Məhkəmə qərarları › İş №2(103)-2063/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2063/2021

18.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2063/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçı c oğlunun iştirakı ilə, İddiaçı c oğlunun Cavabdeh "ailə münasibətləri üzrə sair mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4531/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(106)-160/2014 saylı qətnaməsinə əsasən X4 müalicəsi üçün əlavə xərclərdə iştiraka görə hər ay ondan tutulan 60 manat məbləğində maddi yardımın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2003-cü il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment və maddi yardım ödəniməsi təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(106)-160/2014 saylı qətnaməsinə əsasən Yardımlı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi qismən ləğv edilmiş, X5 onun “dəmir defisitli anemiya” xəstəliyi ilə əlaqədar müalicə olunması üçün hər ay 60 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin məbləğ onun aylıq əmək haqqından tutulmuşdur. Azərbaycan Respublikası SN-nin B.Eyvazov adına Elmi-Təhqiqat Hematologiya və Transfuziologiya İnstitutunun uşaq şöbəsinin xx.xx.2020- ci il trixli rəyində göstərilmişdir ki, X6 “İdiopatik trombositopenik purpura, xronik forma, residivli gediş və dəmir defisitli anemiya” diaqnozları ilə 2011-ci ilin iyun ayından mütəmadi olaraq müalicə almış, aparılan müalicələr fonunda uşağın vəziyyəti yaxşılaşmış, kliniki və hematoloji göstəricilər tam bərpa olunmuş, xəstənin müalicəsi 2017-ci ildən dayandırılmış və hazırda xəstə sağlamdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4531/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(106)-160/2014 saylı qətnaməsi ilə X4 müalicəsi ilə bağlı hər ay sabit pul məbləğində 60 manat müəyyən edilən əlavə xərcdən azad edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4531/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxx 2006-cı il təvəllüdlü X6 uşaqlıqdan qan xəstəliyindən əziyyət çəkir , mütəmadi olaraq müalicə olunur və ona “Dəmir defısitli anemiya” diaqnozu qoyulmuşdur . Birinci instansiya məhkəməsi düzgün olmayaraq AR SN B.Eyvazov adma Elmi- Tədqiqat Hematologiya və X3 Şöbəsinin xx.xx.2020-ci il tarixli rəyinə istinad edərək iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Halbuki bu xəstəliyin tam şəkildə sağalması mümkün deyildir , tam sağalma baş verməmişdir və hal-hazırda da müalicəsi davam edir, reseptlər yazılır, müvafiq dərman preparatları alınır və istifadə edilir. Məhkəmə tərəfindən iş tam araşdırılmadan, sağalmanın tam başa çatıb-çatmaması müəyyən edilmədən adi bir rəyə istinad edilmişdir. Halbuki, onun bu əlavə xərcləri ödəmək imkanı yoxdur. Məhkəmə iclasında iddiaçı c oğlu apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-160/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnamənin surətindən görünür ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi qismən ləğv edilmiş, İddiaçı xx.xx.2003-cü il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment və xx.xx.2006-cı il təvəllüdlü X4 xəstəliyi ilə bağlı əlavə xərcə görə hər ay sabit pul məbləğində 60 manat alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1641/2020 saylı qətnaməsindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-2364/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində müəyyən edilmiş və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilmişdir. İş materiallarında olan “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ tibbi ərazi bölmələrini idarəetmə birliyinin müalicə həkimi Babayev M.S-in rəyindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X6 “İdiopatik trombositopenik purpura, xronik forma, residivli gediş və dəmir defisitli anemiya” diaqnozları ilə 2011-ci ilin iyun ayından mütəmadi olaraq müalicə almış, aparılan müalicələr fonunda uşağın vəziyyəti yaxşılaşmış, kliniki və hematoloji göstəricilər tam bərpa olunmuş, xəstənin müalicəsi 2017-ci ildən dayandırılmış və hazırda xəstə sağlamdır. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X6 “İdiopatik trombositopenik purpura, xroniki forma residivli və dəmir defisitli anemiya” diaqnozları ilə 2011-ci ilin iyun ayından Milli Hematologiya və Transfuziologiya Mərkəzi mütəmadi olaraq müalicə olunmuşdur. Xəstənin vəziyyətinin yaxşılaşması ilə əlaqədar immun möhkəmləndirici terapiya alaraq sağalmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırma üçün 10 manat dövlət rüsumu ödəmişdir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır . Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2015-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərinmiqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Yuxarıdan sadalanan normaların məzmunundan da göründüyü kimi, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment məbləği dəyişməz deyildir. Qanunvericilik alimentin artırılması və ya azaldılmasını nəzərdə tutduğu kimi, aliment ödəməkdən azad edilməni də müəyyən etmişdir. Hazırki tələbdə qeyd edilən hal aliment öhdəliklərinə xitam verilmənin əsaslarında yoxdur. Lakin Ailə Məcəlləsinin 112-ci maddəsi ilə aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmaqla aliment ödəməkdən azad edilə bilməsi imkanı nəzərdə tutulmuşdur. İşin hallarından, o cümlədən Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsindən görünür ki, valideynin uşağa görə əlavə xərclərə cəlb olunmasının səbəbi xx.xx.2006-cı il təvəllüdlü X2 diaqnozu olan “idiopatik trombositopenik purpura, xroniki forma, residivli gediş, dəmir defisitli anemiya” xəstəliyi ilə bağlı olmuşdur. Hazırki iş materiallarından da müəyyən olunur ki, X1. Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçını Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(106)-160/2014 saylı qətnaməsi ilə X4 müalicəsi ilə bağlı hər ay sabit pul məbləğində 60 manat müəyyən edilən əlavə xərcdən azad etməklə düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır. Belə ki, Cavabdeh uşağın sağalmadığını, uşağa reseptlər yazıldığını, bu xəstəliyin heç vaxt sağalmadığını bildirsə də, həmin halların düzgünlüyü barədə mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, işdə olan tibbi sənədlərlə müəyyən edilmişdir ki, X6 müalicə olunaraq sağalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iddianın predmetini təşkil edən 60 manat əlavə xərcin 1 illik məbləği 2000 manatdan az olduğundan, MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə t e t d i: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4531/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar