Məhkəmə qərarları › İş №2(103)-2231/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2231/2023

06.03.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2231/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-4749/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx"xxxx"xxxx" MMC (ANSAR) ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 4749/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iş üzrə icraatın bərpa edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC-yə, 9 saylı Notariat Kontoruna və X3 qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanan xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanan xx.xx.2011-ci il tarixli, AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi 9 saylı Notariat Kontorunda qeydə alınmış və kontorun xüsusi notariusu X1 tərəfindən təsdiq edilərək, reyestrdə 4-Ə-2/444 № ilə qeyd edilmişdir. Müqavilə bağlanarkən notariat kontoru və əməkdaşları tərəfindən o lazımi qaydada məlumatlandırılmamaqla bərabər, ümumiyyətlə müqavilənin alqı-satqı müqaviləsi olmasından onun xəbəri olmamışdır. Həmin alqı-satqı müqaviləsindəki satış məbləğindən də görünür ki, alqı- satqı müqaviləsi cavabdehlər tərəfindən yalançı əqd olaraq və aldatma yolu ilə bağlanılmışdır. Bundan başqa, alqı-satqı müqaviləsini cavabdehin nümayəndəsi olaraq X5 imzalamışdır. Lakin həmin şəxs müqaviləni imzalayarkən şirkət tərəfindən etibarnaməsi olmamış və həmin müqaviləni imzalamağa səlahiyyəti olmamışdır. Müqavilə bağlanarkən X2 müqaviləni imzalamağa səlahiyyətinin olub-olmaması digər cavabdeh olan notariat kontoru tərəfindən araşdırılmamışdır. Bu səbəblərdən Bakı şəhəri 9 saylı Notariat Kontorunun və X2 işə cəlb edilməsi zəruridir. Məhkəmə iclas təyin edərək onun izahatını almış və AR MPM-nin 170, 261-262, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq çıxardığı xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam vermişdir. Məhkəmə işə xitam verərkən AR Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsini rəhbər tutmuş və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadını əsas gətirərək, iş üzrə icraata xitam vermişdir. Məhkəmənin bu hissədə gəldiyi nəticə tam əsassızdır. Belə ki, məhkəmədə daha əvvəl olan mülki iş müqavilənin etibarsızlığı olmuşdur. Hazırki iş üzrə onun tələbi müqavilənin ləğv edilməsi olmuşdur. Bundan başqa, hazırki iş üzrə tələbində yeni hallar olduğundan mübahisə eyni tərəflər yox başqa-başqa tərəflər arasındadır. Həmin halları məhkəmə araşdırmalı, cavabdehləri işə cəlb edərək işə hərtərəfli və obyektiv baxmalıdır. Mülki-prosessual qanunvericiliyin tələblərindən görünür ki, tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Hazırki tələb müqavilənin ləğv olunması hissəsindədir. Bundan başqa, iş üzrə yeni hallar olduğundan, yəni müqavilənin səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı və bunu araşdırmayan, eyni zamanda qanun pozuntusu edən notariat kontoru olduğundan işə onların da cəlb edilərək mahiyyəti üzrə baxılmasıvə tam araşdırma aparılması zəruridir. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Göstərilən halları və qanunvericiliyin tələblərini əsas tutaraq qərardadın ləğv edilməsi və iş üzrə icraatın bərpa edilərək obyektiv baxılması zəruridir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və şikayətə dair etiraz və ona əlavə edilmiş sənədlərin təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər etiraz və ona əlavə edilmiş sənədləri, həmçinin işə məhkəmə iclasında baxılması barədə vəsatətlərini məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmiş, qətnamə həmin hissədə apellyasiya və kassasiya instansiyaları məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanmışdır. Eyni zamanda İddiaçı Cavabdeh MMC-yə qarşı həmin mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğuna görə mülki iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı mübahisələndirilən mənzilə dair alqı-satqı müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsində müqavilənin ləğv edilməsi xahiş olunsa da, iddiaçının iddia tələbini əsaslandırdığı hallardan, istinad etdiyi mülki qanunvericilik normalarından və izahatından aydın olur ki, iddiaçının tələbi mahiyyəti üzrə müqavilənin etibarsız hesab edilməsi ilə əlaqədardır. Belə ki, iddiaçının iddia ərizəsində və məhkəməyə ünvanladığı ərizələrdə istinad etdiyi hallar məhz müqavilənin etibarsızlığı əsaslarından irəli gəlir. Həmin müqavilənin etibarsız hesab edilməsi ilə əlaqədar tələb isə eyni tərəflər arasında eyni əsaslarla yuxarıda sadalanan məhkəmə araşdırmalarının predmeti olmuş, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları qəbul olunmuş, iddia tələbi rədd olunmuş, eyni zamanda digər məhkəmənin qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, iddiaçı pozulduğunu ehtimal etdiyi hüquqlarının bərpası üçün qanunvericiliklə ona verilmiş məhkəmə müdafiəsi imkanlarından artıq istifadə etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; 167.1.2-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir. 167.2-ci maddəsinə əsasən hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. İşdə olan məhkəmə hazırlıq iclasının protokolundan görünür ki, hakim iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu müzakirə etməmiş, bununla bağlı iddiaçının mövqeyini aydınlaşdırmamış, yalnız iş üzrə icraata xitam verilməsi məsələsini iddiaçı ilə müzakirə etmişdir. İddiaçı tərəfindən verilmiş şikayətdə iddiaçı bildirir ki, onun iddia tələbi müqavilənin ləğv edilməsinə yönəlib və şikayətində tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 421- 424-cü maddələrinə istinad etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilənlərə əməl etmədən iş üzrə icraata xitam verməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 398.0 və 398.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 4749/2022 nömrəli qərardadı ləğv edilsin və mülki iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar