Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2080/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (“nikahın pozulması,uşağın ananın yanında saxlanılması və aliment”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması, aliment” tələbinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3384/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə Babək rayonu İH-i Qahab kəndi İ.Ə.D-i üzrə nümayəndəliyində 04 saylı qeydi ilə aralarında bağlanılmış nikahın pozulması, birgə nikahdan dünyaya gələn xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra onun yanında saxlanılması, birgə nikahdan dünyaya gələn xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il (ilkin mediasiya) tarixindən hesablanılmaqla bir uşağa görə 235 manat olmaqla, iki uşaq üçün cəmi 470 manat məbləğində alimentin cavabdeh tərəfindən ödənilməsi, xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək ona aylıq 100 manat məbləğində alimentin ödənilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 50 manat dövlət rüsumunun həmçinin mediasiyaya müraciət üçün ödənilmiş 110 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 19 avqust 2019-cu il tarixində Babək RİH-i Qahab kəndi İ.Ə.D-i üzrə nümayəndəliyində 04 saylı akt qeydi ilə aralarında nikah bağlanılmışdır. Birgə nikahlarından 13 iyun 2020-ci il tarixində X10 və 08 mart 2022-ci il tarixində X8 dünyaya gəlmişdir. Cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət normal münasibətlərimi olsa da, son vaxtlar münasibətləri pozulmağa başlamışdır. Belə ki, cavabdeh tərəfindən o və övladları dəfələrlə zorakılığa məruz qalmışdır. O, onu və övladlarını döymüş, ailənin və onun şəxsiyyətini alçaladacaq ifadələr işlətmişdir. Bütün bu iddialarının heç biri əsassız yerə deyildir. Bunların hər birini təsdiqləyəcək səs yazıları və video qeydlər mövcuddur. İşin məhkəmədə araşdırılması zamanı həmin materiallar təqdim olunacaqdır. Əvvəllər bu halları keçə bilsə də, sonradan artıq ailənin bərpasının mümkün olmadığını görmüşdür. Bu səbəblə də nikahın pozulması üçün rəsmi addımlar atmaq qərarına gəlmişdir. Bu qərarını cavabdehə açıqladıqdan sonra o onun məhkəməyə müraciət etməsini uşaqların saxlanması üçün onların maddi təminatını həll edəcəyini vəd vermışdir. Lakin bir müddət keçdikdən sonra o vədinə əməl etməyərək əvvəlki kimi öz atalıq vəzifələrini yerinə yetirməmişdir. Bundan sonra o, nikahın pozulması üçün Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinə nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddia qaldırmışdır. Bir neçə ay ərzində işə baxılması davam etdi. Sonda o cavabdeh tərəfindən ona zorakılıq hərəkətləri edildiyi üçün onun əlindən yaşayış yerini Bakı şəhərinə dəyişmışdir. Bu səbəblə də həmin məhkəməyə ərizə verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Nəticədə İş N° 2(079)- 304/2024 saylı qərardad qəbul edilmişdir. Hal-hazırda Bakı şəhərində yaşadığından iddianı qeydiyyatda olduğu Nizami rayon Məhkəməsinə vermək qərarına gəlmişdir. İlkin olaraq işin mediasiya da həlli üçün cavabdehə mediasiya qaydasında təklif vermişdir. Müvafiq qaydada 10 iş günü gözləndikdən sonra tərəfindən mediasiya təşkilatına müraciət edildi. Naxçıvan M.R-da yerləşən mediasiya təşkilatına müraciət etmiş və müvafiq arayışı almışdır. Daha sonra Nizami rayon Məhkəməsinə iddia ilə müraciət etdikdə həmin arayış qəbul edilməmiş və Bakı şəhərində yerləşən mediasiya təşkilatlarından birindən arayış almağı tələb edilmişdir. Beləliklə o, eyni hərəkətləri təkrar etmiş və 14 saylı Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixində müvafiq iclas keçirilərək ona cavabdeh iştirak etmədiyi üçün "X4 (İMS) iştirak edilməməsi” barədə arayış təqdim edildi və bildirildi ki, artıq bundan sonra məhkəməyə müraciət etməlidir. Hal- hazırda hesab edir ki, aralarında bağlanılmış nikahlarının pozulması, birgə nikahlarından dünyaya gələn xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il tarixində X3 nikah pozulduqdan sonra onun yanında saxlanılması və onların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixindən (ilkin mediasiya arayışının tarixi ilə) hesablanılmaqla bir uşağa görə 235 manat olmaqla, iki uşaq üçün cəmi 470 manat məbləğində alimentin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsi zəruridir.
2. Bakı şəhəri Nizami Rayhon Məhkəməsinin 2(007)-3384/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi,İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Babək rayon İH Qahab kənd İƏD üzrə nümayəndəliyində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmiş nikahın pozulması,nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X3 İddiaçı yanında qalması,Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X8 üç yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi ,alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanması,qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi,iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16, 19.1, 20.1, 21.1, 21.1, 21.3, 22.1, 22.2, 22.2.1, 22.2.2, 36.9, 60.4, 75.4, 78.1, 78.2, 100.2; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarına; “ Uşaq hüquqları haqqında qanunun” 5-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarına; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 6.1, 8.3, 8.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.Belə ki, ailə qanunvericiliyinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.Odur ki, məhkəmə qeyd edir ki, İddiaçı nikahın pozulması tələbini müdafiə etdiyi və Cavabdeh nikahın pozulmasına razı olduğu üçün tərəflər arasında bağlanmış nikah pozulma səbəbləri araşdırılmadan pozulmalıdır.Həmçinin ailə qanunvericiliyinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulmasını müəyyən etməlidir.Belə olan halda, məhkəmə nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə əlaqədar onu qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaqlar hazırda analarının yanında olduğundan və Cavabdeh uşaqların iddiaçının yanında qalmasına etirazı olmadığından nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X8 anası İddiaçı yanında qalmalıdır.Məhkəmə alimentlə bağlı məsələyə münasibət bildirərək ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Qeyd etmək zəruridir ki, "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin "Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.Qeyd etmək zəruridir ki, yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur. Uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır. Belə ki, "Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur.Məhkəmə qeyd edir ki, alimentin miqdarı müəyyən edilərkən uşaqların yaşayış minimumun səviyyəsindən aşağı olmayan maddi təminat hüququ olması nəzərə alınmaqla yanaşı aliment ödəməli olan valideynin maddi vəziyyəti də nəzərə alınmalıdır.Belə ki, məhkəmə qətnaməsinin icrası məhkəmə icraatının tərkib hissəsi olduğundan, məhkəmə qətnamə çıxararkən onun icrasının mümkünlüyünü nəzərə almalı, dövlətin adından çıxarılmış məhkəmə qətnaməsinin icrası mümkün olmalıdır. İddiaçı tərəfindən isə cavabdehin 470 manat məbləğində aliment ödəmək imkanına malik olmasını təsdiq edən mötəbər sübut məhkəmə təqdim edilməmişdir. Məhkəmə qərarının icrası ilə bağlı İnsan hüquqları üzrə Avropa məhkəməsinin təcrübəsi də maraq doğurur. Bu məhkəmə Xornsbin Yunanıstana qarşı iş üzrə qəbul etdiyi 1997-ci il 19 mart tarixli qərarında qeyd edir ki, iştrakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq” xəyal xarakterli olacaqdır...Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş "məhkəmə icraatı” anlayışının ayrılmaz tərkib hissəsidir.İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdeh Naxçıvan MR Babək rayonu, Qahab kəndində yaşayır, aylıq sabit gəlirinin olması ilə bağlı iş materiallarında sübut yoxdur, iddiaçı tərəfindən onun 470 manat aliment ödəmək imkanı olduğunu təsdiq edən sübut təqdim edilməmişdir.Qeyd edilənlər, o cümlədən, uşaqların yaşı, təhsili, fiziki, psixi, mənəvi inkişafı, tərəflərin maddi və ailə vəziyyəti, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğu, habelə cavabdehin yaşayış yeri nəzərə alınmaqla, məhkəmə qeyd edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməlidir.İddiaçı Cavabdeh həmçinin xx.xx.2022-ci il təvəllüdlü X8 3 yaşına çatanadək onun üçün 100 manat aliment tutulması tələbini irəli sürmüşdür. Ailə qanunvericiliyinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı işləmir və onun müstəqil gəliri yoxdur.Məhkəmə tərəflərin uzun müddət faktiki olaraq ayrı yaşamasını, uşağın körpə olmasını və bununla bağlı ananın əmək fəaliyyəti ilə məşğul olması imkanının məhdudluğunu, uşağın saxlanılması üçün tutulmalı olan alimentin məbləğini nəzərə alaraq qeyd edir ki, xx.xx.2022-ci il təvəllüdlü X8 3 yaşına çatanadək iddiaçının xeyrinə aliment tutulmasına dair iddia tələbi əsaslıdır.Belə ki, hal-hazırda nikahda olan şəxslərin, yəni ər-arvadın birbirinə maddi cəhətdən kömək etməli olması qanundan irəli gələn vəzifədir və cavabdehin yalnız uşağa aliment ödəməklə bu vəzifədən yayınması qəbul edilə bilməz.Məhkəmə əlavə xərclərə görə alimentin miqdarı ilə bağlı qeyd edir ki, iddiaçı uşaq 3 yaşına çatanadək 100 manat məbləğində aliment tutulmasına dair tələb irəli sürməsinə baxmayaraq, cavabdehin hər ay ona 100 manat ödəmək iqtidarında olmasına, yəni zəruri vəsaitə malik olmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, 3 yaşına çatanadək iddiaçının xeyrinə cavabdehdən tutulmalı olan alimentin miqdarının hər ay 50 manat məbləğində müəyyən edilməsi qanuni və əsaslıdır.İddiaçı alimentin hesablanmasının xx.xx.2022-ci il tarixdən, tərəflərin X4 iştirak etdikləri dövrdən hesablanmasının xahiş etmişdir.Məhkəmə iddia tələbinin alimentin ilkin mediasiya sessiyasının keçirildiyi vaxtdan hesablanaraq ödənilməsi hissəsinə münasibətdə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinin məzmunundan aydın olur ki, əvvəlki dövr üçün aliment o halda təyin edilə bilər ki, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünə baxmayaraq, aliment ödəməli olan şəxs onu verməkdən boyun qaçırmış olsun.İşin müəyyən edilmiş halı odur ki, iddiaçı Naxçıvan MR Babək Rayon Məhkəməsinə "nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, 03 07.2024-cü il tarixdə ərizə ilə müraciət edərək iddiadan imtina etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbindən imtina qəbulı edilərək iş üzrə icraata xitam verilmişdir.İddiaçının nümayəndəsinin məhkəmə iclasında (xx.xx.2024) verdiyi izahata əsasən müəyyən edilmişdir ki, iddiadan imtinanın səbəbi cavabdehin iddiaçını ailə münasibətlərinin bərpa ediləcəyinə, uşaqlara baxacağına inandırması olmuşdur.Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə qarşı ailment tələbi irəli sürülsə də, daha sonra cavabdeh həmin tələbdən imitina etmişdir. İddiaçı tərəfindən aliment tələbindən imtina etdiyi tarixdən sonra aliment tələb etməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. İddiaçının cavabdehə qarşı aliment tələbi irəli sürdüyünü təsdiq edən əvvəlki dövrə aid sübut qismində məhkəmə tərəfindən iş materiallarında olan mediasiya təşkilatı tərəfindən verilmiş arayış nəzərdən keçirilmişdir. Həmin arayışa əsasən cavabdehin xx.xx.2024-cü il tarixdən iddiaçı tərəfindən aliment tələbi irəli sürüldüyündən məlumatlı olduğu müəyyən edilmişdir.Odur ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsaslanmaqla qeyd edir ki, alimentin tutulma müddətinin əvvəli ilkin mediasiya sessiyasının keçirildiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.Alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilən hallar: AZ-İ seriyalı, 945594 nömrəli "nikah haqqında şəhadətnamə”-nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X5 arasında Babək rayon İH-i Qahab kənd İƏD-i üzrə nümayəndəliyində xx.xx.2019cu il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanılması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmişdir. Ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir; - AZ-İV seriyalı, 462180 nömrəli "doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.2020-ci ildə doğulmuş və bu barədə Babək rayon İH-i Qahab kənd İƏD-i üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 06 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır; - AZ-İV seriyalı, 632586 nömrəli "doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2022-ci ildə doğulmuş və bu barədə Babək rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 340 nömrə ilə qeyd edilmişdir, atası Cavabdeh, anası İddiaçıdır; - "Mediasiya Şurası” Bakı 14 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli MŞB/14/2024-00578 nömrəli "X4 (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı və nümayəndəsi Nümayəndə X4 iştirak etsə də, Cavabdeh X4 iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya, 10 manat kargüzarlıq xərci ödənilmişdir; - Naxçıvan Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli H-1176 nömrəli "X4 (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı X4 iştirak etsə də, Cavabdeh X4 iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir; - Şahbuz rayon İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli "icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında” Qərarından görünür ki, Babək rayon Məhkəməsinin 2(079)-35/24 saylı xx.xx.2024-cü il tarixli "uşaqla ünsiyyətə” dair icra sənədi icra edilməsi üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Nizami Rayon İcra şöbəsinə göndərilmişdir; - Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “borclunun axtarılması haqqında” Qərardan görünür ki, Babək rayon Məhkəməsinin 2(079)-35/24 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu İddiaçı barəsində axtarış elan edilməsi qərara alınmışdır; - Cavabdeh tərəfindən iş materiallarına noyabr ayında 300, 140 və dekabr ayında 600 manat edilmiş aliment ödənişinə dair 3 ədəd qəbz əlavə edilmişdir; - İş materiallarına iddiaçı tərəfindən səs və video görüntüyə dair bir ədəd fləşkard əlavə edilmişdir; - Azərbaycan Respublikası ƏHSMN tərəfindən 23.102024-cü il tarixdə verilmiş “məşğulluq haqqında” arayışdan görünür ki, Cavabdeh işsiz kimi qeydiyyata alınmışdır; xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödənilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3384/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də yəni tam olaraq təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 4, 78.1, 78.2; Azərbaycan Respublikasında 2025-ci il ü ç ü n yaşayış minimumu haqqında Qanununun 1-ci maddəsinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması hissəsində qətnamə ləğv edilməli və iş üzrə həmin hissədə iddianın tam şəkildə təmin edilməsi haqqında qətnamə qəbul edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə də müəyyən edilmişdir ki, iddiaçı işləmir və onun müstəqil gəliri yoxdur, iddiaçı Cavabdeh ilə ailə həyatı qurduqdan sonra bir müddət normal münasibətlərinin olduğunu lakin son vaxtlar münasibətlərinin pozulmağa başladığını bildirmişdir. Belə ki, o və övladları dəfələrlə cavabdeh tərəfindən zorakılığa məruz qalmışlar. Cavabdeh həyat yoldaşını və övladlarını döymüş, iddiaçının ailəsinin və onun şəxsiyyətini alçaldacaq ifadələr işlətmişdir. İddiaçı bu iddialarını təsdiqləyəcək səs yazıları və video qeydləri iddia ərizəsini əlavə etmişdir. Əvvəllər cavabdehin etdiyi bütün bu hərəkətlərə iddiaçı tərəfindən göz yumulsa da sonradan artıq ailənin saxlanması artıq mümkün olmamışdır. Bu səbəblə nikahın rəsmi qaydada pozulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehə qərarını açıqladıqdan sonra o iddiaçının məhkəməyə müraciət etməməsini, uşaqların saxlanması üçün maddi təminatını həll edəcəyini vəd vermişdir. Lakin bir müddət keçdikdən sonra o heç bir vədinə əməl etməyərək əvvəlki kimi öz atalıq vəzifələrini yerinə yetirməmişdir. Cavabdehin zorakılıq hərəkətləri ucbatından iddiaçı öz yaşayış yerini Bakı şəhərinə dəyişmişdir. Cavabdeh övladlarına qarşı zorakılıq hərəkətləri etməklə yanaşı, onların maddi və mənəvi olaraq heç bir şəkildə təmin edilməmişdir. Bundan sonra iddiaçı Naxçıvan Muxtar Respublikasında yerləşən mediasiya təşkilatına müraciət edərək birgə nikahdan dünyaya gələn xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün alimentin tutulması və nikahın pozulmasını xahiş etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixində mediasiya təşkilatından müvafiq arayış verilmiş və beləliklə, iddiaçı qeyd olunan tələblərlə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh yenidən ona vədlər verərək uşaqlara baxacağını və ailəsini bərpa edəcəyini bildirərək iddiaçıdan iddiasını geri götürməsini xahiş etmişdir. Nəticədə sonuncu məhkəmə iclasında iddiaçı iddiasını geri götürmüşdür. Lakin sonradan iddiaçı cavabdehin bu dəfə də vədinə əməl etmədiyini görüb artıq məcbur ikinci dəfə yeni yaşayış yeri olan Bakı şəhəri, Nizami rayon məhkəməsinə müraciət etmiş və alimentin tutulmasının da məhz onun X4 arayışın verildiyi tarixdən hesablanmasını xahiş etmişdir. Lakin məhkəmə tərəfindən iddia həmin hissədə də qismən təmin edilərək iddiaçının Nizami rayon məhkəməsinə müraciət üçün mediasiya təşkilatına etdiyi müraciət tarixindən hesablanmalı olduğu qənaətinə gəlinmişdir. Bu isə əsla ədalətli yanaşma deyildir. Belə ki, cavabdeh elə əvvəlcədən yəni iddiaçı ilə cavabdehin münasibətlərinin korlandığı 2022-ci ildən uşaqlara baxmamağa başlamışdır. O vaxtdan iddiaçı borc xərclə də olsa uşaqlarını təkbaşına dolandırmağa məcbur qalmışdır. Cavabdeh isə öz işində gücündə qayğılardan tam kənarda öz həyatını yaşamışdır. Yəni göründüyü kimi alimentin tutulması tarixi mütləq qaydada əvvəlki mediasiya arayışından yəni xx.xx.2022-ci il tarixindən hesablanmalı olmasına yəni iddianın həmin hissədə də əsaslı olmasına baxmayaraq təmin edilməmişdir. Məhkəmə tərəfindən həmçinin qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli yeni qərarının olması da nəzərə alınmamışdır. Məlum olduğu kimi həmin qərar ilə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməsi, İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bütün bunlara rəğmən Nizami Rayon Məhkəməsi tərəfindən uşaqların hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən əsassız bir qətnamə qəbul edilmişdir. Həmçinin məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, indiki məhkəmə qətnaməsi ilə bir uşaq üçün təyin edilmiş aliment məbləği (200 manat) 3-4 il bundan əvvəl yəni 2021-2022-ci ilin normalarına uyğundur. Hazırda isə 2025-ci ildir və bu il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Məhkəmə qətnaməsi də 2024-cü ilin dekabr ayının sonuncu iş günlərində (xx.xx.2024) qəbul edilib. Göründüyü kimi məhkəmə tərəfindən heç bir faktiki hallar, yaşayış minimumu haqqında qanunun son tələbləri, Ali Məhkəmənin Plenum qərarı və sair hallar nəzərə alınmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X7 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, ilk öncə alimentin tutulmasının hesablanma tarixindən narazı olduğunu, belə ki, cavabdehlə iddiaçının 2022-ci ildən münasibətlərinin kəskinləşdiyini, cavabdehin uşaqları ilə maraqlanmadığını, onların bir ata kimi maddi və mənəvi heç bir ehtiyaclarını qarşılamadığını, bu səbəbdən də iddiaçının 2022-ci ildə nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəldiyini, xx.xx.2022-ci il tarixdə mediasiya təşkilatından arayış aldığını, lakin sonradan cavabdeh tərəfindən iddiaçıya müxtəlif vədlər edildiyindən iddia ərizəsini geri götürdüyünü, yəni artıq 2022-ci ildə mediasiyaya müraciət edildiyindən alimentin də məhz həmin tarixdən hesablanmalı olduğunu, lakin birinci instansiya məhkəməsi tərəfindən bu halın nəzərə alınmadığını,həmçinin cavabdeh tərəfindən iddiaçıya qarşı şiddət göstərilməsi ilə bağlı məhkəmənin hökmünün olduğunu, artıq 2024-cü il üçün ölkə üzrə minimum əmək haqqının 235 manat təşkil etdiyini, bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarının da məhkəmə tərəfindən nəzərə alınmadığını qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
6. Cavabdeh məhkəmə iclasında iştirak edən bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Mübahisə edilən hissə müəyyən edilən alimentin məbləğidir. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir və cavabdehin maddi vəziyyətinin ağır olması ( işsizlik və s.) isə valideynin övladı qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Uşaqların bir valideynin yanında qalması digər valideyn tərəfindən ödənilən aliment məbləğinin müəyyən edilməsinə təsir edəcək amil kimi çıxış edir, alimentdən əlavə xərclərdə iştirakçılıq, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq bir çox hallar aliment məbləğinin müəyyən edilməsi və ya dəyişdirilməsi zamanı nəzərə alınası ciddi meyarlardır. Bu mənada xüsusi ilə diqqət yetirilməlidir ki, şəxsin (uşağın) yaşayışı yalnız minimum istehlak səbətinin təmin edilməsi ilə deyil, onun tərbiyə və inkişafında təhsil, mənzil, tibbi yardım və sair hüquqlarının, o cümlədən mənəvi inkişafın təmin edilməsinə aid məsrəflər də nəzəzərə alınmalıdır.Ona görə uşağın minimum təminat səviyyəsinə uyğun kollegiya hesab edir ki, minimum yaşayış həddi, uşağın saxlanılması üçün minimum dolanacaq xərcini əhatə edir və uşağın digər təminatları, yəni ona layiqli şəkildə baxılması, digər zəruri tələbatlarının təmin edilməsi ilə bağlı valideyn öhdəlikləri üzrə vəzifə bərabərliyi baxımından sübutetmə yükü tərəflərin üzərinə düşür. Kollegiya hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq aliment məbləğinin müəyyən edilməsi (dəyişdirilməsi) üzrə tələblərin yenidən baxılmasını (və ya indeksasiyası) istisna etmir. 9.Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 10.Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
11. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Аzərbаycаn Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən: 1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. 2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır
12. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarına əsasən: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1 -ci maddəsinə əsasən bu Qərarın 8.4-1 -ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1 -ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.. 8.11-
1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. 13.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2024-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. 15.Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. 16.Kollegiya iş materiallarını və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, aliment miqdarının hesablanması qaydasında və müddətində yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına uyğun olaraq dəyişiklik edilməlidir. 17.Kollegiya iddiaçının apellyasiya şikayətinin birinci dəlili olan alimentin məbləğinin ilk dəfə mediasiya təşkilatına müraciət edildiyi 2022-ci ildən hesablanmasına münasibətdə qeyd edir ki,məhz həmi dövrdə cavabdehin uşaqlara baxmaması, onların maddi ehtiyaclarını qarşılamaması, habelə tərəflərin qeyd edilən müraciətdən sonra barışığa gəlməməsi ilə bağlı mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə (mümkün prosessual mərhələdə) təqdim edilməmişdir, bu səbəbədən də bu hissədə apellyasiya şikayətinin dəlili əsassızdır, apellyasiya şikayətinin digər dəlili olan Azərbaycan Respublikası Ali Məhkəməsinin sonuncu plenum qərarına uyğun olaraq aliment məbləğinin minimum əmək haqqı ekvivalentinə müvafiq hər uşaq üçün 235 manat həcmində müəyyən edilməsi ilə bağlı dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki,kollegiya hesab edir ki,apellyasiya şikayətinin bu dəlili əsaslıdır və bu hissədə təkzibedici dayanıqlı sübut əhəmiyyətli dəlillər təqdim edilmədiyindən iddia tələbi təmin edilməlidir.
18. Beləliklə, yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla ərizə verilən xx.xx.2024-cü il tarixdən xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manata olmaqla, cəmi 470 manata mütənasib 2024-cü il üçün müəyyən olunmuş (gələcək artırmalar nəzərə alınmaqla) ölkə üzrə minimum əmək haqqının hər uşaq üçün 0,68 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi müəyyən edilməklə qətnamə dəyişdirilməlidir.
19. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir. 20.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya Q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3384/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi alimentin tutulmasının məbləği və icra qaydası hissəsində dəyişdirilsin. xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 ( dörd yüz yetmiş) manata mütənasib 2024-cü il üçün müəyyən olunmuş (gələcək artırmalar nəzərə alınmaqla) ölkə üzrə minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.