Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2227/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı; Cavabdeh İddiaçı qarşı tələblərinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin əmək haqqının qanunla müəyyən edilmiş hissəsi qaydasında tutulması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X14 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qızının nümayəndəsi-vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 Məmmədhüseyn oğlunun iştirakı ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı «nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən olunması və aliment» tələbinə dair ilkin; ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və alimentin əmək haqqının qanunla müəyyən edilmiş hissəsi şəklində tutulması» tələbinə dair qarşılıqlı iddialar üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3813/2023 saylı, 26 dekabr 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. Tərəflər xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar və onların birgə nikahlarından üç övladları - xx.xx.2011-ci il təvəllüdlü X11, xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2018ci il təvəllüdlü X9 doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşaqlar hazırda ananın yanındadırlar.
Birinci instansiya məhkəməsində icraat
2. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 18 mart 2010-cu il tarixdə Bakı şəhərində Qaradağ rayon Qeydiyyat şöbəsində 158 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması; xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat məbləğində alimentin və mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 50 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırmışdır ki, o, cavabdehlə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Nikahları 18 mart 2010-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X11, xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X9 adlı üç azyaşlı uşaqları var. Nikahın pozulmasına dair ərizə verməsinin səbəbi xasiyyətlərinin tutmaması, bu səbəbdən birgə yaşamalarının mümkün olmamasıdır. Belə ki, birgə nikah dövründə aralarında olan münasibətlər daha da kəskinləşmişdir. Xasiyyətlərinin tutmaması səbəbindən də, ailələri dağılmışdır. Ailə münasibətlərinin bərpa olunması mümkün deyil. Artıq neçə vaxtdır ki, nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaları mümkün deyildir. Cavabdehlə faktiki olaraq ər-arvad kimi yaşamırlar. Hesab edir ki, bundan sonra ər-arvad kimi yaşamaları və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Mediasiya sessiyasında iştirak məcburi olduğundan ilk olaraq Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatının mediatoru X2 təşkil etdiyi ilkin mediasiya sessiyasında nümayəndəsi və vəkili Vəkil1 iştirak etmişdir. Qanunda nəzərdə tutulmuş məcburi mediasiya üçün 50 manat məbləğində mediasiya xərci tərəfindən ödənilmişdir. Bunun nəticəsi olaraq Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatının mediatoru X7 tərəfindən xx.xx.2023-cü il tarixli MŞB/6-0638 saylı «İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə» arayış verilmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, uşaqların saxlanılması xərclərinin yetərli və davamlı olması üçün cavabdehdən tutulan aliment sabit pul məbləğində olmaqla, bir uşağın saxlanılması üçün dövlət tərəfindən müəyyən olunmuş həddə – 220 manat müəyyən edilməlidir.
4. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün ondan İddiaçı xeyrinə aylıq qazancının 1/2 hissəsi miqdarında alimentin tutulması; mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən və İddiaçı istifadəsində olan sahəsi 59,84 kv.m təşkil edən mənzilin 1/2 hissəsi üzərində onun, 1/2 hissəsi üzərində İddiaçı pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə ailənin qorunması üçün bütün imkanlardan istifadə etsə də, nəticə əldə olunmamışdır. Bu səbəbdən, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazıradək Azərbaycan Tibb Universitetinin X3 Daxili Nəzarət şöbəsində nəzarətçi vəzifəsində çalışır. Aylıq əmək haqqı 460 manat təşkil edir. Əlavə olaraq qeyd edir ki, mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən və İddiaçı istifadəsində olan sahəsi 59,84 kv.m təşkil edən mənzilin üzərində paylar müəyyən edilməlidir
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(002)- 3813/2023 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 18 mart 2010-cu il tarixdə Bakı şəhərində Qaradağ rayon Qeydiyyat şöbəsində 158 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması; xx.xx.2011-ci il təvəllüdlü X11, xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılması; xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 540 manat sabit pul məbləğində alimentin tutulması; Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi 19 saylı evin 40 saylı mənzili üzərində Cavabdeh 1/2, İddiaçı 1/2 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, tərəflər ər-arvad münasibətlərini kəsmişlər, ailələri faktiki olaraq dağılmışdır. Nikah formal xarakter daşıyır və ailənin bərpasına ümüd yoxdur. Ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Tərəflər arasında uşaqların İddiaçı yanında və himayəsində qalması ilə bağlı mübahisə mövcud deyildir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı tərəfdən aliment tələbi ilə bağlı fikir bildirməsini təklif etmiş və qarşılıqlı iddia üzrə iddiaçı tərəf alimentin əmək haqqının müvafiq hissəsi kimi tutulmalı olmasına baxmayaraq, uşaqların mənafeyi naminə alimentin sabit pul məbləğində, lakin ödənilməsi real olan həddə tutulmasına etiraz etmədiyini bildirmişdir. Bu səbəbdən, məhkəmə alimentin sabit pul məbləğində, lakin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının maddi imkanları nəzərə alınmaqla, məqbul həddə tutulmasını mümkün hesab etmişdir
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19, 20.1, 21.1, 22.1, 75.1, 78.1, 100.2, 32.2.2, 33.1, 36.1, 36.3, 36.5 və 37.1-ci maddələrinə; Mülki Məcəllənin 225.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
9. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon məhkəməsinin 26 dekabr 2023cü il tarixli 2(002)-3813/2023 saylı qətnaməsinin xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq ondan İddiaçı xeyrinə hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 540 manat sabit pul məbləğində aliment tutulması hissəsində ləğv edilərək, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün ondan İddiaçı xeyrinə aylıq qazancının 1/2 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş, 01 dekabr 2023-cü il tarixli, 124 saylı arayışdan görünür ki, o, xx.xx.2023-cü il tarixdən halhazıradək Azərbaycan Tibb Universitetinin X3 Daxili Nəzarət şöbəsində nəzarətçi vəzifəsində çalışır. Aylıq əmək haqqı 460 manat təşkil edir. Göründüyü kimi alimentin sabit pul məbləğində 540 manat təyin edilməsi subyektiv mülahizəsinə əsaslanmaqla reallığı əks etdirmir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətləməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Qətnamənin müxtəlif hissələrində əsaslandırma kimi göstərilən cavabdehin nümayəndəsi Vəkil2 Məmmədhüseyn oğlu məhkəmə iclasında ilk iddianı qismən qəbul etdi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, alimentin cavabdehdən sabit pul məbləğində, lakin ödəyə biləcəyi miqdarda tutulmasına etiraz etmir qeydi həqiqəti əks etdirmir. Onun söylədiyi fikir belə olmuşdur: “İlkin iddia üzrə tərəflər arasında bağlanmış nikahın pozulması və birgə nikahlarından doğulmuş xx.xx.2011-ci İİ təvəllüdlü X11, xx.xx.2012-cl il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X4 ananın yanında qalmaqla tələbi qəbul edərək, aliment hissəsində Cavabdeh aylıq qazancının 1\2 hissəsində aliment teyin edilməsinə hüquqlarını müdafiə etdiyi razılaşır. Sabit pul məbləğinə münasibətdə qəbuledilməzdir. Çünki arayışdan da göründüyü kimi onun Azərbaycan Tibb Universitetinin X3 Daxili Nəzarət şöbəsində nəzarətçi vəzifəsində çalışır. Aylıq emək haqqı 460 manat təşkil edir. Onun başqa qazancı və gəliri yoxdur. Ondan 40 -600 manat necə sabit pul məbləği tutmaq mümkün olar ki ,onun özünün yaşamaq üçün vəsaiti qalmaz.Ona görə də qanunun tələbinə uyğun olaraq aylıq qazancının 1\2 hissəsində aliment təyin edilməlidir. Ailə Məcəlləsinin 78.2-ci maddəsində alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsi qoyulmuşdur, tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 Məmmədhüseyn oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. O həmçinin bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin 460 manat əmək haqqısı vardır, əlavə yerdən qazancı yoxdur, mühafizəçi işləyir. Maaş 460 manat olduğu halda 540 manat aliment müəyyən olunmuşdur. Hüquqlarını müdafiə etdiyi şəxs alimenti ödəmək üçün başqa yerdə işləməlidir, lakin işləyə bilmir, belə olduğu halda alimenti ödəyə bilməyəcəkdir. Şəxs alimenti ödəyə bilmədiyi halda gələcək məhkəmə qərarlarının icra olunmamasına görə məsuliyyət tədbirləri müəyyən olunacaq və məsələ daha da dərinləşəcək. Qanunun tələblərində açıqaşkar qeyd edilmişdir ki, aliment qanunla müəyyənləşir. Qanunun tələbi ondan ibarətdir ki, 3 uşağa görə alimentin məbləği qazancın yarısı məbləğində olmalıdır. Qanun uşağın saxlanmasını hər iki valideynin üzərinə qoyur. Ona görə də alimentin əmək haqqının yarısı miqdarında tutulmalıdır.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia cavabdeh) İddiaçı nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. O, həmçinin bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. İş materiallarına nəzər salınsa görmək olar ki, iddia qaldırdıqdan sonra cavabdeh azmaaşlı işə keçmişdir. Aliment əmək haqqının yarısı məbləğində tutulsa, alimentin məbləği 230 manat edər, həmin məbləğ bügünkü gündə uşaqlar üçün yaşayış minimunun məbləğini belə ödəmir. Hər üç uşağın gözlərində problem vardır. İddiaçı işləyir, lakin az maaş alır.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən onun qətnamənin alimet hissəsindən narazı olduğu aydın olur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin alimentə dair hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
18. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
19. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
20. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.
21. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
22. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:
23. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
24. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.
25. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
26. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.
30. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar və onların birgə nikahlarından üç övladları – xx.xx.2011-ci il təvəllüdlü X11, xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X9 doğulmuşdur. Mübahisələndirilən qətnamə ilə iddiaçının yanında saxlanılmış uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 180 manat olmaqla, cəmi 540 manat sabit pul məbləğində alimentin cavabdehdən İddiaçı xeyrinə tutulması qət edilmişdir.
31. Azərbaycan Tibb Universitetinin X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən X3 Daxili Nəzarət şöbəsində nəzarətçi vəzifəsində çalışır. Onun aylıq əmək haqqısı 460 manat təşkil edir.
32. Qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişəndirsə, alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması mümkündür. Bundan başqa, müvafiq maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür.
33. Ailə qanunvericiliyində sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halların araşdırılmalı olması müəyyən edilir, lakin bu zaman uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması həlledici amil kimi göstərilir.
34. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu, yəni tərəflərin birgə uşaqlarının ananın - iddiaçının himayəsində olması, uşaqların təminat səviyyələrinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi, habelə uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu baxımından ədalətlidir. Belə ki, bundan daha az məbləğdə aliment tutulması, yəni məbləğin müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşaqların mənafələrinin əhəmiyyətli dərəcədə pozulması hallarını yarada bilər.
35. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun müəyyən edilməsinə əsas olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərinə nisbətdə baş verən dəyişikliklərdir.
36. Bundan başqa qeyd edilməlidir ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Halbuki mübahisələndirilən qətnamədən görünür ki, uşaqların saxlanmaları üçün tutulması qət edilmiş aliment yaşayış minimumunu təşkil edən məbləğdən də azdır. Şikayətə əsasən, alimentin cavabdehin gəlirinin bir hissəsi kimi tutulması isə uşaqların mənafelərinə zidd olaraq bugünkü gündə onların maddi tələbatlarını ödəməyəcək qədər mənafelərinin pozulmasına zəmin yaradacaq.
37. Cavabdehin, qazancının az olması dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, bu hal onun uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.
38. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
39. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
40. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
41. Məhkəmə kollegiyası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 dekabr 2023cü il tarixli, 2(002)-3813/2023 nömrəli qətnaməsi ilə Cavabdeh övladlarının yetkinlik yaşına çatana qədər şaxlanılmaları üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin ikidə bir hissəsi məbləğində tutulacağı təqdirdə razılaşacağını, mübahisələndirilən qətnamə ilə alimentin hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 540 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, qətnamənin hazırda mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az ((540x12)-(460:2x12)=3.720) olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3813/2023 saylı, 26 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova