Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2064/2025 10.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 3898/2020 nömrəli qərardadından cavabdeh Borclu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC-i cavabdeh Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 3.756 (üç min yeddi yüz əlli altı) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3.776 (üç min yeddi yüz yetmiş altı) manat pul vəsaitinin alınaraq ona verilməsi, barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3898/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli məhkəmə əmri ilə cavabdeh Borclu 3.756 manat əsas borc, 20 manat ödənilmiş dövlət rüsumunun iddiaçı ”Firstec” MMC-nin xeyrinə tutulmalıdır. Cavabdeh 17 dekabr 2024-cü il tarixdə etiraz təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3898/2020 saylı xx.xx.2020-ci il tarixli məhkəmə əmrini ləğv edib işin iddia icraatına keçirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə etiraz geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh Borclu şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarında məhkəmə əmrinin alınması ilə bağlı heç bir subut mövcud deyildir və məhkəmə ilk növbədə iş materilllarını araşdırıb borclunun məhkəmə əmrini poçt vasitəsi ilə alıb-almamasını araşdırmalı idi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qərardadın ləğvinə yönəldiyindən qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və aşağıda göstərilənlərə əsasən Məmmədova (Namazova) Şəhla Məmməd qızının Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin icraatında olmuş 2(005)-3898/2020 saylı, xx.xx.2020-ci il tarixli məhrəmə əmrinə etiraz ərizəsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Kreditor MMC-nin cavabdeh Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 3.756 ( üç min yeddi yüz əlli altı) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3776 (üç min yeddi yüz yetmiş altı) manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3898/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli məhkəmə əmri ilə cavabdeh Borclu 3.756 manat əsas borc, 20 manat ödənilmiş dövlət rüsumunun iddiaçı Kreditor MMC-nin xeyrinə tutulmasına dair qərar qəbul edilmişdir. Borclu qeyd olunan məhkəmə əmrinə etiraz etmiş, birinci instansiya məhkəməsi isə etirazı geri qaytarmaqla hesab etmişdir ki, əmrə etiraz 4 ildən artıq vaxt keçdikdən sonra verilmiş, müddətin buraxılması barədə ərizə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 134.1 və 134.1.7ci maddələrinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə əmrini rəsmi qaydada verməlidir. Həmin Məcəlləni 282-ci maddəsinə əsasən isə borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. İş materiallarından qeyd olunan məhkəmə əmrinin Borclu hansı tarixdə çatdırılması müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə əmri işdə iştirak şəxslərə rəsmi qaydada çatdırılmalı olsa da, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3898/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli məhkəmə əmrinin Borclu hansı tarixdə çatdırılması iş materiaları ilə müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi isə məhkəmə əmrinin Borclu çatdırılmasını müəyyən etmədən etirazı geri qaytarmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk növbədə iş materiallarını araşdırıb borclunun məhkəmə əmrini poçt vasitəsi ilə alıbalmamasını müəyyən etməli, daha sonra isə etirazın dəlillərinə qiymət verməli idi. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən halları nəzərə almayaraq Borclu tərəfidən verilmiş etirazı geri qaytarmışdır. Bundan əlavə, məhkəmə qərardadında Bakı şəhəri Nərimanov Rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlanılmasını göstərsə də, cavabdehin sözügedən əmrdən məlumatlı olub-olmamasını dəqiqləşdirmək üçün icra şöbəsindən əmrlə bağlı icra işi tələb edilib öyrənilmədən onun etirazına və qərardaddan verdiyi şikayətinə qiymət verilmişdir. Qeyd olunanları nəzərə almayan birinci instansiya məhkəməsinin cavabdehin əmrdən məlumatı olmamasının inandırıcı olmamasına dair qənaəti əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qeyd olunan göstərişlərə əməl edilməklə etiraza yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(05) 3898/2020 saylı qərardadı ləğv edilsin. Məmmədova (Namazova) Şəhla Məmməd qızının Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin icraatında olmuş 2(005)-3898/2020 saylı, xx.xx.2020-ci il tarixli məhrəmə əmrinə vermiş olduğu etiraza yenidən baxılması üçün iş materialları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-2064/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2064/2025
10.03.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver