Məhkəmə qərarları › İş №2(103)-201/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-201/2021

01.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-201/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı və surdotərcüməçi X3, Cavabdeh5 Əlimuxtar qızının, Cavabdeh5 Əlimuxtar qızının nümayəndəsi vəkil Sarıyev Əjdər Hakim oğlunun, Cavabdeh4 nümayəndəsi vəkil X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5 Əlimuxtar qızına və 3-cü şəxslər qismində cəlb etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və sair” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4297/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh5 Əlimuxtar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5 Əlimuxtar qızına və üçüncü şəxslər qismində cəlb etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi idarəsi və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin özəlləşdirilməsi ilə əlaqədar 19 saylı notariat ofisində aparılmış notariat hərəkətinin (razılıq ərizəsinin) etibarsız hesab edilməsi, həmin mənzilin özəlləşdirilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh5 Əlimuxtar qızının adına verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, özəlləşdirmədən sonra mənzilə Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4 qeydiyyatlarının etirbarsız hesab olunması və onların mənzildən istifadə hüquqlarına xitam verilməsi, mənzilin özəlləşdirmədən əvvəlki ilkin hüquqi vəziyyətə qaydatılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin özəlləşdirilməsi ilə əlaqədar 19 saylı notariat ofisində aparılmış notariat hərəkətinin (razılıq ərizəsinin) etibarsız hesab edilməsi, həmin ünvanda yerləşən mənzilin özəlləşdirilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh5 Əlimuxtar qızının adına verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, qeyd olunan özəlləşdirmədən sonra cavabdeh tərəfindən köçürülmüş Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4 mübahisəli yaşayış sahəsindən çıxarılması və həmin halın onların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsini, mənzilin özəlləşdirilmədən əvvəlki ilkin hüquqi vəziyyətinə qaytarılmasını xahiş etmişdir (səh.159); Cavabdeh5 Əlimuxtar qızı iddia ərizəsinə etiraz təqdim edərək iddianın həm əsassız olduğu üçün, həm də iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verdildiyi üçün iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir (səh. 94,179). Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası ƏM Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinin məhkəməyə ünvanladığı sorğuya cavabdan da göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 maasivi, ev 12, mənzil 35 003985 saylı, xx.xx.1992-ci il tarixli orderlə Cavabdeh5 Əlimuxtar qızına məxsus olmuş, ailə tərkibi orderlə Cavabdeh5özü, Dosiyev S.Ə-əri, Dosiyev E.S.-oğlu, İddiaçıƏ-gəlini kimi qeyd olunmuşdur; Azərbaycan Respublikası ƏM Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 14 saylı vəkil bürosuna ünvanladığı sorğuya cavaba əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 maasivi, ev 12, mənzil 35 saylı mənzil İddiaçı razılıq ərizəsinə, 003985 nömrəli, xx.xx.1992-ci il tarixli orderə, 19 saylı MKİS-in 138 saylı xx.xx.2006-ci il tarxili Forma-2 arayışına əsasən xx.xx.2006-cı il tarixdə Cavabdeh5 Əlimuxtar qızının adına ilkin qeydiyyatdan keçirilmişdir (səh.108); Azərbaycan Respublikası ƏM Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı sorğuya cavabdan görünür ki, İddiaçı- həmin mənzilin Cavabdeh5 Əlimuxtar qızının adına özəlləşdirilməsinə etiraz etmirəm-məzmunlu ərizəsinə əsasən Yeni Yasamal 1, bina 12, mənzil 35 ünvanındakı mənzilin Cavabdeh5 adına özəlləşdirilməsinə razılıq vermişdir (səh.154-158); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Bakı şəhəri, Yeni Yasamal 1, bina 12, mənzil 35 ünvanındakı mənzilinə köçürülməsi, İddiaçı Bakı şəhəri, Yeni Yasamal 1, bina 12, mənzil 35 ünvanındakı mənzildən istifadə hüququnun itirilməsinə dair qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsi qət edilmişdir (səh.17); xx.xx.2005-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərara əsasən, Cavabdeh5 Əlimuxtar qızının və X5 əməllərində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır (İ cild, səh.177). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4297/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən mənzilin özəlləşdirilməsi ilə əlaqədar 19 saylı notariat ofisində aparılmış notariat hərəkəti (mənzilin özəlləşdirilməsinə dair İddiaçı razılıq ərizəsi) etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən mənzilin özəlləşdirilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh5 Əlimuxtar qızının adına verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, ödənilmiş 20 manat dövlət rüsumunun 15 manatı Cavabdeh5 Əlimuxtar qızından tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 20 manat dövlət rüsumunun 05 manatı İddiaçı aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasında “Mənzil Fondunun Özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11,09.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 22-ci bəndinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 354; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 218-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı öz təhsilin lal-karlar üçün fəaliyyət göstrən məktəbdə almış və latın qrafikası ilə oxumağı və yazmağı bacarmamışdır. İddiaçının latın qrafikalı əlifba ilə yazıb-oxumağı bacarması məhkəməyə təqdim olunan sübutlarda öz əksini tapmamışdır. Göstərilən hala əsaslanaraq məhkəmə qeyd edir ki, notariat hərəkətlərinin aparılması üçün kar, kor və karlal şəxs savadsızdırsa, notariat hərəkətləri mütləq surdotərcümçəçinin iştirakı ilə həyata keçirilməlidir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, (hər iki tərəfin mübahisləndirmədiyi hal) notariat hərəkətləri yalnız üç şəxsin- hazırki mülki iş üzrə İddiaçı, Cavabdeh5 Əlimuxtar qızının və notarius hərəkətlərini həyata keçirən şəxsin iştirakı ilə həyata keçirilmişdir. Buna görə də iddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin özəlləşdirilməsi ilə əlaqədar 19 saylı notariat ofisində aparılmış notariat hərəkəti (mənzilin özəlləşdirilməsinə dair İddiaçı razılıq ərizəsi) etibarsız hesab edilməli, həmin razılıq ərizəsi əsasında verilmiş ünvan 1 ünvanında yerləşən mənzilin özəlləşdirilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh5 Əlimuxtar qızının adına verilmiş MH seriyalı, ******* nömrəli çıxarış ləğv edilməlidir. Məhkəmə araşdırması zamanı Cavabdeh5 notariat hərəkətinin həyata keçirilməsində onun, Sevdanın və notariusun iştirak etdiyini bildirmiş və notariat orqanına məhkəmə tərəfindən ünvanlanmış sorğuya cavaba ehtiyac olmadığını bildirmiş və qeyd etmişdir ki, iddiaçı notariat ofisində aparılmış hərəkətlərin məzmunu bilmişdir və tərcüməçiyə ehtiyac olmamışdır. Daha sonra iddiaçının nümayəndəsinin sualına cavab olaraq da bildirmişdir ki, iş materiallarında olan əlyazma formasında Sevdaya təqdim edilmiş ərizə onun tərəfindən yazılmış və yoxlanılması üçün Sevdaya vermişdir. Göründüyü kimi iddiaçı lal-kar olduğundan və ona cavabdehin də qeyd etdiyi kimi fərqli məzmunlu ərizə verildiyindən və notariat hərəkətlərində surdotərcüməçi iştirak etmədiyindən mənzilin özəlləşdirilməsinə dair İddiaçı iradə ifadəsinin olması müəyyən edilmir, əksinə iş materialları ilə onun aldadıldığı öz təsdiqini tapır. Həmçinin cavabdeh tərəf ərizəsində iddia müddətinin keçdiyinə istinad etmiş və müddətin tətbiqini istəmişdir.Mülki Məcəllədə mübahisələndirilən əqdlərdə əqdin mübahisələndirilməsi üçün müddət pozuntunu, şəxsin bildiyi və bilməli oluğu andan 1 il qeyd edilir, iddiaçı tərəf məhkəmə baxışında qeyd etmişdir ki, mübahisədən onlara qarşı kompensasiya ödənilməklə hakim Toğrul Axundovun sədrliyi ilə işə Yasamal Rayon Məhkəməsində baxılan zaman məlumatları olmuşdur və bu halın mübahisələndirildiyi halda sübut etmə yükünün cavabdeh tərəfin üzərinə düşdüyünü bildirmişdir. Əks mövqeni cavabeh tərəf məhkəmə baxışında sübut edə bilməmişdir. İş üzrə hüququn mübahisələndirilməsi müddəti keçməmişdir. Həmçinin, ünvan 1 ünvanında yerləşən mənzilə özəlləşdirmədən sonra cavabdeh tərəfindən köçürülmüş Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4 mübahisəli yaşayış sahəsindən çıxarılması, həmin halın onların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab olunması və mənzilin özəlləşdirilmədən əvvəlki halına qaytarılması hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının belə hüquqa malik olması iş materialları ilə öz təsdiqini tapmır. Cavabdeh5 Əlimuxtar qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2-(004)-4297/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsini ləğv edərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MPM-in 9, 385, 387, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı xx.xx.1989-cu ildə oğlu X7 ilə ailə həyatı qurmuş və toydan sonra birlikdə əvvəlki Bakı şəhəri Yasamal rayonu, A.Qarayev küçəsi, döngə 14-də yerləşən 4 saylı evdə yaşamağa başlamışlar. Daha sonra isə oğlunun ailəsi ilə birlikdə hazırda yaşadıqları ünvana köçdülər. İddiaçı oğlu ilə nikaha girdirdən sonra övladları olmamış, uşaqlıqdan lal-kar xəstəsi olmuşdur. Oğlu isə həmçinin 1-ci qrup əlil, agır fomada şəkər, kor, iflic, həm də vərəm xəstəsi oluğu üçün yataq xəstəsi idi və daimi olaraq köməyə ehtiyacı vardı. Oğlu rəhmətə gedəndən sonra İddiaçı onunla yaşamaq istədiyini bildirdi və onun bu istəyini razılıqla qarşıladı və evində onlarla birlikdə yaşamağına razılıq verdi. Sonra İddiaçı kənar şəxslərin təsiri ilə məhkəməyə mürəciət etmişdir. Belə ki, 2006-cı ildən onunla iddiaçı arasında mübahisəli mənzillə əlaqədar dəfələrlə məhkəmədə və polisdə mübahisələr olmuşdur. Bu mübahisələrdə hər dəfə onun tərəfindən mübahisəli mənzilin onun adına özəlləşdirilməsi ilə tələblər səsləndirilmişdir. Mübahisəli mənzilə dair iddia tələbi əsassızdır və həmin razılıq ərizəsi onun iradə ifadəsi ilə heçbir kənar təsirə məruz qalmadan verilmişdir. Notariat kontorunda o, Sevda və Notarius olmuşdur. Məhkəmə iddiaçının iddiasını təmin edərkən mühüm əhəmiyyəti olan faktiki hallan aydınlaşdırmamış və tərəflərin mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmişdir və nəticədə əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. İşin nəticəsinə mühüm təsir göstərən halların obyektiv və tam araşdırılmasına məhkəmə maraq göstərməmiş, bu hallardan yan keçməklə ədalətsiz qətnamə çıxarmışdır. Ona görə də hazırkı iş üzrə çıxarılmış qətnamə apellyasiya instansiyasında ləğv edilməli və əsassız qəbul olunmuş iddia rədd edilməklə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi vəkil Sarıyev Əjdər Hakim oğlu apellyasiya şikayətini müdafiə edərək, İddiaçı yazmağı və oxumağı bildiyini, 11 illik orta təhsil məktəbini bitirdiyini, savadı olduğunu, sənədləri oxumağı və imza etməyi bacardığını, iddiaçının razılığı və Cavabdeh5 mübahisəli evi özəlləşdirdiyini, çıxarış əldə etdiyini, bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 Əlimuxtar qızı apellyasiya şikayətini müdafiə edərək, iddiaçının təhsilinin olduğunu, özünün mənzili özəlləşdirmək üçün razılıq verdiyini, hətta Karlar Cəmiyyətinə müraciət edərək ərizəni orada tərcümə etdirdiyini, həmin ərizənin onun tərəfindən yazılıb iddiaçıya təqdim edilmədiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi vəkil X8 mübahisəli mənzilin Cavabdeh5 Əlimuxtar qızının mənzili iddiaçının razılığı ilə özəlləşdirdiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, ərinin vəfatından sonra qaynanası ilə Bakı şəhəri 19 saylı Notariat Ofisinə gəldiklərini, ona sənəd təqdim edərək imzalamasını istədiklərini, lakin qaynanasına inanmadığı üçün həmin sənədi Karlar Cəmiyyətinə gətirib orada yoxlatdırdığını, mübahisəli mənzildə birgə yaşacaqlarını bildirdiyini, bundan sonra həmin ərizəyə imza etdiyini, qaynanasının çox sevindiyini, sonra aralarında mübahisə düşdüyünü, qaynanasının mənzildən çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, iddia ərizəsi ilə müraciət etdikdən sonra əvvəlki mülki işin dayandırıldığını, bir otaqlı mənzil verilərsə evən çıxmağa razı olduğunu, Notariat Kontorunda imzaladığı ərizə qaynanası tərəfindən əlyazma ilə yazıldığını, lakin birinci instansiya məhkəməsin məhkəmə iclasında Notariat Kontoru tərəfindən çap şəklində ərizə təqdim edildiyini, həmin ərizənin isə onun tərəfindən imza edilmədiyini, Bakı şəhəri 19 saylı Notariat Kontorunda kitaba imza atdığını, cavabdehlərin izahatlarının yalan və şər olduğunu, Dilarənin öz əli ilə ərizəni yazdığını etiraf etdiyini bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, və 3-cü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və Bakı şəhəri 19 saylı Notariat Ofisinin nümayəndələrinin iştiraklarını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı müəyyən olunur: Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika xüsusi inernat məktəbinin xx.xx.2019cu il tarixli arayışa əsasən, X9 1977-ci ildə keçmiş Kar uşaqlar üçün 3 saylı Respublika xüsusi inernat məktəbinin azərbaycan bölməsinin 1-ci sinifə qəbul edilmiş və 1987-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir (səh.262); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 4/863 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin İİ cildinin 38-ci vərəqəsində İddiaçı adından olan razılıq ərizəsində “imza Qrafasındakı imza-İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 125 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılarkən məhkəmə kollegiyası Azərbaycan Respublikasında “Mənzil Fondunun Özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11,09.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 22-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 324, 337-354, 390.1, 390.4; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82.1, 82.3, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə qəbul edilərkən müəyyən edilmiş sübutlardan və tələbin əsaslarından səhv nəticə hasil olmuş, hər bir cavabdehə qarşı yönələn tələbin prosessual mahiyyəti müəyyən edilməmiş, notariata qarşı iddia irəli sürülmədən onun təsdiq etdiyi sənədin etibarsızlığna dair tələb irəli sürülmüş və onun hərəkətlərinin qanuniliyi müzakirə edilmişdir, tələbin etibarsızlığı ilə bağlı olduğu nəzərə alınaraq qanunla müəyyən edilmiş müddətlər ötürülmüş, iddiaçının ehtimal etdiyi hüququnun pozulmasını bilməli olduğu an müəyyən (sübut) edilməmiş, savadlı olan (qüsurlu olması barədə işdə sübut olmayan) iddiaçının savadsızlığı və mütəxəssislə təmin olunmama əsasıyla iddia qismən təmin edilmişdir. Bundan əlavə, apellyasiya icraatı zamanı iddianın əsasları dəyişdirilmiş və razılıq ərizəsinin iddiaçı tərəfindən imzalanmadığı iddia edilmiş, əlavə araşdırılma üzrə bu xüsusat da öz təsdiqin tapmamışdır. Qətnamə, əsassız iddianın qismən təmin edilməsini bərqərar etdiyindən və qanunvericilik səhv təfsir olduğundan, ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd, apellyasiya şikayəti isə təmin edilməli, məhkəmə məsrəfləri tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh5 Əlimuxtar qızının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4297/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi (təmin edilən hissədə) ləğv edilsin. İddia ərizəsi (təmin edilən hissədə) ünvan 1 ünvanında yerləşən mənzilin özəlləşdirilməsi ilə əlaqədar 19 saylı notariat ofisində aparılmış notariat hərəkəti (mənzilin özəlləşdirilməsinə dair İddiaçı razılıq ərizəsi) etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən mənzilin özəlləşdirilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh5 Əlimuxtar qızının adına verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsində təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 125 (bir yüz iyirmi beş) manat məbləğdə pul vəsaitinin tərəflərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar