Məhkəmə qərarları › İş №2(103)-228/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-228/2021

26.04.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanın ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-228/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), X4, Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, ilkin iddia üzrə İddiaçı nümayəndəsi vəkil Nümayəndə Sücaət oğlunun, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1, onun nümayəndəsi X2 iştirakları ilə, ilkin iddia üzrə İddiaçı Cavabdeh1 qarşı “müqavilənin ləğvi və pul tələbinə dair”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı pul və s. tələbinə dair, (Azinteroil” MMC-nin təsisçiləri X15 və X9 Cavabdeh1 tərəfində üçüncü şəxs qismində cəlb edilməklə) ilkin və qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5226/2019 saylı işi üzrə 11.10.2019-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi vəkil Nümayəndə Sücaət oğlunun, Cavabdeh2, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi (dəqiqləşdirmə) verərək, İddiaçıla Cavabdeh1 arasında bağlanmış 07 fevral 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi; cavabdehin icarə obyektindən istifadəyə görə 07 fevral 2018-ci il tarixdən 02 sentyabr 2019-cu il tarixədək yaranmış 5660 manat məbləğində borcun, aylıq icarə haqqına görə 792 manat dövlət vergisinin, cavabdeh tərəfindən qeyd edilən obyektə vurulmuş 7000 manat maddi ziyanın, 5000 manat mənəvi ziyanın və İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 18482 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi (dəqiqləşdirmə) təqdim edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada 3000 ABŞ dolları və 30773 manat məbləğinin alınaraq, ona ödənilməsi barədə qətnamə və İddiaçı və Cavabdeh2 əməllərində dələduzluq cinayətinin tərkib əlamətləri olduğundan barələrində xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı aşağıdakı sübutlar təqdim edilmişdir: 07.02.2018-ci il tarixli icarə müqaviləsinin surətinə əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 327.3 kv/m, yaşayış sahəsi 147.8 kv/m, yardımçı sahəsi 179.5 kv/m olan 7 otaqlı fərdi yaşayış evinin 164 kv/m hissəsini Cavabdeh1 icarəyə verməyi, Cavabdeh1 İddiaçı aylıq 300 manat icarə haqqı ödəməyi öhdəsinə götürür (İ cild, səh.8); məhkəmə iclasında şahid qismində ifadə verən X16 bildirmişdir ki, o, iş üzrə tərəfləri tanıyır. Obyektdə olmuşdur. Onlar şərik olublar. Qazancın 70 faizi Şahbaza, 30 faizi isə Raufa çatmalı idi. Amma obyekti cəmi bir neçə ay işlədib ayrıldılar. Daha sonra Rauf kamaz maşını göndərərək, özünə məxsus əşyaları aparmışdır;məhkəmə iclasında digər şahid X6 eyni məzmunlu ifadə verdi (İ cild, səh.146). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5226/2019 saylı işi üzrə 11.10.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 07 fevral 2018-ci il tarixli icarə müvaqiləsinin ləğv edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul və s. tələbinə dair’’ qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi təmin edilmədiyndən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun özünə aid edilməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-386, 427.3, 429.1.3, 442, 448.1, 685.2.1, 700.1, 700.3, 705-ci maddələrinə; Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında 07 fevral 2018-ci il tarixdə icarə müqaviləsi bağlanaraq, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 327.3 kv/m, yaşayış sahəsi 147.8 kv/m, yardımçı sahəsi 179.5 kv/m olan 7 otaqlı fərdi yaşayış evinin 164 kv/m hissəsi 07 fevral 2019-cu il tarixədək olan Cavabdeh1 icarəyə verilsə də, məhkəmə gedişatında müəyyən olunmuşdur ki, tərəflər faktiki olaraq, həmin icarə obyektində şəriyinə çalışıblar. Lakin bir müddət sonra aralarında baş vermiş narazılığa görə ayrılmaq qərarına gəlmişdilər. Hazırda hər iki iddiaçı bir-birlərinə qarşı pretenziya irəli sürsələr də, ilkin və qarşılıqlı iddia tələbləri əsaslılıq baxımdan öz təsdiqini tapmamışdılrar. Belə ki, proses gedişatında izahat (ifadələri) alınmış proses iştirakçıları hər iki iddia tələbini təşkil edən əsasları təkzib etmişdirlər. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi vəkil Nümayəndə Sücaət oğlu qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11.10.2019-cu il tarixli, 2(004)-5226/2019 nömrəli qətnaməsinin İddiaçı iddiasının pul tələbinə dair hissəsində qismən ləğv edilməsi və İddiaçı “müqavilənin ləğvi və pul tələbinə dair” iddiasının tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 125; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 424, 425, 700, 1096, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 8, 9, 77, 88, 217, 218, 360, 361, 371, 372ci maddələrinə istinadən qeyd edilmişdir ki, ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 31.08.2012-ci il tarixdə verilmiş **********41-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 327.3 kv/m, yaşayış sahəsi 147.8 kv/m, yardımçı sahəsi 179.5 kv/m olan 7 otaqlı fərdi yaşayış evi İddiaçı tam mülkiyyətinə verilmişdir. 07 fevral 2018-ci il tarixdə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda İddiaçıla cavabdeh arasında icarəsi müqaviləsi bağlanaraq yuxarıda göstərilən fərdi yaşayış evinin 164 kv/m hissəsi 07 fevral 2019-cu il tarixədək olan müddətə icarəçi Cavabdeh1 icarəyə verilmişdir. Bundan əlavə müqavilənin şərtinə görə icarə müddəti 07.02.2019-cıı il tarixədək müəyyən edilmişdir. Müqavilənin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilənin pozulması ilə bağlı heç bir təklif irəli sürülmədiyi üçün müqavilənin müddəti 07.02.2020-ci il tarixədək uzadılmışdır və hazırda qüvvədədir. Həmin müqavilənin 4-cü bəndinə əsasən tərəflər icarəyə götürən Cavabdeh1 icarəyə verən İddiaçı aylıq 300 (üç yüz) manat icarə haqqı ödəməsinə dair razılığa gəlmişlər. Buna baxmayaraq 07 fevral 2018-ci il tarixdən hal-hazıradək icarəyə verilən həmin sahənin istifadəsinə görə cavabdeh tərəfindən İddiaçı icarə haqqı kimi heç bir məbləğdə pul vəsaiti ödənilməmişdir. Nəticədə Cavabdeh1 iddiaçıya 07 fevral 2018-ci il tarixdən 02 sentyabr 2019-cu il tarixədək olan müddət ərzində 5660 (beş min altı yüz altmış) manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən dəfələrlə yığılmış icarə haqqının ödənilməsilə bağlı olaraq cavabdehə xəbərdarlıqlar edilmişdir. Həmçinin cavabdehə borcun ödənilməsinə dair pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanmış və 7 iş günü ərzində iddiaçıya olan borcun ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh xəbərdarlıqların heç birinə məhəl qoymayaraq hələ də icarə haqqını ödəməmişdir və 07 fevral 2018-ci il tarixli icarə müqaviləsinin 4-cü bəndinin tələbini kobud şəkildə pozmuşdur. Həmin icarə müqaviləsinin 9-cu bəndinə görə tərəflərin razılığına əsasən icarəçi hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir. Belə ki, qanunla icarə obyektindən istifadəyə görə 300 manat icarə haqqının 14%-nin vergi kimi ödənilməsi müəyyən edilmişdir. Lakin icarəçi icarə müqaviləsinin bağlandığı gündən 07 iyul 2019-cu il tarixədək yığılmış 792 manat məbləğində vergini ödəməmişdir. Bununla da o, həmin icarə müqaviləsinin 9-cu bəndini pozmuşdur. Bundan başqa cavabdeh qeyd edilən ünvandakı obyektdən istifadə etdiyi müddət ərzində obyektə ciddi ziyanlar vurmuş, obyektin tavan hissəsində su sızmasından qaynaqlanan çətin bərpa edilən ziyan əmələ gəlmiş, obyektin pəncərələri onun tərəfindən götürülmüş, həmçinin yanğın izləri qalmışdır. Cavabdeh ilk əvvəllər obyekti tərk edəcəyi təqdirdə onun tərəfindən obyektə vurulan bu zərərləri aradan qaldıracağına dair söz vermiş, lakin sonradan bu sözünə də əməl etməmişdir. Nəticədə obyektə 7000 manat miqdarında ziyan dəymişdir. Aşağıdakı faktlara, sübutlara və əsaslara görə Yasamal rayon məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(004)-5226/2019 saylı qətnaməsi qismən ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. İşin hallarından aydın olur ki, cavabdeh müqavilə əsasında yaranmış öhdəliklərini pozaraq İddiaçı ödəməli olduğu icarə haqqını və vergi rüsumunu ödəməmiş, istifadə müddəti ərzində İddiaçı əmlakına xeyli ziyan vurmuşdur. Cavabdeh1 bu hərəkətləri nəticəsində İddiaçı MM-nin 21-ci maddəsinə əsasən real zərər vurmuşdur və əgər İddiaçı hüquqları pozulmasaydı adi mülki dövriyyə şəraitində onun əldə edəcəyi gəlirlərdən məhrum etmişdir. Lakin məhkəmə qərar qəbul edərkən bu halları qiymətləndirməmişdir.Bundan başqa məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424-cü maddəsinin tələblərinə riayət etməmişdir. Məhkəmənin çıxardığı qətnamədən aydın olur ki, əgər bir tərəf öhdəliyini əsassız olaraq yerinə yetirmirsə, öhdəliklərin icrasına məhkəmə qaydasında xitam verilə bilər və bu işdə məhkəmə tərəflər arasındakı mövcud müqaviləni ləğv etsə də, həmin müqavilənin qüvvədə olduğu müddətdə Cavabdeh1 öz öhdəliklərindən əmələ gələn borcunun ödənilməsi ilə bağlı heç bir qərar qəbul etməmişdir. Məhkəmə işin hallarını düzgün qiymətləndirməmişdir. İddiaçı heç vaxt bacısı oğlu Cavabdeh2 Cavabdeh1 pul təklif etməsi ilə bağlı tapşırıq verməmişdir və Cavabdeh2 tərəfindən də Cavabdeh1 pul təklif edilməmişdir. Bundan başqa Cavabdeh1 qanunsuz olaraq İddiaçı obyektinə hücum edərək oradan 28710 AZN İddiaçı məxsus əşya və 7500 AZN pulu götürmüş və bu məsələ ilə bağlı hal-hazırda Nəsimi rayon Polis idarəsində araşdırma aparılır. Həmçinin Cavabdeh1 İddiaçıla şərik olması ilə bağlı göstərilənlər absurddur və həqiqətə uyğun deyil. Bundan başqa məhkəmə Cavabdeh2 məhkəməyə təqdim etdiyi ərizəni əsassız səbəblərdən qəbul etməyərək qanunsuz qətnamə çıxarmışdır. Belə ki, Cavabdeh2 öz ərizəsində aşağıdakıları qeyd etmişdir: “Cavabdeh1 2018-ci ilin fevral ayının 7-də Bakı şəhəri 13 saylı Notarial Kontorunda bağlanmış icarə müqaviləsi əsasında dayım İddiaçı aid daşınmaz əmlakın 1-ci mərtəbəsini 300 manat müqabilində icarəyə götürmüş lakin həmin əmlakdan istifadə etməsinə baxmayaraq icarə haqqını verməmişdir. Bu səbəbdən aramızda narazılıq yaranmış biz ondan icarə haqqını tələb etmişik. 20İ8~ci ilin yay aylarında Rauf Seyidzadə ilə görüşüb söhbət etmişdir. Rauf mənə həmin vaxt ünvan 2 ünvanında qab-qacağın olduğunu bildirmişdir. Məndə dayım İddiaçıla danışıb onun verdiyi tapşırığa əsasən Rauf Seyidzadəyə təklif etdim ki. bizə borclu olduğu 6000 (altı min) manata yaxın icarə haqqını versin və bizim obyektdə olan qab-qacaqlarını götürsün. Rauf Seyidzadə mənə bildirdi ki. ona qab-qacaq lazım deyil. o onu heç bir yerdə istifadə edə bilməyəcək və bildirdi ki. qabqacağa 3000 (üç min) manat pul xərcləmişdir. Məndə dayım İddiaçı razılığı ilə həmin qabqacağa xərclənmiş pulu onun icarə haqqından çıxmağım barədə Raufa təklif etdim. Lakin Rauf razılaşmadı, 13 iyul 2019-cu il tarixdə bizim evə hücum edərək özünə məxsus əşyalardan başqa onlara məxsus olan 28710 (iyirmi səkkiz min yeddi yüz on) manat dəyərində olan əşyaları və 7500 (yeddi min beş yüz) manat pulu oğurlamışdır. Bundan sonra Cavabdeh1 barəsində Nəsimi rayon Polis İdarəsinə şikayət edərək onun CM-in 177ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bundan başqa dayım İddiaçı Yasamal rayon Məhkəməsinə Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, müqaviləyə xitam verilməsini və onun dayıma borclu olduğu pulu tələb etmişdir. X11 bizim obyektə hücum edərək 13 iyul 2019-cu il tarixdən əvvəl orada olan qab-qacağına görə 3000 (üç min) manat pulu icarə haqqından çıxmağımı bildirmişəm” Bu ifadədən də görünür ki, məhkəmə şahid ifadələrini düzgün qiymətləndirməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı ilə arasında bağlanmış icarə müqaviləsinin 4-cü və 9-cu bəndlərini, həmçinin mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Odur ki, məhkəmə tərəfindən Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 07 fevral 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və cavabdehdən icarə obyektindən istifadəyə görə 07 fevral 2018-ci il tarixdən 02 sentyabr 2019-cu il tarixədək olan müddət ərzində yaranmış 5660 (beş min altı yüz altmış) manat məbləğində borcun, aylıq icarə haqqına görə yığılmış 792 manat gəlir vergisinin, cavabdeh tərəfindən qeyd edilən obyektə vurulmuş 7000 manat məbləğində maddi ziyan və 5000 manat mənəvi ziyanın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul qəbul edilməli olsa da, məhkəmə araşdırma zamanı bu halları qiymətləndirməmişdir. Bütün bu dəlillər onu deməyə əsas verir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 11.10.2019-cu il tarixli, 2(004)-5226/2019 nömrəli qətnaməsi qanunsuz və əsassız olduğundan İddiaçı iddiasına münasibətdə qismən ləğv edilməlidir və İddiaçı “müqavilənin ləğvi və pul tələbinə dair” iddiasının tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11.10.2019-cu il tarixli, 2(004)-5226/2019 nömrəli qətnaməsi dayısı İddiaçı iddiasının pul tələbinə dair hissəsində qismən ləğv edilməsi və İddiaçı “müqavilənin ləğvi və pul tələbinə dair” iddiasının tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 8, 9.1, 77, 88, 217, 372-ci maddələrinə əsasən qeyd edilmişdir ki, İddiaçı dayısıdır. ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 31.08.2012-ci il tarixdə verilmiş **********41-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 327.3 kv/m, yaşayış sahəsi 147.8 kv/m, yardımçı sahəsi 179.5 kv/m olan 7 otaqlı fərdi yaşayış evi İddiaçı tam mülkiyyətinə verilmişdir. 07 fevral 2018-ci il tarixdə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda İddiaçıla cavabdeh arasında icarəsi müqaviləsi bağlanaraq yuxarıda göstərilən fərdi yaşayış evinin 164 kv/m hissəsi 07 fevral 2019-cu il tarixədək olan müddətə icarəçi Cavabdeh1 icarəyə verilmişdir. Müqavilənin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilənin pozulması ilə bağlı heç bir təklif irəli sürülmədiyi üçün müqavilənin müddəti 07.02.2020-ci il tarixədək uzadılmışdır və hazırda qüvvədədir. Həmin müqavilənin 4-cü bəndinə əsasən tərəflər icarəyə götürən Rauf Seyidzadənin icarəyə verən İddiaçı aylıq 300 manat icarə haqqı ödəməsinə dair razılığa gəlmişlər. Buna baxmayaraq 07 fevral 2018-ci il tarixdən hal-hazıradək icarəyə verilən həmin sahənin istifadəsinə görə cavabdeh tərəfindən İddiaçı icarə haqqı kimi heç bir məbləğdə pul vəsaiti ödənilməmişdir. Nəticədə cavabdeh Rauf Seyid- zadənin iddiaçıya 07 fevral 2018-ci il tarixdən 02 sentyabr 2019-cu il tarixədək olan müddət ərzində 5660 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən dəfələrlə yığılmış icarə haqqının ödənilməsilə bağlı olaraq cavabdehə xəbərdarlıqlar edilmişdir. Həmçinin cavabdehə borcun ödənilməsinə dair pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanmış və 7 iş günü ərzində iddiaçıya olan borcun ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh xəbərdarlıqların heç birinə məhəl qoymayaraq hələ də icarə haqqını ödəməmişdir və 07 fevral 2018-ci il tarixli icarə müqaviləsinin 4-cü bəndinin tələbini kobud şəkildə pozmuşdur. Həmin icarə müqaviləsinin 9-cu bəndinə görə tərəflərin razılığına əsasən icarəçi hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir. Belə ki, qanunla icarə obyektindən istifadəyə görə 300 manat icarə haqqının 14%-nin vergi kimi ödənilməsi müəyyən edilmişdir. Lakin icarəçi icarə müqaviləsinin bağlandığı gündən 07 iyul 2019-cu il tarixədək yığılmış 792 manat məbləğində vergini ödəməmişdir. Bununla da o, həmin icarə müqaviləsinin 9-cu bəndini pozmuşdur. Həmçinin o, 2019-cu ilin iyun ayında Cavabdeh1la görüşüb ondan icarə haqqına görə yığılmış borcunu verməyi tələb etdi. Cavabdeh yuxarıda qeyd edilən ünvandakı obyektdən istifadə etdiyi müddət ərzində obyektə ciddi ziyanlar vurmuş, obyektin tavan hissəsində su sızmasından qaynaqlanan çətin bərpa edilən ziyan əmələ gəlmiş, obyektin pəncərələri onun tərəfindən götürülmüş, orada həmçinin yanğın izləri qalmışdır. Cavabdeh ilk əvvəllər obyekti tərk edəcəyi təqdirdə onun tərəfindən obyektə vurulan bu zərərləri aradan qaldıracağına dair söz vermişdi, lakin sonradan bu sözünə də əməl etməmişdir. Nəticədə obyektə 7000 manat miqdarında ziyan dəymişdir. Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(004)-5226/2019 saylı qətnaməsi qismən ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir: Məhkəmə işin hallarını düzgün qiymətləndirməmişdir. Belə ki dayısı İddiaçı heç vaxt ona Cavabdeh1 pul təklif etməklə bağlı tapşırıq verməmişdir və onun tərəfindən də Cavabdeh1 pul təklif edilməmişdir. Cavabdeh1 dayısı İddiaçıla şərik olması ilə bağlı göstərilənlər absurddur və həqiqətə uyğun deyil. O, 25.10.2019-cu il tarixdə məhkəmə iclas protokoluna qeydlər aparılması ilə bağlı ərizə ilə 2(004)-5226 saylı mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədova müraciət etmişdir. Yasamal Rayon Məhkəməsi onun ərizəsinə baxaraq 28.10.2019-cu il tarixdə 2(004)-5226/2019 saylı qərardad qəbul etmişdir. Belə ki, məhkəmə qəbul etdiyi qərarını əsassız olaraq onunla əsaslandırmışdır ki, protokoldakı ifadələr verilmiş ifadələrlə eynilik təşkil edir və təqdim olunmuş sübutlar iş materiallarında olduğu üçün protokola verilmiş qeyd təmin olunmamalıdır. Lakin ərizəsinin məzmununda əlavə faktlar mövcud olmuşdur. Belə ki, o, öz ərizəsində də qeyd etmişdir ki, Cavabdeh1 2018-ci ilin fevral ayının 7-də Bakı şəhəri 13 saylı Notarial Kontorunda bağlanmış icarə müqaviləsi əsasında dayısı İddiaçı aid daşınmaz əmlakın 1-ci mərtəbəsini 300 manat müqabilində icarəyə götürmüş, lakin həmin əmlakdan istifadə etməsinə baxmayaraq icarə haqqını verməmişdir. Bu səbəbdən aralarında narazılıq yaranmış, onlar ondan icarə haqqını tələb etmişlər. 2018-ci ilin yay aylarında Rauf Seyidzadə ilə görüşüb söhbət etmişdir. Rauf ona həmin vaxt ünvan 2 ünvanında qab-qacağının olduğunu bildirmişdir. Onda dayısı İddiaçıla danışıb ona verdiyi tapşırığa əsasən Rauf Seyidzadəyə təklif etdi ki, onlara borclu olduğu 6000 manata yaxın icarə haqqını versin və obyektdə olan qabqacaqlarını götürsün. Rauf Seyidzadə ona bildirdi ki, ona qab-qacaq lazım deyil, o onu heç bir yerdə istifadə edə bilməyəcək və bildirdi ki, qab-qacağa 3000 manat pul xərcləmişdir. O da dayısı İddiaçı razılığı ilə həmin qab-qacağa xərclənmiş pulu onun icarə haqqından çıxması barədə Raufa təklif etdi. Lakin Rauf razılaşmadı, 13 iyul 2019-cu il tarixdə bizim evə hücum edərək özünə məxsus əşyalardan başqa onlara məxsus olan 28710 manat dəyərində olan əşyaları və 7500 manat pulu oğurlamışdır. Bundan sonra Cavabdeh1 barəsində Nəsimi Rayon Polis İdarəsinə şikayət edərək onun CM-in 177-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bundan başqa dayısı İddiaçı Yasamal Rayon Məhkəməsinə Seyidzadə Raufa qarşı iddia ərizəsi ilə müraciət edərək, müqaviləyə xitam verilməsini və onun dayısına borclu olduğu pulu tələb etmişdir. X12rın obyektinə hücum edərək 13 iyul 2019-cu il tarixdən əvvəl orada olan qab-qacağına görə 3000 (üç min) manat pulu icarə haqqından çıxmağını bildirmişdir. Məhkəmə onun ifadəsini düzgün qiymətləndirməmişdir. Məhkəmə MPM-in 88-ci maddəsinin tələblərini pozaraq mülki iş üzrə bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, Cavabdeh1 oğlunun dayısı İddiaçı məxsus obyektinə vurulmuş ziyanın miqdarını dəqiq müəyyən etmək üçün tikintitexniki ekspertizası təyin etməli və həmin əmlaka dəymiş ziyanın həcmini yerində dəqiq müəyyən etmək üçün baxış keçirməli olduğu halda həmin ekspertizanı təyin etmədən səthi qərar qəbul etmişdir. Məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin tələblərini pozaraq qətnamə çıxarmışdır. İşin hallarından aydın olur ki, cavabdeh müqavilə əsasında yaranmış öhdəliklərini pozaraq dayısı İddiaçı ödəməli olduğu icarə haqqını və vergi rüsumunu ödəməmiş, istifadə müddəti ərzində İddiaçı əmlakına xeyli ziyan vurmuşdur. Cavabdeh1 bu hərəkətləri nəticəsində İddiaçı MM-in 21-ci maddəsinə əsasən real zərər vurmuşdur və əgər İddiaçı hüquqları pozulmasaydı adi mülki dövriyyə şəraitində onun əldə edəcəyi gəlirlərdən məhrum etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli 2(004)-5226/2019 saylı qətnaməsinin qismən, yəni “Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul və s. tələbinə dair” qarşılıqlı iddia tələbimin təmin edilməsin” hissəsində ləğv edilməsi və onun qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 80-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 9, 77, 81-82, 88, 217, 384, 385-ci maddələrinə; Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixü qərarına; Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli 2(004)-5226/2019 saylı qətnaməsinin qanuni əsası yoxdur, maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Həmin qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və bu da öz növbəsində işin hallarına uyğun gəlməyən nəticəyə səbəb olmuşdur. İşin halları və apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən obyektə dair 07 fevral 2018-ci ildə icarə müqaviləsi bağlasalar da obyektə işə 2017-ci ilin noyabr ayının 4-dən başlamışlar və razılaşmışlar ki, şərik olaraq işləyəcəklər, bütün xərclər çıxıldıqdan sonra ümumi gəlirdə aralarında 70-30% nisbətində bölünəcəkdir, o, heç bir icarə haqqı ödəməyəcək. Belə ki, həmin ünvanda yerləşən obyektdə heç bir şərait olmadığından razılaşdılar ki, təmir işlərini o, öz vəsaiti hesabına aparsın, avadanlıqlar alsın və sair xərcləri ödəsin və heç bir icarə haqqı ödəməsin, bütün xərclər ödənildikdən sonra gəlir qeyd etdiyi kimi bölünsün. Bu faktı məhkəmə iclasında şahid qismində ifadə verən X16 və X6 da təsdiq etmişdir. O, ünvan 1 ünvanında yerləşən obyektdə əsaslı təmir işləri aparmışdır. Belə ki, girişin, mətbəxin, 4-cü mərtəbəni əsaslı təmir etmişdir, həyətdə abadlıq işləri aparmış, naves quraşdırmış, zibilləri təmizləməşdir. Bu işlərin görülməsinə o, 2250 manat vəsait xərcləmişdir. Digər bir tərəfdən Badamdar qəsəbəsindəki çay evi bağlandığından sonra o, Şahbazın obyektini işlətməyə götürmüş və çay evində olan mebelləri oradan söküb sözügedən obyektə gətirərək quraşdırmışdır. Bu işlərə isə 4500 manat pul xərcləmişdir. Qeyd olunduğu kimi 2017-ci il 4 noyabrdan obyekti təhvil alıb təmir işlərinə başladı və 2017-ci ilin sonunda İddiaçı təklif etdi ki, obyekti təmir edə-edə işlədək. O da onunla razılaşdı. 2017-ci il sonundan həmin ilin mart ayının 18-nə kimi obyekt qismən fəaliyyət göstərirdi. Həmin vaxt obyektə o, işçi dəvət etmiş, onlara əmək haqqı ödəmiş və fəaliyyətə nəzarət etmişdir. Bu müddət ərzində, mühafizəçiyə hər ay 300 manat olmaqla 1350 manat (4 ay 15 gün), süpürgəçiyə hər ay 300 manat olmaqla (4 ay 15 gün) 1350 manat, 2 nəfər ofsiantın hər birinə gündəlik 10 manat olmaqla 1500 manat (2 ay 15 gün), adminstratora ayda 600 manat olmaqla 1500 manat (2 ay 15 gün), baş aşpaza hər gün 35 manat olmaqla 2600 manat, aşpaz köməkçisinə hər gün 15 manat olmaqla 1350 manat, kababçıya gündə 15 manat olmaqla (3 ay yarım) 1350 manat, ərzaqlara və içkilərə 7000 manat, Şahbazın özünün və qardaşının qonaqlarına 2873 manat, ümumilikdə 24 023 manat xərcləmişdir. Bundan əlavə, Şahbazın göstərişi ilə sürücüsünə şəxsən 3000 ABŞ dolları vermişdir ki “Sədərək” Ticarət Mərkəzindən obyekt üçün qab-qacaq alsın. Beləliklə də, 2017-ci il noyabrın 4-dən son iş gününə kimi, mebellərə görə 4500 manat, işçilərə, ərzaqa, Şahbazın qonaqlıqlarına ümumilikdə 24023 manat, qab qacaq alınmasına 3000 ABŞ dolları məbləğində pul xərcləmişdir. Obyekt tam hazır olduqdan sonra İddiaçı obyekti işlətməyə imkan verməmiş, onu kənarlaşdırmış bununlada onun inamından, etimadından sui-istifadə edərək, onun 30773 manat və 3000 ABŞ dolları məbləğində pulunu mənimsəmişdir. Bundan əlavə, iş materiallarında olan Nəsimi RPİ İstintaq şöbəsinin 12.08.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından da göründüyü kimi, İddiaçı bacısı oğlu Cavabdeh2 etibarnamə üzrə nümayəndə kimi istintaqa verdiyi izahatında ona aid əşyaların sözügedən obyektə qalmaq şərti ilə 3000 manat pul təklif etmişdir. Eyni zamanda sözügedən obyektə təmir üçün xərclənən vəsaiti də tam təsdiq etmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə Cavabdeh2 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, İddiaçı onun doğma dayısıdır. Şahbazla Cavabdeh1 arasında icarə müqaviləsi bağlanmışdır. Rauf cəmi 2-3 ay oranı işlətdi. Sonra aralarında narazılıq yarandı və ayrılmaq qərarına gəldilər. Dayısı Şahbaz ona dedi ki, “Raufla son haqq-hesabı aparıb halallaşaq.” Raufun orda əşyaları qalmışdır. Dayısı Şahbaz ona dediki haqq-hesab apardıqdan sonra Raufa 3000 manat borcu qalmışdır ki, onu da qaytarası idi. Göründüyü kimi cavabdehlər mənə borclu olduqlarını həm Nəsimi RPİ İstintaq şöbəsinin 12.08.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında, həmdə məhkəmə verdiyi izahatında etiraf etmişdilər. Lakin, məhkəmə bu mötəbər sübutlara heç bir hüquqi qiymət vermədən və heç bir əsaslandırma aparmadan onun qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etmişdir. Məhkəmənin bu qənaəti əsassızdır və mövcud maddi normalarla uzlaşmır. Belə ki, işə mahiyyəti üzrə baxan məhkəmə tətbiq edilməli olan hüquq normasını tətbiq etməyərək tərəflər arasında olan mübahisə üzrə hüquq münasibətlərinin məzmununu düzgün müəyyən edə bilməmişdir və hüquq normasının seçilməsində səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış və bununla da qətnamənin qismən ləğvi üçün əsas yaranmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı nümayəndəsi vəkil Nümayəndə öz apellyasiya şikayətini müdafiə edərək, mübahisəli fərdi-yaşayış evinin İddiaçı şəxsi mülkiyyətinin olduğunu, Cavabdeh1 iri həcmli avtomobillə obyektin qapısını qırdığını, bununla bağlı Polis Bölməsinə müraciət etdiklərini, cinayət işinin rədd edilməsi barədə qərar qəbul edildiyini, tərəflər arasında təhvil-təslim aktı olmadığını, R.Seyidzadə tərəfindən vurulmuş ziyanın artıq İddiaçı tərəfindən aradan qaldırıldığını, qeyri-yaşayış sahəsinin 4 mərtəbəli evdən ibarət olduğunu, lakin R.Seyidovun yalnız 1 və 2-ci mərtəbədən istifadə etdiyini, icarə müqaviləsi üzrə ona 164 kv.m sahənin verildiyini, R.Seyidovun qeyri-yaşayış sahəsinin qapısını qıraraq divar kağızlarını, divarı dağıtdığını və İddiaçı 7000 manat məbləğində ziyan vurduğunu, tərəflər arasında icarə münasibətlərinin olduğunu, binanın 4-cü mərtəbəsini Sərdarın təmir etdiyini, Seyidzadə Raufun həmin yaşayış sahəsində işlədiyini gördüyünü, 2-ci mərtəbənin isə Şahbazın sərəncamında olduğunu bildirmiş, öz apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 öz apellyasiya şikayətini müdafiə edərək, Şahbazın özünü professor kimi təqdim etdiyini, sentyabrda tanış olduqlarını, bir ay ərzində təmir etməsini təklif etdiyini, anlaşmaya görə 70% gəlir onun, 30% isə özünə çatmalı olduğunu, 04.11.2017-ci il tarixdə təmirə başladığını, beş ay orada təmir olduğunu, 2018-cil ilin fevralın 6-sı müqavilə bağlanarkən niyə icarə müqaviləsi bağlandığı barədə qarşı tərəfdən soruşduqda İddiaçı vergiyə görə belə müqavilə bağlamalı olduğunu, oraya kassa aparatı alsa da, Şahbazın 700-800 manat borcu olduğu üçün aparatı quraşdırmağa icazə verilmədiyini, noyabr ayından fevral ayına kimi orada mətbəxin fəaliyyət göstərdiyini, sonralar münasibətlər üzrə mübahisə yarandığını, İddiaçı xasiyyətinin yaxşı olmadığı üçün problemlərinin çox olduğunu, mart ayında İddiaçı pulunu tələb etdiyini, lakin aralarında söz-söhbətin uzandığını, iyunda ora gedən zaman başqa adamların oranı işlətdiyini gördüyünü, onun əşyaları ilə oranı işlətdiklərini, İddiaçı pulu tələb etdiyini, sonradan Fariz adlı şəxsi gətirdiyini, Farizlə 2 həftə sonra İddiaçı arasında dava-dalaş yarandığını, Farizin ora daha getmədiyini, özünün həmin qeyri-yaşayış sahəsində təmir işləri apardığını, 30000 manat məbləğindən çox xərc çəkdiyini, mansartda olan və cavadehlər tərəfindən mənimsənilən korolevski bilyard masasının da ona məxsus olduğunu, zəng etsə də, ancaq pulunu vermədiklərini, sonra əməliyyat müvəkkilinin yanına getdiyini, mebelini, divanları, bəzi stol-stulları, öz əşyalarını götürdüyünü, sonra İddiaçı guya onun divanının içində 7000 manat məbləğində pulu gizlətdiyini və həmin pulu guya onun götürməsi barədə polisə şikayət etdiyini, 2019-cu ilin fevral ayında Şahbazın qaçıb getdiyini, burada olmadığını, Şahbazın bacısı oğlu Cavabdeh2 və vəkili ilə danışdığını, vəkilin 20000 manat müqabilində barışıq əldə edilməsini təklif etdiyini, sonra 12000, 10000, sonra 5000 manat, sonra 3000 manat təklif etdiklərini bildirmiş, öz apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəflərin apellyasiya şikayətlərinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi X7 öz apellyasiya şikayətini müdafiə edərək, mübahisəli yaşayış sahəsinin 4-cü mərtəbədə R.Seyidovun bilyard stolu qoyduğunu, 4-cü mərtəbənin də R.Seyidov tərəfindən təmir edildiyini, qeyri-yaşayış sahəsinin bütün mərtəbələrinin cavabdehin istifadəsində olduğunu, həmçinin qeyri-yaşayış sahəsinin abadlıq işlərinin aparıldığını, Şahbazın özünün yoxa çıxdığını, ekspertiza rəyi və qarşılıqlı iddia tələbi üzrə tələb edilən məbləğin verilməsini xahiş etdiklərini bildirmiş, öz apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəflərin apellyasiya şikayətlərinin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh2, Cavabdeh1 tərəfində üçüncü şəxs qismində Azinteroil” MMC-nin təsisçiləri X10 və X5 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında təqdim edilmiş X3 22.04.2019cu il tarixli ərizəsinə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini icarəyə götürmək məqsədi ilə qeyd edilən binanın təmir və tikintisinə xərclədiyi 9500 manat məbləğində pul vəsaiti həmin əmlakın mülkiyyətçisi İddiaçı qohumu Cavabdeh2 tərəfindən ona tam ödənildi. Bununla bağlı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1351/20 saylı, 27.01.2020-ci il tarixli qərardadı ilə kompleks məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/123 saylı, 30.12.2020-ci il tarixli məhkəmə tikintitexniki rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzrə yerinə yetirilmiş, yuxarıda qeyd edilən təmir işlərinin ümumi dəyəri təqribən 4502.0 manat məbləğində müəyyən edilmişdir, aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir; 9/364 saylı, 27.01.2021-ci il tarixli iqtisad-ekspertizalarının rəyinə əsasən, ekspert baxışına təqdim olunmuş malların istifadədə olması nəzərə alınmaqla hazırki vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5635.0 manat, ekspert baxışına təqdim olunmamış mallların istifadədə olması nəzərə alınmaqla hazırki vəziyyətdə nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 6034.50 manat, aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir; ilkin iddia üzrə İddiaçı nümayəndəsi vəkil Nümayəndə Sücaət oğlu tərəfindən təqdim edilən Əmlak Ekspert Mərkəzinin 12.02.2020-ci il tarixli, ƏEM/F 79- 107/20 saylı mütəxəssis rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində metal konstruksiya işlərinə çəkilmiş xərcin məbləği 2974.0 manat təşkil etmişdir. Fərdi yaşayış evinin həyətyanı sahəsindəki metal konstruksiyaya baxış keçirilmişdir. İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki metal kontruksiyanın qurulma işləri 2018-ci ilə təsadüf edir; mübahisəli fərdi yaşayış evinin həyətyanı sahəsində yerində müayinə keçirilən zaman üç mərtəbə və mansardlı qeyri-yaşayış sahəsi müşahidə edilmişdir. Cavabdeh1 həyətdə mövcud olan dəmirdən tikilini (çardaq) özünün hazırlatdırdığını, hazırlanması üçün 4000 ABŞ dolları pul xərclədiyini, iki soyuducudan birini özünün aldığını, 3-cü mərtəbədə böyük zalda “karalevski” bilyard stolu alıb yerləşdirdiyini, 2-ci mərtəbədə 2 otağı özünün təmir etdirdiyini, həmin yeri kabinetləri ilə birlikdə restoran kimi işlətmək fikirləri olduğunu, o zaman mansardda təmir işlərinin davam etdiyini, divanların və jurnal stolunun ona məxsus olduğunu, cəmi 4 divan olduğunu, mansardın giriş hissəsini və sağ otağı onun təmir etdirdiyini, bir çox daşınar əmlakların yerində olmadığını bildirdi. Deyilənləri Cavabdeh1 birgə fəaliyyət göstərən təsdiq etdi. Ünvanı kafe kimi fəaliyyətini davam etdirən Sobəddin adlı şəxs Cavabdeh1 dediklərinə etiraz etmədi və həyətdə olan vitrin soyuduculardan birinin ona məxsus olduğunu, icarə münasibətlərində Sərdarı tanıdığını bildirir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 146, 152, 158, 228, 324, 385-388, 404, 700-705; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 88, 103.1, 106.2, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş hallardan qismən səhv nəticəyə gəlmişdir. Belə ki, qarşılıqlı zidd olan mövqelərə müvafiq hüquqi cəhətdən adlandırılan icarə müqaviləsi bağlansa da, həqiqətdə müqavilənin təyinatına uyğun münasibətlərin mövcudluğu sübuta yetirilməmişdir. Belə ki, qarşılıqlı iddianın icarə müqaviləsinin formal bağlanması və əslində birgə fəaliyyət barədə dəlilləri şahid ifadələri ilə təsdiq edilsə də, qarşı tərəf bunu təkzib (öz iddialarını təsdiq) edən mötəbər sübutlar təqdim etməmiş, əksinə, əmlakın təhvil-təsliminin həyata keçirilməməsi (aktın və ya digər sənədin mövcud olmaması) və təmir işlərinin aparılmasında qarşılıqlı iddia üzrə cavabdehlərin iştirak etmələri barədə dəlilləri, icarə müqaviləsində buna dair müddəaların təsbit edilməməsi məhz müqavilə tərəflərinin birgə fəaliyyət göstərmələri və öz aralarında tapşırıq müqaviləsindən əlavə qarşılıqlı iddia üzrə Cavabdeh2 ilə mülki münasibətlərdə iştirakı təsdiq edilmişdir. Bununla belə, müqavilənin adlandırılmasından asılı olmayaraq mülkiyyətçi tərəfindən onun ləğvi ilə bağlı irəli sürülən tələbin təmin edilməməsi üçün əsaslar müəyyən edilməmişdir. İlk iddiaçı tərəfindən mövcud münasibətlərə xitam verilməsi istəyi qarşılıqlı iddiaçı qarşısında çəkilmiş xərclər üzrə mülki məsuliyyəti müəyyən edən haldır. Qeyd edilənlərə əsasən, tarazlıq, ağlabatanlıq və mülki dövriyyədə olan mütənasiblik meyarları nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, ekspertiza ilə müəyyən edilən (təmir və mövcud əşyaların) dəyərləri üzrə məbləğlərin yarısı – (4502/2+5635/2 =) 5068,50 manat məbləğində pul vəsaiti qarşılıqlı iddiaçıya qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən müştərək qaydada qaytarılmalıdır. Kollegiya məhkəmə xərclərinin tərəflərə aid edilməsini qanuni hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi vəkil Nümayəndə Sücaət oğlunun, Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5226/2019 saylı işi üzrə 11.10.2019-ci il tarixli qətnaməsi (qarşılıqlı iddia hissəsində) dəyişdirilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı və Cavabdeh2 müştərək qaydada 5068.50 (beş min altmış səkkiz manat əlli qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanlsın. Məhkəmə ekspertiza xərci 200 (iki yüz) manat məbləğində pul vəsaiti tərəflərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar