Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2113/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2113/2025 (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X4 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-369/2024 nömrəli 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq" altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-4001/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixi, e2(094)-173/2024 qətnaməsi ləğv edilmişdir. İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan övladı xx.xx.2010-cu il təvəllüdlü X2 üçün Cavabdeh hər ay sabit pul şəklində 220 manat alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir.
3. Yasamal Hospitalın 215 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1984-ci il təvəllüdlü İddiaçı “Yasamal Hospital” a müraciət etmişdir. Xəstəyə “Sağ mil sümüyünün sınığı, L5 vertebranın bilateral aşağı oynaq çıxıntılarında pars inerartikularis deffekti ”diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixində “Osteosintez ” əməliyyatı icra olunmuşdur. Əmək qabilliyyətini itirmişdir. Uzun müddətli fizioterapya və reablitasiya məsləhət görülür. Əməliyyatdan sonra kontrol müayinələrdə və oynaq hərəkəti məhdudlaşdırılması məsləhət olunmuşdur (ağrılıdır,əzələ gücü zəifdir). xx.xx.2024-cü il tarixində xəstə kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan uşağı - xx.xx.2010-cu il təvəllüdlü X2 üçün Cavabdeh hər ay sabit pul şəklində 500 (beş yüz) manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birgə nikahdan olan uşaqların iddiaçının himayəsinə verilməsi və cavabdeh tərəfindən X8 və X1 üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Bakı şəhəri Xəzər rayonu məhkəməsinin iş № e-2(003)-185/2024 xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və iddiaçı Cavabdeh və İddiaçı arasında xx.xx.2009-cu il tarixində Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində 1197 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 atası İddiaçı, xx.xx.2013cü il təvəllüdlü X6 isə anası Cavabdeh yanında qalması, İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2013- cü il təvəllüdlü X3 üçün hər ay sabit pul şəklində 220 manat aliment tutularaq Cavabdeh ödənilməsi qət etmişdir. Bundan sonra onun tərəfindən aliment barəsində məhkəməyə müraciət etməyilə iddiası təmin olunmuş, lakin Bakı Apellyasiya məhkəmsi tərəfindən həmin qətnamə ləğv edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Baklı DOST Mərkəzi tərəfindən verilən 16 avqust 2024-cü il tarixli arayışa əsasən işləmir. Habelə himayəsində qalan Avadh İmranın saxlanılması üçün səyyar əmək fəaliyyəti ilə məşğul olarkən dəmir təmir konstruksiyasından yıxılaraq uzun müddətli səhətilə yaranan xəstəliklərlə əlaqədar yataq xəstəsi olmuşdur, belə ki, sağ mil sümüyümün sınması və sağ biləkdə kəskin ağrıların olması əmək fəaliyyətinə uzun müddət uzaq olmağı zəmanətidir. Halbuki himayəsində yaşayan X5 orta məktəbin son siniflərini bitirdiyinə görə təhsilində geriləməməsi üçün dərsdən sonra təlimçilərin (repetitor) ödənişlərini həyata keçirə bilmir. Belə ki, vəziyyətin dəyişməsi və maddi durumun pisləşməsi bu addımı atmağına zərurət yaratmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, birgə nikahdan olan övladlarından birinin onun himayəsinə verilməsini nəzərə alaraqaq cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X2 üçün və xərclərin mütənasib bölünməsi, hər ay sabit pulşəklində 500 (beş yüz) manat aliment tutularaq ona ödənilməsi ədalət baxımından daha məqsədəuyğundur. Uşaq üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi məhkəmənin həll etdiyi məsələlərdən olduğundan və uşaqlardan biri onun yanında qaldığından hesab edir ki, cavabdehdən aliment tutulmalıdır.
6. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(094)-369/2024 nömrəli 24 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Faiq Qasımov) iddia təmin edilməmiş, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilsə də, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(094)-173/2024 qətnaməsi ləğv edilmişdir. İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan övladı xx.xx.2010-cu il təvəllüdlü X2 üçün Cavabdeh hər ay sabit pul şəklində 220 manat alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir.
8. İşə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə nikahın pozulması tələbinə baxılarkən uşaqlardan biri İddiaçı, digəri isə Cavabdeh himayəsinə verilmişdir. İddiaçı həmin işə baxılarkən uşaq onun yanında saxlanılacağı təqdirdə onun xeyrinə aliment tutulması barədə məhkəməyə ərizə ilə müraciət etməmişdir. Məhkəmə isə Cavabdeh yanında qalan uşağın saxlanılması üçün İddiaçı alimentin tutulmalı olması barədə qənaətə gəlmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
9. Göründüyü kimi həmin dövrdə işə baxan məhkəmə Cavabdeh aztəminatlı valideyn olaraq nəzərə almışdır. Hazırki məsələyə baxılarkən də məhkəmə iş üzrə hər hansı halın dəyişməsini müəyyən etməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-22.2.2, Mülki Prosesual Məcəllənin 77.1, 81, 89.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddiaçının verdiyi arqumentləri qətnamədə qeyd etməsinə baxmayaraq, yəni Azərbaycan Respublikasının Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4saylı Baklı DOST Mərkəzi tərəfindən verilən 16 avqust 2024-cü il tarixli arayışa əsasən işləmir. Habelə himayəsində qalan Avadh İmranın saxlanılması üçün səyyar əmək fəaliyyəti ilə məşğul olarkən dəmir təmir konstruksiyasından yıxılaraq uzun müddətli səhətilə yaranan xəstəliklərlə əlaqədar yataq xəstəsi olmuşdur, belə ki, sağ mil sümüyümün sınması və sağ biləkdə kəskin ağrıların olması əmək fəaliyyətindən uzun müddət uzaq olmasına səbəb olmuşdur. İddianı təmin olmasına əsas olsa da, məhkəmə iddianı təmin etməmiş, iş üzrə hər hansı halın dəyişməsini müəyyən etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. O, apellyasiya şikayətinə uyğun izahat verərək, qeyd etmişdir ki, iddiaçı iş yerindən sığorta ödənişini almış, daha sonra əmək müqaviləsinə xitam verilmişdir.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
16. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.
17. Maddə 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli (maddə 22.2.1); uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli (maddə 22.2.2).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4001/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan övladı xx.xx.2010-cu il təvəllüdlü X2 üçün Cavabdeh hər ay sabit pul şəklində 220 manat alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir.
26. Hazırda iddiaçı iş yerində xəsarət aldığını və işləyə bilmədiyini qeyd etməklə yeni əsasla məhkəməyə müraciə etmişdir.
27. Kollegiyası qeyd edir ki, göstərilən hal iddiaçının xeyrinə alimentin tutulması yox, xəstəliyi ilə bağlı onun yaranmış aliment borclarını ödəməkdən tamamilə və ya qismən azad edilməsi (Ailə Məcəlləsinin 107.2-ci maddəsi), ondan cavabdehin xeyrinə tutulmuş alimentin azaldılması və ya aliment ödəməkdən azad olunması (Ailə Məcəlləsinin 112.1-ci maddəsi) üçün əsas ola bilər.
28. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, hər iki valideyndən də eyni zamanda aliment tutulması bu institutun mahiyyətinə ziddir. Belə hallarda qanunverici bir valideyndən az təminatlı digər valideynin xeyrinə alimentin tutulmasını müəyyən edib (Ailə Məcəlləsinin 78.2-ci maddəsi).
29. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-369/2024 nömrəli iş üzrə 24 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.