Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2074/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, X4 və X8 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdeh X3nın, vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qəbul etdiyi 2(007)-1842/2019 saylı 30.09.2019-cu il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 18 mart 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2, Cavabdeh2 və Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna qarşı “borc müqaviləsinə xitam verilməsi və borcun cavabdehlərdən alınaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 saylı notariat kontorunda cavabdeh X9 ilə Cavabdeh2 arasında 14 yanvar 2016-ci il tarixdə bağlanmış müqaviləni ləğv edib, Cavabdeh2 15000 (on beş min) manatın alınaraq ona keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən X9 ilə 27.03.2014cü il tarixdə nikaha daxil olaraq evlənmişlər. 01 noyabr 2018-ci il tarixdə nikahları Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Nikah dövründə iddiaçı 15000 manatı müqavilə yolu ilə Cavabdeh2 vermişdir. Müqavilə 14 yanvar 2016-ci il tarixdə keçmiş həyat yoldaşının adına bağlanmışdır. Hazırda Milyayeva 15 saylı PB-nə müraciət edərək ona məxsus olmayan 15000 manatı istəmişdir. Halbuki birgə nikah dövründə qazanılan vəsait bərabər payda bölünməlidir. Lakin həmin məbləğ nikahdan öncə onun tərəfindən alınmış avtomobilin satışından əldə olunmuşdur. Birinci instansiya məhkəməsi iclasında iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək cavabdeh X5 borcludan aldığı 15000 manatın 7500 manatının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1842/2019 saylı 30.09.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 7500 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh X3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Birincisi, məhkəmə mübahisələndirilən məbləğin birgə nikah dövründə qazanılmış məbləğ olmadığını nəzərə almamışdır. İddiaçı ilə cavabdeh 2014-cü ildə rəsmi nikaha daxil olsalar da, təxminən 1 ildən sonra, yəni 2015-ci ildən etibarən faktiki olaraq birgə nikahda olmamış, ailə kimi birlikdə yaşamamış və təsərrüfatları tam ayrı olmuşdur. Belə olan halda 2016-cı ildə onun tərəfindən digər cavabdehə borc verilmiş vəsait necə birgə mülkiyyət hesab edilə bilər? İkincisi, iddiaçı iddia edir ki, sözügedən borc məbləği cavabdeh tərəfindən ona qaytarılmamışdır. O, buna dair məhkəməyə guya onun imzası olan sənəd də təqdim etmişdir. Habuki, o, belə bir sənəd imzalamamışdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması 18.03.2020-ci il tarixə təxirə salınmışdır. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı, cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontorunun nümayəndələri məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. İşdə iştirak edən şəxslər hazırki işə iddiaçının və həmin cavabdehlərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinin tələbinə görə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 və vəkili Vəkil2 apellyasıya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişlər ki, cavabdeh apellyasiya şikayətində göstərilən “xətşünaslıq ekspertizasının təyin olunması” barədə dəlili ilə narazıdır, hə qəbul edilməməsini tələb edir, bundan başqa iddiaçı ilə rəsmi nikah münasibətlərinə daxil olmamışdın əvvəl cavabdehin kifayət qədər qazanc əldə edə biləcəyi təminatlı iş yerlərinin və buna görə də onun kifayət qədər pul vəsaitinin olduğunu, bunun iddiaçının ona qarşı “əmlak tələbi” ilə bağlı olan iddiası üzrə başqa mülki işdə şahid qismində dəvət olunmuş Səbinə Quliyevanın verdiyi ifadəsi ilə də öz təsdiqini tapdığını bildirmişlər, sonda apellyasiya şikayətinin təmin edilməsini və birinci intsansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin faktiki hallarına görə İddiaçı ilə Cavabdeh1 27.03.2014-cü il tarixdən 01.11.2017-ci il tarixədək rəsmi nikahda olmuşlar. Tərəflər arasında rəsmi nikah münasibətləri mövcud olan zaman, yəni 14 yanvar 2016-ci il tarixdə X11 vətəndaş Cavabdeh2 ilə “mövcud borcun etirafı haqqında müqavilə” bağlamış, həmin müqaviləyə əsasən sonuncu Natalya Əliyevadan 15000 manat aldığı borcu etiraf etmiş, həmin məbləği 14 yanvar 2017-ci ilədək qaytarmağı və borcu mübahisələndirməməyi öhdəsinə götürmüşdür. Sonradan Cavabdeh1 23 aprel 2019-cu il tarixdə notarial qaydada ərizə verərək 14.01.2016-ci ildə Cavabdeh2 ilə aralarında bağladıqları müqaviləyə əsasən ona ödəniləcək borcun Cavabdeh2 tərəfindən tam olaraq ödənildiyini, ona qarşı heç bir iddia və maddi tələbinin hazırda və gələcəkdə də olmayacağını bildirmişdir. Hazırda İddiaçı Cavabdeh1 borc verdiyi həmin pulun onların birgə nikah dövründə qazandıqları vəsait olduğuna istinad edərək cavabdeh X1 borcludan aldığı 15000 manatın 7500 manatının ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin əsaslı olduğundan təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, əvvəla qeyd olunmalıdır ki, iddiaçının tələbinin qanuni əsası tərəflərin birgə nikah dövründə əldə etdikləri vəsaitin qaytarılması ilə bağlı maddi hüquq normalarına söykənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak da ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir (32.1, 32.2.2). Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinin tələbinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ərarvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Qeyd olunan maddi hüquq normalarının məzmununa görə iddiaçının tələb etdiyi vəsaitin cavabdehdən tutulması üçün əvvəlcə həmin vəsaitin birgə mülkiyyət olaraq tərəflərin birgə nikah dövründə əldə olunması faktının mövcud olması əsas şərtdir. Hazırki işdən göründüyü kimi, iddiaçı cavabdehdən tələb etdiyi pulun onların birgə nikah dövründə, yəni rəsmi nikahda olduqları müddətdə əldə olunmasını iddia edir. Cavabdeh1 isə iddiaya etiraz edərək iddiaçı ilə 2014-cü ildə rəsmi nikaha daxil olsalar da, təxminən 1 ildən sonra, yəni 2015-ci ildən etibarən faktiki olaraq nikah münasibətlərinin pozulduğunu, həmin vaxtdan ailə kimi birlikdə yaşayıb təsərrüfat aparmadıqlarını və 2016cı ildə onun tərəfindən digər cavabdehə borc verilmiş vəsaitin yalnız ona məxsus olduğunu bildirir, buna görə də ona borclunun qaytardığı həmin pul vəsaitinin yarısının ondan iddiaçının xeyrinə tutulmasını qanunsuz hesab edir. Həmçinin cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi hallardan biri də İddiaçı ona qarşı “əmlakın birgə mülkiyyət kimi tanınması və bölünməsi, əmlak” tələbinə dair iddiası üzrə şahid qismində dindirilmiş X6 ifadəsi olmuşdur. Belə ki, işdə olan Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-3445/2018 saylı 17.10.2018-ci il tarixli qətnaməsinin 5-ci səhifəsindən görünür ki, həmin iş üzrə şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Cavabdeh1 ilə rəfiqədirlər, Natalya ilə Akif ər-arvad kimi birlikdə yaşamışlar, sonra isə nikahlarını qeyd etdirmişlər, mənzildə təmir işləri getmiş, bununla bağlı xərcləri Natalya çəkmişdir, onun Natalyaya 5000 manat borcu olmuş, 2008-ci ildə Natalya hissə-hissə borcunu geri almağa başlamışdır.............Natalya mühasib işləmiş və onun həmişə pulu olmuşdur. Bununla bağlı apellyasiya baxışı zamanı Cavabdeh1 iddiaçı ilə rəsmi nikah münasibətlərinə daxil olmamışdan əvvəl onun kifayət qədər qazanc əldə edə biləcəyi təminatlı iş yerlərində işlədiyini, buna görə də onun kifayət qədər pul vəsaitinin olduğunu, hətta qeyd olunan mülki iş üzrə şahid qismində dindirilmiş Səbinə Quliyevaya da öz vəsaiti hesabına 5000 manat borc pul vermək imkanının olduğunu bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından iddiaçının cavabdehdən tələb etdiyi pul vəsaitinin həqiqətən tərəflərin birgə nikah dövründə əldə etdikləri birgə vəsaitləri olduğu halını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin apellyasiya baxışı zamanı müəyyən olundu ki, hazırki işdə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandırıb, bu barədə hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Bundan başqa iş materiallarından göründüyü kimi, iddiaçı hazırki iş üzrə iddia tələbini sonradan dəqiqləşdirərək, tələbini yalnız cavabdeh X7 yönəltmiş və digər cavabdehlərə qarşı hər hansı tələbi olmamışdır. Buna baxmayaraq işə birinci instansiya qaydasında baxmış məhkəmə bu hala hüquqi qiymət verməmiş və bununla da prosessual hüquq normasının pozulmasına yol vermişdir. Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1842/2019 saylı 30.09.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-2074/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2074/2020
18.03.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver