Məhkəmə qərarları › İş №2(103)-2305/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2305/2025

21.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2305/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-341/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci təvəllüdlü yetkinlik yaşına çatmamış X1 tibbi müayinəsi və müalicəsi üçün xərclədiyi 4184,84 manat pulun atası Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2017-ci təvəllüdlü yetkinlik yaşına çatmamış X1 tibbi müayinəsi və müalicəsi üçün xərclədiyi 4374,84 manat pulun atası Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 341/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2017-ci il təvəllüdlü yetkinlik yaşına çatmamış X1 tibbi müayinəsi və müalicəsi üçün xərclənən 4.374,84 manat məbləğində pul vəsaitinin ½ hissəsi olan 2.187,42 manat pul məbləğinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 41,85 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət eeedilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat, məhkəmə icraatı iştirakçılarının izahatları

4. Cavabdeh elektron kabinet vasitəsilə ərizə təqdim edərək verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya icraatına xitam verilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 369.2 Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.4 Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

6. Göründüyü kimi, hazırda cavabdehin apellyasiya şikayəti üzrə mülki işə apellyasiya qaydasında baxılmasının davam etdirilməsi üçün prosessual əsaslar yoxdur.

7. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina olunması barədə ərizə təmin edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-341/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar