Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2059/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi, eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pulun və mənəvi ziyanın ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 30000 avro məbləğində əsas borcun, 2012-ci ilin dekabr ayından hal-hazıradək hər gün üçün həmin məbləğin bir faizi miqdarında əlavə faizlərin tutulması, faizlərin tutulmasının qətnamə icra olunan günədək davam etməsi və cavabdehdən 50000 manat məbləğində mənəvi ziyanın tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pulun və mənəvi ziyanın ödənilməsi tələblərinə dair iddiasının qismən təmin edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır Daha sonra qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-594/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülməmiş hesab edilmiş və Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 həmin qətnamədən verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinə dəftərxana vasitəsi ilə xx xxxxxx 2021-ci il tarixdə sorğu daxil olmuşdür. Həmin sorğuda iddiaçının nümayəndəsi, eyni zamanda vəkili tərəfindən X1 tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayət verildiyi qeyd edilmiş və həmin şikayətə baxılması üçün hazırki mülki işin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və iddiaçının nümayəndəsi, eyni zamanda vəkili tərəfindən verilmiş şikayətə baxılması üçün iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 364-cü maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi, eyni zamanda vəkili tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-2059/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2059/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver