Məhkəmə qərarları › İş №2(103)-2039/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2039/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2039/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbiə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-cu il tarixli, 2(011)-671/2020 saylı qərardadından iş üzrə cavabdeh tərəfindən verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-671/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı xx xxxx 2020-ci il tarixdə apelyasiya şikayəti vermiş və ərizə ilə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-671/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi müddətin ötürülməsini üzrlü hesab edərək, mülki işin mahiyyəti üzrə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Covid-19” pandemiyası ilə əlaqədar rayona gediş-gəliş məhdudlaşdırıldığından apellyasiya şikayətini vaxtında yazdıra bilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-671/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-671/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa edilmişdir. Cavabdeh qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil şəxsən iştirak etmişdir və işin nəticəsi barədə məlumatlı olmuşdur. Bundan başqa tərəfin də özünün qeyd etdiyi kimi qətnaməni may ayında qəbul etmişdir və qətnamədən şikayət vermək üçün kifayət qədər müddəti olmuşdur. Hesab edirik ki, birinci instansiya məhkəməsi işin faktiki halları barədə düzgün olmayan, lazımi sübutlarla təsdiqini tapmayan qənaətə gəlmiş və qərardadın qəbul edilməsi işin faktiki hallarına uyğun deyildir. Məhkəmə ərizəni təmin edilməsi barədə qənaətinə gələrkən mötəbər sübutlar araşdırılmamış, qərardad ərizəçinin faktiki və hüquqi əsası olmayan, uydurma dəlilləri əsasında qəbul edilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası ərazisində xx.xx.2020-ci il tarixinində xüsusi karantin rejiminin elan edilməsi, ölkə ərazisində sms rejiminin tətbiq edilməsi əsasən iş apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa etmişdir. Qeyd edirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarı ilə xüsusi karantin rejimi elan olunmuşdur. Həmçinin xüsusi karantin rejimi mərhələli olaraq xx.xx.2020-ci il-xx.xx.2020-ci il, xx.xx.2020-ci il-xx.xx.2020-ci il tarixlərini əhatə etmişdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarı ilə Cəlilabad rayonu ərazisində SMS icazə rejimi xx.xx.2020-ci il-xx.xx.2020-ci il aralığında tətbiq edilmişdir. Göründüyü kimi ərizəçinin istinad etdiyi və iş üçün əhəmiyyətli olan faktlar qanunla göstərilən sübutlarla təsdiq edilməmiş, bu fakt ərizəçi tərəfindən sübut edilməmiş və qərardadda göstərilən dəlillər işin faktiki hallarına uyğun deyildir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-872/2020 saylı qərardad ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Qədirova şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə və prosessual müddətin ötürülməsi üzürlü səbəbdən baş verməmişdirsə prosessual müddət bərpa olunmur və apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəlləsinin 133.1-cı maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, buraxılmış müddət yalnız buraxılmanın səbəblərini üzürlü hesab etdikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli, ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xx xxxx 2020-ci il, saat 00.00-dan xüsusi karantin rejimi elan edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X1 (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayilmasinin qarşisinin alınmasına dair əlavə tədbirlər haqqinda məlumatına əsasən, karantin rejimi sərtləşdirilmişdir. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunurdu. Göründüyü kimi, hazırki iş üzrə qəbul olunmuş qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət iddiaçıdan asılı olmayan səbəblərdən, yəni COVİD-19 pandemiyasının təsirləri səbəbindən ölkə ərazisində tədbiq edilmiş məhdudiyyətlər səbəbindən ötürülmüşdür. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri formal xarakter daşıyır və cavabdehin subyektiv mövqeyinə əsaslanır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-cu il tarixli, 2(011)-671/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 397-298 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-cu il tarixli, 2(011)-671/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanısın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar