Məhkəmə qərarları › İş №2(103)-2143/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2143/2024

30.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2143/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X16 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4334/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli arayışda qeyd olunur ki, X11 Cavabdehndə təhsil almış, 2021-2022ci tədris ilində üzürsüz səbəblərdən uzun müddət təhsildən yayındığı üçün xx.xx.2022-ci ili tarixdən Elm və Təhsil Nazirliyinin balansında olan ÜTİS sistemi vasitəsi ilə məktəbin şagird kontingentindən çıxarılmışdır.

2. Elm və Təhsil Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda vətəndaş X1 övladı X2 şəxsi işinin alınmasına kömək edilməsi ilə bağlı Azərbaycan Respublikasının Birinci Vitse Prezidentinin Katibliyindən Elm və Təhsiı Nazirliyinə müraciəti daxil olduğu qeyd olunmuş, X3 şəxsi işinin onun valideyninə (qanuni nümayəndəsinə) təhvil verilməsi xahiş olunmuş, əks halda Cavabdeh tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilməməsi ilə əlaqədar Cavabdeh fəaliyyətinə xx.xx.2016-ci il tarixdə verilmiş İSN/L- 33/2016 nömrəli lisenziyanın dayandırılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

3. Cavabdeh tərəfindən Elm və Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 005/3565 nömrəli cavab məktubunda qeyd olunur ki, Cavabdeh şagirdi olmuş X12 üzrsüz səbəblərdən təhsildən yayındığı üçün xx.xx.2022-ci il tarixdən Elm və Təhsil Nazirliyinin balansında olan ÜTİS sistemi vasitəsi ilə Məktəbin şagird kontingentindən çıxarılmışdır. Hər hansı şagird ölkədaxili təhsil yerdəyişməsi etməmişdən əvvəl onun valideyni və yaxud qanuni nümayəndəsi şəxsi kabinet yaratmaqla ÜTİS sistemi ilə bağlı olan Şagird yerdəyişmə sistemi vasitəsilə müvafiq təhsil müəssisəsinə elektron müraciət edir. Müraciət edilən təhsil müəssisəsi tərəfindən şagirdin qəbulunu təsdiq edən elektron bildiriş Cavabdehnə daxil olduqdan sonra onun şəxsi işi rəsmi olaraq müraciət etmiş valideyninə və yaxud qanuni nümayəndəsinə təqdim edilir. Bu günə qədər X7 valideyni X5 na tərəfindən şəxsi işin götürülməsi ilə əlaqədar rəsmi olaraq “BSB" X15 Məktəbinə müraciət olunmamışdır. Belə müraciət olunduğu halda X7 şəxsi işi ona təqdim ediləcəkdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-241/2023 saylı qətnaməsi ilə müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli təhsil müqavilələri üzrə ümumilikdə 27.268 manat ödənilməmiş təhsil haqqı, penya (dəbbə pulu) qismində 1.000 manat pulun və ödənilmiş dövlət rüsumunun 107,94 manatının cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulması qət olunmuşdur

5. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə X10 aid sənədləri Cavabdehndən təhvil almış və bunu öz imzası ilə təsdiq etmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı X8 təhsildən yayınmasına görə ona vurulmuş mənəvi ziyana görə Cavabdeh hesabından 20.000 manat pul alınaraq İddiaçı verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, oğlu X13 2014-cü ilin sentyabr ayından (1-ci sinifdən) etibarən Cavabdehnə getmiş, onunla məktəb arasında övladının ödənişli əsaslarla təhsil alması ilə əlaqədar müqavilə bağlamışdır. 2017-ci ilin may ayından maddi sıxıntıları başlanmış, bununla bağlı məktəbin rəhbəri ilə belə razılığa gəlinmişdir ki, övladının təhsil haqqını hissəli şəkildə ödəsin. Övladının təhsil haqqını ödəyə bilməməsi səbəbi ilə məktəb qarşısında öhdəliyi yaranmışdır. Məktəb qarşısında borcu olduğuna görə 2019-cu ildən 2022-ci ilin fevral ayınadək məktəb uşağına yetərincə təhsil verməmiş, uşağının təhsili ilə bağlı problemləri yaranmışdır. 2021-ci ilin sentyabr ayında Cavabdehn rəhbərliyi bildirmişdir ki, 2022-ci ilin fevral ayından etibarən oğlu təhsil alanlar sırasından “ENİS” proqramı vasitəsilə xaric edilmişdir. Lakin Cavabdeh Azərbaycan Respublikası Qanunlarına riayət etməyərək oğlunun sənədlərini özündə saxlamış və onları könüllü qaydada İddiaçı verməkdən imtina etmişdir. Uşaq 2021-ci ildən evdə oturmalı olub və təhsil almaq imkanından məhrum olmuşdur. Bununla bağlı İddiaçı dəfələrlə Azərbaycan Respublikasının birinci Vitse Prezidentinə yazmış olduğu ərizələr Təhsil Nazirliyinə göndərilmiş, yalnız bundan sonra Elm və Təhsil Nazirliyi işə qarışdıqdan sonra onun sənədlərini ala bilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh məhkəmədə iddia qaldıraraq ondan borclu qaldığı illər üzrə cəmi 35.525 manat məbləğində pul tələb etmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ondan 27.268 manat ödənilməmiş təhsil haqqı, peniya (dəbbə pulu) qismində 1.000 manat və ödənilmiş dövlət rüsumu qismində 107,94 manat pulun ondan alınaraq Cavabdehnə ödənilməsi qət edilmişdir. Göründüyü kimi cavabdehə onun təhsili ilə bağlı kobud qanun pozuntularına yol verdiyinə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 02 dekabr 2022-ci il tarixli məktubu ilə xəbərdarlıq edilmiş və oğlu X8 şəxsi işinin ona verilməsi xahiş edilmişdir. Əks təqdirdə Azərbaycan Respublikası Qanunlarının tələbinə və lisenziyanın şərtlərinə riayət edilməməsi ilə bağlı fəaliyyətlərinə xx.xx.2016-cı il tarixdə verilmiş lisenziyanın dayandırılması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət olunacağı bildirilmişdir. Yalnız bundan sonra oğlunun sənədləri ona verilmişdir.

8. Cavabdeh iddiaya etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ərizəsində heç bir rəsmi hüquqi sənədə istinad etmədən əsassız, olaraq tələb irəli sürür ki, “BSB" X15 Məktəbi qarşısında borcu olduğuna görə Məktəb tərəfindən oğlu X6 2019-cu ildən 2022-ci il fevral ayınadək yetərincə təhsil verilməmiş və bununla bağlı uşağının təhsilində problemlər yaranmışdır. Əvvəla iddia ərizəsi hazırlanarkən iddiaçı heç bir hüquqi rəsmi sənədə istinad etməyərək məlumatları və müddətləri öz xeyrinə uydurmuşdur. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, maddi sıxıntıları başladıqdan 2017-ci ildən təhsil haqqının hissələrlə ödənilməsi barədə məktəb rəhbərliyi ilə razılıq əldə olunmuşdur. Əgər belə razılıq əldə olunmuşdursa uşağın təhsili ilə bağlı hansı problem yarana bilməzdi. Ümumiyyətlə qüvvədə olan qanunvericiliyə əsasən heç bir uşaq hər hansı bir səbəbdən təhsildən məhrum edilə bilməz. Eyni zamanda İddiaçı oğlunun təhsil aldığı müddətdə guya ona yetərincə təhsil verilməməsi barədə məktəb rəhbərliyinə rəsmi müraciəti olmamışdır. Yaranmış təhsil haqqı borcu ilə əlaqədar iddiaçının da ərizəsində qeyd etdiyi kimi məhkəməyə müraciət edilmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ümumilikdə 27.268 manat ödənilməmiş təhsil haqqı, peniya 1.000 manat və ödənilmiş dövlət rüsumu 107,94 manat İddiaçı alınaraq “BSB" X15 Məktəbinə ödənilməsi qət edilmişdir. Hal-hazıda icra vərəqəsinin yerinə yetirilməsi ilə bağlı Nəsimi Rayon İcra şöbəsi tərəfindən qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə baxmayaraq məktəbin xeyrinə heç bir məbləğ ödənilməmişdir. İddiaçının ərizəsində qeyd etdiyi məlumatların uydurma, saxta və heç bir sübuta əsaslanmadığını isbatlayan digər əsas onun uşağının təhsil alması ilə bağlı Cavabdeh ilə aralarına bağlanmış xx.xx.2020-ci il tarixli Təhsil Müqaviləsidir. Əgər iddiaçının qeyd etdiyi kimi məktəb tərəfindən oğluna 2019-cu ildən yetərincə təhsil verilməmişdirsə o yeni tədris müqaviləsi bağlamazdı. Oğluna yetərincə təhsil verilməməsi ilə bağlı İddiaçı nə məktəbə nə də müvafiq dövlət qurumlarına müraciəti olmamışdır. Belə ki, ödənilməmiş təhsil haqqı borcu ilə əlaqədar Nəsimi Rayon Məhkəməsində baxılan mülki işə İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli etirazda özü etiraf edir ki, “2021-ci ilin iyun ayında mənim oğlum X14 imtahan verərək 7-ci sinifə keçmişdir”. Onun qeyd etdiyi kimi yetərincə təhsil almayan oğlu imtahanı müvəffəq verə bilməzdi. İddia ərizəsində əsassız olaraq göstərilir ki, Cavabdeh oğlunun sənədlərini özündə saxlamış və sənədləri könüllü qaydada ona verməkdən imtina etmişdir. İddia ərizəsinin bu hissəsi də həqiqəti əks etdirmir. Belə ki, təhsil haqqı tələbinə dair yuxarıda qeyd edilən məhkəmə çəkişməsində həm hakim həm də məktəb nümayəndəsi tərəfindən ona hüquqları dəfələrlə izah edilmiş və bildirilmişdir ki, rəsmi qaydada müraciət etdikdən sonra zəruri hüquqi prosedurlar keçirilməklə oğlunun şəxsi işi ona təhvil veriləcəkdir. Ona və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda da mövcud qanunvericiliyin tələbləri ona ətraflı izah edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə “BSB’’ X15 Məktəbinə rəsmi qaydada müraciət etmiş oğlu X9 şəxsi işini təhvil almışdır. Yuxarıda qeyd edilənlərlə bağlı İddiaçı “BSB" X15 Məktəbinə heç bir şikayət və tələbi olmamışdır. Ona görə də iddaçı X1 Cavabdehnə qarşı mənəvi zərərin ödənilməsi ödənilməsi tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə çıxarılmalıdır.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4334/2023 saylı 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək vurulmuş mənəvi zərərə görə 2.000 (iki min) manat pulun Cavabdehndən İddiaçı xeyrinə tutulması qət edilmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən X13 Elm və Təhsil Nazirliyinin balansında olan ÜTİS sistemi vasitəsi ilə məktəbin şagird kontingentindən xx.xx.2022-ci ili tarixdə çıxarıldığı halda, onun təhsilinə dair tələb olunan sənədləri İddiaçı xx.xx.2023-cü il tarixdə təqdim etmişdir. Halbuki İddiaçı rəsmi qaydada belə müraciətlər etməsi iş materialları ilə sübut olunur. Cavabdeh X10 məxsus sənədləri təqdim etməməklə onun təhsilinin dialektik qarşılıqlı əlaqədə ardıcıl davam etməsinə ciddi əngəl törətmişdir. Belə ki, X13 xx.xx.2022-ci ili tarixdən Elm və Təhsil Nazirliyinin balansında olan ÜTİS sistemi vasitəsi ilə məktəbin şagird kontingentindən çıxarılsa da, ona dair sənədlər yalnız xx.xx.2023-cü il tarixdə Elm və Təhsil Nazirliyinə İddiaçı tərəfindən edilən müraciətlərdən sonra təqdim edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına tərəflər arasında müqavilə üzrə yaranmış borcdan irəli gələn mübahisəyə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılan zaman İddiaçı sənədlərin alınması üçün müraciət qaydasını izah etdiyini bildirsə də, həmin məhkəmə tərəfindən qəbul olunmuş qətnamənin tarixi əsas götürülməklə Cavabdeh uşağın xx.xx.2022-ci ili tarixdən Elm və Təhsil Nazirliyinin balansında olan ÜTİS sistemi vasitəsi ilə məktəbin şagird kontingentindən çıxarıldığı tarixdən keçən 1 ilə yaxın müddət ərzində hərəkətsizlik göstərdiyi aydın olur.

11. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə təhsil müəssisəsinin aşkarlıq, şəffaflıq və demokratik prinsipləri əsasında, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununa, təhsil sahəsində normativ hüquqi aktlara uyğun idarə olunacağına təminat verilsə də, Cavabdeh mülki qanuncvericiliyə zidd olaraq mülki hüquq münasibətlərinin subyekti kimi öz hüquq və vəzifələrini vicdanla həyata keçirməmiş, X8 təhsil qanunvericiliyi ilə təminat verilmiş hüquqlarının həyata keçirilməsinə maneələr yaratmışdır. O da nəzərə alınmalıdır ki, “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununu 31-ci maddəsinə əsasən valideynlər və ya digər qanuni nümayəndələr təhsil prosesinin iştirakçıları hesab edilmişdir. Yəni hazırki halda övladı X8 təshil almasında birbaşa onun valideyni İddiaçı da iştirakçıdır. Əlbəttə ki uşağın təhsilində yaranmış problemlər bu prosesinin iştirakçısı olan onun valideyninə də təsir etmişdir.

12. Həmçinin məhkəmə qeyd etmişdir ki, X8 təhsilini ardıcıl dialektik əlaqədə davam etməsinə əngəllər yaranması onun valideyni olan İddiaçı həm hüquqlarını pozmuş, həm də ondan asılı olmayan səbəblərdən uşağının əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq vəzifəsini həyata keçirə bilməmişdir.

13. Məhkəmə onu da qeyd etmişdir ki, X8 Elm və Təhsil Nazirliyinin balansında olan ÜTİS sistemi vasitəsi ilə məktəbin şagird kontingentindən çıxarıldığı xx.xx.2022-ci ili tarixdən tələb olunan sənədlərin İddiaçı verildiyi xx.xx.2023-cü il tarixədək keçən müddəti, İddiaçı və Cavabdeh arasında olan yazışmaları, iddiaçının və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi etirazlarını və işin digər materiallarını araşdıraraq vurulmuş zərərin məbləğinin 2000 manat həcmində müəyyən edilməsini ağlabatan və ədalətli hesab etmişdir. Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4334/2023 saylı 19 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işdə Cavabdeh iddiaçıya və onun övladına münasibətdə heç bir hüquq pozuntusu (delikt) törətməyib, onlara qarşı qanuna zidd hərəkətlərə yol verməyib. Əksinə, iş materiallarından da sübuta yetir ki, hazırki iş üzrə iddiaçı müqavilə üzrə öz öhdəliklərini pozub, Məktəbə olan ödənişlərini icra etməyib. Bu barədə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi hüquqi qüvvəsini alıb, həmin qətnamə ilə tərəflərin hər ikisinin hərəkətlərinə hüquqi qiymət verilib. Mövcud qanunvericiliyə görə şagirdin sənədlərinin verilməsi qaydası ondan ibarətdir ki, valideyn Təhsil Nazirliyinin balansında olan ÜTİS sistemi vasitəsilə elektron kabinet açır, müvafiq məktəbə müraciət edib razılıq aldıqdan sonra həmin məktəbdən elektron sistem vasitəsilə şagridin qəbulu ilə bağlı razılıq məktubu daxil olur, bundan sonra valideyn rəsmi yazılı şəkildə məkətəbə müraciət etməklə sənədləri təhvil alır. İddiaçı bu hərərkətlərin heç birini etməmiş, hətta ona bu barədə izahlar veriləsə də, o, hərəktəsizlik göstərmişdir. Cavabdeh iddiaçının övladının sənədlərini verməkdən imtina etməmişdir. Nərimanov Rayon Məhkəməsi qətnamə qəbul edərkən işin bu halını nəzərə almamış. Cavabdeh tərəfindən iddiaçıya qarşı heç bir hüquq pozuntusu (delikt) törədilməməsinə, ona heç bir zərər vurulmamasına baxmayaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin və 1096-cı maddəsinin tələblərini pozaraq qeyri-hüquqi qətnamə çıxarmışdır. Məhkəmə qətnaməsində zərərin əvəzinin ödənilməsi ilə bağlı məbləği müəyyən edərkən Azərbaycan Respubliaksı Mülki Məcəlləsinin 21 və 23-cü maddəslərinin şərh edilməsinə dair Azərbaycan Respubliaksı Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına və digər Qərarlara isdinad etsə də həmin qərarları da düzgün tətbiq etməmişdir. İddiaçı iddia tələbinin əsası kimi məktəbdən övladının sənədlərinin verilməsindən Məktəbin imtina etməsi, bunun nəticəsində mənəvi zərər keçirməsi ilə bağlı halları sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında hakimin “hansı mənəvi zərər çəkməsi, iztirab və sarsıntı keçirməsi ilə bağlı” verdiyi suala da iddiaçı heç bir cavab verə bilməmişdir. Bir daha bildiririk ki, cavabdeh tərəf olaraq Cavabdeh İddiaçı uşağının sənədlərini verməkdən imtina etməsi təsdq olunmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mənəvi zərər kifayət qədər sübuta yetirilməmişdir. Qarşı tərəf iddia edir ki, onlar oğluna kifayət qədər təhsil verməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində işə baxılarkən qarşı tərəf öz etiraz ərizəsində qeyd edir ki, oğlu müvəffəqiyyətlə imtahan verərək 7-ci sinifə keçmişdir. İş materiallarında olan təhsil müqaviləsinin 4.3-cü maddəsinə əsasən, əgər valideyn yeni tədris ilinə qədər bu müqavilənin uzadılması ilə bağlı müraciət etmirsə, avtomatik olaraq 2020/2021-ci ildə bağladığı təhsil müqaviləsi öz hüquqi qüvvəsini alır. 2022-ci ilin dekabrında onlar gördü ki, qarşı tərəfin övladı dərslərə gəlmir və aralarında olan təhsil münasibətləri öz hüquqi qüvvəsini almayıb. Buna görə də birtərəfli qaydada müraciət edərək həmin şagirdi şagirdlər siyahısından çıxarılması qənaətinə gəldilər. Qarşı tərəf iddia edir ki, o müraciət etmişdir, lakin bu sənədlər verilməyibdir. UTİS sisteminə görə valideyn öz övladını köçürmək istəyərkən həmin sistem üzərindən elektron kabinet açaraq Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi müddət ərzində (şagird transfer müddəti) müvafiq məktəbə müraciət edir. Həmin elektron kabinetdən müvafiq elektron məktub daxil olmalıdır ki, şagirdin çıxarılması təmin olunsun. Sonra valideyn ərizə ilə müraciət edərək sənədləri götürür. Bu prosedurlar cavabdeh tərəfindən həyata keçirilməyib. Bu məsələləri onlar iddia predmeti olmasına baxmayaraq (təhsil haqqı borcunun qaytarılması ilə əlaqdar məhkəmədə iddia qaldırmışdılar) Nəsimi Rayon Məhkəməsində hakim və onun tərəfindən qarşı tərəfə bildirilmişdi ki, “siz bu yolla sənədləri götürə bilərsiniz”. Lakin cavabdeh onlara müraciət etmək əvəzinə, müxtəlif orqanlara məktub yazıb. Nərimanov Rayon Məhkəməsi həmin məktublara istinad edərək guya onlar tərəfdən hər hansı bir hərəkətsizlik nəticəsində sənədlərin verilməməsi qənaətinə gəlib. Halbuki bu məhkəmə sənədləri ilə sübuta yetirilməyib. Sənədlərin onlarda saxlanılmasının hüquqi əhəmiyyəti yoxdur. Hərəkətləri və məktəbin fəaliyyəti nəticəsində qarşı tərəfin hüquqlarını pozacaq, qarşı tərəfin mənəvi iztirab keçirəcəyi və mənəvi zərər vuracağı ilə bağlı heç bir fakt yoxdur. Hətta Nərimanov Rayon Məhkəməsində qarşı tərəfdən mənəvi iztirab və mənəvi zərərlə bağlı sənədin olması soruşulmuşdu. Qarşı tərəf isə belə bir sənədin və sübutun olmadığını demişdir. Qarşı tərəfin rəsmi şəkildə sənədlərin təqdim olunması ilə bağlı müraciəti daxil olmamışdır. Elm və Təhsil Nazirliyi hərəkətlərində hər hansı hüquq pozuntusu olsaydı, onlara göstəriş verərdi ki, sənədləri təqdim etsinlər. İddiaçı 31 marta qədər onlara qarşı tərəf rəsmi (yazılı şəkildə) müraciət etməyib. Qarşı tərəfin sonuncu ərizəsinə əsasən sənədlər təqdim edilib. Şagirdin köçürülməsi prosesi Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi UTİS sistemi əsasında həyata keçirilir. Qarşı tərəf müxtəlif vaxtlarda rəhbərliyin yanına gedib. Həmin vaxtlarda təhsil haqqı ilə bağlı problemlər olub, möhlət istənilib. Yəqin ki, görüşülərin birində sənədlər məsələsini də deyib. Amma bu faktı rəhbərlik təsdiq edə bilmir. Rəhbərlik də qeyd edir ki, əgər onlara rəsmi müraciət olunsa idi, sənədləri verərdilər.

18. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edrək təmin olumamasını xahiş etmiş və əlavə olaraq bildimişdir ki, qarşı tərəf qeyd edir ki, o, elektron formatda rəsmi qaydada müraciət etməli idi. Lakin onun övladı məktəbə daxil olduqda bu sistem yox idi və bu sistemdən anlayışı yoxdur. 2019-cu ildə onun maddi vəziyyəti pisləşdiyi üçün onlar qərara gəldi ki, təhsil haqqını ödəyə bilməyəcəklər, uşağı götürmək istəmişlər. O, özü məktəbdə Samir müəllimə yaxınlaşaraq uşağın sənədlərini götürmək istədiyini dedi. Amma Samir müəllim dedi ki, borcunu ödəməyənə qədər onlara bu sənədləri verə bilməz. Samir müəllim də elektron formatdan bunu necə edəcəyini izah etmədi və bunu bilmirdi. O, dəfələrlə məktəb direktoruna yanına getmişdi ki, sənədləri götürsün və övladını dövlət məktəbinə qoysun. Lakin direktor bildirmişdir ki, borcu verdikdən sonra sənədlər onlara veriləcək.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, cavadeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan aydın olur ki, qətnamənin iddianın təmin olunan hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

23.Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 42-ci maddəsinin 1-ci bəndinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

24.21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 25.1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunlamüdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 26.1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsinşəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 27.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

28.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 30.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 31.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, işin məhkəmə tərəfindən müəyən edilmiş hallarından göründüyü kimi Cavabdeh tərəfindən X13 Elm və Təhsil Nazirliyinin balansında olan ÜTİS sistemi vasitəsilə məktəbin şagird kontingentindən xx.xx.2022-ci ili tarixdə çıxarıldığı halda, onun təhsilinin davam etdirilməsi üçün tələb olunan sənədlər valideyni olan İddiaçı, rəsmi qaydada dəfələrlə müraciət etməsinə baxmayaraq yalnız xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Bununla da, Cavabdeh uşağın Elm və Təhsil Nazirliyinin balansında olan ÜTİS sistemi vasitəsi ilə məktəbin şagird kontingentindən çıxarıldığı tarixdən keçən 1 ilə yaxın müddət ərzində hərəkətsizlik göstərdiyi aydın olur. Cavabdeh X10 məxsus sənədləri təqdim etməməklə onun təhsilinin dialektik qarşılıqlı əlaqədə ardıcıl davam etməsinə ciddi əngəl törətmişdir.

35. Beləliklə Cavabdeh mülki qanuncvericiliyə zidd olaraq mülki hüquq münasibətlərinin subyekti kimi öz hüquq və vəzifələrini vicdanla həyata keçirməmiş, X8 dövlət tərəfindən təminat verilmiş təhsil almaq hüququnun həyata keçirilməsinə maneələr yaratmışdır. Uşağın təhsilində yaranmış problemlər də bu prosesin iştirakçısı olan onun valideyninə də təsir etmiş, nəticədə iddiaçı özündən asılı olmayan səbəblərdən övladının intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq vəzifəsini həyata keçirə bilməmişdir.

36. Məhkəmə kollegiyası həmçinin iddiaçıya dəymiş mənəvi zərərin 2.000 (iki min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi sarsıntısının ağlabatan, ədalətli və mütənasib əvəzi kimi qəbul edir. Belə ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Şəxsin qeyri-əmlak hüquqlarının pozulması halında mənəvi zərərə görə ödənilən təzminat onun keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Zərərçəkmiş şəxsin müəyyən miqdarda təzminat ilə təmin edilməsi onun mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət etmiş olur.

37. Cavabdeh apellyasiya şikayətində iddiaçının sənədləri təhvil almaq məqsədilə rəsmi yazılı şəkildə məkətəbə müraciət etmədiyinə istinad etsə də, iş materiallarında qeyd edilənləri müəyyən etmək mümkün olmamışdır. Əksinə işdə olan sənədlərdən aydın görmək olar ki, iddiaçının övladının sənədlərini almaq üçün müraciətləri məktəbə və digər aidiyyəti orqanlara olmuşdur. Cavabdeh isə sənədləri təhvil verməməklə göstərdiyi hərəkətsizliyinin yolverilən olduğunu əsaslandırarkən hər hansı qanun normasına istinad etməmişdir. Halbuki mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Müqavilə münasibətlərində olan tərəflərdən hər biri istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin əmlak və ya qeyri-əmlak hüquqlarına xüsusi qayğı göstərmək vəzifəsini daşıyır.

38. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdiyi sübutlar mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası məhkəmənin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Apelyasiya şikayətində göstərilən dəlilləri isə mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 39.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 40.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 41.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 42.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4334/2023 saylı 19 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar