Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2061/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X7, Cavabdeh X3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4162/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “cehiz əmlakının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4162/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, qiyməti 3200 manat olan yataq mebel dəsti (taxt+matras, termo, dolab, tumba 2 ədəd), qiyməti 1800 manat olan künc divanı+jurnal masası, qiyməti 2000 manat olan stol+8 ədəd stul, qiyməti 200 manat olan taxt döşəyi, qiyməti 75 manat olan taxt yorğanı, qiyməti 100 manat olan tək nəfərlik döşək, qiyməti 50 manat olan tək nəfərlik yorğan, ümumi qiyməti 100 manat olan 4 ədəd balış, qiyməti 75 manat olan boz rəngli sintifon qış yorğanı, qiyməti 58 manat olan mavi rəngli bambuk taxt yorğanı, qiyməti 35 manat olan dəsmal materiallı, qırmızı naxışlı adyal, qiyməti 150 manat olan qızılı rəngli taxt örtüyü, ümumi qiyməti 3000 manat olan 2 ədəd Samsung smart televizoru (110 sm və 125 sm diaqonallı), qiyməti 120 manat olan ətçəkən, qiyməti 30 manat olan mikser, qiymətin 70 manat olan blender, qiyməti 90 manat olan çaynikli elektron samovar, qiyməti 170 manat olan mikrodalğalı soba, qiyməti 30 manat olan toster, qiyməti 250 manat olan tozsoran, qiyməti 50 manat olan ütü, ümumi qiyməti 1000 manat olan 4 ədəd çilçıraq (kvadrat formalı, 8 şamdanlı, 4 ədəd boz şamdanlı), ümumi qiyməti 700 manat olan 3 ədəd xalça, ümumi qiyməti 1300 manat olan 4 ədəd pərdə (yataq 1 ağ tül+qızılı tül, yataq 2 ağ tül+sarı dekor, qonaq otağı ağ tül+boz dekor, boş otaq ağ tül), ümumi qiyməti 50 manat olan 4 ədəd dekor pərdə sancağı, ümumi qiyməti 1700 manat olan 2 ədəd yemək, çay, kofe servis dəsti (kvadrat boz rəngli və dairəvi qızılı rəngli), qiyməti 200 manat olan göy rəngli çay servisi, qiyməti 150 manat olan rusiya istehsalı yaşıl emal qazan dəsti (6 qazan, çaydan, 3 ləyən, kruşka), qiyməti 230 manat olan türkiyə istehsalı bənövşəyi qranit qazan dəsti (4 qazan, 1 tava), qiyməti 350 manat olan almaniya istehsalı nikel qazan dəsti (4 qazan, 1 tava, 1 çaynik, 1 ləyən), ümumi qiyməti 60 manat olan 2 ədəd tefal tava, ümumi qiyməti 110 manat olan 2 ədəd 6 nəfərlik qaşıq-çəngəl dəsti, qiyməti 80 manat olan boz bıçaq dəsti, qiyməti 19 manat olan bənövşəyi bıçaq dəsti, qiyməti 85 manat olan rusiya istehsalı büllur güldan, ümumi qiyməti 100 manat olan 2 ədəd rusiya istehsalı olan dairəvi büllur meyvə qabı, qiyməti 35 manat olan büllur meyvə qabı, ümumi qiyməti 50 manat olan 2 ədəd büllur konfet qabı, ümumi qiyməti 24 manat olan 4 ədəd konfet qabının, qiyməti 75 manat olan büllur qrafin və 6 bakalın, qiyməti 29 manat olan qrafin və 6 bakalın, ümumi qiyməti 30 manat şüşə bakal, ümumi qiyməti 60 manat olan 12 ədəd büllur armudu stəkan, ümumi qiyməti 80 manat olan 12 ədəd büllur böyük stəkan, ümumi qiyməti 30 manat olan armudu stəkan nəlbəkisi, ümumi qiyməti 40 manat olan 12 ədəd böyük nəlbəki, ümumi qiyməti 25 manat olan 12 ədəd razetka, ümumi qiyməti 30 manat olan 2 ədəd dəm çayniki, qiyməti 40 manat olan ədviyyat dəsti, qiyməti 50 manat olan ütü masası, qiyməti 25 manat olan qoz çəkə, ümumi qiyməti 34 manat olan 2 qutu limon qabı, ümumi qiyməti 7 manat olan 6 ədəd duz qabı, qiyməti 35 manat olan büllur kül qabı, ümumi qiyməti 10 manat olan 2 ədəd kül qabı, ümumi qiyməti 40 manat olan 2 qutu büllur badələr, qiyməti 85 manat olan 2 ədəd nikel podnos, ümumi qiyməti 10 manat olan 2 ədəd sadə podnos, ümumi qiyməti 36 manat olan 12 ədəd çay dəsmalı, ümumi qiyməti 180 manat olan 4 ədəd hamam dəsmalı, ümumi qiyməti 483 manat olan 7 ədəd yataq taxt dəsti, ümumi qiyməti 180 manat olan 4 ədəd tək yataq dəsti, ümumi qiyməti 72 manat olan 12 ədəd əl-üz dəsmalı, ümumi qiymətinin 300 manat olan 6 ədəd süfrə, qiyməti 50 manat olan saç feninin cavabdehlər Cavabdeh1 və X2 alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Cavabdeh1 qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, iddia ərizəsində göstərilən əşyaların dəyərləri şişirdirilmiş, birinci instansiya məhkəməsi iş üzrə əmtəəşünaslıq ekspertizası keçirmədən, yalnız iddiaçının bildirdiklərinə əsaslanmaqla qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilərək, göstərilən əşyaların real bazar dəyərinin və onların iddiaçıya məxsus olub-olmamasının müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili M.Mahmudov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Quba Rayon Məhkəməsinin 2(027)-312/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 16 sentyabr 2018-ci il tarixində bağlanmış, 1 saylı Bakı “ASAN Xidmət” X8 tərəfindən həmin tarixli, 2653 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları X6, tələbkar İddiaçı atası Babaşov Əfqan İkram oğlunun, anası Babaşova Rəhimə Qulam qızının, borclu X3, X9 iştirakı ilə tərtib edilmiş 06 oktyabr 2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4162/2020 saylı icra vərəqəsinin icrası məqsədi ilə ünvan 1 ünvanına icra sənədində sadalanan əmlakların özgəninkiləşdirilməsini və istifadəsini borclulara və üçüncü şəxslərə qadağan edilməsi üçün gedilmiş, icra sənədində sadalanan əmlaklara baxış keçirilmiş, əmlakların hamısının yerində olduğu müəyyən edilmişdir. İcra sənədində sadalanan əmlakların özgəninkiləşdirilməsi və istifadə edilməsi borclu X4 və digərlərinə qadağan edilmişdir. Əmlaklar saxlanca X4 təhvil verilmişdir. Həmin akt Cavabdeh2, Y.Cavadova, Ə.Hüseynov, Ə.Babaşov və R.Babaşova tərəfindən imza edilmişdir. “xxxx” MMC-nin MB 14/0523 saylı, 26 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən künc divan+jurnal masasının dəyəri 1700 manat, tək nəfərlik döşəyin dəyəri 95 manat, qırmızı naxışlı adyalın dəyəri 40 manat, 2 ədəd Samsung smart TV (110 sm və 125 sm) televizorların dəyəri 2400 manat, 4 ədəd çilçırağın dəyəri 950 manat, 12 ədəd böyük stəkan dəstinin dəyəri 70 manat, 2 ədəd nikel podnosun dəyəri 80 manat, 7 ədəd yataq taxt dəstinin dəyəri 480 manat məbləğində müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2nın apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2nın apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. Belə ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlili kimi iddiaçı tərəfindən göstərilən əşyaların qiymətlərinin şişirdirilməsini göstərmişdir. Məhkəmə kollegiyasının 2(103)-2061/2021 saylı, 10 mart 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsində göstərilən əşyalarının qiymətlərinin müəyyən olunması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, “xxxx” MMC-nin MB 14/0523 saylı, 26 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən künc divan+jurnal masasının dəyəri 1700 manat, tək nəfərlik döşəyin dəyəri 95 manat, qırmızı naxışlı adyalın dəyəri 40 manat, 2 ədəd Samsung smart TV (110 sm və 125 sm) televizorların dəyəri 2400 manat, 4 ədəd çilçırağın dəyəri 950 manat, 12 ədəd böyük stəkan dəstinin dəyəri 70 manat, 2 ədəd nikel podnosun dəyəri 80 manat, 7 ədəd yataq taxt dəstinin dəyəri 480 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan əşyaların qiymətlərinin ekspert rəyinə əsasən iddiaçının tələb etdiyi qiymətdən daha az olması müəyyən edildiyindən, həmin əşyalara aid hissədə ekspert rəyinə müvafiq olaraq qətnamə dəyişdirilməlidir. Kollegiya eyni zamanda cavabdehin apellyasiya şikayətinin cehiz əmlaklarının iddiaçıya məxsus olub-olmamasının müəyyən edilməsi ilə bağlı dəlilinə münasibətdə bildirir ki, həmin əşyaların iddiaçıya aid olması birinci instansiya məhkəməsi tərəfindən mübahisəsiz qaydada müəyyən edildiyindən, şikayətin bununla bağlı dəlili əsassızdır. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh2nın apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinə göstrəilən cehiz əmlakının bir hissəsinə aid hissədə dəyişdirilməli, əşyalardan künc divan+jurnal masasının dəyəri 1700 manat, tək nəfərlik döşəyin dəyəri 95 manat, qırmızı naxışlı adyalın dəyəri 40 manat, 2 ədəd Samsung smart TV (110 sm və 125 sm) televizorların dəyəri 2400 manat, 4 ədəd çilçırağın dəyəri 950 manat, 12 ədəd böyük stəkan dəstinin dəyəri 70 manat, 2 ədəd nikel podnosun dəyəri 80 manat, 7 ədəd yataq taxt dəstinin dəyəri 480 manat müəyyən edilməli, əgər naturada həmin əşyalar olmasa onların hər birinin dəyərinə uyğun olaraq ümumilikdə, 5815 manat cavabdehlər Cavabdeh1 və X2 alınaraq İddiaçı verilməli, Cavabdeh2nın apellyasiya şikayəti qalan hissədə əsassız olduğundan təmin edilməməli və qətnamə onun şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməli, ekspertiza tədqiqatının dəyəri isə ½ hissədə (150 manat) olmaqla iddiaçı və Cavabdeh2ya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4162/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən dəyişdirilsin, cavabdehlər Cavabdeh1 və X1 divan+jurnal masasının dəyəri 1700 manat, tək nəfərlik döşəyin dəyəri 95 manat, qırmızı naxışlı adyalın dəyəri 40 manat, 2 ədəd Samsung smart TV (110 sm və 125 sm) televizorların dəyəri 2400 manat, 4 ədəd çilçırağın dəyəri 950 manat, 12 ədəd böyük stəkan dəstinin dəyəri 70 manat, 2 ədəd nikel podnosun dəyəri 80 manat, 7 ədəd yataq taxt dəstinin dəyəri 480 manat olan əşyalar, əgər naturada həmin əşyalar olmasa onların hər birinin dəyərinə uyğun olaraq ümumilikdə, 5815 (beş min səkkiz yüz on beş) manat alınaraq İddiaçı verilsin. Qətnamə Cavabdeh2nın apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat ½ hissədə bölünməklə - 150 (yüz əlli) manat olmaqla müvafiq olaraq İddiaçı və cavabdeh X2 alınaraq bank hesabı “xxxx” MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: “xxxx” ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2061/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2061/2021
16.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver