Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2089/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4628/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə əsasında nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin ləğvi və borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin onunla bağlamış olduğu 2013-cü il tarixli, 17 AZM000 saylı kredit xətti müqaviləsinin və 08 yanvar 2015-ci il tarixli, 04AZN000 saylı kredit xətti müqaviləsinin ləğv edilməsi və bu müqavilələr üzrə ona qarşı hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsinin “xahiş etdi” hissəsində qeyd edilmiş “2013cü il tarixli müqavilə” sözünün “23.09.2013-cü il tarixli kredit xətti müqaviləsi” kimi oxunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli qətnaməsi ilə ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı 23 sentyabr 2013-cü il tarixli, 17 AZM000 saylı kredit xətti müqaviləsi üzrə və 08 yanvar 2015-ci il tarixli 04AZN000 saylı kredit xətti müqaviləsi üzrə borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya və kassasiya şikayəti vermiş olsa da, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ona qarşı kreditin olmamasına dair məhkəmə qətnaməsinin olmasına baxmayaraq, onun Azərbaycan Kredit Bürosunda hələ də bu kredit borcunun olması göstərilir. O, cavabdehə müraciət etdikdə ona bildirdilər ki, məhkəmə qətnaməsi ilə ona qarşı qaldırılmış iddia rədd edilmişdir. Lakin kreditin silinməsi ilə əlaqədar heç bir qətnamə və ya qərardad yoxdur. Bu səbəbdən o, yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4628/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, LPO Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 23 sentyabr 2013-cü il tarixli, 17 AZM000 saylı və 08 yanvar 2015-ci il tarixli 04AZN000 saylı kredit xətti müqavilələrinin ləğv edilməsi, 23 sentyabr 2013-cü il tarixli, 17 AZM000 saylı və 08 yanvar 2015-ci il tarixli 04AZN000 saylı kredit xətti müqavilələri üzrə İddiaçı adına hesablanmış borc məbləğlərinin silinməsi, ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə əsasında nümayəndəsi X2 apelyasiya şikayəti verilmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən iddianın təmin edilməsinə dair teleqram göndərdiyi qeyd edilmişdir. Bildirir ki, həmin teleqramda mexaniki səhvlik nəticəsində təmin edilsin qeyd edilmişdir. Bildiyiniz kimi şablon olaraq bank iddiaları üzrə nümayəndə iştirak etmədiyi təqdirdə iddianın təmin edilməsi xahişi ilə bağlı teleqram göndərilir, hazırda mübahisələndirilən hal üzrə şablon olarar təmin edilsin qeyd edilmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Məhkəmə yalnız cavabdehin və onun vəkilinin verdiyi ifadələrə əsaslanaraq qətnamə qəbul emiş, bankın nümayəndəsinin iştirakı təmin edilməmiş və ifadəsi alınmamışdır. Əlavə olaraq qeyd edir ki, İddiaçı Cavabdeh ASC-nin əməkdaşı olmaqla Bakı şöbəsinin müdiri vəzifəsini icra etmişdir. Bu səbəbdəndə qəsdən və bilərəkdən onun tərəfindən alınmış kreditlər üzrə təqdim edilən kartın alınması ilə bağlı sənədlər məhv edilmiş və ya gizlədilmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4628/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və İddiaçı gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı və cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Pərvin Bağırov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1008/2019 saylı, 18 mart 2019-cu il tarixli qətnaməsinin surətindən gırünür ki, həmin qətnamə ilə iddiaçı LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir.(İ.vər. 9 - 12) Həmin qətnamədən LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 9490/2019 saylı, 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(006)-1008/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)2851/2020 saylı, 02 iyun 2020-ci il tarixli qərarının surətindən gırünür ki, həmin qərarla LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9490/2019 saylı, 02 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.(İ.vər. 4 - 7) Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iş materiallarında olan sübutlara, qanuni quvvəsini almış qeyd olunan məhkəmə qətnaməsinə əsaslanaraq LPO Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 23 sentyabr 2013-cü il tarixli, 17 AZM000 saylı və 08 yanvar 2015-ci il tarixli 04AZN000 saylı kredit xətti müqavilələrinin ləğv edilməsi ilə bağlı iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1008/2019 saylı, 18 mart 2019-cu il tarixli qətnaməsi İddiaçı LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna heç bir borcunun olmaması faktı təsdiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən olunmuş hallar başqa cür mübahisələndirilə bilməz. Birinci instansiya məhkəməsi LPO Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 23 sentyabr 2013-cü il tarixli, 17 AZM000 saylı və 08 yanvar 2015-ci il tarixli 04AZN000 saylı kredit xətti müqavilələrinin ləğvi ilə bağlı iddia tələbini əsaslı hesab etmiş və gəldiyi nəticəni belə əsaslandırmışdir ki, ddiaçı İddiaçı cavabdeh LPO Cavabdeh ASC qarşısında 23 sentyabr 2013-cü il tarixli, 17 AZM000 saylı və 08 yanvar 2015-ci il tarixli 04AZN000 saylı kredit xətti müqavilələri üzrə icra edilməmiş öhdəliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə kollegiyası cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Pərvin Bağırovun apelyasiya şikayətinin məhkəmə tərəfindən bankın nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin 12 avqust 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh təşkilatın nümayəndəsi X3 iştirak etmiş, məhkəmənin 15 noyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının isə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilməsi barədə məhkəməyə teleqram ünvanlamışdır. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Pərvin Bağırovun apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır və apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Bundan başqa, cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Pərvin Bağırov apelyasiya şikayətində birinci instansiya məhkəməsinin işi obyektiv araşdırmamasını, İddiaçı Cavabdeh ASC-nin əməkdaşı olmaqla, qəsdən və bilərəkdən onun tərəfindən alınmış kreditlər üzrə təqdim edilən kartın alınması ilə bağlı sənədlərin məhv edilməsi və ya gizlədilməsini bildirsədə, göstərdikləri dəlillərini təsdiq edən heç bir mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin həmin dəlilləridə əsassızdır və apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Pərvin Bağırovun apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4628/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4628/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2089/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2089/2022
09.03.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver