə ki, əsas iş yeri üzrə “baş mühasib” vəzifəsində işlədiyi müddətdə işəgötürən 2021-ci ilin aprel ayının əmək haqqısı xx.xx.2021-ci il tarixdə ödəməli olduğu halda, həmin pulu xx.xx.2021-ci il tarixdə, 2021-ci ilin may ayının əmək haqqını xx.xx.2021-ci il tarixdə ödəməli olduğu halda, həmin pulu xx.xx.2021-ci il tarxdə, 2021-ci ilin iyun ayının əmək haqqını xx.xx.2021-ci il tarixdə ödəməli olduğu halda, həmin pulu xx.xx.2021-ci il tarixdə, 2021-ci ilin iyul ayının əmək haqqını xx.xx.2021-ci il tarixdə ödəməli olduğu halda, həmin pulu xx.xx.2021-ci il tarixdə, 2021-ci ilin avqust ayının əmək haqqını xx.xx.2021-ci il tarixdə ödəməli olduğu halda, həmin pulu xx.xx.2021-ci il tarixdə, 2021-ci ilin sentyabr ayının əmək haqqını xx.xx.2021-ci il tarixdə ödəməli olduğu halda, həmin pulu xx.xx.2021-ci il tarixdə ödəməklə gecikdirmişdir. Bununla yanaşı əsas iş yeri üzrə “baş mühasib” vəzifəsində işlədiyi 2021-ci ilin oktyabr, noyabr və dekabr aylarının əmək haqlarını, əlavə iş yeri üzrə “Maliyyə və mühasibatb uçotu” departamentinin müdiri vəzifəsində işlədiyi 2021-ci ilin dekabr ayının 2022-ci ilin yanvar, fevral, mart, aprel aylarının əmək haqlarını, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə əsas iş yeri üzrə işlədiyi müddətdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzini (kompensasiyanı), xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə əlavə iş yeri üzrə işlədiyi müddətdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzini (kompensasiyanı), xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə əlavə iş yeri üzrə işlədiyi müddətdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzini (kompensasiyanı), həmçinin ezamiyyət xərci olaraq 10.292 ABŞ Dolları pulu pulu işəgötürən bugünədək ona ümumiyyətlə ödəməmiş və gecikdirmişdir. Əlavə olaraq bildirir ki, xx.xx.2022-ci il tarixdə mübahisənin mediasiya vasitəsilə həll edilməsinə dair cavabdehə təklif məktubu göndərmişdir. Daha sonra bu barədə Mediasiya şurasına müraciət etmiş və xx.xx.2022-ci il tarixdə Bakı 11 saylı Mediasiya Təşkilatının mediatoru X2 tərəfindən ilkin mediasiya sessiyası keçirilmiş, lakin "xxxx" ASC-nin nümayəndəsi mediasiyada iştirak etməmiş ona görə də bu barədə xx.xx.2022-ci il tarixli MŞB/11-00300 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayış verilmişdir. 5.Daha sonra İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə verərək bildirmişdir ki, məhkəmə prosesləri gedişində cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya əmək haqqı və əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya) olaraq 26.772, 43 (iyirmi altı min yeddi yüz yetmiş iki manat qırx üç qəpik) manat pul ödənilmişdir. Ona görə də, 2021ci lin aprel ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021- ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin may ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin iyun ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin iyul ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin avqust ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin sentyabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021- ci ilin oktyabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci ilin noyabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci ilin dekabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən, 2022-ci ilin yanvar ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən, 2022-ci ilin fevral ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən, 2022-ci ilin mart ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022- ci il tarixdən, 2022-ci ilin aprel ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən, xx.xx.2020-xx.xx.2021-ci illər üzrə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-xx.xx.2022-ci illər üzrə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən həmin əmək haqlarının və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) İddiaçı ödənildiyi xx.xx.2022-ci il tarixədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla müvafiq ödəncin, İddiaçı Özbəkistan Respublikasının Daşkənd şəhərində ezamiyyətdə olduğu xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üzrə ezamiyyə xərcinin və həmin ezamiyyə xərcinin gecikdirilməsinə görə onun ödəməli olduğu xx.xx.2021-ci il tarixdən başlayaraq həmin məbləğin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla müvafiq ödəncin, habelə 50 (əlli) manat mediasiya xərcinin cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Əvvəli məhkəmə iclaslarında iştirak edən "xxxx" ASC tərəfindən iddia tələbinə yazılı etiraz daxil olmuş və qeyd edilmişdir ki, iddiaçının ödənişi gecikdirilməsi ehtimal edilən məbləğə faizlərin hesablanması tələbi də tərəflərindən əsassız hesab edilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra “Əmək Məcəlləsi”) 154-cü maddəsinin 1-ci bəndinə görə, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qanunvericiliyin qeyd olunan müddəasından belə nəticə hasil olur ki, əmək haqqının verilməsi gecikdirilərsə və bu hal məhz fərdi əmək mübahisəsi yaratmayıbsa, işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Yəni, tərəflər arasında fərdi əmək mübahisəsinin yaranması işçiyə müvafiq ödəncin verilməsini tamamilə istisna edir. Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələri anlayışı” adlı 287-ci maddəsinə görə, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Bundan əlavə. Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin predmeti” adlı 288-ci maddəsindən görünür ki, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmetinə aiddir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında fərdi əmək mübahisəsi yaranmışdır ki, bu mübahisə Əmək Məcəlləsinin əmək mübahisləri ilə bağlı ifadə olunmuş hüquq normaları çərçivəsində həll edilməlidir. Bütün bunlaı nəzərə alaraq, X3 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 21 dekabr 2022-ci il tarixli, 2(005)- 2813/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Aytən Novruzova) iddia təmin edilərək, cavabdeh "xxxx" ASC-dən 2021-ci lin aprel ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021- ci ilin may ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin iyun ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin iyul ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin avqust ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021- ci il tarixədək, 2021-ci ilin sentyabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin oktyabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci ilin noyabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci ilin dekabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən, 2022-ci ilin yanvar ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən, 2022- ci ilin fevral ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022ci il tarixdən, 2022-ci ilin mart ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən, 2022-ci ilin aprel ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən, xx.xx.2020xx.xx.2021-ci illər üzrə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-xx.xx.2022-ci illər üzrə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən həmin əmək haqlarının və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) İddiaçı ödənildiyi xx.xx.2022-ci il tarixədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla müvafiq ödəncin, İddiaçı Özbəkistan Respublikasının Daşkənd şəhərində ezamiyyətdə olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üzrə ezamiyyə xərcinin və həmin ezamiyyə xərcinin gecikdirilməsinə görə onun ödəməli olduğu xx.xx.2021-ci il tarixdən başlayaraq həmin məbləğin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla ödənc, 50 (əlli) manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 8.İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. 9.İş materiallarında olan Elektron İnformasiya sistemindən edilmiş xx.xx.2020-ci il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli, müddətli əmək müqaviləsiylə Baş mühasibin müavini vəzifəsində fəaliyyət göstərmiş, buna müvafiq əmək haqqı 3.375 manat təşkil etmişdir. 10.İş materiallarında olan Elektron İnformasiya sistemindən edilmiş xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli, müddətli əmək müqaviləsiylə Baş mühasibin müavini vəzifəsində fəaliyyət göstərmiş, buna müvafiq əmək haqqı 3.939 manat təşkil etmişdir. 11.İş materiallarında olan Elektron İnformasiya sistemindən edilmiş xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli, müddətli əmək müqaviləsiylə Baş mühasib vəzifəsində fəaliyyət göstərmiş, buna müvafiq əmək haqqı 5.500 manat təşkil etmişdir. 12.İş materiallarında olan "xxxx" ASC (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən 3 ay müddətinə “Maliyyə və Mühasibat uçotu departamentində müdir vəzifəsinə qəbul edilmişdir. 1 ay sınaq müddəti müəyyən olunmuşdur. Əmək haqqı hər ay vergilər və digər ödənişlər daxil olmaqla, 2270 manat müəyyən edilmişdir. 13.İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 04 saylı əmrdən çıxarışın surətinə əsasən "xxxx" ASC-nin "Maliyyə və mühasibat uçotu departamenti baş mühasibin müavini” vəzifəsində işləyən İddiaçı xx.xx.2021-ci il tarixdən xidməti zərurətlə əlaqədar xx.xx.2021-ci il tarixə qədər Özbəkistan Respublikası Daşkənd şəhərinə ezam edilməsi qərara alınmışdır. 14.İş materiallarında olan Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin xx.xx.2021-ci il tarixli, 08 saylı əmrdən çıxarışın surətinə əsasən "xxxx" ASC-nin "Maliyyə və mühasibat uçotu departamenti baş mühasibin müavini” vəzifəsində işləyən İddiaçı xx.xx.2021-ci il tarixdən xidməti zərurətlə əlaqədar xx.xx.2021-ci il tarixə qədər Özbəkistan Respublikası Daşkənd şəhərində ezamiyyət müddətinin uzadılması qərara alınmışdır. 15.İş materiallarında olan Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin xx.xx.2021-ci il tarixli, 14 saylı əmrdən çıxarışın surətinə əsasən "xxxx" ASC-nin "Maliyyə və mühasibat uçotu departamenti baş mühasibin müavini” vəzifəsində işləyən İddiaçı xx.xx.2021-ci il tarixdən xidməti zərurətlə əlaqədar xx.xx.2021-ci il tarixə qədər Özbəkistan Respublikası Daşkənd şəhərində ezamiyyət müddətinin uzadılması qərara alınmışdır. 16.İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 18 saylı əmrdən çıxarışın surətinə əsasən "xxxx" ASC-nin "Maliyyə və mühasibat uçotu departamenti baş mühasibin müavini” vəzifəsində işləyən İddiaçı xx.xx.2021-ci il tarixdən xidməti zərurətlə əlaqədar xx.xx.2021-ci il tarixə qədər Özbəkistan Respublikası Daşkənd şəhərində ezamiyyət müddətinin uzadılması qərara alınmışdır. 17.İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 27 saylı əmrdən çıxarışın surətinə əsasən "xxxx" ASC-nin "Maliyyə və mühasibat uçotu departamenti baş mühasibin müavini” vəzifəsində işləyən İddiaçı xx.xx.2021-ci il tarixdən xidməti zərurətlə əlaqədar xx.xx.2021-ci il tarixə qədər Özbəkistan Respublikası Daşkənd şəhərində ezamiyyət müddətinin uzadılması qərara alınmışdır. 18.İş materiallarında olan Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin xx.xx.2021-ci il tarixli, 31/1 saylı əmrdən çıxarışın surətinə əsasən "xxxx" ASC-nin “Maliyyə və mühasibat uçotu departamenti baş mühasibin müavini” vəzifəsində işləyən İddiaçı xx.xx.2021-ci il tarixdən xidməti zərurətlə əlaqədar xx.xx.2021-ci il tarixə qədər Özbəkistan Respublikası Daşkənd şəhərində ezamiyyət müddətinin uzadılması qərara alınmışdır. 19.İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 41 saylı əmrdən çıxarışın surətinə əsasən "xxxx" ASC-nin "Maliyyə və mühasibat uçotu departamenti baş mühasibin müavini” vəzifəsində işləyən İddiaçı xx.xx.2021-ci il tarixdən xidməti zərurətlə əlaqədar xx.xx.2021-ci il tarixə qədər Özbəkistan Respublikası Daşkənd şəhərində ezamiyyət müddətinin uzadılması qərara alınmışdır; 20.İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 60 saylı əmrdən çıxarışın surətinə əsasən "xxxx" ASC-nin “Maliyyə və mühasibat uçotu departamenti baş mühasibin müavini” vəzifəsində işləyən İddiaçı xx.xx.2021-ci il tarixdən “Baş mühasib” vəzifəsinə keçirilməsi qərara alınmışdır. 21.Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddiasına görə, məhkəmə prosesləri gedişində cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya əmək haqqı və əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya) olaraq 26.772, 43 (iyirmi altı min yeddi yüz yetmiş iki manat qırx üç qəpik) manat pul ödənilmişdir. Ona görə də, 2021-ci lin aprel ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin may ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin iyun ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin iyul ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin avqust ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021- ci il tarixədək, 2021-ci ilin sentyabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin oktyabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci ilin noyabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci ilin dekabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən, 2022-ci ilin yanvar ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən, 2022- ci ilin fevral ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022ci il tarixdən, 2022-ci ilin mart ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən, 2022-ci ilin aprel ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən, xx.xx.2020xx.xx.2021-ci illər üzrə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-xx.xx.2022-ci illər üzrə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən həmin əmək haqlarının və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) İddiaçı ödənildiyi xx.xx.2022-ci il tarixədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla müvafiq ödəncin, İddiaçı Özbəkistan Respublikasının Daşkənd şəhərində ezamiyyətdə olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üzrə ezamiyyə xərcinin və həmin ezamiyyə xərcinin gecikdirilməsinə görə onun ödəməli olduğu xx.xx.2021-ci il tarixdən başlayaraq həmin məbləğin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla müvafiq ödəncin cavabdeh "xxxx" ASC-dən alınıb onun xeyrinə tutulmasını tələb etməkdədir. 22.Cavabdeh iddiaya dair etirazını və etirazını əsaslandıran sübutlarını təqdim etməmişdir. Məhkəmə MPM-nin 184.2-ci maddəsinin tələbinə əsasən qeyd etmişdir ki, işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. 23.Məhkəmə iddiaçının əmək haqqı tələbini əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan əmək münasibətlərinə əsasən iddiaçı cavabdeh üçün iş görmüş, cavabdeh isə bunun müqabilində həmin işin dəyərinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı öz üzərinə düşən işlər görmüş, lakin görülmüş işlərin həcminə görə cavabdeh tərəfindən ona əmək müqaviləsinə xitam verilərkən son haqq hesab ödənilməmişdir. 24.Məhkəmə qeyd etmişdir ki, mülki iş materiallarında olan hesabdan çıxarış üzrə məlumatlar "xxxx" ASC-nin İddiaçı 2021-ci lin aprel ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin may ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin iyun ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin iyul ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin avqust ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021- ci ilin sentyabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən onun ödənildiyi xx.xx.2021-ci il tarixədək, 2021-ci ilin oktyabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci ilin noyabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci ilin dekabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən, 2022-ci ilin yanvar ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən, 2022-ci ilin fevral ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022ci il tarixdən, 2022-ci ilin mart ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən, 2022-ci ilin aprel ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən, xx.xx.2020xx.xx.2021-ci illər üzrə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-xx.xx.2022-ci illər üzrə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən həmin əmək haqlarının və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) İddiaçı ödənildiyi xx.xx.2022-ci il tarixədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla müvafiq ödəncin, İddiaçı Özbəkistan Respublikasının Daşkənd şəhərində ezamiyyətdə olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üzrə ezamiyyə xərcinin və həmin ezamiyyə xərcinin gecikdirilməsinə görə onun ödəməli olduğu xx.xx.2021-ci il tarixdən başlayaraq həmin məbləğin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla müvafiq ödənişin aparılmadığı müəyyən edilir. 25.Eyni zamanda məhkəmə iddiaya izah etmişdir ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə bu aspektdən yanaşaraq hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi işçinin təminatların minimum səviyyəsini təşkil edir və əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi ilə şərtləndirilmişdir. Bu baxımdan iddiaçının əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc tələb etmək hüququ mövcuddur. 26.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci, 4-cü hissələrinə, 2-ci maddəsinin 2-ci bəndinə, 172.5, 17.1-ci: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2, 77.1, 77.2, 119.1, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 27.Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 28.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən istinad etdiyi Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə görə, əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işə götürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzürsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə bu norma tətbiq edilməli və hesablanmış ödənc işə götürəndən tutulmalıdır. Lakin əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa, onda qeyd olunan ödənc tutula bilməz. Belə ki, cavabdehin ümumiyyətlə əmək haqqı borcunun olmadığını iddia etdiyimiz üçün tələb olunan pulun verilmədiyi faktı özü-özlüyündə işəgötürənin təqsiri üzündən gecikdirilmə kimi qəbul oluna bilməz. Belə borcun olub-olmadığı yalnız mübahisənin səlahiyyətli orqan və ya məhkəmə tərəfindən həlli nəticəsində müəyyən edilir. Sözügedən maddənin qeydindən də göründüyü kimi, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” ifadəsi, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Göründüyü kimi, maddədə söhbət tərəflərin mövcudluğunu mübahisəsiz qaydada qəbul etdikləri əmək haqqının gecikdirilməsindən gedir. Hazırki iş üzrə fərdi əmək mübahisənin predmetini məhz cavabdehin iddiaçıya əmək haqqı borcunun mövcud olub-olmadığı təşkil etmişdir. Cavabdeh iddiaçıya əmək haqqı borcunun olduğunu mübahisələndirmiş, borcun yarandığı yalnız baxılan mübahisənin məhkəmə qaydasında həlli nəticəsində müəyən edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 29.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 30.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
31. 135-ci maddənin 2-ci hisəsi. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
32. 143-cü maddəsinin 2-ci hissəsi. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.
33. 144-cü maddəsinin 2-ci hissəsi. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
34. 144-cü maddəsinin 3-cü hissəsi. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
35. 154-cü maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
36. 172-ci maddəsinin 1-ci hissəsi. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
37. 172-ci maddəsinin 4-cü hissəsi. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
38. 172-ci maddəsinin 5-ci hissəsi. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. 39.172-ci maddənin Qeyd hissəsi: Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 40.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli, 14 saylı qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” haqqında 1 nömrəli Əlavənin 3-cü bəndinə əsasən Özbəkistan Respublikasını Daşkənd şəhərində ezamiyyə xərclərinin 1 günlük norması 160 ABŞ dolları müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 41.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 43.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 44.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 45.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 46.Maddələr 385.1.1, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 48.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekbar 2022-ci il tarixli, 2(005)-2813/2022 saylı qətnaməsi iddianın- istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) və ezamiyyə xərcinin gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün 1% ödəniş edilməsi ilə bağlı təmin edilən hissələrində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qeyd olunan hissələrdə təmin edilməməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. 50.İşin müəyyən edilmiş hallarına əsasən "xxxx" ASC (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış əmək müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında olan əmək münasibətlərinə əsasən cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmuş, iddiaçıya son haqq-hesab ödənilməmişdir. 51.Kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, cavabdeh iddiaya dair etirazını əsaslandıran sübutlarını təqdim etməmişdir. Belə ki, MPM-nin 184.2-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. 52.Kollegiya hesab edir ki, məhkəmə işdə olan hesabdan çıxarış əsasında əmək haqqının gecikdirilməsinə görə 1% pulun tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. 53.Kollegiya qeyd edir ki, cavabdeh tərəfin əmək haqqının gecikdirilməməsi ilə bağlı dəlilinə münasibətdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertin bir neçə dəfə verdiyi vəsatətlər əsasında əmək haqqı ilə bağlı mühasibat sənədləri cavabdehdən tələb edilməsinə baxmayaraq, sənədlər ekspertə təqdim olunmamış, mülki iş materialları bu səbəbdən rəy verilmədən geri qaytarılmışdır. Bununla da, cavabdeh tərəf MPM-nin 97.5-ci maddəsinin tələblərini pozmuşdur. Buna görə də, kollegiya hesab edir ki, iddiaçının qeyd etdiyi əmək haqqının gecikməsi halları işdə olan sənədlərlə öz təsdiqini tapır. 54.Kollegiya apellyatorun “əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa, onda qeyd olunan ödənc tutula bilməz” kimi dəlilini əsassız hesab edərək, qeyd edir ki, bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına diqqət yetirilməsinə lüzum yaranır. 55.Belə ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında Plenum qeyd etmişdir ki, qeyd edildiyi kimi, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsinin tələbinə görə, işəgötürən ödəncin verilməsindən imtina etdiyi halda işçi yaranmış mübahisəni məhkəmə qaydasında həll etməyə məcbur olur. Bu baxımdan normanın məzmununun fərqli şərhi, yəni ödəncin yalnız fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli olması kimi şərhi hüquqi məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə daxil olmasının əsasını təşkil edən əmək haqqı hüququnun pozulmasına görə işəgötürənin məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin əmək haqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin verilməsi tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsini də mənasız edər. Bu halda həmin maddənin tətbiqi mümkünsüz olur və o, əhəmiyyətsiz normaya çevrilməklə faktiki olaraq işçini müvafiq ödənci tələb etmək hüququndan məhrum edir. Halbuki, qanunverici Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqının bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borclu olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, fərdi əmək mübahisəsi olduğu halda ödəncin verilməməsi işçilər arasında qeyri-bərabər vəziyyət yaradar. Belə ki, bu halda eyni hüquqi vəziyyətdə olan şəxslərə, yəni işəgötürən tərəfindən əmək haqları gecikdirilmiş və bu səbəbdən ödəncin verilməsi üçün məhkəməyə müraciət etmiş işçilərə münasibətdə fərqli yanaşma sərgilənmiş olar ki, bu da əmək qanunvericiliyinin prinsipləri ilə ziddiyyət təşkil edər. Konstitusiya prinsipi olan bərabərlik prinsipi bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 2014-cü il 28 yanvar tarixli Qərarı). Əmək Məcəlləsinin 2-ci maddəsinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Göründüyü kimi, qanunverici əmək hüquq münasibətlərinin tənzimlənməsinin subyektlərin hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməli olduğunu təsbit etmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. 56.Kollegiya hesab edir ki, məhkəmə iddianın istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) və ezamiyyə xərcinin gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün 1% ödənişin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmiş, həmin hissədə qətnamə maddi hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. 57.Belə ki, ƏM-nin 172-ci maddəsinin 5-ci hissəsində əmək haqqının gecikdirilməsi halında 1% pulun tutulması müəyyən olunmuşdur. İddiaçının gecikdirilməsini tələb etdiyi istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzi (kompensasiya) və ezamiyyə xərci ƏM-nin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqına daxil deyildir. 58.Buna görə də, qətnamə qeyd olunan hissələrdə ləğv olunmalı, iddia qeyd olunan hissələrdə təmin edilməməlidir. 59.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(005)-2813/2022 saylı qətnaməsi iddianın-xx.xx.2020-xx.xx.2021-ci illər üzrə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, xx.xx.2021xx.xx.2022-ci illər üzrə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən, İddiaçı ödənildiyi xx.xx.2022-ci il tarixədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla müvafiq ödəncin, İddiaçı Özbəkistan Respublikasının Daşkənd şəhərində ezamiyyətdə olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üzrə ezamiyyə xərcinin gecikdirilməsinə görə onun ödəməli olduğu xx.xx.2021-ci il tarixdən başlayaraq həmin məbləğin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla ödənilməsinin təmin edilən hissələrində ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qeyd olunan hissələrdə təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov