Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2158/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı “əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı3, İddiaçı5, İddiaçı6 nümayəndəsi X13, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı1 nümayəndəsi və vəkili X3, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı “əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı1 və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı1 onlarla bağlanmış əmək müqavilələrinə əsasən "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləmişlər. İddiaçılarla bağlanmış əmək müqavilələrinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) xitam verilmişdir.
2. İddiaçıların işlədikləri dövr ərzində gecə növbəsində və bayram günlərində işə cəlb olunduqları, xx.xx.2022-ci il tarixədək buna görə əlavələrin ödənilmədiyi, yalnız 2022-ci ilin iyul ayı üzrə həmin əlavələrin hesablanılmasına başlanılaraq ilk dəfə xx.xx.2022-ci il tarixdə ödənildiyi, həmin əlavələrin ödənişinin xx.xx.2023-cü il tarixədək davam etdiyi tərəflər arasında mübahisə doğurmur.
3. Həmçinin, tərəflər arasında bağlanmış əmək müqavilələrinin şərtlərinə və qanunvericiliyin tələblərinə əsasən gecə növbəsində və bayram günlərində işləyən işçilərə əmək haqqına müvafiq əlavələr ödənilməlidir.
4. Hazırda iddiaçılar əmək müqavilələrinə xitam verilməsini mübahisələndirmir, onların iddia tələbləri işə başladıqları gündən xx.xx.2022-ci il tarixədək gecə növbəsində və bayram günlərində faktiki işlədiklərinə görə əmək haqqına əlavələrin ödənilməsi ilə bağlıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı1 cavabdeh "xxxx" MMCyə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı X6 xeyrinə xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, çəkilmiş xərclərin əvəzi olaraq mediasiya təşkilatına ödənilmiş 60 manat rüsumun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xidmət haqqı məbləği olaraq 220 manat məbləğin vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı X11 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı2 xeyrinə xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, çəkilmiş xərclərin əvəzi olaraq mediasiya təşkilatına ödənilmiş 60 manat rüsumun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xidmət haqqı məbləği olaraq 220 manat məbləğin vəsaitin tutulması barədə qətnam qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı3 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı3 xeyrinə xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, çəkilmiş xərclərin əvəzi olaraq mediasiya təşkilatına ödənilmiş 60 manat rüsumun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xidmət haqqı məbləği olaraq 220 manat məbləğin vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı4 cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı4 xeyrinə xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xidmət haqqı məbləği olaraq 220 manat məbləğin vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı5 cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı5 xeyrinə xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı6 cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı6 xeyrinə xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, çəkilmiş xərclərin əvəzi olaraq mediasiya təşkilatına ödənilmiş 50 manat rüsumun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xidmət haqqı məbləği olaraq 220 manat məbləğin vəsaitin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbləri onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı1 xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il dövrü üzrə, X7 xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il dövrü üzrə, İddiaçı3 xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il dövrü üzrə, İddiaçı4 xx.xx.2013-ci il tarixindən xx.xx.2022-ci il dövrü üzrə, İddiaçı6 xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il dövrü üzrə gecə növbəsində və bayram günlərində faktiki işə çıxdıqları günlərə görə əvəzi ödənilməmiş məbləğlər mövcuddur ki, həmin məbləğlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, iddiaçıların işə qəbul olduğu tarixdən xx.xx.2022-ci il dövrünə kimi onların gecə növbəsində və bayram günlərində işlədikləri saatlar barədə bütün məlumatlar cavabdehdə mövcuddur. Həmçinin iddiaçıların nəzarətçi kimi işə başladığı gündən işdən çıxana kimi gecə növbəsində və bayram günlərində işə cəlb edildiyi mübahisəsizdir. Qeyd etmək istəyir ki, mediasiya prosesində belə cavabdehin nümayəndələri əvvəlcə ödənilməli məbləğin hesablanacağını bildirmiş, sonradan bundan imtina etmişlər, habelə məhkəmə prosesi gedişində iddiaçılara müəyyən bir məbləğ müqabilində iddiadan imtina etməyi təklif etmişlər. Bütün bunlar cavabdehin işçilərin hüquqlarını pozduğunu başa düşdüyünü, lakin məsuliyyətdən yayındığını təsdiq edir. Cavabdeh təşkilat 2017-ci ildən işçilərə elektron qaydada aylıq hesablaşma vərəqələri (“payslip”) göndərdiyini bildirsə də, həmin vərəqələr iddiaçıların bəzilərinə 2018-2019-cu illərdə, bəzilərinə isə daha gec göndərilmiş, həmçinin 1 iyul 2022-ci il tarixə kimi olan vərəqələrdə gecə növbəsinə və bayram günlərinə görə əlavələr qeyd olunmamış, yalnız 2022-ci ilin iyul ayından başlayaraq həmin əlavələr qeyd olunmuş və ilk dəfə xx.xx.2022-ci il tarixdə ödənilmişdir. İddiaçılar 2020-2021-ci illərdə istehsalatda gecə növbəsinə və bayram günlərinə görə əlavələrin ödənildiyini öyrənərək bu barədə öz departament rəhbərlərinə və insan resursları şöbəsinə (o cümlədən A.Quliyevə, E.Babaşova, T.Əliyevə) müraciətlər etmiş, onlara həmin əlavələrin hesablanaraq ödəniləcəyi bildirilmiş, hər dəfə bununla bağlı vədlər verilmişdir. 2022-ci ilin iyul ayı üzrə əlavələrin ödənişləri, eyni zamanda planlı şəkildə ixtisara hazırlıq başlamış, son haqqhesab zamanı xx.xx.2022-ci il tarixədək olan əlavələrin ödəniləcəyi bildirilmişdir. Cavabdeh təşkilatin etiraz ərizəsinə münasibətdə qeyd etmək istəyir ki, iddiaçılar ilə ayrı-ayrılıqda imzalanmış əmək müqavilələrinə xitam verilməsi ilə bağlı son haqq-hesab məbləği xx.xx.2023-cü il tarixində rəsmiləşdirilməklə işəgötürən tərəfindən iddiaçılara məxsus bank hesablarına mədaxil edilmişdir. Cavabdeh iddiaçıların gecə növbəsində və bayram günlərində işə cəlb olunduğunu təsdiq edir, yalnız iddia müddətinin ötürüldüyünə istinad edir. Cavabdehin bu şəkildə iddia müddətinə istinad etməsi onun hüquqdan sui-istifadə etdiyini təsdiq edir. Belə ki, hüquqdan sui-istifadə cavabdehin həmin məbləğləri uzun müddət ərzində ödəməməsində, həmin məbləğlərin hər dəfə növbəti illərdə ödənməsi ilə bağlı vədlərin verilməsində, iqtisadi cəhətdən işçilərin zəif mövqedə olmasından və təşkilatısərəncamverici səlahiyyətlərinin olmamasından istifadə edərək bunu sənədləşdirməkdən boyun qaçırmasında, 2022-ci ilin iyul ayı üzrə 2022-ci ilin 5 avqust tarixindən ödəməyə başlayaraq planlı şəkildə bir il ərzində ödədikdən sonra 45 nəfər işçini ixtisar etməsində və sonra da bir illik iddia müddətinə istinad etməsində öz təsdiqini tapır. Bundan əlavə, qeyd etməyi zəruri hesab edir ki, İddiaçı1, X7, İddiaçı3 münasibətdə cavabdehin etirazda qeyd etdiyi halı əsas götürərək bir illik müddətin tətbiq edilməsi halında belə iddia müddəti ötürülməmişdir. Belə ki, İddiaçı1, X7, İddiaçı3 əlavələr ilk dəfə faktiki olaraq xx.xx.2022-ci il tarixində hesaba mədaxil edilməklə ödənilmişdir. Həmin iddiaçılar isə mediasiya prosesinə bir il keçmədən, yəni xx.xx.2023-cü il tarixinədək başlamışlar. İddiaçılardan İddiaçı4, İddiaçı6 (müvafiq olaraq xx.xx.2023-cü il, xx.xx.2023cü il, tarixlərdə) əmək müffətişliyinə və mediasiyaya müraciət etmələrini nəzərə alaraq, müddətin bərpası barədə ərizə vermişlər. Belə ki, həmin iddiaçıların özünün faktiki olaraq ali hüquq təhsilinin olmamasını, tərəflər arasında formalaşmış etibarlı əmək münasibətlərini, cavabdeh tərəfin hüquqdan sui-istifadə etməklə hazırda mübahisələndirilən tələblər üzrə ödəmələri son bir il ərzində ödəməsini və bundan sonra ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verməsini, keçən dövr ərzində iddiaçılara hər dəfə vədlərin verilməsini, iddiaçıların hərhansı təşkilati-sərəncamverici səlahiyyətinin olmamasını, etibarlı əmək münasibətləri çərçivəsində işəgötürənin vədlərinə inanmasını, sonuncu haqq-hesab ödənilən zaman əvvəlki dövrlər üzrə ödənilməmiş məbləğlərin ödənilmədiyini nəzərə alaraq, məhkəmə tərəfindən tələb etmə hüququ ilə bağlı iddia müddətinin keçməsi əsas götürülərsə, həmin müddətin iddiaçılardan İddiaçı4, İddiaçı6 münasibətdə üzrlü hesab edilməsini xahiş edir. Həmçinin bildirməyi zəruri hesab edir ki, iddiaçılarından İddiaçı1, X11, İddiaçı3 tərəfindən məhkəməyə müraciət edilməsi üçün mediasiya təşkilatına 60 manat ödənildiyindən, qeyd olunan mediasiya xərci həmin iddiaçılara münasibətdə cavabdehdən tələb olunur, bundan əlavə hüquqi yardım üçün bütün iddiaçılar tərəfindən ayrılıqda 220 manat məbləğində pul vəsaiti ödənilmişdir və həmin vəsait bütün iddiaçılar tərəfindən tələb olunur. Qeyd olunanlara əsasən, iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
12. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı1 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı1 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, mediasiya xərcinə görə 20 manat, hüquqi yardıma görə 80 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməsməsi, iddiaçı X4 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı X4 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, Mediasiya xərcinə görə 20 manat, hüquqi yardıma görə 80 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı X7 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı3 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı3 xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, mediasiya xərcinə görə 20 manat, hüquqi yardıma görə 80 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı4 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı4 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, hüquqi yardıma görə 80 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı4 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı5 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı5 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı6 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməsi, İddiaçı6 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, mediasiya xərcinə görə 20 manat, hüquqi yardıma görə 80 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı6 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, şahidin ifadəsinə, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, hər bir iddiaçılar əmək müqaviləsinə əsasən cavabdeh müəssisədə nəzarətçi vəzifəsində işləmiş, onlarla bağlanmış əmək müqavilələrinə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ştatların ixtisarı əsası ilə xitam verilmiş və son haqq-hesab məbləğləri ödənilmişdir. İddiaçılar əmək müqavilələrinə xitam verilməsini mübahisələndirmir, onların iddia tələbləri işə başladıqları gündən xx.xx.2022-ci il tarixədək gecə növbəsində və bayram günlərində faktiki işlədiklərinə görə əmək haqqına əlavələrin ödənilməməsi ilə bağlıdır. Belə ki, iddiaçıların işlədikləri dövr ərzində gecə növbəsində və bayram günlərində işə cəlb olunduqları, xx.xx.2022-ci il tarixədək buna görə əlavələrin ödənilmədiyi, yalnız 2022-ci ilin iyul ayı üzrə həmin əlavələrin hesablanmağa başlayaraq ilk dəfə xx.xx.2022-ci il tarixdə ödənildiyi, həmin əlavələrin ödənişinin xx.xx.2023-cü il tarixədək davam etdiyi mülki iş üzrə sübutlarla tam təsdiq olunur və tərəflər arasında mübahisə doğurmur. Həmçinin, tərəflər arasında bağlanmış əmək müqavilələrinin şərtlərinə və qanunvericiliyin tələblərinə əsasən gecə növbəsində və bayram günlərində işləyən işçilərə əmək haqqına müvafiq əlavələr ödənilməlidir. Hazırda iddiaçılar xx.xx.2022-ci il tarixədək olan dövr üzrə həmin əlavələrin ödəniləcəyi ilə bağlı cavabdeh tərəfindən daim onlara vəd və güvən verildiyini, ona görə də həmin əlavələrin son haqqhesab zamanı ödəniləcəyinə inandıqlarını əsas gətirərək iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər, cavabdeh müəssisə isə iddiaya etirazını bir illik iddia müddətinin ötürülməsi ilə əsaslandırmışdır. Məhkəmə tərəflərin dəlillərinə, onların qarşılıqlı münasibətlərinə, mülki işin hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbləri qismən əsaslı hesab edilməli, hər bir iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Belə ki, mülki iş üzrə sübutlara əsasən məhkəmə müəyyən edir ki, iddiaçılara gecə növbəsində və bayram günlərində işlədiklərinə görə əlavələrin ilk dəfə 2022-ci ilin iyul ayı üzrə hesablanaraq xx.xx.2022-ci il tarixdə verilməsi, əvvəlki dövrə görə əlavələrin ödənilmədiyinin iddiaçılar tərəfindən birmənalı olaraq məhz həmin tarixdə aşkar edilməsi; bundan əvvəl həmin əlavələri tələb edən işçilərə hər dəfə güvənverici məlumatların verildiyini, 2022-ci ilin iyulundan əlavələrin verilməsi ilə yanaşı həmin bölmənin gələcəkdə ixtisarı ilə bağlı araşdırmanın aparıldığını şahid T.Əliyevin təsdiq etməsi; müəssisənin istehsalat bölməsində həmin əlavələrin daha əvvəldən verildiyi halda iddiaçılara münasibətdə bu barədə ayrı-seçkiliyə yol verilməsi; əlavələrin yalnız 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayları üzrə bir il ödənildikdən sonra işçilərin xx.xx.2023-cü il tarixdən işdən azad edilməsi və iddia müddətinin həmin bir il nəzərə alınmaqla tətbiqinin işçilərdən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olan işəgötürən tərəfindən tələb edilməsi, bununla da digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsinin hüquqdan sui-istifadə xarakteri daşıması; eyni zamanda iddiaçılardan İddiaçı1, T.Mövsumov,İddiaçı3 tərəfindən mediasiya prosesinə xx.xx.2023-cü il tarixədək, digər iddiaçılar tərəfindən isə həmin tarixdən bir ay keçmədən başlanması və sonunculara münasibətdə müddətin üzrlü hesab olunaraq bərpa edilməsinin əsaslı olması; tərəflərin mediasiya prosesində və məhkəmə baxışı gedişində mübahisəni sülh yolu ilə həll etmək üçün səy göstərməsi halları nəzərə alınaraq, iddia müddətinin xx.xx.2021-ci il tarixədək olan dövr üçün tətbiq edilməsi, iddiaçılara xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan bir illik dövrdə faktiki işlədikləri bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qanuni və ədalətli hesab olunmalıdır.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə, X2 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsinə, Əmək Məcəlləsinin 2.3, 12, 16.1, 83.2, 97.1, 102.1, 109, 154.1, 154.2, 157.3, 164.1, 166.1, 172, 172.4, 172.5, 178.1, 296.4, 296.3, 296.6, 296.7-ci maddələrinə, Mülki Məcəlləsinin 5.3-ci maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 74 saylı Qərarının 1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 121.1, 217.4, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı1 apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(002)-3104/2023 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələblərinin təmin edilməyən hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətində göstərilmişdir ki, faktiki olaraq cavabdeh qurum iddiaçılara münasibətdə qanunla onlara ödənilməli olan, lakin ödənilməmiş məbləğlərin müddətin keçməsi əsası ilə rədd edilməsini xahiş etsə də, nəzərə alınmalıdır ki, iddiaçıların hazırki tələbi “iqtisadi dəyərə” malik olan pul vəsaitləridir ki, həmin vəsaitlər iddiaçıların özlərin və ailəsinin saxlanması üçün zəruri vəsait olmuş, cavabdeh öz hərəkət və hərəkətsizliyi nəticəsində həmin vəsaitlərin ödənilməsini həyata keçirməmiş, hazırki iddiaçılara münasibətdə ayrı-seçkiliyə yol verməklə müəssisədə çalışan digər başqa sahənin işçilərinə gecə növbəsi və bayram günləri ilə əlaqədar ödəmələr həyata keçirmiş, hazırki iddiaçılara münasibətdə gecə növbəsi və bayram günlərinin əvəzinin ödənilməsi ilə bağlı rəsmi sənədləşmələri həyata keçirməmiş, həmin sənədlərin bilərəkdən və ya dolayısı yolla aidiyyəti üzrə hazırlanmasını həyata keçirməyərək iddiaçılara birbaşa zərər vurmuşdur. Cavabdeh qurumun 2022-ci ilin iyul ayından başlayaraq ilk dəfə xx.xx.2022-ci il tarixində ödəniş həyata keçirməsi, buna paralel olaraq həmin ödənişlərin 2023-cü ilin iyul ayın 31-nə kimi hesablayaraq ödəməsinə dair hərəkətləri əslində əvvəlki illər üzrə həmin məbləğlərin ödənilməli olduğunu bilməsində və etiraf etməsində öz əksini tapır. Etiraf etmə onunla təsdiqlənir ki, cavabdeh qəbul edir ki, qanunvericiliklə gecə növbəsi və bayram günləri ilə əlaqədar hazırki iddiaçılara əslində qanunla nəzərdə tutulmuş məbləğlər hesablanmalı və ödənilməlidir, lakin hansısa rəhbər şəxslərin qanunvericiliyi bilməməsi səbəbindən həmin vəsaitlərin ödənilməsi həyata keçirilməmişdir. Nəzərə alınmalıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Avropa İnsan Hüquqları Konvensiyasına əlavə olan 1 saylı Protokolu ilə bağlı qəbul etmiş olduğu bir çox qərarlarda “iqisadi dəyərə malik olan hər bir əşya” mülkiyyət kimi xarakterizə olunmuşdur. Bu aspektdən hazırki iddiaya dair işə baxılan zaman məhkəmə bu halları nəzərə almalı, cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən qəsdən və ya dolayı yolla onları öz qazanclarından məhrum edilməsini nəzərə almalı, eyni zamanda cavabdehin səlahiyyətli nümayəndəsi olan və hazırda HR menecer vəzifələrini icra edən və şahid qismində dindirilmiş X1 izahatını, həmin izahatında özünün şəxsi təşəbbüsü ilə verdiyi ifadəsində hazırki iddiaçılara proqram təminatından irəli gələrək ödəmələrin həyata keçirilməməsini, nəticədə müəssisədə digər işçilərə münasibətdə hazırki iddiaçılara fərqli rəftar və hüquqların həyata keçirilməsini nəzərə almalı, eyni zamanda şahidin ona verilmiş suallara cavab olaraq işlətdiyi “güvənverici məlumatların iddiaçılara” verilməsi halını nəzərə almalı idi. Qeyd edilməlidir ki, mülkiyyət həm Azərbaycan Respublikasının Konstitusiyası həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyası ilə qoruma altına alındığından bu hüquqların həyata keçirilməsinin hansısa formada məhdudlaşdırılması yol verilməzdir. Məhkəmə hazırki qətnaməsində cavabdeh tərəfin iddiaçılara münasibətdə hüquqlardan suiistifadəsinə yol verilməsi halını təsdiq etsə də, həmin hüquqlardan sui-istifadəni yalnız 1 illik müddəti tətbiq etməklə tanımışdır. Halbuki əgər ki, cavabdehin hərəkətləri qanunsuzdursa və bu qanunsuzluq (şahid tərəfindən verilmiş izahatlar, təqdim edilmiş sənədlərlər tam təsdiq olunur) iddiaçılara münasibətdə zərər vurulma ilə xarakterizə olunursa və bu hal məhkəmə tərəfindən təsdiq olunursa bu zaman Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli və xx.xx.2012-ci il tarixli qərarlarında əks olunmuş mövqelər nəzərə alınmalı, iddiaçılara münasibətdə cavabdehin vurumuş olduğu zərər tam həcmdə müəyyən edilməli, buna uyğun olaraq ödənilməmiş bütün məbləğlərin əvəzi cavabdehdən tutularaq iddiaçılara ödənilməsi təmin edilməli idi. Hazırki iş üzrə məhkəmənin iddia tələbini qismən təmin edən zaman 1 illik müddəti əsas götürməsinə baxmayaraq qeyd edilməlidir ki, iddiaçılarla imzalanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixinə əmr hazırlanmaqla yalnız xx.xx.2023-cü il tarixində xitam verilmiş (baxmayaraq ki, əmək kitabçasında rəsmiləşdirmə xx.xx.2023-cü il tarixi qeyd edilmişdir), iddiaçılardan İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən xx.xx.2023-cü il tarixində, İddiaçı4 tərəfindən xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə mediasiya təşkilatına müraciət edilmişdir. İlk öncə nəzərə alınmalıdır ki, cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən verilmiş izahatda, eyni zamanda məhkəməyə təqdim etmiş olduğu arayış və digər sənədlərdə də cavabdeh tərəfindən iddiaçılara ödənilmiş son haqq hesab məbləği kimi 2023-cü ilin iyul ayı üzrə əmək haqqı, habelə gecə növbəsi və bayram günləri üzrə əlavələrin, habelə əvvəlki dövrlər üzrə istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi və Azərbaycan Respublikası Əmək Məcəlləsində işçilərin ixtisarı ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş təminatla bağlı ödəmələrin ödənilməsi əks olunmuşdur ki, bu hal iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş bank hesabından çıxarışlara və esosialdan alınmış arayışlarla da təsdiq olunur. Nəzərə alınsa ki, iddiaçılara imzalanmış əmək müqavilələrinə xx.xx.2023-cü il tarixində xitam verilmiş, iddiaçılar isə sonrakı müddət ərzində xx.xx.2023 (İddiaçı1, İddiaçı3, İddiaçı2), xx.xx.2023 (İddiaçı4) tarixində artıq mövcud mübahisə ilə bağlı mediasiya təklifi göndərərək sonradan mediasiya təşkilatına müraciət etmiş, davamında isə məhkəmə instansiyasına müraciət etmişdir, bu halda 1 illik iddia müddətinin axımını heç bir halda ötürməmişdir. İşin həqiqi halından da bəlli olur ki, cavabdeh qurum iddiaçıya işdən çıxan zaman son haqq-hesab məbləği kimi əvvəlki dövrlər üzrə ödənilməli olan məbləğlər kimi əvvəlki dövrlər üzrə işlənilmiş gecə və bayram günlərinin əvəzini ödəməmişdir. Hətta nəzərə alınsa ki, iddiaçılara cavabdeh qurum tərəfindən göndərilmiş paysliplər hüququn bilinməli olduğu zaman kəsimidir, bu zaman qeyd edilməlidir ki, gecə növbəsi və bayram günləri ilə məlumatları özündə əks etdirən paysliplər ilk dəfə 2022-ci ilin iyul ayına əhatə etməklə 2022-ci ilin avqust ayının 8-10 aralığında iddiaçıların elektron poçt ünvanlarına təqdim edilmiş, həmin ünvanların iddiaçılar tərəfindən mütləq qaydada işlək olması barədə işəgötürn tərəfindən iddiaçılardan öhdəlik götürülməmişdir. Belə ki, ilk dəfə iddiaçılara gecə və bayram günlərinə əlavələrin məbləği 2022-ci ilin iyul ayına əhatə etməklə xx.xx.2022-ci il tarixində Bank hesablarına köçürülmüş, həmin məbləğlərin açıqlamalı qaydada sənəd forması isə 2022-ci ilin 10 avqust tarixinə kimi tam təqdim edilmişdir. Bu zaman məhkəmənin nöqteyi nəzərindən iddiaçıların öz hüquqlarının pozulmasının bildiyi anı 2022-ci ilin avqust ayının 5-i kimi müəyyən etmək zərurəti yaranır ki, bu halda iddiaçılardan İddiaçı2, İddiaçı3 və İddiaçı1 heç bir halda iddia müddətini ötürməmişdir. Belə ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 xx.xx.2023-cü il tarixində ixtisar edildikdən sonra xx.xx.2023-cü il tarixində mübahisənin həlli məqsədi ilə mediasiya təklifini cavabdeh quruma ünvanlamış, eyni zamanda mübahisənin həlli məqsədi ilə aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 qrup halında müraciət etmişdir. İlkin mediasiya sessiyası xx.xx.2023-cü il tarixinə təyin edilmiş, həmin müddətə kimi mübahisənin 13 saylı Mediasiya Təşkilatında həlli məqsədi ilə mediasiya sessiyasının keçirilməsinə cavabdeh etiraz etməmiş (xx.xx.2023-cü il tarixli cavab məktubu), xx.xx.2023-cü il tarixində Bakı 13 saylı Mediasiya Təşkilatında mediatorlar Azad Hacıyev və Natavan Muradova tərəfindən mediasiya sessiyası üçün vaxt təyin edilmiş, cavabdeh qurumun səlahiyyətli şəxsləri kimi etibarnamə əsasında X9 (şahid qismində dinidirilib), Səfərli Səfər və HacıQasımov (hüquqşünas) iştirak etmiş, həmin iclasın hazırki iddiaçılardan İddiaçı1, İddiaçı2 və İddiaçı3 münasibətdə məbləğin hesablanması məqsədi ilə başqa vaxta təxirə salınması xahiş edilmiş və buna uyğun olaraq mediasiya iclası xx.xx.2023-cü il tarixinə təyin edilmiş, lakin iclasın başlama vaxtına yaxın Hacı Qasımov tərəfindən bildirilmişdir ki, iştirak edilməyəcəkdir. Mediasiya sessiyasında iştirak edildikdən sonra və arayış əldə edildikdən sonra iddiaçılardan İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən iddia ərizəsi ilə Qaradağ rayon Məhkəməsinə müraciət edilmişdir. Bu anlamda nəzərə alınmalıdır ki, məhkəmə hüququn pozulması anını 2022-ci ilin avqust ayının 5-i müəyyən edirsə bu zaman iddiaçılardan İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia müddətini heç bir halda ötürməmişdir və bu zaman həmin iddiaçılara münasibətdə son 1 ilin gecə növbəsi və bayram günlərinin əvəzinin hesablanaraq ödənilməsinin müəyyən edilməsi doğru olmazdı. Digər İddiaçı4 münasibətdə qeyd edilməlidir ki, faktiki olaraq həmin iddiaçılar əvvəlcə X8, bunun paralelində isə mediasiya təşkilatına müraciət etmişdir. Qeyd edilən iddiaçıların ali hüquq təhsilli olmamasını, cavabdeh qurumun HR meneceri X1 şahid ifadəsində göstərdiyi kimi məbləğlərin ödənilməsi ilə bağlı güvənverici məlumatlar verməsini nəzərə alaraq, habelə son 1 il üzrə cavabdeh qurum tərəfindən ödəmələrin mütəmadi olaraq ödənilməsi halını əsas götürərək iddia müddətinin tətbiq edilməsi doğru olmazdı, hətta bunun tətbiq edilməsi halında belə mövcud müddətin kəsici müddət olmamasını, buna parellel olaraq cavabdeh qurum tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizə təqdim edilməməsini əsas götürərək iddia tam təmin edilməli idi.
17. Qətnamədən cavabdeh "xxxx" MMC cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 3104/2023 saylıQətnaməsinin ləğv edilməsi, iddiaçılar tərəfindən "xxxx" MMC-yə qarşı verilmiş iddia tələblərinin rədd edilməsi və apellyasiya şikayətinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296.3-cü maddəsinə uyğun olaraq, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.6-cı maddəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddiaçı tərəf isə müddətin ötürülməsi ilə bağlı yuxarıda qeyd olunan heç bir səbəblə bağlı əsaslandırılmış sənəd və ya sübut təqdim etməmişdir. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər. Tərəflərindən işçilərə ödənilmiş əmək haqqı ilə bağlı haqq-hesab sənədləri (“payslip” formatında) 2017-ci ildən etibarən hər ay elektron qaydada təqdim edilmişdir. İddiaçılar və nümayəndələri məhkəmə çıxışları zamanı dəfələrlə etiraf etmişlər ki, əmək haqqlarına əlavələrin ödənişlərinin edilmədiyi ilə bağlı 2018-2019-cu illərdən (bəzi işçilər hətta daha öncəki illərdə bu məsələni öz rəhbərləri qarşısında qaldırmışdır) məlumatlı idilər və bu barədə öz birbaşa rəhbərləri vasitəsilə Zavodun rəhbərliyinə müraciət etmişlər. Təəssüf ki, iddiaçıların bu barədə çıxışı birinci instansiya məhkəməsi tərəfindən protokolda qeyd edilməmiş və məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Mediasiyaya gec müraciət edilməsi ilə bağlı iddiaçıların vəkili buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi barədə məhkəməyə əsaslandırılmamış vəsatət təqdim etmiş, lakin vəsatətdə heç bir üzrlü səbəb gətirməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Belə ki, iddiaçıların hər birinə (i) 1 iyul 2021-ci il tarixdən 1 iyul 2022-ci il tarixədək faktiki işlənilmiş günlər üzrə gecə növbəsi və bayram günləri ödənişləri; (ii) gecikdirilmiş məbləğin 31 iyul 2023-cü il tarixdən etibarən hər gün üçün 1% məbləğində kompensasiya; eləcə də (iii) 20 AZN mediasiya və 80 AZN hüquqi yardım xərclərinin ödənilməsi qət edilmişdir. Hər ayın əmək haqqı ödənişi hər ay üçün ayrı bir ödəniş faktı kimi məhkəmə tərəfindən qiymətləndirilməli idi. İddia müddətini ötürmüş olmasaydılar belə, iddiaçıların yalnız 2022-ci ilin iyul ayının əmək haqqı ödənişləri ilə bağlı tələbi ola bilərdi, hansı ki iddiaçılar da etiraf edir ki, bu ödəniş düzgün qaydada onlara edilmişdir. Bundan əvvəlki aylar və illərə münasibətdə isə bu müddət istənilən halda ötürülmüş hesab edilməli idi. Birinci instansiya məhkəməsinin məhz bir illik dövr üçün (1 iyul 2021-ci il tarixdən 1 iyul 2022-ci il tarixədək) ödənişlərin edilməsi öhdəliyini "xxxx" MMC-nin üzərinə qoyması onlar üçün hüquqi baxımdan qeyri-müəyyəndir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
20. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı1 nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, cavabdeh idda müddəti ilə bağlı ərizə tətbiq etməyib, maddi və prosessual hüquq norması pozulub. Səsləndirilən barışıq yenə də onlar bildirdiyi məbləğ deyil. Məhkəmə iclasının təxirə salınmasına etiraz edir. Qarşı tərəf ağılabatan kompensasiya təklif etməyib. Hər dəfə iş barışıq üçün uzanır, lakin nəticə olmur. Mediyasiya prosesində də təxir edildi ki, barışıq əldə edilsin. Barışıq inandırıcı gəlmir. 2023-cü ildən bu günə qədər barışıqla bağlı addım atıla bilərdi .İddiaçılar gecə növbəsində bayram günlərində işləyiblər. Şahid ifadələri ilə və təqdim edilən sənədlərlə sübut edilmişdir. Onların mübahisəsi həmin günlər üçün ödənilməyən əmək haqqı ilə bağlıdır. Bu da müəyyən vaxtı əhatə edir. 2022-ci ilin iyul ayından ştatlar ixtisar olunan vaxta qədər gecə növbəsi bayram günlərinin əvəzi ödənilmişdir. İlk dəfə ödənilmə məsələsi cavabdeh tərəfindən 2022-ci ilin iyun ayı hesablanmalqla, xx.xx.2022-ci ildə banka hesabına köçürülmüşdür. Haqq-hesab sənədi xx.xx.2022-xx.xx.2022-ci illə arasında iddiaçıların elektron poçt ünvanlarına göndərilmişdir. Bəzi iddiaçılara daha gec göndərilmişdir. Rayon məhkəməsində dindirilmiş şahid ifadələrindən aydın olmuşdur ki, cavabdeh hüquqlardan sui-istifadə etmişdir, cavabdehə məlum idi ki, iddiaçılar ixtisar ediləcəklər. Qətnamədə bu hal qeyd edilmişdir. İddia müddətinin tətbiqi ilə bağlı cavabdeh heç bir ərizə təqdim etməmişdir. Yalnız iddia ərizəsinə etirazda münasibət bildirmişdir. Cavabdeh prosessual müddətinin bərpası barədə vəsatətə istinad etmişdir. Vəsatəti verməkdə məqsəd prosessual hərəkəti etmək üçün olmuşdur. İddia müddəti keçməmişdir. xx.xx.2023-cü ildə əmək kitabçası əmrlə verilib, xx.xx.2023-cü il tarixdə ştatların sayı ixtisar edilib, 1 gün sonra əmək haqqı köçürülmüşdür. Mediyasiya təşkilatına iddiaçılardan üçü xx.xx.2023-cü il tarixində müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh heç bir etiraz etməmişdir. xx.xx.2023-cü il tarixində cavabdeh barışıq üçün vaxt istəmişdir. Digər iddiaçılar sonradan qoşulub. Bu iş üzrə müddət tətbiq edilməməlidir. İşçi işdən çıxan zaman ödənilməmiş bütün məbləğlər - məzuniyyət ödənişi, əmək haqqına əlavələr ödənilməlidir. İşçilərə yalnız təzminat və həmin ayın əmək haqqısının gecə növbəsi ödənilib. Şahid bildirib ki, proqram təminatında problem var idi, ona görə iddiaçılara ödəniş edilməmişdir. Lakin, MMC-nin digər işçilərinə ödəniş edilib. Cavabdeh ayrı-seçkilik etmişdir. Həm də hüquqdan sui-istifadə etmişdir. 21 vətəndaş növbədə hələ də gözləyir. 23 iddiaçı var. Haqq-hesab sənədinin iddiaçılara təqdim edilməsini təsdiq edən sənəd yoxdur. Elektron poçt ünvanından çıxarışın təqdim edilməsi sübut deyil. Əmək müqaviləsində iddiaçı elə öhdəlik götürməyib ki, elektron üvvanına göndərilmiş sənəd qəbul edilmiş hesab ediləcək. Cavabdeh etiraf edir ki, ödəməli idilər. Kitab oxumağa görə və ya dini ayinləri yerinə yetirdiyinə görə cavabdeh başqa işçiləri işdən çıxarmışdır. Onlar orada illərdir çalışıblar. Bütün bunların nəzərə alınaraq ədalətli qərar çıxarılmasını xahiş edir. 2022-ci ilin iyun ayında gecə növbəsi bayram günləri üçün ödəniş ödənilməmişdir. İlk dəfə ödəniş xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Keçmiş haqq-hesab sənədində gecə növbəsi bayram günləri ödənişləri göstərilməmişdir. 2022-ci il iyun ayını əhatə etməklə 2022-ci ilin 8 avqust tarixində haqq hesab sənədi təqdim edilib. Mediyasiya təklifini iddiaçılardan üçü xx.xx.2023-cü il tarixində göndərib, bununla bağlı poçt qəbzi də var. xx.xx.2023-cü il tarixində cavabdeh məktub ünvanlayıb. Ekspertiza keçirilməsi barədə vəsatət versə də, təmin olunmayıb. İddiaçı6 və İddiaçı4 başqa qalan iddiaçılar şirkət təsis edildiyi gündən orada işləyirlər. 85.000 manat büdcə çıxarıldı. 2 kateqoriyaya bölündü. 9 nəfər-ilkin mediayasiya müraciət edənlərə hesab edildi ki, daha çox məbləğ verilsin. 13 nəfərə isə 2000 manat təklif edildi.
21. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, rayon məhkəməsində iddiaçılar bildirmişdilər ki, bu məsələ 2018-2019-cu illərdə başlamışdır. Tərəflərin məlumatı var idi. Məsələni həmin dövrdə mübahisələndirə bilərdilər. Hüquqdan sui-istifadə hazırkı məsələdə yoxdur. Xərclərin və işçi heyətinin optimallaşdırması məqsədi ilə MMC-də ştatlar ixtisar edilməyə başlanıldı. Hazırda da davam edir. Onların məqsədi iddiaçıları bir il gözlədib, ixtisara salmaq olmayıb. İddiaçılar əmək haqqının düzgün ödənilmədiyini həmin ərəfələrdə bilirdilər, növbə rəislərinə bildirirdilər, növbə rəisi də insan resurslarına bildirdi və rəhbərlik səviyyəsinə qalxdı. 2022-ci il iyun ayından başlayaraq əmək haqqı ödənilməyə başlanıldı və haqq-hesab sənədində gecə növbəsi bayram günləri üçün ödənilən ödəniş də göstərildi. MMC-də mühasibatlıq-maliyyə məsələləri kompüter vasitəsi ilə həyata keçirilir. İşçilər qanunvericiliyə uyğun olaraq haqq-hesab sənədini ala bilərdilər. İnsan resursları iddiaçıların elektron ünvanlarına haqq-hesab sənədini göndərərək iddiaçıların vaxt itkisinin qarşısını alıblar. Təşəbbüs kimi qiymətləndirə bilərlər. İddia müddəti sonuncu qüsurlu əmək haqqından hesablanmalı idi, bu da 2022-ci ilin iyun ayına təsadüf edir. İddiaçılar özləri bildirib ki, həmin tarixdən başlayaraq əmək haqqları istənildiyi kimi ödənilib. İyun ayından hesablansa, iddia müddətinin başlanğıcı xx.xx.2023-cü il yox, xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Mediasiyaya 09 avqust ayından başlayaraq müraciət edilmişdir. Hətta, sentyabr ayında müraciət edən var. Hesab edir ki, iddia müddəti ötürülmüşdür. İddia ərizəsinə etirazda onlar məsələni bildirmişdilər ki, iddia müddəti ötürülmüşdür. Ona məhkəmə tərəfindən şifahi formada əlavə ərizəyə ehtiyac olmadığı bildirilmişdir. O etiraz ərizəsində açıq şəkildə bildirib. Prosessual müddətinin bərpası barədə ərizələrin heç birində üzrlü səbəb göstərilməyib. Qanunvericiliyin tələbinə əsasən üzrlü səbəb göstərilməlidir ki, prosessual müddət bərpa edilsin. Uzun illlərdi çalışanlar üçün məbləğ təxminən 2000-3500 manat arası dəyişir. Son illər çalışanlara isə bu daha azdır. Barışıq mümkün olmadı.Ümumilikdə məbləğ 5000 manatı ötür. Lakin, ayrılıqda bəzi iddiaçılarda 5000 manatı keçir, bəzilərində yox. Zavod direktorunun imzalayacağı büdcədən kənar məbləğ olacaqdı-85.000 manat idi. Onlar təklif ediblər ki, iddiaçılar istəsələr bu məbləği özləri bölə bilərlər, çünki onlara əsas yekun məbləğ maraqlı idi. Onlar 9 nəfərə ayrı məbləğ, gec müraciət edənlərə də sabit məbləğ təklif ediblər. Düşündülər ki, barışıq ola biləcək. Lakin, qəbul edilmədi. 9 nəfərə 1 ilə düşən məbləğdən daha yüksək məbləğ təklif edilmişdi.
Tətbiq edilən hüquq normaları:
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır
Maddə 12. 1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək;
Maddə 16.1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, onları insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır. İşəgötürən işçinin insanın immunçatışmazlığı virusuna yoluxması barədə məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya əmək müqaviləsinə xitam vermək (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallar istisna olmaqla) yolverilməzdir. Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. Maddə 97.1. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Maddə 102.1. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Maddə 109. Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 154.2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 157.3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Maddə 164.1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Maddə 166.1. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Maddə 172.5 Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 178.1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Maddə 310. İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
23. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, qətnamədən apellyasiya şikayəti verən iddiaçı iddia tələbinin təmin edilməyən hissəsində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş edir. Hazırki halda kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. İşin halları ilə müəyyən edilir ki, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı1 "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləmişlər. İddiaçılarla bağlanmış əmək müqavilələrinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) xitam verilmişdir.
30. İddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, işlədiyi dövr üçün faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin ödənilməsini xahiş edirlər.
31. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, iddiaçılara xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan bir illik dövrdə faktiki işlədikləri bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi qət edilmişdir.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, o, hal-hazırda "xxxx" MMC-də İnsan resursları və inzibati işlər üzrə menecer vəzifəsində işləyir. 2013-cü ilin may ayından "xxxx" MMC-də işləyir. 2020-ci ilin yanvar ayından "xxxx" MMC-də menecer işləyir. Hazırkı mübahisə barədə işçilərin işlədikləri dövrdə də pərakəndə formada hər il mübahisələri olurdu. İşçilərin ödənişlə bağlı kütləvi etirazı onlar işdən çıxarılanda oldu. 2022-ci ilin yay aylarından ödənişləri etməyə başladı. İşçilərə ödəniş etmə səbəbi Əmək Müfəttişliyinin bu haqda inzibati qərarı oldu. Ödənişlər üçün rəhbərlik göstərişi verirdi. Ödənişlə bağlı iddiaçılar şəxsən və ya kadrlar şöbəsi vasitəsilə müraciət edirdi. Xeyr, işçilərlə "xxxx" MMC arasında onların işdən çıxarılanda əmək müqaviləsinə xitam verilərkən ödənilməyən ödənişlərinin ediləcəyi barədə heçbir müqavilə olmayıb.İşçilər bu haqda ona müraciət edəndə onlara aidiyyatı orqanlara müraciət edə biləcəkləri bildirmişdir. "xxxx" MMC-də son 5 ilin sənədləri qalır.Digər şəxslərə olan ödənişlər məzuniyyət ilə bağlıdır.Növbəli qrafiklə mühafizə şöbəsi, elektrik şöbəsi və oksigen şöbəsinin əməkdaşları işləyirdi. Gecə növbəsində işləyənlərə haqqın verilməsi 2022-ci ildən başlandı. 2013-cü ildən 2023-cü ilə kimi iddiaçıların gecə növbəsində və bayram günlərində işləməməsi qeyri-mümkündür, çünki müəssisə 24 saat ərzində fəaliyyət göstərir. 8 operatora 2013-cü ilin sonlarından gecə növbəsi və bayram günlərində işlədikləri əməyin haqqı ödənilir. O 8 operatorla bu iddiaçıların əmək haqqı hesablanması fərqli idi, o da ondan asılı deyil. İşçilərin ödəniş qrafiki onun tərəfindən tərtib olunmur. Ay ərzində 14, 15 və 16 növbə olur. İşçilərə ödənişdən sonra onların əmək müqaviləsinə xitam verilməsinin heç bir əlaqəsi yoxdur, sadəcə inzibati xərclərin optimallaşması üçün elə oldu. Proqram təminatını proqram təminatçısı ilə birgə işləmişdir. HR meneceri kimi onun fərdi fikrinə görə ödənişlər işçilərə ödənməlidir, amma bu, onun səlahiyyətində deyil.
33. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçıları işlədikləri dövr ərzində gecə növbəsində və bayram günlərində işə cəlb olunmuşlar və xx.xx.2022-ci il tarixədək buna görə onlara əlavələr ödənilməmiş, yalnız 2022-ci ilin iyul ayı üzrə həmin əlavələri hesablamaqla ilk dəfə xx.xx.2022-ci il tarixdə ödənilməyə başlanılmış və əlavələrin ödənişi xx.xx.2023-cü il tarixədək - əmək müqaviləsinə xitam verilən tarixə kimi davam etmişdir.
34. Tərəflər arasında bağlanmış əmək müqavilələrinin şərtlərinə və qanunvericiliyin tələblərinə əsasən gecə növbəsində və bayram günlərində işləyən işçilərə əmək haqqına müvafiq əlavələr ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 166-cı maddəsinin 1-ci bəndində qeyd edilir ki, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.
35. İddiaçılar xx.xx.2022-ci il tarixədək olan dövr üzrə həmin əlavələrin ödəniləcəyi ilə bağlı cavabdeh tərəfindən daim onlara vəd və güvən verildiyini, ona görə də həmin əlavələrin son haqq-hesab zamanı ödəniləcəyinə inandıqlarını əsas gətirərək yalnız əmək müqaviləsinə xitam verildiyi vaxtdan sonra iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılara gecə növbəsində və bayram günlərində işlədiklərinə görə əlavələrin ilk dəfə 2022-ci ilin iyul ayı üzrə hesablanaraq xx.xx.2022-ci il tarixdə verilməsi, əvvəlki dövrə görə əlavələrin ödənilmədiyinin iddiaçılar tərəfindən birmənalı olaraq məhz həmin tarixdə aşkar edilməsi; bundan əvvəl həmin əlavələri tələb edən işçilərə hər dəfə güvənverici məlumatların verilməsi, 2022-ci ilin iyulundan əlavələrin verilməsi ilə yanaşı həmin bölmənin gələcəkdə ixtisarı ilə bağlı araşdırmanın aparılması şahid ifadəsi və iş materialları ilə təsdiq təsdiq edilir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, əlavələrin yalnız 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayları üzrə bir il ödənildikdən sonra işçilərin xx.xx.2023-cü il tarixdən işdən azad edilməsi və iddia müddətinin həmin bir il nəzərə alınmaqla tətbiqinin işçilərdən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olan işəgötürən tərəfindən tələb edilməsi, bununla da digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsinin hüquqdan sui-istifadə xarakteri daşıması; eyni zamanda iddiaçılar mediasiya prosesinə xx.xx.2023-cü il tarixədək və həmin tarixdən bir ay keçmədən başlamaları, birinci instansiya məhkəməsi tərəfindən müddətin üzrlü hesab edilərək bərpa edilməsinin əsaslı olması; tərəflərin mediasiya prosesində və məhkəmə baxışı gedişində mübahisəni sülh yolu ilə həll etmək üçün səy göstərməsi halları nəzərə alınaraq, iddia müddətinin xx.xx.2021-ci il tarixədək olan dövr üçün tətbiq edilməsi, iddiaçılara xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan bir illik dövrdə faktiki işlədikləri bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərinin dəlillər əsassızdır. Belə ki, apellyasiya şikayəti verən iddiaçılar hesab edir ki, cavabdehin iddia müddətinin təbiqinə dair ayrıca ərizəsi olmadığından iddia müddəti tətbiq edilə bilməzdi.
39. Məhkəmə kollegiyası isə qeyd edir ki, cavabdeh etiraz ərizəsində məhz iddia müddətinin tətbiq edilməsini xahiş etmiş və bu halı ərizədə əsaslandırmışdır. Düzgün olaraq işə baxan məhkəmə həmin ərizəni nəzərə alaraq iddia müddətini tətbiq etmiş və yalnız 1 illik dövr üçün ödəmələrin edilməsi barədə qənaətə gəlmişdir.
40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iddiaçıların məhkəmə çıxışları zamanı dəfələrlə etiraf etmişlər ki, əlavələrə görə ödənişlərin edilmədiyi ilə bağlı 2018-2019-cu illərdən (bəzi işçilər hətta daha öncəki illərdə bu məsələni öz rəhbərləri qarşısında qaldırmışdır) məlumatlı olmaları və bu barədə öz birbaşa rəhbərləri vasitəsilə zavodun rəhbərliyinə müraciət etmələrini göstərsə də, bu dəlilin əsaslı olması barədə mötəbər sübutlar təqdim edilməmişdir. İşin hallarından isə iddiaçıların qeyd olunan hala dair məhz göstərilən dövrlərdə məlumatlı olması müəyyən edilməmişdir.
41. Bundan başqa cavabdeh tərəf iddia müddətinin ötürülməsinə istinad etsə də, məhkəmə kollegiyası qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Birinci instansiya məhkəməsi iddiaçıların mediasiya prosesinə xx.xx.2023-cü il tarixədək və bir neçəsi tərəfindən həmin tarixdən bir ay keçmədən başlamasını üzrlü hal hesab etməkdə haqlı olmuşdur.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
44. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
45. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı1 və cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3104/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev