Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2182/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2805/2023 saylı, 17 yanvar 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2805/2023 saylı, 31 oktyabr 2023cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir. Ərizədə göstərilib ki, qətnamə 20 noyabr 2023-cü ildə elektron kabinetə yerləşdirilmişdir. Həmin qətnamədən apellyasiya şikayətinin verilmə müddəti 20 dekabr 2023-cü il hesab olunur. Səhhətində yaranan problemlərlə bağlı 14-18 dekabr 2023-cü ildə Gürcüstanın Tiflis şəhərində müalicə almış, 19 dekabr 2023-cü ildə Respublika Müalicəvi Diaqnostika Mərkəzində keçdiyi Lomber MRT-nin nəticəsinə görə onurğa sütünunda yaranan problemlərə görə «lomber lordozda düzləşmə» diaqnozu (bu «Bexterev xəstəliyi» kimi tanınır) qoyulmuşdur. Həmin problemlərə görə indiyə qədər ev şəraitində müalicə alır, oturaq vəziyyətdə qala bilmir. Odur ki, səhhətində yaranan problemlərə görə qətnamədən apellyasiya şikayətini vaxtında verə bilməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2805/2023 saylı, 17 yanvar 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, sözügedən qətnamə iddiaçının nümayəndəsinin elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı ənənəvi qaydada çap edilmiş qətnamənin surətini poçt vasitəsilə də almasına baxmayaraq, qətnamədən apellyasiya şikayəti verməsi müddəti qətnamənin elektron kabinetə yerləşdirildiyi andan hesablanır. İddiaçının nümayəndəsi və vəkili səhhətində yaranmış problemlə bağlı Gürcüstana səfər edib qayıtmasına, eləcə də, Bakıda yerləşən tibb ocağında müayinə edilməsinə baxmayaraq, iddiaçının həmin qətnamədən vaxtında, sərbəst şəkildə apellyasiya şikayəti vermək imkanı mövcud olmuşdur. İddiaçının özünün apellyasiya şikayətini vaxtında verməsinə heç bir əngəl olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edib ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin iddiaçı tərəfindən buraxılması üzrsüz hesab edilməli və müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsindən imtina edilməlidir. İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) ərizə ilə eyni məzmunda əsaslandırdığı şikayətində qərardadın ləğv edilməsi, qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2805/2023 saylı, 01 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi şikayəti təmin etməməsinə dair qərardadında mövqeyini göstərib ki, iddiaçının nümayəndəsi tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizəyə qətnamədən apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxılmasına dair sübut kimi Lomber MRT müayinə cavabını və təyyarə biletini əlavə etmişdir. Sözügedən qətnamə iddiaçının nümayəndəsinin elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı ənənəvi qaydada çap edilmiş qətnamənin surətini poçt vasitəsilə də almasına baxmayaraq, qətnamədən apellyasiya şikayəti verməsi müddəti qətnamənin elektron kabinetə yerləşdirildiyi andan hesablanır. İddiaçının nümayəndəsi və vəkili səhhətində yaranmış problemlə bağlı Gürcüstana səfər edib qayıtmasına, eləcə də, Bakıda yerləşən tibb ocağında müayinə edilməsinə baxmayaraq, iddiaçının həmin qətnamədən vaxtında, sərbəst şəkildə apellyasiya şikayəti vermək imkanı mövcud olmuşdur. İddiaçının özünün apellyasiya şikayətini vaxtında verməsinə heç bir əngəl olmamışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Əvvəla, iş materiallarının 82-ci vərəqindəki məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10:41-də e-2(004)-2805/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə elektron imza ilə təsdiq edilməklə iddiaçının nümayəndəsi və vəkilinəa məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. Yəni, 20 dekabr 2023-cü il tarixdə iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət bitir. Həmin müddət bitdikdən sonra, 27 dekabr 2023-cü il tarixdə apellyasiya şikayəti elektron kabinet vasitəsilə “Elektron Məhkəmə İnformasiya Sistemi”nə yerləşdirilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayətini ən geci 20 dekabr 2023-cü il tarixdə verməli olduğu halda 27 dekabr 2023-cü il tarixdə vermişdir. Qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət bitdikdən sonra, yəni 27 dekabr 2023-cü il tarixdə apellyasiya şikayətini və müddətin bərpasına dair ərizəni elektron kabinetdə yerləşdirmişdir. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan müddəti ötürdüyündən, müddətin bərpası üçün də ərizədə və şikayətdə göstərilən dəlillər əsas omadığından şikayət təmin edilə bilməz. Çünki, iddiaçı tərəfin üzrlü səbəb kimi göstərdiyi hallara qədər apellyasiya şikayəti vermək üçün vaxtı və imkanı olmuşdur. Göstərilənlərə əsasən, şikayət təmin edilməməli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2805/2023 saylı, 17 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2805/2023 saylı, 17 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2182/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2182/2024
04.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver