Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2274/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçının nümayəndəsi-vəkili X2, Cavabdehin nümayəndəsi Nümayəndə2, 3-cü şəxs “xxxx” QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Müharif oğlunun Cavabdeh ASC-nə, üçüncü şəxslər “xxxx” QSC-nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı Müharif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-912/20 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə, 3-cü şəxslər “xxxx” QSC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07 saylı Bərdə Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materialarından görünür ki İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək,Goranboy rayonu, Goran qəsəbəsi, Bakı-Gəncə yolunun sağ kənarında mülkiyyətində olan 0.35 ha torpaq sahəsinə dair bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli GN-2097 ip saylı ipoteka müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Sonradan iddiaçının səlahiyyətli nümayəndəsi-vəkili məhkəməyə iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx xxxxxx 2014-cü il tarixli ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi, Goranboy rayonu, Goran qəsəbəsi, Bakı-Gəncə yolunun sağ kənarında mülkiyyət olan 0.35 ha torpaq sahəsinə dair bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli GN-2097 ip saylı ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC ilə iddiaçının arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli GNC-2097 ip saylı Baş kredit müqaviləsinə əsasən illik 15 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 1000.000 manat məbləğində kredit verilmişdir. O cümlədən xx xxxxxxxx 2014-cü il tarixli GNC-2097 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə iddiaçıya məxsus Goranboy rayonu, Goran qəsəbəsi, Bakı-Gəncə yolunun sağ kənarında mülkiyyətində olan 0.35ha torpaq sahəsində yerləşən 3420 kv.m ümumi sahəsindən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası və 0.35 ha torpaq sahəsi Cavabdeh ASC qarşısında xx xxxxxxxx 2014-cü il tarixli GNC-2097 ip saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir. Göstərilən məhkəmə mübahisələrindən iddiaçının məlumatı olmamış və icra şöbəsində olan zaman iddiaçıya məlum olmuşdur ki, Goranboy rayonu, Goran qəsəbəsi, Bakı-Gəncə yolunun sağ kənarında mülkiyyətində olan 0.35 ha torpaq sahəsində yerləşən 3420 kv.m ümumi sahəsindən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ilə bərabər 0.35 ha torpaq sahəsi də Cavabdeh ASC qarşısında xx xxxxxxxx 2014-cü il tarixli GNC-2097 ip saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Halbuki, həmin torpaq sahəsi ipoteka ilə yüklü edilə bilməz. Belə ki, “xxxx” QSC ilə bağlanmış xx xxxxxxxx 2010-cu il tarixli 07L000002449 saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. “xxxx” QSC ilə iddiaçının arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 2449 saylı sazişə əsasən kredit xətti müqaviləsinin müddəti 168 ay və məbləği ******* ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə “xxxx” QSC ilə bağlanmış xx xxxxxx 2014- cü il tarixli 06R000018703 saylı kredit razılaşması əsasında 18 ay müddətinə aylıq faiz dərəcəsi 1.3333 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 235000 ABŞ dolları məbləğində kredit götürülmüş, göstərilən kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bank ilə iddiaçının arasında bağlanılmış xx xxxxxx 2012- ci il tarixli 06M000000897 saylı ipoteka müqaviləsi əsasında Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankın qeyd olunan torpaq sahəsinə təkrar ipoteka ilə yüklü etməsi tamamilə qanunsuz və əsassızdır. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunması xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi iş üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul ediləsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının nümayəndəsini, şikayətlə razılaşmayaraq, təmin olunmamasını xahiş edən cavabdehin nümayəndəsini, şikayətin həllini məhkəmənin mülahizəsinə buraxıldığını bildirən izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi işə birinci instansiya məhkəməsində baxılarkən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edərək izahatında bildirmişdir ki, hal-hazırda bank tələbin ipoteka predmetinə yönəldilməsini tələb etdikdə iddiaçı belə bir əsassız iddia qaldırırmışdır. İddiaçı sadəcə olaraq prosessual hüquqlarından istifadə edərək borcun ödənilməsini yubatmaq niyyətindədir. Bundan başqa sübut etməyə ehtiyac yoxdur ki, 06 sentyabr 201-4cü il tarixdə bağlanmış müqavilənin etibarsızlığı üzrə iddia müddəti xx xxxxxxxx 2015-ci il tarixdə bitmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə müqavilədən əmələ gələn mülki hüquq münasibətlərinin əmələ gəldiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964 red) 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin bir birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdir. Həmin Məcəllənin 78-ci maddəsinin tələbinə görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Həmin Məcəllənin 82-ci maddəsinin tələbinə görə iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Həmin Məcəllənin 77ci maddəsinə əsasən, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası MM-nin 7.1-ci maddəsinin tələbinə görə mülki qanunvericilik müddüalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Sözügedən Məcəllənin 390.2-ci maddəsinin tələbinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunula və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli (dərci xx xxxxxx 2001-ci il) qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və maliyyə intizamınm nizamlanmasına kömək etmək: mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin həmin qərarında göstərilmişdir kı, 2000-ci ilin sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Azərbaycan Respublikası yeni MM-nin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci ilin sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki MM-nin (1964 red) 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. İddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, həmçinin iddia müddətinin bərpa olunmasına dair məhkəməyə müraciət edilməmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Beləliklə, məhkəmə iclası zamanı tədqiq edilmiş sənədlərlə müəyyən edilir ki, “xxxx” ASC Şəki filialı ilə İddiaçı arasında bağlanmış 23 sentyabr 2010-cu il tarixli 07L000002449 saylı kredit xətti müqaviləsinə əsasən, İddiaçı 500000 ABŞ dolları məbləğində 120aymüddətində kreditin ayrılmasını Bank öz öhdəsinə götürmüşdür. İddiaçı 3 sentyabr 2010-cu il tarixli 07L000002449 saylıkredit xətti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq 23 sentyabr 2010-cu il tarixində “xxxx” ASC Gəncə filialı ilə İddiaçı arasında 06M000000897 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka predmeti olan İddiaçı məxsus Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsi dəyəri tərəflərin razılığı ilə 46702 manat qiymətləndiriərək Banka ipoteka qoymuşdur. Bu hallar məhkəmənin sorğusu əsasında “xxxx” QSC-nin məhkəməyə təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli arayışla təsdiq edilir və arayışda qeyd edilir: “İddiaçı “xxxx” QSC ilə bağladığı xx xxxxxxxx 2010-cu il tarixli 07L000002449 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanılmış xx xxxxxxxx 2014-cü il tarixli 2449 saylı sazişə əsasən kredit xətti müqaviləsinin müddəti 168 ay və məbləği ******* ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə İddiaçı “xxxx” QSC ilə bağladığı xx xxxxxx 2014-cü il tarixli 06R000018703 saylı kredit razılaşması əsasında 18 müddətinə, aylıq faiz dərəcəsi 1.3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şəxsi ilə 235000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bundan başqa kredit xətti müqaviləsi üzrə İddiaçı “xxxx” QSC ilə bağladığı xx xxxxxx 2015-ci il tarixli 006R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şəxsi ilə 100000 manat məbləğində kredit götürmüşdür. Bununla yanaşı İddiaçı “xxxx” QSC ilə xx xxxxxx 2015-ci il tarixdə bağladığı 006KK**********1 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1.9167 faiz olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 5000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit xətti müqaviləsi üzrə iddiaçının öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka verən İddiaçı ilə Bank arasında bağlanılmış xx xxxxxx 2012-ci il tarixli 06M000000897 saylı ipoteka müqaviləsi (Goranboy rayonu X4 dövlət notariusu Z.M.Ağcayev tərəfindən təsdiq edilib) əsasında Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bərdə şəhər Ərazi İdarəsi tərəfindən 6 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış RX ******* nömrəli çıxarışla, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan 0.35 ha torpaq sahəsinin İddiaçı kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yükla edilməsi qeydiyyata alınmışdır. İddiaçı öhdəliklərini icra etmədiyindən ona və qeyrilərinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ilə Goranboy raon Məhkəməsinə müraciət edilmişdir. İddiada cavabdehlərdən müştərək qaydada iddiaçı “xxxx” QSCnin xeyrinə 06R000018703 saylı kredit razılaşması üzrə 43282.42 ABŞ dolları məbləğində kredit borcu, 11694.91 ABŞ dolları məbləğində faiz borcu və 49870.35 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 104847 ABŞ dolları 68 sent məbləğində borcun, 006R********** saylı kredit razılaşması üzrə 92329.2 manat məbləğində kredit borcu, 30053.15 manat məbləğində faiz borcu və 51692.41 manat məbləğində cərimə borcu olmaqla, cəmi 174074 manat 76 qəpik məbləğində borcun, 006KK**********01 saylı kredit razılaşması üzrə 4993.21 ABŞ dolları məbləğində kredit borcu, 912.34 ABŞ dolları məbləğində faiz borcu və 1063.24 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 6968 ABŞ dolları 79 sent məbləğində borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi və t.tələb edilmişdir. Hazırda iş üzrə Goranboy rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin edilmişdir”. Goranboy rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(045)-01/2020 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər İddiaçı və digərlərindən birgə qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli 06R000018703 saylı razılaşma üzrə əsas borc üzrə 41340,89 ABŞ dolları, faiz borcu üzrə 9487,49 ABŞ dolları, cərimə üzrə 1000 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, xx xxxxxx 2015-ci il tarixli 006R********** saylı razılaşma üzrə əsas borc üzrə 92329,2 manat, faiz borcu üzrə 29134,03 manat, cərimə üzrə 1500 manat və xx xxxxxx 2015-ci il tarixli 006KK**********01 saylı razılaşma üzrə əsas borc üzrə 4993,21 ABŞ dolları, faiz borcu üzrə 912,34 ABŞ dolları cərimə üzrə 200 ABŞ dolları icra vaxtı manat olan məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 80 manat xidmət haqqı tutulması; hər üç razılaşması üzrə tələb Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda 10 saylı evdə yerləşən 23 saylı mənzilə, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinə, Göygöl rayonu Qızılqaya qəsəbəsində olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 5 otaqlı 282.6 kv.metr sahədən ibarət fərdi yaşayış evinə və Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi) “Fatoğlu” müəssisəsinin hasarının qarşısında yerləşən 1 mərtəbəli ümumi sahəsi 133.2 kv.metr sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi; Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda 10 saylı evdə yerləşən 23 saylı mənzili ilkin satış qiyməti 53000 manat, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsi ilkin satış qiyməti 220000 manat, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evi 0.12 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 130000 manat və Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi) “Fatoğlu” müəssisəsinin hasarının qarşısına bitişik qeyri yaşayış binası ilkin satış qiyməti 80000 manat olmaqla açıq hərracdan satılması, hər üç kredit razılaşması üzrə tələb olunan 57933,93 ABŞ dollarının icra vaxtı manata olan məzənnəsindən və 122963,23 manatdan ibarət borc, ödənilmiş 30 manat dövlət rüsumu ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 80 manat xidmət haqqı hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun taam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ İddiaçı və digərlərindən birgə qaydada tutulması; Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda 10 saylı evdə yerləşən 23 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan ay sonra İddiaçı həmin mənzilə istifadə hüququ itirilməsi, o, həmin mənzildən çıxarılması, həmin mənzil boşaldılması və “xxxx” QSC-yə təhvil verilməsi; Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və “xxxx” QSC-yə təhvil verilməsi; Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evi 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 5 otaqlı 282.6 kv.metr sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra İddiaçı həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, o, həmin əmlakdan çıxarılması, həmin əmlak boşaldılması və “xxxx” QSC-yə təhvil verilməsi, Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (azərbaycan bayrağı küçəsi) “Fatoğlu” müəssisəsinin hasarının qarşısında yerləşən 1 mərtəbəli ümumi sahəsi 133.2 kv.metr sahədən ibarət qeyri yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və “xxxx” QSC-yə təhvil verilməsi qət edilmişdir. Cavabdeh ASC Gəncə filialı ilə İddiaçı arasında bağlanmış06 sentyabr 2014-cü il tarixli GNC2097 ip saylı baş kredit müqaviləsinə əsasən, İddiaçı ******* manat məbləğində 36 ay müddətində, illik 15 faiz dərəcəsi ilə kreditin ayrılmasını Bank öz öhdəsinə götürmüşdür. İddiaçı xx xxxxxxxx 2014-cü il tarixli GNC-2097 ip saylı baş kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq xx xxxxxxxx 2014-cü il tarixində Cavabdeh ASC Gəncə filialı ilə İddiaçı arasında GNC-2097 ip saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka predmeti olan İddiaçı məxsus Goranboy rayonu, Goran qəsəbəsi, Bakı- Gəncə yolunun sağ kənarında istifadədə olan 0.35 ha torpaq sahəsində yerləşən 3420 kv.m ümumi sahəsindən ibarət 1 mərtəbəli qeyri yaşayış binası dəyəri tərəflərin razılığı ilə ******* manat qiymətləndiriərək Banka ipoteka qoymuşdur. Gəncə rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 844433,14 manat pulun tutulub iddiaçı Cavabdeh ASC-yə ödənilməsi, tutmanın cavabdeh İddiaçı məxsus olan Goranboy rayonu, Goran qəsəbəsi, Bakı-Gəncə yolunun sağ kənarında mülkiyyətdə olan 0.35 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 3.420 kv.metr olan qeyriyaşayış binasına və 0.35 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən sonra o, satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin həmin ipoteka predmetindən çıxarılması və ipoteka predmetinin boşaldılması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(104)-384/2017 saylı qərardadın surətindən görünür ki, Goranboy rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2-2923/2016 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilmiş və ona münasibətdə apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-2836/2020 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(104)-384/2017 saylı qərardadı ləğv edilmiş mülki iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir (sənədlər iş materiallarına əlavə edilmişdir). Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3- cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasları, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (Azərbaycan Respublikası MM-nin 14-cü maddəsi). Həmçinin Azərbaycan Respublikası MM-nin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsindən göründüyü kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Göründüyü kimi iddiaçı cavabdehin arasında bağlanmış müqavilənin onun bilavasitə maraqlarına toxunduquna görə etibarsız hesab edilməsini tələb etsədə əqdlərin etibarsızlığının şərtlərini müəyyənləşdirən Azərbaycan Respublikası MM-nin 14-cü fəslində nəzərdə tutulan halların mövcud olmasının sübuta yetirə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı hazırkı iddia tələbinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2274/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2274/2021
15.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver