Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2072/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2072/2025 (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edə və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-345/2025 nömrəli 06 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1057/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər "xxxx" MMC və X3 qarşı “ödənilməmiş məzuniyyət pulunun ödənilməsi və pul təzminatı tələbinə dair” iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır.
2. Ekspert vəsatətinin surətindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Murad Allahvediyev, İddiaçı xx.xx.2017-xx.xx.2023-cü illər ərzində işlədiyi dövrdə əmək haqqı ödəniş cədvəlləri, əmək haqqı ştat cədvəlləri, məzuniyyət əmrləri, əmək haqqının verilməsinə və alınmasına dair sənədlər, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DƏMX-nin mütəxəssisinin tətqiqata cəlb edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə vəsatət ünvanlamışdır.
3. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş məktubdan görünür ki, Məhkəmə-mühasibat eksperti qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət göndərilmiş, həmin vəsatətdə X1 xx.xx.2017xx.xx.2023-cü illər ərzində işlədiyi dövrlərdə əmək haqqı ödəniş cədvəlləri, əmək haqqı ştat cədvəlləri, məzuniyyət əmrləri, əmək haqqının verilməsinə və alınmasına dair sənədlər və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin mütəxəsisinin tədqiqata cəlb olunması xahiş edilmişdir. Lakin hal hazıradək vəsatətdə qeyd olunan sənədlərin və mütəxəssisin cəlb olunması təmin edilməmişdir.
4. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, məhkəmənin məktubu ilə məhkəmə ekspertiza mərkəzinə xx.xx.2024-cü il tarixdə 2(007)-1057/2024 saylı mülki iş üzrə əlavə sənədlər daxil olmuşdur. Həmin mülki iş xx.xx.2024-cü ildə icrasız geri qaytarıldığından mərkəzə təqdim olunmuş sənədlər geri qaytarılır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh vurduğu mənəvi ziyana görə 3000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, onun cavabdehlərə ("xxxx" MMC-yə və "xxxx" MMC-nin direktoru Cavabdeh) qarşı “ödənilməmiş məzuniyyət pulunun ödənilməsi və pul təzminatı barədə” iddia tələbi ilə əlaqədar olan 2(007)-1057/2024 saylı mülki iş Nizami Rayon Məhkəməsinin icraatındadır. Həmin mülki iş üzrə olan 2(007)-1057/2024 saylı xx.xx.2024cü il tarixli qərardadla təyin edilib və mülki iş üzrə icraat dayandırılıb. Ekspertizanın aparılması ekspertiza mərkəzinin eksperti Murad Allahverdiyevə həvalə edilib. X4 xx.xx.2024-cü tarixli məktubla məhkəmədən əlavə tədqiqat obyektlərinin və iş üzrə materiallarının təqdim edilməsini xahiş edib: əmək haqqı ödəniş cədvəlləri, əmək haqqı ştat cədvəlləri, məzuniyyət əmrləri, əmək haqqının verilməsinə və alınmasına dair sənədlər. Ekspertizanın tam, hərtərəfli, obyektiv və qısa müddətdə aparılmasını təmin emək məqsədilə iddiaçı tərəf olaraq tələb olunan həmin sənədləri almaq üçün cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh ünvanına (ünvan 2öndərib. Lakin cavabdeh həmin ünvanda yaşamasına baxmayaraq, qəsdən həmin məktubu qəbul etməkdən imtina edib. Hətta “Whatsapp” proqramı vasitəsilə onun nömrəsinə (***-***-**-**) ərizənin surətini göndəsə də, "xxxx" MMC-nin direktoru Cavabdeh qərəzli olaraq müraciətlərinə hec bir münasibət bildirməyib. Cavabdeh tərəfin qərəzli olaraq ərizəyə cavab verməməsi, yəni onunla əlaqədar olan mübahisəyə dair ekspertizanın aparılması üçün lazım olan sənədləri qərəzli olaraq verməməsi, onun hərəkətləri nəticəsində məhkəmədə mülki işə baxılmasının süni surətdə uzadilması nəticəsində əsəbləri korlanmış, mənəvi sarsıntılar keçirmişdir. Ona görə də, məcbur olub məhkəməyə müraciət edir.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-345/2025 nömrəli 08 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, Cavabdeh iddiaya cavab verməli olan şəxs deyildir.
9. Məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçıya cavabehin əsl cavabdeh ilə əvəz olunması barədə təklif edilsə də, iddiaçı iddianı müdafiə etdiyini bildirmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia Cavabdeh qarşı qaldırılsa da, iddiaçı xx.xx.2017-xx.xx.2023-cü illərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmiş, 2(007)-1057/2024 saylı iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən tələb olunan sənədlərin (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin mütəxəsisinin tədqiqata cəlb olunması istisna olmaqla) təqdim edilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təmin edilməli idi. Bu səbəbdən iddia iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 87.1, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 54.1, 54.2, 88, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi xahiş edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
19. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 20.Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
28. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
29. Kollegiya qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər.
30. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi).
31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki tələb üzrə cavab verməli olan şəxs (cavabdeh) Cavabdeh deyil, "xxxx" MMC olmalıdır. Lakin apelyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması mümkün deyil.
32. Bundan əlavə qeyd edilən məsələ ilə bağlı iddiaçı məhkəmənin təklifinə razılıq verməmiş, məhkəmə də öz növbəsində işə irəli sürülmüş tələblər üzrə baxmışdır.
33. Apellyasiya şikayətində iddiaçı iddia ərizəsində göstərilənləri qeyd etmiş, hər hansı konkret dəlillərə istinad etməmiş, ümumi sözlərlə fikrini ifadə etmiş, tələbinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir halı göstərməmişdir. Apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır.
34. Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-345/2025 nömrəli iş üzrə 06 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.