Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2024/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “aliment ödənilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçınin iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı aliment ödənilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X6. xx.xx.2006-cı il təvəllüdlü X1 üçün Cavabdeh əmək haqqının 1/2 hissəsində alimentin İddiaçı xeyrinə tutulması, eyni zamanda birgə nikah dövründə əldə edilmiş Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “AAAF-PARK" (hazırki Abşeron City yaşayış kompleksi) yaşayış massivi, 240-B saylı binadakı ümumi sahəsi 99,6 kv.m olan 3 saylı mənzil və Xırdalan şəhəri, Heydər Əliyev prospekti. “AAAF-PARK" (hazırki Abşeron City yaşayış kompleksi) yaşayış massivi, 240-B (hazırki 240D) saylı binadakı ümumi sahəsi 20 kv.m olan qeyri-yaşayış sahəsi üzərində 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə cavabdehin payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, alimentin uşaqların yetkinlik yaşına çatanadək cavabdehdən onun xeyrinə 2022-ci ilin fevral ayından tutulmasını xahiş etmişdir. ərizəsini onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş, mediasiya prosesində iştirakla bağlı təklifdən, poçt qəbzindən göründüyü kimi iddiaçı tərəfindən 2022-ci ilin fevral ayından etibarən cavabdehdən aliment tələb etmişdir. Lakin cavabdeh ona hədələdiyi üçün mediasiyada iştirak edə bilməmiş, nəticədə prosesi məhkəmədə davam etdirə bilmişdir. 2022-ci ilin fevral ayından tələb etsə cavabdeh onu ödəməkdən boyun qaçırmışdır.
3. Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş, İddiaçı mülkiyyətində olmaqla Cavabdeh icazəsi və xəbəri olmadan satılmış “Toyota RAV-4” minik markalı, 90PU625 (indiki dövlət qeydiyyat nişanı 90PF347) dövlət qeydiyyat nişanlı avtomobilin real bazarı müəyyən edilməklə satışından əldə olunmuş pul məbləğinin 1/2 hissəsinin və lazer aparatının alınmasına xərclənmiş pul məbləğinin 1 /2 hissəsinin cavabdehdən tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3297/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment tutulması” barədə tələbi üzrə mülki işin ayrıca icraata ayrılması; İddiaçı Cavabdeh qarşı “cavabdehlə birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işdə 2(005)- 3297/2022 nömrəsinin saxlanılması; İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə yeni nömrə verilməsi; İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə mahiyyəti üzrə baxılmasının təyin edilməsi qərara alınmışdır.
5. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Mehriban Əfəndizadə) ilə iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixdən başlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-16(005)-2/2022 saylı qərardadı nəzərə alınmaqla xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat, cəmi 600 (altı yüz) manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
6. İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, qətnamədən alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması hissədə narazıdır. Qətnamədə iddiaçının mediasiyaya müraciət etdiyi tarixdən alimentin hesablanması qərara alınıb, hesab edir aliment müvəqqəti təminat tədbiri barədə qərardadda olduğu kimi xx.xx.2022-ci tarixdən hesablanmalıdır. Çünki iddiaçı 28 fevraldan 27 iyul tarixinədək məhkəməyə müraciət edə biləcəyi halda etməmişdir. Bu səbəbdən, qətnamənin alimetin tutulması vaxtı hissədə dəyişdirilərək, alimentin xx.xx.2022-ci il tarixdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
8. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
9. Bakı Şəhəri Nərimanov Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AZ-İ 744245 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
10. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2009cu il tarixli, AZ-İİ 251993 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
11. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZ-İİ 614894 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022- ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.
13. X5 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh ünvanlanmış nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment tələbinə dair mediasiya prosesinin tətbiqi ilə bağlı təklifdən müəyyən olunur ki, X5 xx.xx.2022-ci il tarixdə Cavabdeh mediasiya vasitəsi ilə mübahisənin həll edilməsini təklif etmişdir.
14. X5 tərəfindən ünvan ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, X5 nikahın pozulması və aliment mübahisəsi ilə əlaqədar mediatorun təyin edilməsini xahiş etmişdir.
15. X2 Sevinc Rza qızına göndərilmiş SMS bildirişdən müəyyən olunur ki, onu MŞB/6-1508 nömrəli iş (aliment tələbi) üzrə xx.xx.2022-ci il saat 15:15-də X3 iştirak etməyə dəvət etmişlər. Tətbiq edilən maddi hüquq normaları: Ailə Məcəlləsi:
16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
17. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur.
18. Maddə 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
22. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
23. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
24. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
25. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
28. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
30. Hazırkı halda iddiaçı tərəfindən apellyasiya şikayətində alimentin məbləği hissəsində mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən alimentin tutulma tarixi hissədə yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin tutulması tarixinin müəyyən edilməsi zamanı Ailə Məcəlləsinin 100.2 və 100.3-cü maddələrinə istinad etmiş, haqlı olaraq qeyd etmişdir ki, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2022-ci il tarixdə aliment tələbi ilə bağlı mediasiyaya müraciət etməsi nəzərə alınaraq alimentin tutulması tarixi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Mülki iş materialları ilə iddiaçının mediasiyaya xx.xx.2022-ci il tarixdə müraciət etməsi təsdiq olunur.
33. Beləliklə, məhkəmənin cavabdehin mübahisələndirdiyi alimentin tutulma tarixi hissədə gəldiyi nəticə işin hallarına görə əsaslı və qanunun tələblərinə uyğun olduğundan apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
34. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəldiyindən, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
36. Hazırkı halda, apellyasiya şikayəti əsasında qəbul edilmiş qətnamə ilə tutulan aliment məbləği mübahisələndirilən beş ay hissədə 5000 manatı keçmədiyindən prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov