Məhkəmə qərarları › İş №2(103)-2187/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2187/2025

14.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2187/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı mülki iş (Açar sözlər: «cehiz əşylarının mənzildən çıxarılması, subyektiv hüquq») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8140/2024 saylı, 24 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: X1 rayonundan məcburi köçkündür və ünvan 2, 50 saylı fərdi yaşayış evində məskunlaşıb və 2002-ci ildən tarixdən orada yaşayır.

2. Cavabdeh X2 oğlu X6 ilə xx.xx.2022-ci il tarixdə nikah bağladıqdan sonra həmin fərdi yaşayış evinə gəlin köçmüş və 2024-cü ilin yay aylarınadək orada yaşamışdır.

3. Cavabdeh ilə X3 nikahı Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1105/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.

4. Cavabdeh yaşayış yeri hazırda ünvan 1 ünvanıdır.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı X5 Cavabdeh məxsus olan 1 ədəd “Elit” sandıq çarpayı, 1 ədəd “Elit” dolab, 1 ədəd “Elit” tumba, 1 ədəd “Elit” vitrin 2 qapılı, 1 ədəd “Elit” kamod, 1 ədəd “Əntiqə” masa, 8 ədəd “Araz” stul, 1 ədəd tək adamlıq çarpayı, mətbəx mebeli və mətbəx divanı, 1 ədəd mətbəx stolu və 4 ədəd mətbəx stulu, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, kondisioner, 1 ədəd televizor, DVD player, 1 ədəd qaz sobası, aspirator, 1 ədəd elektrikli soba, 1 ədəd ətçəkən maşın, 1 ədəd şirəçəkən maşın, 1 ədəd mixer, “Eurolux” markalı blender dəsti, 1 ədəd blender, 1 ədəd ütü, 1 ədəd ütüaltlığı, 1 ədəd tozsoran, 1 ədəd sərinkeş, 1 ədəd bürünc çilçıraq, 3 ədəd çilçıraq, bürünc divar saatı, yataq otağı üçün ikili pərdə, qonaq otağı üçün iki pəncərəlik ikili pərdə, mətbəx pərdəsi, pərdə, 1 ədəd ağ rəngli Təbriz xalçası, 1 ədəd rəngli Təbriz xalçası, qəhvəyi rəngli Kaşmir xalça, balaca Təbriz xalçası, 2 ədəd balaca xalça, ümumi dəyəri 1 ədəd dəvə yunundan taxt döşəyi, 1 ədəd dəvə yunundan taxt yorğanı, 2 ədəd dəvə yunundan tək adamlıq yorğan, 2 ədəd bamboo tək adamlıq döşək, 6 ədəd bamboo balış, bamboo taxt balışı, 4 ədəd dördkünc taxt üçün balaca balış, taxt üstlüyü, süd rəngli taxt adyalı nazik, 2 ədəd qalın taxt ədyalı (yaşıl, boz), 2 ədəd tək adamlıq qalın ədyal (qəhvəyi), 2 ədəd tək adamlıq nazik ədyal (göy), 3 ədəd taxt pasteli, 2 ədəd tək pastel dəsti, 12 ədəd əl-üz dəsmalı, 6 ədəd bədən dəsmalı, çay dəsmalları, skater, skater su keçirməyən, aksesuar skater əldə toxunma qaşlı, hamam xalatı, Qranit qazan dəsti, Tefal qazan dəsti, çuqun qazan dəsti, 3 ədəd çuqun dərin qablar, 3 ədəd plastik dərin qablar, bıçaq dəsti, 2 ədəd süzgəc, 7 ədəd ədviyyat qabı, qabyığan, 1 ədəd moyka, krant, 1 ədəd qaşıq dəsti, gündəlik işlətmək üçün 60 parça qab dəsti, çörək qabı (taxta böyük), 2 ədəd çörək qabı (balaca), asılqanlı qara qaşıq dəsti, 1 ədəd kartof-soğan qabı, 1 ədəd çaşka dəsti, mürəbbə qabı, 2 ədəd xrustal qapaqlı ayaqqabı qəndqabı, polsilən, 1 ədəd ayaqqabı yığılan, 1 ədəd çaydan, 1 ədəd çaynik, 2 ədəd gecə işığı, 3 ədəd zibilqabı, hamam üçün sabunqabı dəsti, xırda mətbəx ləvazimatları, ləpəqabı (hündür qızılı), şirniyyat qabı (ayaqsız qızılı), 2 ədəd kağız dəsmal qabı, 1 ədəd şüşə şirniyyat qabı (ayaqlı), Meduza güldan, 2 ədəd Meduza meyvəqabı, 2 ədəd Meduza konfetqabı, xrustal meyvəqabı, 2 ədəd xrustal konfetqabı, Meduza dolça, 6 su, 6 araq rumkası, 6 ədəd rəngarəng rumka dəsti, çəmçəli xrustal dəsti, yemək servis dəsti, çay servis dəsti, 12 ədəd xrustal çay stəkanı, 12 ədəd xrustal şirə stəkanı, 2 ədəd xrustal ayaqlı qəndqabı, eləcə də geyim əşyaları olan uzun balonka palto, qısa balonka gödəkcə, cins gödəkcə, qara gödəkcə, 2 ədəd pencək, vetrovka, 5-6 ədəd köynək, şalvarlar, 7-8 ədəd don, uzunboğaz ayaqqabı, 7-8 cüt idman ayaqqabısı, 2-3 cüt makasin ayaqqabı, 3 cüt sabo, 6-7 ədəd çanta, aksessuarlar, saatlar və eynəklərdən ibarət əşyaların ünvan 2 ünvanında yerləşən 50 saylı evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiada göstərilib ki, cavabdehə məxsus əmlaklar Fərdi yaşayış evindədir. Dəfələrlə cehiz əşyalarının mənzildən çıxarılmasını cavabdehdən tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8140/2024 saylı, 24 dekabr 2024cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia tələbinin təmin edilərək Cavabdeh məxsus cehiz əşyaları - olan 1 ədəd “Elit” sandıq çarpayı, 1 ədəd “Elit” dolab, 1 ədəd “Elit” tumba, 1 ədəd “Elit” vitrin 2 qapılı, 1 ədəd “Elit” kamod, 1 ədəd “Əntiqə” masa, 8 ədəd “Araz” stul, 1 ədəd tək adamlıq çarpayı, mətbəx mebeli və mətbəx divanı, 1 ədəd mətbəx stolu və 4 ədəd mətbəx stulu, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, kondisioner, 1 ədəd televizor, DVD player, 1 ədəd qaz sobası, aspirator, 1 ədəd elektrikli soba, 1 ədəd ətçəkən maşın, 1 ədəd şirəçəkən maşın, 1 ədəd mixer, “Eurolux” markalı blender dəsti, 1 ədəd blender, 1 ədəd ütü, 1 ədəd ütüaltlığı, 1 ədəd tozsoran, 1 ədəd sərinkeş, 1 ədəd bürünc çilçıraq, 3 ədəd çilçıraq, bürünc divar saatı, yataq otağı üçün ikili pərdə, qonaq otağı üçün iki pəncərəlik ikili pərdə, mətbəx pərdəsi, pərdə, 1 ədəd ağ rəngli Təbriz xalçası, 1 ədəd rəngli Təbriz xalçası, qəhvəyi rəngli Kaşmir xalça, balaca Təbriz xalçası, 2 ədəd balaca xalça, ümumi dəyəri 1 ədəd dəvə yunundan taxt döşəyi, 1 ədəd dəvə yunundan taxt yorğanı, 2 ədəd dəvə yunundan tək adamlıq yorğan, 2 ədəd bamboo tək adamlıq döşək, 6 ədəd bamboo balış, bamboo taxt balışı, 4 ədəd dördkünc taxt üçün balaca balış, taxt üstlüyü, süd rəngli taxt adyalı nazik, 2 ədəd qalın taxt ədyalı (yaşıl, boz), 2 ədəd tək adamlıq qalın ədyal (qəhvəyi), 2 ədəd tək adamlıq nazik ədyal (göy), 3 ədəd taxt pasteli, 2 ədəd tək pastel dəsti, 12 ədəd əl-üz dəsmalı, 6 ədəd bədən dəsmalı, çay dəsmalları, skater, skater su keçirməyən, aksesuar skater əldə toxunma qaşlı, hamam xalatı, Qranit qazan dəsti, Tefal qazan dəsti, çuqun qazan dəsti, 3 ədəd çuqun dərin qablar, 3 ədəd plastik dərin qablar, bıçaq dəsti, 2 ədəd süzgəc, 7 ədəd ədviyyat qabı, qabyığan, 1 ədəd moyka, krant, 1 ədəd qaşıq dəsti, gündəlik işlətmək üçün 60 parça qab dəsti, çörək qabı (taxta böyük), 2 ədəd çörək qabı (balaca), asılqanlı qara qaşıq dəsti, 1 ədəd kartof-soğan qabı, 1 ədəd çaşka dəsti, mürəbbə qabı, 2 ədəd xrustal qapaqlı ayaqqabı qəndqabı, polsilən, 1 ədəd ayaqqabı yığılan, 1 ədəd çaydan, 1 ədəd çaynik, 2 ədəd gecə işığı, 3 ədəd zibilqabı, hamam üçün sabunqabı dəsti, xırda mətbəx ləvazimatları, ləpəqabı (hündür qızılı), şirniyyat qabı (ayaqsız qızılı), 2 ədəd kağız dəsmal qabı, 1 ədəd şüşə şirniyyat qabı (ayaqlı), Meduza güldan, 2 ədəd Meduza meyvəqabı, 2 ədəd Meduza konfetqabı, xrustal meyvəqabı, 2 ədəd xrustal konfetqabı, Meduza dolça, 6 su, 6 araq rumkası, 6 ədəd rəngarəng rumka dəsti, çəmçəli xrustal dəsti, yemək servis dəsti, çay servis dəsti, 12 ədəd xrustal çay stəkanı, 12 ədəd xrustal şirə stəkanı, 2 ədəd xrustal ayaqlı qəndqabı, eləcə də geyim əşyaları olan uzun balonka palto, qısa balonka gödəkcə, cins gödəkcə, qara gödəkcə, 2 ədəd pencək, vetrovka, 5-6 ədəd köynək, şalvarlar, 7-8 ədəd don, uzunboğaz ayaqqabı, 78 cüt idman ayaqqabısı, 2-3 cüt makasin ayaqqabı, 3 cüt sabo, 6-7 ədəd çanta, aksessuarlar, saatlar və eynəklərdən ibarət əşyaların – İddiaçı sahibliyində olan ünvan 2, 50 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, cavabdehin özünə məxsus cehiz və geyim əşyalarını, məişət avadanlıqlarını götürməməsi və həmin əşyaların Fərdi yaşayış evidə saxlanılması iddiaçının mülkiyət hüquqlarının pozulmasına səbəb olur və həmin əşyaların uzun müddətə Fərdi yaşayış evidə qalması iddiaçını qeyri-müəyyən müddətə məsuliyyət yükü altında saxlayır. Çünki istər konstitusiyon müddəalar, istərsə də digər qanunvericilik müddəaları mülkiyyətçiyə öz əmlakından istədiyi kimi istifadə etmək, sahiblik etmək, həmin əmlakdan digər şəxslərin istifadəsinə yol verməmək, habelə bu hüquqlarını həyata keçirməkdən ötrü əmlakının müqəddəratını həll etmək imkanını tanıyır. Mülkiyyətə qanunsuz müdaxilə, yaxud onun sahibinin digər hüquqlarının həyata keçirilməsinə istənilən maneənin yaradılması isə qanunla qadağan hüquq pozuntusudur. Odur ki, iddiaçı cavabdehə məxsus cehiz əşyalarının Fərdi yaşayış evindən çıxarılmasını tələb etmək haqlıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən şikayət verərək göstərib ki, qətnamə əsassızdır və ləğv edilməlidir. İddiaçının oğlu Bəhruz Əsgərovla 08 yanvar 2022-ci il tarixində evlənmiş, birgə nikahlarından uşaq doğulmamışdır. Əvvəllər münasibətləri normal olmuş, sonradan ailə münasibətləri pozulmuş və ayrılmışlar. İddiaçının oğlu Bəhruz Əsgərov aralarında olan nikahın pozulması barədə Cəlilabad Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin iddiaya qarşılıqlı olaraq o, da nikahın pozulmasından başqa cavabdehlə aralarında olan əmlakın bölünməsini və ona məxsus olan cehiz, geyim və qızıl əşyalarının qaytarılmasını xahiş etmişdir. Lakin məhkəmə yalnız iddiaçının istəyi və diqtəsi üzərinə aralarında olan nikahı pozdu. Onun tələblərinə və baxmalı olduğu məsələlərə qiymət vermədi, qarşılıqlı iddiasnıı isə əsassız olaraq icraata götürmədi. Bakı şəhər Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlı işə baxan zaman yalnız iddiaçının formal mülahizələrinə və izahatına əsasən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə ilk öncə iddiasını subyektiv hüququnun olub-olmamasını aydınlaşdırmamışdır. Məhkəmə qətnaməsində onun özünə məxsus cehiz və geyim əşyalarını, məişət avadanlıqlarını götürməyini və həmin əşyaların fərdi yaşayış evidə saxlanılmasının iddiaçının mülkiyət hüquqlarının pozulmasına səbəb olduğunu və həmin əşyaların uzun müddətə fərdi yaşayış evidə qalmasının iddiaçını qeyrimüəyyən müddətə məsuliyyət yükü altında saxladığını qeyd etmişdir. Lakin cehiz əmlaklarının saxlanıldığı fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olması barədə mülkiyyət sənədinin (çıxarış və sair) olub-olmadığını aydınlaşdırmamışdır. İkincisi, məhkəmə cehiz əmlaklarının hansı miqdarda olması barədə qənaətə gələn zaman yalnız iddiaçının dediklərinə uyğun olaraq cehiz əmlaklarının sayını və miqdarını qətnamədə qeyd etmişdir. Halbuki, məhkəmə cehiz əmlaklarının sayını və miqdarını müəyyənləşdirərkən cehiz əmlakının siyahıya alinmasını həyata keçirməli idi. Məhkəmə öz qətnaməsində cehiz əmlaklarının olmadığı təqdirdə onların dəyərinin alınması və hansı məbləğdə olmasına qiymət verməmişdir. Üçüncüsü, məhkəmə tərəfindən çıxaırlması qət edilmiş cehiz əmlaklarının sonrakı aqibəti barədə məsələyə qiymət veriməmişdir. Yəni əmlakların çıxaırlıqdan sonra hara kimə və necə təhvil verilməsi barədə məsələyə qiymət verilməmişdir.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı X5 və Cavabdeh məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edib.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

19. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evində cehiz əşyalarının çıxarılması ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, habelə cavabdeh(lər)in etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşır, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından bu cür iddia haqlı sayılır.

20. Cehiz əşyalarının çıxarılması tələb edilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi iddiaçının sahibliyindədir və onun tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evdə cavabdehin cehiz əşyalarının qalmasına hüquqi əsasın olubolmaması ilə bağlıdır.

21. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

23. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

24. Əvvəla cavabdehlə iddiaçının oğlu arasında nikahın pozulması barədə mülki iş üzrə Cavabdeh əmlakın bölünməsi, cehiz və qızıl əşyalarının qaytarılmasına dair qarşılıqlı iddiasının icraata götürülməməsi hazırkı iddianın əsassız olmasına dəlalət etmir. Çünki həmin işdə qarşılıqlı iddia verilmiş olsa belə onun hazırkı iş üzrə iddiaçı ilə hansısa əlaqəsinin olduğu şikayətdə açıqlanmır. Cavabdehin iddiaçının oğluna qarşı qeyd etdiyi tələblər üzrə qarşılıqlı iddiasının icraata götürülməməsi onun ayrıca iddia ilə məhkəmə müdafiəsi hüququndan istifadə etməyə hər hansı bir maneə deyildir.

25. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçının hazırkı iddia üzrə subyektiv hüququ mövcuddur. Ən azından o, qanunla qorunan maraqlarını qorumaq və təmin etmək məqsədi ilə bu cür iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olub. İddiaçının bu ev üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaması da heç nəyi dəyişmir. Çünki mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur(MM.m.157.8).İddiaçının isə sözügedən evə sahiblik və ondan istifadə etməsi mübahisə predmeti deyil. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır (MM.m. 158.1.2.) Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər(MM.m.158.2.) Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir(MM.m. 158.4).Üstəlik iddiaçının həmin evə əmlak hüquqları da mövcuddur. Ona görə də bu evin daşınmaz əmlakın dövlət reyestrində hansısa hüquqla qeydə alınmaması cavabdehə hansısa üstünlük yaxud imstiyaz vermir. Çünki bu iddiaçı ilə dövlət orqanı arasında olan başqa bir məsələdir.

26. Qətnamədə cehiz əşyalarının sayı və miqdarının iddiaçının dedikləri formada göstərilməsi də şikayətin əsaslı olduğuna dəlalət etmir. Çünki bu əşyaların sayı iddiaçının tələbində göstərilən həcmdə olub. Əlavə əşyalar mövcud olubsa bunları cavabdehin tələb etmək hüququ mövcuddur. Qətnamədə cehiz əşyalarının olmadığı təqdirdə onların dəyərinin alınmasının göstərilməsinə də ehtiyac olmamışdır. Çünki iddiaçı özünün müəyyən etdiyi əşyaların çıxarılmasını tələb edib. Həmin əşyalardan hansısa olmasa idi, yəqin ki, çıxarılması da tələb oluna bilməzdi.Cehiz əşyalarının çıxarıldıqdan sonra onlarının aqibəti, yəni kimə və hansı qaydada təhvil verilməsi isə qətnamənin icrası qaydasında həll edilməli məsələ olduğundan zərurət yarandığı zaman həmin məsələlərə icra icraatı zamanı baxıla bilər.

27. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutunun yaranmasına da zərurət və əsas olmazdı.

28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8140/2024 saylı, 24 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8140/2024 saylı, 24 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar