Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2027/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: paylı mülkiyyət, payın naturada ayrılması, ekspert rəyinin mötəbərliliyi, paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) X8, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “əmlakların açıq hərracdan satılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh adına qeydiyyatdan keçən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 30 saylı evin 37 saylı mənzilinin, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 507 saylı evin 39 saylı və 40 saylı mənzillərinin, ünvan 1 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahənin, “Mersedes Benz” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı, “Mersedes 220” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində ½ (ikidə bir) hissədə X1, ½ (ikidə bir) hissədə Cavabdeh pay hüququ, X1 adına qeydiyyatdan keçən “Volkswagen Tiguan” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ (ikidə bir) hissədə X2, ½ (ikidə bir) hissədə Cavabdeh pay hüququ müəyyən edilmişdir.
2. Həmin qətnamədən İddiaçı (Məhərrəmovanın) verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin olunmamış, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin 29 iyul 2020ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “gəlirin bölüşdürülməsi və pulun tutulması” tələbi təmin olunmuş, Bakı şəhəri, İ. Qutqaşınlı küçəsi 507 saylı evin 39 və 40 saylı mənzilləri üzərində Cavabdeh özbaşına sahiblik edib sərəncam verərək əldə etdiyi 92 800 manat məbləğində gəlirin Cavabdehla İddiaçı arasında bərabər bölünməsi, 46 400 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. Eyyubova X5 Anar Abel oğluna qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə vəya birinci instansiya məhkəməsi) müraciət edərək, ½ hissəsi onun, ½ hissəsi Cavabdeh mülkiyyətində olan ünvan 5, 37 saylı, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi ev 507, 39 saylı və Bakı şəhəri İ.Qutqaşınlı küçəsi ev 507, 40 saylı mənzillərin naturada bölünməsi, bölgünün "xxxx" MMC-nin verdiyi ekspert rəyində bölgü sxemlərinə uyğun müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə Cavabdeh payının 28 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan onun payı ilə əvəz etməklə, müvafiq olaraq 27 saylı qaraja Cavabdeh ½ hissəsinə olan mülkiyyət hüququna xitam verməklə 27 saylı qarajın onun mülkiyyəti, 28 saylı xüsusi sahəyə (qaraja) ½ hissədə olan onun mülkiyyət hüququna xitam verməklə 28 saylı qarajın Cavabdeh mülkiyyəti hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh adına qeydiyyatdan keçən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 30 saylı evin 37 saylı mənzili, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 507 saylı evin 39 və 40 saylı mənzilləri, ünvan 1 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahələr, “Mersedes Benz” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı, “Mersedes 220” markalı **- FK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində ½ hissədə onun, ½ hissədə Cavabdeh, onun adına qeydiyyatdan keçən “Volkswagen Tiguan” markalı ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ hissədə onun, ½ hissədə Cavabdeh pay hüququ müəyyən olunmuşdur. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyasının qətnaməsi isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda ümumi paylı mülkiyyətdə olan əmlaklardan istifadə edə bilmir, belə ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 30 saylı evin 37 saylı mənzilinin ½ hissəsinə mülkiyyət hüququ olduğu, hətta mənzilə 3 uşağı ilə köçürülməsi barədə qanuni qüvvəyə minmiş qətnamə mövcud olduğu halda Cavabdeh mənzilə köçürülməsinə və paylı mülkiyyətindən istifadə etməsinə maneə törədir. Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 507 saylı evin 39 və 40 saylı mənzillərində olan ümumi paylı mülkiyyət hüququ da Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, mənzillər yeni inşa edilən binada yerləşir, Cavabdeh həmin mənzilləri uzun müddətdir ki, icarəyə verir və gəlir götürür. Həmin mənzillər onun razılığı olmadan birləşdirilmişdir, icarəyə verilmişdir və orada fotostudiya fəaliyyət göstərir. Beləliklə Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ümumi paylı mülkiyyətdən istifadə edə bilmir və mülkiyyət hüquqları kobud şəkildə pozulur. Cavabdeh niyyəti onu paylı mülkiyyətində olan əmlaklardan məhrum etməkdir. Bölgü nəticəsində az olan hissəni də qəbul etməyə hazırdır.
6. Cavabdeh (nümayəndəsi) isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, bərabər paylar kimi müəyyən edilmiş ünvan 5, 37 saylı, ünvan 2, 39 saylı, ünvan 2, 40 saylı mənzillərin, ünvan 1 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahələrin hərracdan satılması və satış pulunun paylarına uyğun mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, birinci ekspert bölgünün mümkün olmamasını qeyd etmiş, ikinci rəydə də bölgünün zərər vurulmadan mümkün olmayacağı göstərilmişdir. Hazırda 37 saylı mənzilin bərabər və zərər vurulmadan bölgüsü mümkün deyildir, həmçinin zərər vurulacağı halda nə qədər zərərin olacağı bilinmir. Ola bilər ki, elə bir zərər olsun ki, evin dəyərinin yarısından çoxunu tutsun. İddiaçı bölgü istəyinə görə niyə bahalı bir mənzil darmadağın olmalıdır? Onlar bilmir ki, bölgü zamanı nə qədər xərc çıxacaqdır?. Ev bölündüyü halda təmirli mənzil dağılmış vəziyyətə düşəcəkdir. Qapılar, arakəsmələr, kommunal xətlər və s. dəyişəcəkdir. Burada vahid qovşaq vardır. 37 saylı mənzil çox bahalı materiallardan düzəldilmiş və təmir edilmiş bir mənzildir. 37 saylı mənzildə onlar öz payını 1,5 milyon manat qiymətləndirmiş, qarşı tərəfin onların paylarını alması ilə bağlı təklif də göndərmişlər. Lakin qarşı tərəf bunu qəbul etməmişdir. “Mülki Məcəllənin 220.6 və 221-cü maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin qərarında göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. İlkin layihə ilə indiki layihə tamamilə fərqlidir. Bölgü zamanı kifayət qədər xərc cıxacaqdır və bu niyə tərəflər arasında bölünməlidir? Tərəfin bəlkə bu qədər imkanı yoxdur. Təmsil etdiyi tərəf dövlətdən maaş alan bir vətəndaşdır və bu qədər pula gücü çatmaya bilər. Ekspertlər suallara tam cavab verməmişlər. Təmirsiz mənzildə bölgü problem deyil, lakin təmirlidə bu mümkün olmayacaqdır. Naturada bölünsə belə mübahisə bitməyəcəkdir, bunun icrası mümkün olmayacaqdır. Qiymətlə bağlı isə yekun rəy yoxdur. Qarşı tərəf ekspertizada göstərilən qiymətlə onların qarşı tərəfin paylarını alması və yaxud qarşı tərəfin onların payını alması təklifinə razı deyildir. Qarşı tərəfin istəyi ilə onların üzərinə mənzil bölünərsə bölgü xərcləri qoyula bilməz. Qanuni baxımdan isə əgər tərəflər arasında razılaşma ilə mümkün deyilsə bu, məhkəmə tərəfindən pul kompensasiyası müqabilində müəyyən oluna bilər. Eyni binada qarşı tərəfə təmirli, öz payına düşən hissədə başqa mənzil vermək təklifinə də qarşı tərəf razı olmamışdır. Rəylərlə bölünmə mümkün olmadığı üçün qarşılıqlı iddia vermişdir. Naturada bölgü mümkün olmadığı üçün qarşı tərəfə payları almasını bildirmişlər, lakin qarşı tərəf bildirmişdir ki, onlar nə paylarını satır, nə də alırlar. Belə olan halda qanun deyir ki, ya pul kompensasiyası olmalıdır, ya da hərraca çıxmalıdır. Qarşılıqlı iddia təmin olunmalı, tərəflərin hüquqlarının pozulmaması üçün əmlaklar hərraca çıxarılmalıdır. Ola bilər ki, qarşı tərəf hərraca çıxmamışdan əvvəl də əmlakları yüksək məbləğə alan alıcı tapsın, belə olduğu təqdirdə onlar buna etiraz etməyəcəkdir. Hazırda isə bölünərsə bir tərəfə 3 balkon, 2 sanuzel, digər tərəfə 1 balkon və 1 sanuzel düşür. Mətbəx isə 3 balkonu olan tərəfə düşür. Bölgü zamanı çoxlu texniki məsələlər ortaya çıxa bilər. Heç bir icraçı bunu edə bilməyəcəkdir və icra mexanizmi yoxdur.
8. İddiaçı nümayəndəsi (vəkili) qarşılıqlı iddia tələbinə etiraz etmiş, ilkin iddia tələbini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, təmsil etdiyi şəxsin paylı mülkiyyətdən istifadə hüququ vardır və real bölgü mümkün olduğu halda əmlak hərraca çıxarılmalı deyildir. Ər-arvadın birgə əldə etdiyi əmlakla bağlı məcburi hərrac keçirilə bilməz, qarşılıqlı iddia baxılmamış saxlanılmalıdır.
9. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatı əsasında rəy verən ekspert Hüseyn Məmmədov xx.xx.2021-ci il tarixli rəyində göstərmişdir ki, ünvan 5, mənzil 37-də ilkin layihə üzrə sahəsi 110,91 m2 olan mənzil, ünvan 2 ünvanındakı ümumi sahəsi 212,6 m2 olan 39 nömrəli mənzil və ünvan 1 ünvanındakı yaşayış binasının – 2-ci mərtəbəsində yerləşən bir maşın üçün ayrılmış 27 saylı xüsusi sahə bir payçıya; Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi ev 30, mənzil 37-də ilkin layihə üzrə sahəsi 154,89 m2 olan mənzil, İ.Qutqaşınlı küçəsi ev 507 ünvanındakı ümumi sahəsi 149,63 m2 olan 40 saylı mənzil və İ.Qutqaşınlı küçəsi 507-511 ünvanındakı yaşayış binasının – 2-ci mərtəbəsində yerləşən bir maşın üçün ayrılmış 28 saylı xüsusi sahə isə digər payçıya verilə bilər.
10. Birinci instansiya məhkəməsinin təyin etdiyi əlavə ekspertiza tədqiqatı əsasında rəy verən ekspert Elməddin Aslanlı xx.xx.2021-ci il tarixli rəyində göstərmişdir ki, “ünvan 3 ünvanında yerləşən 37 saylı mənzili ilkin layihə üzrə təşkil edən mənzillərin sahələrinin bir-birindən fərqli (43.98 m2) olduğunu nəzərə aldıqda, faktiki vəziyyət üzrə həmin mənzilin tərəflər arasında bərabər bölünməsi mümkün deyil. Bununla yanaşı ilkin layihə üzrə mövcud olmuş mənzillərin ortaq divarları boyunca böyük sahəli (154.89 m2) mənzilin daxilində sanitar qovşaq yerləşdiyinə görə hər hansı ara divar qoymaqla və ya konstruktiv dəyişiklik edilməklə sahələrin təyinatı üzrə istifadə imkanı itirilmədən bərabər sahələrin yaradılması mümkün deyil. ünvan 4 ünvanında yerləşən 39 və 40 saylı mənzillərin bərabər paylar üzrə bölünməsi ilkin layihə üzrə mövcud olan mənzillərin sərhədləri boyunca mümkün deyil. Lakin 39 saylı mənzilin rəyə əlavə edilmiş sxemdə göstərilən arakəsmə divarı vasitəsi ilə 32.3 m2 sahəsinin ayrılaraq 40 saylı mənzilə qatılması yolu ilə təmin edilə bilər. ünvan 1 ünvanında yerləşən mübahisələndirilən qaraj iki maşın üçün nəzərdə tutulmuşdur və faktiki vəziyyətdə hər birinin sahəsi 13 m2 olmaqla ayrıc xətti ilə 2 hissəyə ayrılmış vəziyyətdədir. Bir qayda olaraq mənzillərdə bölgü aparılarkən əlavə qapının yeri bölgü variantından asılı olaraq müəyyən edilir. Faktiki vəziyyətdə ünvan 5 ünvanında yerləşən 37 saylı mənzilin bərabər paylar üzrə bölünməsi mümkün olmadığına görə bu sualn cavablandırılması mümkün olmadı. Maşınların saxlanılması üçün ayrılmış 27 və 28 №-li sahələrin ölçüləri bərabər olmaqla, eni 3.17 metr, uzunluğu isə 4.3 metr (sahəsi 13 m2) təşkil edir. ünvan 5 ünvanında yeləşən 37 №-li mənzilin ümumi sahəsi 265.98 m2 olmaqla eyni mərtəbədə yerləşən, ümumi sahəsi 110.91 m2 və 154.89 m2 olan iki mənzilin birləşdirilməsi ilə yaradılmışdır. ünvan 4 ünvanında yerləşən 39 saylı mənzilin faktiki sahəsinin 141.13 m2, 40 saylı mənzilin faktiki sahəsinin isə 205.8 m2 olduğu müəyyən edildi. 27 və 28 №-li maşınların saxlanılması üçün ayrılmış xüsusi sahələrin hər birinin sahəsi 13 m2-dir. Autocad programı vasitəsilə hazırlanmış müvafiq sxemlər ekspert rəyinə əlavə olunmuşdur”.
11. İddiaçı nümayəndəsinin (vəkilinin) məhkəməyə təqdim etdiyi 24 yanvar 2022-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində, 30 saylı binanın 37 saylı mənzilinin ilkin layihəsinə əsasən əvvəl iki ayrı-ayrı mənzillər olmasını, ayrı-ayrılıqda giriş-çıxış yolunun olduğunu, 2 sanitar qovşağı və yardımçı tikililərdən ibarət olduğunu nəzərə alaraq (ilkin layihə üzrə) arakəsmələri, giriş-çıxış yollarını və yardımçı tikililəri bərpa edilməklə, paylardan cüzi ölçüdə (0,11 kv.m) kənara çıxmaqla (158,64 və 158,75 kv.metr olmaqla) naturada təcrid şəklində iki hissəyə-mənzillərə bölünməsi (ayrılması) İnşaat Norma və Qaydalarının 08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X6 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür.
12. Birinci instansiya məhkəməsinin təyin etdiyi təkrar ekspertiza tədqiqatı əsasında rəy verən "xxxx" MMC-nin mütəxəssisinin xx.xx.2022-ci il tarixli rəyində aşağıdakılar göstərilmişdir: “Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşmlı küşəsində, 37 saylı mənzilin yerləşdiyi 30 saylı 16 mərtəbəli binanın ilkin layihəsinə əsasən tədqiq edilən əmlak iki ayrı-ayrı mənzillərdən ibarət olmuşdur. Rekonstruksiyadan əvvəl ayrı-ayrılıqda giriş-çıxış yollarının mövcudluğunu, 2 ayrı sanitar qovşağı və yardımçı tikililərdən ibarət olduğunu nəzərə alaraq (ilkin layihə üzrə) arakəsmələri, giriş-çıxış yollarını və yardımçı tikililəri bərpa etməklə, paylardan cüzi ölçüdə kənara çıxmaq şərtilə naturada təcrid şəklində iki hissəyə-mənzillərə bölünməsi (ayrılması) İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X6 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Belə ki, ümumi sahəsi çox olan mənzildən ümumi sahəsi az olan mənzilə sxem 2-də göstərildiyi kimi sahə ayrılaraq hər biri 138,37 kv.m və 137,31 kv.m olmaqla cüzi ölçü fərqilə bölgü aparılır. Bu zaman kommunikasiya xətləri - elektrik fiti, qaz və isti döşəmə yerlərinin daşınması zərurəti yaranır, bununla belə xüsusi sahələrin təyinatı üzrə istifadə imkanı itirilmir. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 37 saylı mənzilə bölgüyə uyğun olaraq (ilkin vəziyyətdə olduğu kimi ikinci qapının açılması mümkündür. Bu qapının açılması hər 2 mənzilin təyinatı üzrə istifadə imkanını itirmir və tikinti norma və qaydalarını pozmur. ünvan 6 ünvanında yerləşən 39 və 40 saylı mənzillərin faktiki vəziyyəti ilə ilkin vəziyyəti arasında fərq mövcuddur. Belə ki, hər 2 mənzilin daxilində rekonstruksiya işi aparılaraq daxili arakəsmələrdə dəyişikliklər aparılmışdır. İlkin layihəyə əsasən hər mənzilin ayrıca giriş qapısı olmuşdur. Rekonstruksiya zamanı 40 saylı mənzilin qapısı hörülərək, girişçıxış 39 saylı mənzil vasitəsilə təmin olunmuşdur. Tədqiqat zamanı müəyyən edilmişdir ki, ünvan 7 ünvanda (Altes Plaza) 11-ci mərtəbədə yerləşən 40 saylı mənzilin qapısının yenidən bərpa edilərək ayrıca giriş-çıxışın təmin edilməsi mümkündür. Eyni zamanda sahə, planlı bölgü baxımından 39 və 40 saylı mənzillərin bərabər 2 hissəyə bölünməsi təyinatı üzrə istifadə imkanını itirmədən və tikinti norma və qaydalarını pozmadan mümkün hesab edilir (sxem 4). Belə ki, ümumi sahəsi çox olan mənzildən ümumi sahə az olan mənzilə sxem 4-də göstərildiyi kimi sahə ayrılmaqla hər biri 161,4 kv.m və 162,08 kv.m olmaqla cüzi fərqlə bölgü aparılır. Bölgü zamanı tikinti norma və qaydalarına əməl edilmiş və hər 2 mənzilin kommunikasiya ilə təmin edilməsi nəzərə alınmışdır. ünvan 1 ünvanında -2-ci mərtəbəsində yerləşən iki maşın üçün ayrılmış qaraja baxış keçirilən zaman məlum olmuşdur ki, sarı xətlərlə əhatələnmiş 27 və 28 saylı qarajlar bərabər ölçüdədir və hər birinin ayrılıqda ölçüləri 14,85 kv.m təşkil edir (sxem 5)”.
13. Birinci instansiya məhkəməsinin təyin etdiyi komission texniki-tikinti ekspertiza tədqiqatı əsasında rəy verən ekspertlər (İlham Xudiyev, Xəyyam İskəndərov və Kamran Dünyamalıyev) xx.xx.2022-ci il tarixli rəylərində göstərmişlər ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 507 saylı evin 39 və 40 saylı mənzillərinin naturada paylara uyğun şəkildə, yəni bərabər paylarda evlərin qarajlardan təyinatı üzrə istifadə imkanı itirilmədən, əmlaka ziyan vurulmadan, mənzillərdə arakəsmələr yaradılmaqla və qapı boşluqları açılmaqla tikinti norma və qaydalarına əməl edilməklə tərəflər arasında bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 11,2.2, 2.4. və 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün təklif olunan variant rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Qeyd olunur ki, təklif olunan bölgü variantında mənzillər arasında yaranan sahə fərqi 0,68 kv.metr təşkil edir. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 30 saylı evin 37 saylı mənzilinin naturada paylara uyğun şəkildə, mənzillərdə arakəsmələr yaradılmaqla və qapı boşluqları açılmaqla, əmlaka ziyan vurulmadan bölünməsi texniki cəhətdən mümkün deyildir. Belə ki, həmin mənzil əvvəllər iki mənzildən ibarət olmuş, sonradan birləşdirilərək bir mənzil kimi rekonstruksiya edilmiş, eləcə də kommunikasiya və elektrik xətləri vahid bir mənzil kimi nəzərdə tütularaq quraşdırılmışdır. Lakin 37 saylı mənzildə müəyyən söküntü və təmir-tikinti işləri aparılaraq, faktiki bir mənzil üçün istifadə edilən kommunikasiya, eləcə də elektrik xətləri ayrılaraq iki mənzil üçün quraşdırılmaqla, həmin mənzilin naturada paylara uyğun şəkildə, mənzillərdə arakəsmələr yaradılmaqla və qapı boşluqları açılmaqla tikinti norma və qaydalarına əməl edilməklə tərəflər arasında bölünməsi İnşaat Norma və Qaydaları” 2.08.01,89-un 1. 1,2.2, 2.4. və 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün təklif olunan variant rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Qeyd olunur ki, təklif olunan bölgü variantında mənzillər arasında yaranan sahə fərqi 1,06 kv.metr təşkil edir. Həmçinin ünvan 1 ünvanında yerləşən, mübahisələndirilən qarajların iki avtomobil üçün nəzərdə tutulduğunu və ölçüləri eyni olduğunu nəzərə alaraq, həmin qarajların tərəflərin hər birinə bir avtomobil yeri ayrılmaqla 2 hissəyə bölünməsi texniki cəhədən mümkündür. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 30 saylı binanın 37 saylı mənzilinə ikinci qapının açılması, həmin qapının layihə üzrə nəzərdə tutulduğunu və ilkin vəziyyətdə mövcud olduğunu nəzərə alaraq texniki cəhətdən mümkündür. ünvan 1 ünvanında yerləşən iki mənzil üzrə sahəsi kiçik olan mənzilə sahəsi böyük olan digər mənzildən sahə ayrılaraq verilməsi, arada divar qoyulmaqla paylara yaxın (0,68 kv.m və 1,06 kv.m fərq nisbəti ilə) şəkildə düzəldilməsi mümkündür və bu zaman kommunal qovşaqların dəyişdirilməsi tələb olunur. Lakin həmin işlərin dəyəri, bölgü zamanı yerinə yetirilməli söküntü, tikinti-təmir işlərinin həcmi dəqiqləşdirildikdən sonra müəyyən oluna bilər. ünvan 1 ünvanında yerləşən 27 və 28 saylı avtomaşın üçün ayrılmış xüsusi sahələrin-qarajların sahələri bərabər olmaqla, hər birinin sahəsi 17,425 m2 təşkil edir. Mübahisələndirilən qarajların iki avtomobil üçün nəzərdə tutulduğunu və ölçüləri eyni olduğunu nəzərə alaraq həmin qarajların tərəflərin hər birinə bir avtomobil yeri ayrılmaqla 2 hissəyə bölünməsi mümkündür. Lakin həmin qarajların təyinatı üzrə istifadəsi nəzərdə tutulmaqla hər birinin bərabər payda bölünməsi texniki cəhətdən mümkün deyildir. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 30 saylı evin, 37 saylı mənzilinin ümumi sahəsi faktiki vəziyyətdə 317,39 kv.m., Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 507 saylı evin 39 saylı mənzilinin ümumi sahəsi 203,27 kv.m., Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 507 saylı evin 40 saylı mənzilinin ümumi sahəsi 138,68 kv.m. və ünvan 8 ünvanında yerləşən 27 və 28 saylı qarajların hər birinin ayrı-ayrılıqda sahəsi 17,425 kv.m. təşkil edir. Tədqiq olunan mənzillərin bölgü variantı, eləcə də bölgü zamanı hansı yenidənqurma işlərinin görülməsi rəyə əlavə olunmuş sxemdə və rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Bakı şəhəri, Yasamal rayonu, İ Qutqaşınlı küçəsində yerləşən 30 saylı binanın 37 saylı mənzilnin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 754 400 manat, 5% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 716 700 manat, Bakı şəhəri, Yasamal rayonu, İ Qutqaşınlı küçəsi, 507 saylı evin 39 və 40 saylı mənzillərin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 697 500 manat (341,95 x 2040 manat), həmin mənzilin likvid dəyəri təqribən 662 600 manat, Bakı şəhəri, Yasamal rayonu, İ Qutqaşınlı küçəsi, 507 saylı evin zirzəmisində yerləşən qarajların hər birinin hazırki orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 28 000 manat məbləğində, həmin qarajların hər birinin likvid dəyəri təqribən 26 600 manat məbləğində müəyyən edilir.
14. Məhkəmə iclasında dindirilmiş ekspert X7 bildirmişdir ki, 37 saylı mənzilin bölünməsi üçün evin bütün təmirinin pozulmasına ehtiyac yoxdur. 37 saylı mənzildə telefon, işıq, qaz, su xətti ümumiləşdirilmişdir. 37 saylı mənzildə su xətlərinin keçdiyi yer divar daxili olduğu üçün haradan keçməyini dəqiq deyə bilmir. 37 saylı mənzildə sanitar qovşağının yanında - mətbəxin arxasında vahid olaraq su xətləri birləşmişdir. Binanın layihəsi işin içində vardır və 37 saylı mənzilin əvvəlki vəziyyəti əksini tapmışdır. 37 saylı mənzildə elektrik xətləri divar daxilidir və görünmür, amma onların hamısının vahid birləşməsi mətbəxin arxasında yerləşir. 37 saylı mənzildə işıq, qaz, su sisteminin ayrılması üçün müəyyən söküntülər aparılmalıdır. Ola bilər arakəsmələr də sökülsün, ola bilər ki, divarlar da yarılsın. 37 saylı mənzil ilkin variantda ayrı-ayrı mənzil olduğu üçün onların kommunal xətləri ayrı nəzərdə tutulmuşdur, bir mənzil kimi birləşdiyi üçün sonradan isə xətlər birləşdirilmişdir. Təklif etdiyi sxemlə binanın ilkin layihəsindəki sxem 37 saylı mənzildə məyyən işlər görülməklə üst-üstə düşür. 37 saylı mənzildə onların təklifi ilə yükdaşıyan divarlara toxunmaq olmaz və yerində qalırlar. 37 saylı mənzildə təmirdən sonra yükdaşıyan divarlarda dəyişikliyin olması ilə bağlı tətqiqat aparmamışdır. Təklif etdiyi bölgüdə 37 saylı mənzildə müəyyən işlər görüldükdən sonra mənzilin təyinatı üzrə istifadəsi mümkündür. Onlar 37 saylı mənzilin bölünərək, iki mənzil kimi istifadəsinin mümkün olması məsələsinə baxmış, əvvəlki layihədə nəzərdə tutulduğu kimi istifadəsi məsələsinə baxmamışlar. 37 saylı mənzildə qapılar biri köhnə nəzərdə tutulan yerdən, biri isə faktiki mövcud olan yerdən açılacaqdır. 37 saylı mənzildə onların təklif etdiyi rekonstruksiyaların evin indiki görünüşünün neçə faizinin itirilməsinə səbəb olacağı barədə suala cavab olaraq bildirir ki, bu görülən işlərin həcmindən asılıdır. Söküntü zamanı çox işlər ortaya çıxa bilər, bu barədə deyə bilmir. 37 saylı mənzildə bütün otaqlardan işıq xətti keçir. Kommunal xətlərin dəqiq haradan keçdiyini bilmir, söküntü aparılandan sonra müəyyən oluna biləcəkdir. Hər bir qarajın ayrılıqda təyinatı üzrə istifadə olunmaqla bölünməsi mümkün deyil, belə olduqda təyinatını itirər. 37 saylı mənzildə kommunal xətlərin bölgüsünün hansı qaydada olmasını verə bilmir, o gizli şəkildədir. Bölgü zamanı kommunal xətlərin hansı qaydada paylanması yalnız xətlərin üzəri açıldıqdıqdan sonra bilinə bilər. 37 saylı və 39, 40 saylı mənzildə eyni bərabər şəkildə kommunal xətlər bölünə bilər. Qarajların hər biri tərəflərin birinə verilə bilər.
15. Məhkəmə iclasında dindirilmiş ekspert X4 bildirmişdir ki, qiymətləndirmə apararkən tələb və təklif əsasında orta qiymət götürülür. Hətta bir binada mərtəbələr arasında qiymət fərqi olur. Onlar həmin ərazidə olan daşınmaz əmlakın satışı ilə məşğul olan şəxslərdə olan məlumatlar, internet saytlarında olan məlumatlar və mərkəzdə olan məlumatları müqayisə edərək orta bir qiymət götürürlər. Qiymətlə bağlı gəldikləri nəticə budur. 39-40 saylı mənzillərin vahid qiyməti rəydə yazılan qədərdir. Onların yazdığı qiymət təqribidir, həmin məbləğdən aşağı və ya yuxarı ola bilər. Dəniz mənzərəsi və sair amillər qiymətləndirmədə nəzərə alınmışdır.
16. Məhkəmənin 01 dekabr 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, ünvan 5, 37 saylı, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi ev 507, 39 saylı və ünvan 2, 40 saylı mənzillərin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə İddiaçı pay hüququnun müəyyən edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən 28 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə Cavabdeh pay hüququnun müəyyən edilməsi, Cavabdeh qarşılıqlı iddia tələbinin rədd olunması, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 150 (yüz əlli) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 350 (üç yüz əlli) manat məbləğində pulun İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət olunmuşdur.
17. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
17.1. Mübahisə predmeti olan əmlaklar üzərində məhkəmə qətnaməsinə əsasən tərəflərin hər birinin ½ hissədə payı müəyyən edilmişdir. Əmlakların naturada bölünməsinin mümkün olub-olmaması və hansı qaydada bölünməsinin müəyyən edilməsi ilə bağlı iş üzrə xx.xx.2021-ci il tarixli 10/1333 nömrəli, xx.xx.2021-ci il tarixli 10/5346 nömrəli, xx.xx.2022-ci il tarixli ƏEM/M 55-228/22 saylı ekspert və mütəxəssis rəyləri alınmış, qeyd olunan 3 rəy arasında ziddiyyətlər olduğundan yenidən ekspertiza keçirilməsinə ehtiyac yaranmış və xx.xx.2022-ci il tarixli rəy alınmışdır. 17.2. Mübahisə predmeti olan mənzillər iki ayrı mənzillərin birləşməsindən ibarətdir. Sonuncu ekspert rəyinə əsasən çox cuzi sahə fərqi ilə naturada bölgü mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsi mənzillərin bölünməsi nəticəsində sahəsi kiçik olan hissənin onun payında qalmasına razı olduğunu məhkəmə iclasında bildirmişdir. Cavabdehin nümayəndəsi isə heç bir bölgü ilə razı olmadığını bildirmiş, ancaq hərracın keçirilməsini tələb etmişdir. 17.3. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli, 10/3342-9/3758 nömrəli ekspert rəyi nəzərə alınmalı, ünvan 9, 37 saylı, Bakı şəhəri, İ Qutqaşınlı küçəsi, ev 507, 39 saylı və Bakı şəhəri, İ Qutqaşınlı küçəsi, ev 507, 40 saylı mənzillər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməlidir. 17.4. Ekspert rəyindən müəyyən olunur ki, mübahisə predmeti olan ünvan 6 ünvanında yerləşən 27 və 28 saylı qarajların tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi mümkün deyil. Lakin məhkəmə ekspert rəyini və ekspertlərin məhkəmə iclasında verdiyi ifadəsini nəzərə alaraq hesab edir ki, həmin qarajların tərəflərin hər birinin bir qaraja tam payı müəyyən edilməklə iki ayrı qaraj halında bölünməsi mümkündür. 17.5. Qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, qanunvericinin tələbinə uyğun olaraq ilk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməli, əmlakın naturada bölünməsi mümkün olmadığı halda iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququndan istifadə etməli, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi məsələsini mübahisələndirə bilər. Hazırda mübahisə predmeti olan əmlaklar barəsində ilkin iddia tələbi üzrə aradırma aparılaraq əmlakların naturada bölünməsinin mümkün olduğu müəyyən edilmişdir. İlkin iddia təmin edildiyindən qarşılıqlı iddia təmin edilə bilməz.
18. Qənaətinin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 220.3-cü, 220.4-cü, 220.6-cı, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 82.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına istinad etmişdir.
19. Qətnamədən Cavabdeh nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, istinad etdiyi ekspert rəyinin ziddiyyətli olmasını və həmin rəy əsasında həyata keçiriləcək bölgünün əmlaklara tənasübsüz zərər vuracağını, onların dəyərinin azalmasına və təmirlərinin pisləşməsinə, mənzilin birinin panoramasız, digərinin panoramalı olmasına səbəb olacağını nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
20. İddiaçı nümayəndəsi (vəkili) Afət Qazıyeva apellyasiya şikayətinə qarşı yazılı etiraz vermiş, etirazda aşağıdakıları göstərmişdir: “Mən Cavabdeh ilə boşandıqdan sonra 3 oğlan övladlarımla birlikdə yaşayıram. Nikah müddətində əldə edilən əmlaklar siyahısına 3 mənzil, 2 eyni sahədə yerləşən qaraj və 2 nəqliyyat vasitəsi daxildir. Həmin əmlaklarda hər birimizin ½ payı müəyyən edilmişdir. Baxmayaraq ki, 3 uşaq mənim himayəmdədir, məhkəmələr ədalətsizliyə yol verərək uşaqların mənafeyini paylar müəyyən edilərkən nəzərə almamışlar. İ.Qutqaşınlı küçəsində yerləşən 39 və 40 saylı mənzilləri Cavabdeh birləşdirmişdir, bir giriş qapısının yerini hördürərək mənzillərə bir qapıdan daxil olunur. Uzun müddət Cavabdeh məndən xəbərsiz fotostudoyaya icarəyə vermişdir, gəlir götürmüşdür. Bu fakt üzrə məhkəmə qətnaməsi mövcuddur. Mənzillər təmirsizdir. Mütəxəssis rəyinə görə mənzillərin real bölgüsü mümkündür, bölünən mənzillərin aralarında cüzi 0.5 kv.m. fərq var. Həmin mənzillərdən məhz sahəsi kiçik olanın mənə verilməsinə də razıyam. Həmin mənziilərin yerləşdiyi binada iki eyni sahəli qarajlar yerləşir. İ.Qutqaşınlı küçəsində yerləşən 37 saylı mənzil də iki mənzilin birləşdirilməsindən yaranmışdır, lakin reyestrdə bir mənzil kimi qeydiyyata alınmışdır. Ona görə mütəxəssiz rəyinə görə onun da real bölgüsü mümkündür. Cavabdeh ümumi əmlaklarda olan paylarımı ucuz qiymətə ələ keçirmək niyyətində olduğundan həmin əmlakların real bölgüsü aparılmadan hərrac vasitəsilə satılması barədə qarşılıqlı iddia ərizəsi vermişdir. Paylarımızın müəyyən edildiyi əmlaklar siyahısında 2 nəqliyyat vasitəsi də olmuşdur. Mən Cavabdeh inanıb, aramızda olan mübahisənin tez həllinin tapılması üçün hətta onun təkidi ilə ilk olaraq nəqliyyat vasitələri ilə bağlı notariat qaydasında razılığa gəldik. Beləliklə nəqliyyat vasitələrində də hər birimizin ½ paylarımız müəyyən edildiyi halda hər birimizə bir nəqliyyat vasitəsinin qalması razılığına gəldik. Mən fikirləşdim ki, eybi yoxdur əvvəlcə nəqliyat vasitələri üzrə razılığa gələk, sonra isə digər əmlaklar üzrə gələrik. Amma yanıldım. Vəkilimin də sözünə qulaq asmadım ki, bütün əmlaklarla bağlı bir razılığa gəlmək lazımdır. Daha sonra digər əmlaklarla bağlı razılığa gəlmək üçün Sazişdə Cavabdeh israrlı şərtləri nəzərə alınmaqla tərtib edildi, biz razılığa gəldik ki, hər birimizdə “Altes Plaza”da yerlkəşən mənzil və qaraj qalır. Qutqaşınlı küçəsində yerləşən 37 saylı mənzildən isə hər birimiz kiçik oğlumuzun xeyrinə imtina edirik. Müqavilənin təsdiq edilməsi üçün notariat kontorunda görüşəndə isə Cavabdeh Sazişi bağlamaqdan imtina etdi və söylədi ki, “bu dünənki söhbət idi”, dünəndə qaldı. Bu gün başqa gündür”. Beləliklə aramızda hazırlanan Müqavilə imzalanmadı.Mən hətta 39 və 40 saylı mənzillərin ayrılması üçün çəkilən xərci belə, həm də qapının da açılması üçün xərclərin mənim tərəfindən cəkilməsinə razı idim ki, aramızda olan məhkəmələrə tez bir zamanda son qoyulsun. Lakin Cavabdeh niyyəti məni incitmək, ələ salmaq və gələcəkdə onun irəli sürdüyü tələb üzrə mənzillərin hərrac vasitəsi ilə satılmasına nail olmaq, hərracdan əmlakların qanunsuz olaraq ucuz qiymətə əldə edilməsinə, beləliklə də mənim payım olan əmlakları ucuz qiymətə ələ keçirməkdir. Birinci instansiya məhkəməsi uzun sürən məhkəmə araşdırmasından sonra nəhayət ki, qanuni və ədalətli qətnamə çıxarmışdır. Xahiş edirəm Cavabdeh əssasız apellyasiya şikayətini təmin etməyəsinz. Çünki birinci instansiya məhkəməsi heç bir qanun pozuntusuna yol verməməklə, heç birimizin hüququnu pozmayaraq qanuni və ədalətli nəticəyə gəlmişdir. Xahiş edirəm izn verməyin ki, payım olan əmlakların satışından qiymətləndirmə, hərrac təşkilatı və Cavabdeh yararlansın. Birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərin hüququnu pozmur. Bir halda ki, paylarımız bərabərdir, qaraj sahəsinin isə ½ hissəyə bölünməsi ondan təyinatı üçün istifadəni mümkün etmir, eyni sahəli qarajların bir məndə, onun həmin qarajda mülkiyyət hüququna xitam verilməklə, digərinin isə onda, həmçinin onda olan qarajda mənim mülkiyyət hüququma xitam verilməklə real bölgü mümkündürsə niyə də aparılmasın?. Real bölgünün mənası da elə bu deyilmi? 37 saylı mənzilində real bölgüsü mümkündür. İstənilən bölgü aparılarkən mənzillərin zədələnməsi normal haldır və həmin xərcin məbləğini qabaqcadan müəyyən etmək mümkün deyildir. Bu fikir rəy verən ekspertə aiddir. Məhkəmə ədalətli real bölgünü aparmaqla həmçinin tərəfləri uzun sürən məhkəmə işlərindən uzaqlaşdırmışdır. Xahiş edirəm Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edəsiniz”.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları, verilən izahatlar
21. Cavabdeh məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, məhkəmə ünvan 9 ünvanında yerləşən 37 saylı mənzildə ümumiyyətlə ilkin vəziyyətindən fərqli arakəsmələr, işıq, su xəttlərinin yenidən çəkilməsi kimi işlərin görülməsi öhdəliyini tərəflərin üzərinə qoymaqla əmlakın vəziyyətini pisləşdirmiş, əmlakın dəyərinin düşməsinə səbəb olmuş, təmsil etdiyi şəxsin mənafeyinin xələl görməsinə səbəb olan qərar çıxarmışdır. Məhkəmə heç bir ekspert rəyinin əvvəlcədən müəyyən edilmiş qüvvəsinin olmadığını nəzərə almamış, ziddiyyətli olan ekspert rəyinə baxmayaraq ziddiyyətləri aradan qaldırmadan qanunverciliyin tələblərinə zidd nəticəyə gəlmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342- 9/3758 nömrəli ekspert rəyində faktiki olaraq ünvan 5, 37 saylı mənzilin bərabər paylarda və ziyan vurulmadan bölünməsinin mümkün olmaması göstərilsə də, məhkəmə həmin rəyə tənqidi yanaşmayaraq rəyi olduğu kimi qəbul etmişdir - halbuki, ekspert rəyinin 1-ci suala cavabında bölgü zamanı ünvan 3, 37 saylı mənzilin naturada paylara uyğun şəkildə mənzillərdə arakəsmələr yaradılmaqla və qapı boşluqları açılmaqla, əmlaka ziyan vurulmadan bölünməsinin texniki cəhətdən mümkün olmadığı qeyd edilmişdir. Digər mənzil olan Qutqaşınlı 507-511 ünvanda yerləşən mənzillərdə isə arada divar qoyulmaqla 0,68 kv.m və 1,06 kv.m fərq nisbəti ilə, yəni bərabər olmayan paylada bölünməsinin mümkün olması qeyd edilmişdir. Bölgü zaman da həmin fərqlə bölgü aparılmış, Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi ev 30, 37 saylı mənzilin bir hissəsinə 3 sanitar qovşaq, digər hissəsində 1 sanitar qovşaq düşdüyü, mənzilin birinin dənizə panoramalı, digərinin panoramasız olacağı nəzərə alınmamış, hansı tərəfə hansı hissənin, yəni az kv.m olan və ya çox kvadrat olan hissənin düşməsi məsələsinə aydınlıq gətirilməyərək sadəcə naturada bölgünün xx.xx.2022-ci il tarixli rəylə aparılması müəyyən olunmuşdur ki, bu da hüquqların pozulması, ayrı-seçkilik yanaşmasının yaradılmasıdır. İş materiallarında Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi 30 saylı binanın layihə sənədləri yoxdur, layihə sənədləri olmadan ekspertiza aparılması, arakəsmələr, söküntülər aparılması isə faktiki olaraq İnşaat Norma və Qaydalarının və metodiki tövsiyyələrin tələblərin ziddir. Məhkəmə bununla bağlı MTK-nı, Bakı İcra Hakimiyyətinin nümayəndələrini, FHN-i 3-cü şəxs kimi dəvət etmədən, binanın texniki pasportunu əldə etmədən texniki pasportsuz bölgünü həyata keçiriən ekspertin rəyini əsas götürərək digər şəxslərin də təhlükəsizliyini təhlükə altına alan bir qətnamə çıxarmışdır. Məhkəmə FHN-dən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə sanitariya və texniki norma və qaydalara uyğun olub-olmaması, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradıb-yaratmamasını müəyyən etməmişdir. Ekspert rəylərinin ziddiyyətli olması və son ekspert rəyinin də natamam və ziddiyyətli olmasına görə komisyon məhkəmə tikinti texniki ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verilsə də, məhkəmə əsassız olaraq həmin vəsatəti təmin etməmişdir.
22. İddiaçı məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) X12 apellyasiya şikayətinə qarşı yazılı etirazının məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
23. Məhkəmə kollegiyası tərəfindən mübahisəsi gedən əmlakların yerində müayinəsi həyata keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, ünvan 6 ünvanında, binanın 11-ci mərtəbəsində yerləşən 39 və 40 saylı mənzillər birləşdirilərək bir mənzil halına gətirilmiş, mənzillərin daxilində rekonstruksiya işi həyata keçirilərək daxili arakəsmələrdə dəyişikliklər aparılmış, 40 saylı mənzilin qapısı hörülərək giriş-çıxış 39 saylı mənzil vasitəsilə təmin olunmuşdur. 40 saylı mənzilin qapısının yenidən bərpa olunması, beləliklə də mənzillərə ayrıca giriş-çıxışın təmin edilməsi, mənzillərin təyinatı üzrə istifadə imkanını itirmədən və tikinti norma və qaydalarını pozmadan bərabər 2 hissəyə bölünməsi mümkündür, belə ki, ümumi sahəsi çox olan mənzildən ümumi sahə az olan mənzilə sahə ayrılmaqla hər biri 161,4 kv.m və 162,08 kv.m olmaqla cüzi fərqlə bölgü aparılır. Tərəflər (nümayəndələri) də bunun mümkünlüyünü mübahisələndirmirlər. Sözügedən mənzillərin ekspert rəyində göstərilən qaydada bölünməsinin mümkünlüyü məsələsi tərəflərin nümayəndələri ilə müzakirə olunarkən, İddiaçı nümayəndəsi istənilən hissənin, həmçinin sahəsi az olan hissənin onlara verilməsinə etiraz etmədiklərini bildirmişdir.
24. Yerində müayinə zamanı aydın olmuşdur ki, ünvan 6 ünvanında, binanın -2ci mərtəbəsində yerləşən iki maşın üçün ayrılmış, sarı xətlərlə əhatələnmiş 27 və 28 saylı qaraj yerləri bərabər ölçüdədir və hər birinin ayrılıqda ölçüləri 14-15 kv.m təşkil edir. Həmin qaraj yerlərinin tərəflərin paylarına uyğun şəkildə naturada bölünməsinin mümkün olmadığı mübahisəsizdir, çünkü belə bölünmə həmin qaraj yerlərinin təyinatı üzrə istifadəsinə olan imkanı aradan qaldıracaqdır.
25. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 30 saylı evin 37 saylı mənzilinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin mənzil iki mənzilin sonradan birləşdirilməsi nəticəsində bir mənzil kimi rekonstruksiya edilmiş, kommunikasiya və elektrik xətləri vahid bir mənzil kimi nəzərdə tutularaq quraşdırılmışdır. Mənzil yüksək səviyyədə təmir olunmuşdur, hazırda mənzildə daimi yaşayış yoxdur. Mənzil 2 ayrı mənzilin birləşdirilməsi yolu ilə rekonstruksiya edildiyindən, orada müəyyən söküntü və təmir-tikinti işləri aparılaraq, arakəsmələr yaradılmaqla və qapı boşluqları açılmaqla, faktiki bir mənzil üçün istifadə edilən kommunikasiya, eləcə də elektrik xətləri ayrılaraq iki mənzil üçün quraşdırılmaqla naturada paylara uyğun şəkildə bölünməsi texniki cəhətdən mümkündür. Lakin şübhəsizdir ki, belə bölgü zamanı mənzilin təmirinə zərər dəyəcəkdir. Ekspertin təklif etdiyi bölgü variantında mənzillər arasında yaranan sahə fərqi 1,06 kv.metr təşkil edir. İddiaçı nümayəndəsi sahəsi az olan və dənizə panoraması olmayan hissənin, yaxud hər hansı hissənin onlara verilməsinə etiraz etmədiyini bildirmişdir.
26. Cavabdeh nümayəndəsi (vəkili) ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 30 saylı evin 37 saylı mənzilində olan payının əvəzində ona həmin binadakı 25 saylı, ölçüsü 191,27 m2 olan təmirli mənzil təklif edirlər. Əgər bu təklif qəbul olunarsa, digər əmlaklarla bağlı da razılığa gələ və mübahisəni sülh yolu ilə həll edə bilərlər. Belə olan halda tərəflərə ziyan dəyməməklə yanaşı, Mehriban Eyyubavaya daha bahalı əmlak verilmiş olacaqdır.
27. İddiaçı nümayəndəsi (vəkili) sözügedən təklifi qəbul etmədiklərini, təmsil etdiyi şəxsin Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 30 saylı evin 37 saylı mənzilindəki payından imtina etmək istəmədiyini, həmin mənzili bilavasitə özünün öz zövqünə uyğun təmir etdirdiyini, əgər Cavabdeh həmin mənzillə bağlı razılığa gəlmək istəyirsə, mənzili övladlarının adına keçirməyə etiraz etmədiyini bildirmişdir.
28. Mübahisəsi gedən əmlaklarla bağlı tərəflərin arasında hər hansı digər razılaşmanın (kompensasiya ödənilməsi, digər əmlakla əvəz olunma və s.) əldə edilməsi ilə bağlı məhkəmə kollegiyasının təklifləri də nəticəsiz qalmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.
32. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
33. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
34. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
35. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
36. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
37. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
38. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
39. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
43. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
46. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
47. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
48. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
51. Mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir.
52. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir.
53. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (§ 36).
54. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin əldə etdiyi ekspert rəylərinə istinadən mübahisəsi gedən mənzillərin tərəflər arasında naturada bolgüsünün aparılmasının texniki cəhətdən mümkün olması barədə gəlmiş olduğu nəticə ilə razılaşmamaq üçün əsaslar mövcud deyildir.
55. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o halda kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun.
56. Yuxarıda qeyd olunduğu kimi, ünvan 6 ünvanında, binanın 11-ci mərtəbəsində yerləşən 39 və 40 saylı mənzillər sonradan birləşdirilərək bir mənzil halına gətirilmiş, mənzillərin daxilində rekonstruksiya işi həyata keçirilərək daxili arakəsmələrdə dəyişikliklər aparılmış, 40 saylı mənzilin qapısı hörülərək giriş-çıxış 39 saylı mənzil vasitəsilə təmin olunmuşdur. Naturada bölgünün ekspertin təklif etdiyi qaydada aparılmasının mümkünlüyü yerində müayinə zamanı da vizual olaraq müşahidə edilmişdir və əslində tərəflər (nümayəndələri) də bunun mümkünlüyünü mübahisələndirmirlər.
57. Kollegiya, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 30 saylı evin 37 saylı mənzilinin naturada bölgüsünün mümkün olmaması ilə bağlı Cavabdeh arqumentini də əsaslı hesab etmir; belə ki, həmin mənzilin təmirli olması və ekspertin müəyyənləşdirdiyi qaydada bölgü aparılarkən təmirə ziyan dəymə ehtimalının mövcudluğu, ayrılmaq istəyən mülkiyyətçinin müvafiq tələbinin rəddi üçün əsas ola bilməz. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənzilin təmirinə dəyəcək zərər “ümumi mülkiyyətdə olan əşyanın özünə tənasübsüz zərər dəymə” demək deyildir və bu zərər mülkiyyətçilərin hər ikisinin çəkəcəyi zərərdir.
58. Bununla yanaşı kollegiyanın qənaətinə görə məhkəmə, həyata keçiriləcək bölgü zamanı hansı hissə(lər)nin hansı mülkiyyətçiyə (payçıya) verilməsini konkretləşdirməməklə qətnamənin icrası zamanı çətinliklərin yaranma ehtimalına yol açmışdır.
59. Buna görə də kollegiya hesab edir ki, qətnamə “ünvan 5, 37 saylı, ünvan 2, 39 saylı və ünvan 2, 40 saylı mənzillərin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsi” hissəsində dəyişdirilməli, ünvan 9 ünvanında yerləşən 37 saylı mənzilin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsindən sonra sahəsi 158,64 m2 olaraq müəyyənləşdirilən hissəsi, ünvan 2 ünvanında yerləşən 39 və 40 saylı mənzillərin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsindən sonra sahəsi 161,4 m2 olaraq müəyyənləşdirilən hissəsi naturada ayrılaraq İddiaçı verilməlidir.
60. Kollegiya birinci instansiya məhkəməsinin ilkin və qarşılıqlı iddia tələblərinin ünvan 1 ünvanında yerləşən 27 və 28 saylı xüsusi sahələrlə (qarajlar) bağlı hissəsi üzrə gəldiyi nəticə ilə razılaşmır.
61. Belə ki, yuxarıda qeyd olunduğu kimi, həmin qarajların hər birinin üzərində tərəflərin ½ hissədə payları vardır və hər biri bir avtomobil üçün nəzərdə tutulmuş bu sahələrin təyinatına uyğun şəkildə tərəflərin paylarına mütənasib naturada bölgüsünün həyata keçirilməsi mümkün deyildir.
62. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”.
63. İşin hallarından mübahisəsiz şəkildə görünür ki, tərəflər arasında əmlaka sahiblik və ondan istifadədə razılaşma yoxdur, həmçinin onlar ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilməmişlər; qarajların tərəflərin paylarına uyğun şəkildə naturada bölünməsinin mümkün olmadığı da işin mübahisəsiz halıdır, Cavabdeh isə qarajlarla bağlı Mehriban Eyyubanın təklif etdiyi və məhkəmənin də məqbul gördüyü bölgü qaydası ilə razılaşmayaraq onların hərracdan satılmasını tələb etməkdədir. Tərəflər həmin qarajlarla bağlı biri-birlərinə kompensasiya ödəmək niyyətində də deyildirlər.
64. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sözügedən qaraj sahələri ilə bağlı hissədə müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, mübahisənin həllinə tətbiq etdiyi maddi hüquq normalarını düzgün təfsir etməmişdir.
65. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin müvafiq hissədə gəldiyi nəticə tərəflər arasında mübahisəyə son qoyacaq nəticə kimi görünsə də, payın naturada ayrılması institutunun mahiyyətinə uyğun nəticə deyildir.
66. Göstərilənlərə əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, qətnamə “Cavabdeh ünvan 1 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə İddiaçı pay hüququnun müəyyən edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən 28 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə Cavabdeh pay hüququnun müəyyən edilməsi” və Cavabdeh “ünvan 6 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahələrin hərracdan satılması və satış pulunun paylarına uyğun mütənasib surətdə bölüşdürülməsi” tələbinin təmin olunmaması hissələrində ləğv olunmalı, İddiaçı ilkin iddia tələbi həmin hissədə təmin edilməməli, ünvan 1 ünvanında yerləşən 27 və 28 saylı xüsusi sahələrin (qarajların) paylara uyğun naturada ayrılmasının qeyri-mümkün olduğu, həmçinin tərəflərin bir-birilərinə kompensasiya ödəmək niyyətində olmadıqları müəyyən edildiyindən, həmin sahələr (qarajlar) açıq hərracda satılmalı, onların satışından əldə edilən vəsait tərəflərin paylarına mütənasüb surətdə (hər birinə ½ hissə olmaqla) onların arasında bölüşdürülməlidir.
67. Kollegiya onu da qeyd edir ki, hərraca çıxarılmalı olan qarajların satış qiymətinin müəyyənləşdirilməsi zəruri deyildir. Belə ki, birincisi apellyatorun iddia ərizəsində qarajların qiymətinin müəyyənləşdirilməsi tələbi mövcud olmamışdır; ikincisi isə, paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması barədə qərar qəbul edərkən məhkəmənin həm də əmlakın hərracdan satış qiymətini müəyyənləşdirməli olması qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır. Əksinə, Mülki Məcəllənin 414.4-cü maddəsində hərracın auksion və ya müsabiqə formasında keçirildiyi, ən yüksək qiymət təklif etmiş şəxsin auksionda hərracı udmuş sayılacağı, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxsin isə müsabiqə üzrə hərracı udmuş sayılacağı müəyyənləşdirilmiş, beləliklə də əmlakın hətta real dəyərindən də yüksək qiymətə satılması üçün imkan yaradılmışdır. Hərracdan satılmalı olan əmlakın qiymətinin məhkəmə tərəfindən müəyyənləşdirilməsi mexanizmini nəzərdə tutan “İpoteka haqqında” Qanun isə hazırkı mübahisəyə tətbiq edilə bilməz; çünkü həmin qanunun 39.3-cü maddəsinin təyinatı, tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın satışının mövcud bazar qiymətinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdən, bununla da tərəflərdən birinin əlverişsiz vəziyyətə düşməsinin qarşısını almaqdan ibarətdir. Qanun yaranmış vəziyyətdə həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafeyinin eyni həcmdə müdafiə edilməsini tələb edir. Hazırkı mübahisə isə eyni hüquqlu şəxslər arasında yaranmaqla onlar, açıq hərraca çıxarılacaq əmlaklarının ilkin satış qiymətini qarşılıqlı razılıq əsasında, razılıq əldə etmədikdə isə, qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət etməklə müəyyən edə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə görə isə, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.
68. Kollegiya məhkəmə xərclərinə də münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunmalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-70/2022 saylı iş üzrə 01 dekabr 2022-ci il tarixli qətnaməsi “Cavabdeh ünvan 1 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə İddiaçı pay hüququnun müəyyən edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən 28 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, həmin hissəyə Cavabdeh pay hüququnun müəyyən edilməsi” hissəsində ləğv olunsun. İddiaçı ilkin iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə “ünvan 5, 37 saylı, ünvan 2, 39 saylı və ünvan 2, 40 saylı mənzillərin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsi” hissəsində dəyişdirilsin. ünvan 9 ünvanında yerləşən 37 saylı mənzilin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsindən sonra sahəsi 158,64 m2 olaraq müəyyənləşdirilən hissəsi naturada ayrılaraq İddiaçı verilsin. ünvan 2 ünvanında yerləşən 39 və 40 saylı mənzillərin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsindən sonra sahəsi 161,4 m2 olaraq müəyyənləşdirilən hissəsi naturada ayrılaraq İddiaçı verilsin. Qətnamə Cavabdeh “ünvan 6 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahələrin hərracdan satılması və satış pulunun paylarına uyğun mütənasib surətdə bölüşdürülməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunsun. Həmin hissədə qarşılıqlı iddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 27 və 28 saylı xüsusi sahələrin (qarajların) paylara uyğun naturada ayrılmasının qeyri-mümkün olduğu, həmçinin tərəflərin bir-birilərinə kompensasiya ödəmək niyyətində olmadıqları müəyyən edildiyindən, həmin sahələr (qarajlar) açıq hərracda satılsın və onların satışından əldə edilən vəsait tərəflərin paylarına mütənasüb surətdə (hər birinə ½ hissə olmaqla) onların arasında bölüşdürülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə