Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2128/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı “X2 miras əmlakdan imtina etməsinə dair ərizəsinin etibarsız hesab edilməsinə və sair tələbi” barədə ilkin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr Azadlıq prospekti 16 saylı evin 81 saylı mənzilindən çıxarılmasına və sair tələbi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1630/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı, həmçinin onun nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat kontorunda mərhum X3 tərəfindən xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X1 miras qalmış əmlakdan iddiaçıya düşən paydan qardaşı Cavabdeh2 xeyrinə imtina etməsi barədə yazılmış ərizəsinin etibarsız hesab edilməsinə, ərizədən sonra yaranmış hüquqi nəticələrin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 16 saylı evin 81 saylı mənzilindən çıxarılmasına, (qətnamə icra olunan zaman mənzildə olan bütün digər fiziki şəxslərin çıxarılmasına) 8 ədəd stul, 3 ədəd böyük masa, 2 ədəd televizor altı tumba, 3 ədəd JVC, Star markalı televizor, Piranyi markalı DVD pleyer, 4 seksiyalı birləşdirilmiş divar mebel dəsti, 2 ədəd kiçik tumba, 2 ədəd şifonyer, 3 ədəd böyük xalça, 2 ədəd uzun ensiz xalça, 2 ədəd kreslo, 1 ədəd jurnal masası, yataq üçün ləvazimat, 4 ədəd yorğan, 4 ədəd döşək, 8 ədəd yastıq, geyim yataq əşyaları, qab-qacaq dəstləri, vazalar, servizlər, ağ rəngli 2 kameralı soyuducu, pedallı tikiş maşını, 4 ədəd kiçik xalça, dairəvi masa, elektrik pilitəsi, mətbəx sobası, Samsung markalı ağ rəngli paltaryuyan maşın, mətbəx mebel dəsti alt-üst, böyük alüminium qazanlar, 2 ədəd kerosin lampası, 4 ədəd tava, hamamdakı su qızdırıcısı, taburetka, ləyənlər, trümo, güzgü, skaf-sekreter, elektrik kiçik manqal, elektrik sobası, 1 ədəd tozsoran, 2 ədəd divar saatı, mənzildə olan bütün karnizlər, 1 ədəd çilçıraq, 2 ədəd bra istisna olmaqla İddiaçı məxsus əşyaların mənzildən çıxarılmaqla mənzilin boşaldılmasına, həmin mənzilə dair Cavabdeh2 pozulmuş sahiblik, istifadə hüquqlarının bərpa olunaraq, mənzilə daxil olmaq və istifadə hüquqlarına dair yönəldilmiş bütün maneələrin qarşılıqlı iddia üzrə cavabdehə və digər şəxlərə qadağan olunmasına, maneələrin aradan qaldırılmasına, həmçinin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən törədilmiş qanunsuz hərəkətlər nəticəsində iddiaçıya vurulan mənəvi zərərin əvəzi kimi 2000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2030 manatın qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq Cavabdeh2 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1630/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə qismən təmin edilərək, İddiaçı özünə məxsus əşyaları ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 16 saylı evin 81 saylı mənzilindən çıxarılmaqla mənzilin boşaldılması, İddiaçı dövlət rüsumuna görə 30 manatın Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. Qətnamədən İddiaçı, həmçinin onun nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən xx.xx.2021-ci il tarixdə daxil olmuş məktubda, Cavabdeh2 tərəfindən apellyasiya şikayəti ilə müraciət edildiyi bildirilmiş, həmçinin məktuba apellysiya şikayəti əlavə olunaraq işə əlavə edilərək baxılması xahiş edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1630/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin surətini xx.xx.2020-ci il tarixli məktuba imza edərək qəbul etmiş, apelyasiya şikayətinin verilməsi ilə bağlı poçt xidmətinə isə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1630/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən İddiaçı, həmçinin onun nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2128/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2128/2021
10.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver