Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2307/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2307/2025 (Açar sözlər: nikahın pozulması və aliment) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh nikahın pozulması, aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-998/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 02 aprel 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahlarından xx.xx.2023-cü il tarixdə X6 dünyaya gəlmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay uşaq üçün cavabdehin hər ay qazancının ¼ hissəsi miqdarında alimentin, habelə uşaq 3 yaşına çatanadək saxlanmasından ötrü cavabdehdən əlavə olaraq hər ay 50 manat sabit pul məbləğində alimentin, mediasiya xidmətinə görə ödənilmiş 60 manat xidmət haqqının və vəkil orderi üçün ödənilmiş 320 manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2021-ci il tarixdə el adəti ilə toy edərək ailə həyatı qurmuş, rəsmi nikahları isə xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə yaşadıqları müddətdə xx.xx.2023-cü il tarixdə Zeyd adlı övladları olmuşdur. Əvvəllər mehriban yaşasalar da, sonradan xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən cavabdehlə ayrılmışlar. Hazırda oğlu ilə birlikdə anasının himayəsində yaşayır. Maddi vəziyyəti elə də yaxşı deyil, övladı körpə olduğu üçün işləyə də bilmir, bu səbəbdən də övladını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə bir valideyn olaraq öz borcunu yerinə yetirmir. Bankda işləməklə əmək haqqı və pensiya almasına baxmayaraq övladının saxlanılması üçün heç bir köməklik göstərmir, ona uşaq lazım olmadığını bildirir. xx.xx.2024-cü ildə aliment tələbi ilə bağlı cavabdehin ünvanına təklif göndərdi, cavabdeh müxtəlif bəhanələr gətirməklə onu aldadaraq, aliment verməkdən yayındı. Nəhayət məcbur qalıb mübahisənin məhkəmədən kənar həlli ilə bağlı mediasiya şurasına müraciət etdi, lakin bunun bir nəticəsi olmadı. Cavabdeh bu dəfə də mediasiya prossesinə gəlmədi. Bu səbəbdən də məhkəməyə müraciət edərək, övladının saxlanılması üçün cavabdehdən aliment tələb etmək məburiyyətindədir. Maddi imkanı olmadığı üçün vəkil xərcini ödəyə bilmirdi. Bu səbəbdən də bir az yubanmalı oldu.
4. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı ASAN Xidmət mərkəzinin qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh İddiaçı ilə xx.xx.2021-ci il tarixdə faktiki ailə həyatı qurmuş və nikahları xx.xx.2022- ci il tarixdə 3 saylı Bakı ASAN Xidmət mərkəzinin qeydiyat şöbəsində qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü Zeyd adlı övladları olmuşdur. Cavabdehlə xasiyyətləri tutmur, yola getmirlər və bu səbəbdən də ayrı yaşayırlar, birgə təsərrüfat idarə etmirlər və ər-arvad münasibətlərini kəsmişlər, aralarında qarşılıqlı hörmət, məhəbbət və sədaqət hissi qalmamışdır, ailə faktiki olaraq dağılmış və onun bərpası mümkün deyildir.
5. Cavabdeh xx.xx.2024-cü il tarixində iddia ərizəsinə elektron sistem vasitəsilə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi bütün hallarla razı deyil. O etiraz edərək bildirmişdir ki, 235 manat miqdarında alimentdən başqa heç bir ödəniş edə bilmir, çünki anası onun himayəsindədir, həmçinin 3-cü qrup əlildir.
6. xx.xx.2025-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 1243/2025 saylı qərardadına əsasən, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası üzrə e-2(001)-1243/2024 saylı mülki iş İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə e-2(001)-998/2024 saylı mülki işlə bir icraatda icraatda birləşdirilmiş və həmin işlərə bir icraatda e-2(001)-998/2024 nömrə ilə baxılması qərara alınmışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-998/2025 saylı xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ilə Məmmədova (Sayılova) Telli İlqar qızı arasında 12 mart 2022-ci il tarixdə 3 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış, akt qeydləri kitabında 915 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2023-cü il təvəllüdlü X4 anası İddiaçı himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün əvvəli 02 iyul 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, vəkilin göstərmiş olduğu hüquqi yardım üçün 150 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməməsi, məhkəmə xərcələrinin mediasiya və dövlət rüsumu hissəsində tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasına, “Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasına, Ailə Məcəlləsinin 19.1, 21.1, 21.2, 22.1, 22.2.1, 34, 75.1, 75.4, 76.1, 78.2, 85.2, 100.2, 100.3-cü maddələrinə , “Mediasiya haqqında” Qanunun 21.5-ci maddəsinə, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 saylı Qərarına, “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarına, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarına , “Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 oktyabr 2017-ci il tarixli Qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 iyul 2018-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0, 115.0.6, 119.1, 119.2 və 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, qətnamənin dəyişdirilərək alimentin aylıq 235 manat məbləğində, xx.xx.2024-cü il tarixdən müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin alimentin tutulma vaxtını mediasiyaya dair bildiriş göndərildiyi vaxtdan müəyyənləşdirməsi tam əsassızdır, belə ki, o, məhkəmə qətnaməsi qəbul edilənə kimi uşagın maddi təminatında iştirak etmiş və könüllü olaraq aliment ödəmişdi. Qanunun tələbinə əsasən iddiacının iddia ərizəsi məhkəmə tərəfindən məhkəmə icraatına qəbul olunduqdan sonra cavabdeh aliment öhdəliyinə cəlb oluna bilər, lakin məhkəmə iddiacının mediasiyaya müraciət etdiyi vaxtdan ondan alimentin tutulmalı olması barədə gəldiyi nəticə ilə razı deyil.İşin hallarından da göründüyü kimi hazırki iddia tələbi məhkəməyə 15.11. 2024-cü il tarixdə daxil olmuşdur və bu da alimentin AR AM-nin 100-cü maddəsinə əsasən müəyyən olunmasına əsas verir. Qətnamə həm də prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, məhkəmə aliment məbləgini və onun tutulmalı oldugu müddəti təyin edərkən cavabdehin ağır maddi vəziyyətini, 3-cü dərəcəli əlil olmagını nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. O, ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və təxirə salınmasını xahiş etmişdir. Ərizəyə üzrlü səbəbə dair sübut əlavə olunmadığını, işin hallarını, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyünü nəzərə alaraq kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
14. Maddə 17. 1-ci hissə. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir
15. Maddə 17. 2-ci hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. Maddə 34. 5-ci hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası
17. Maddə 3.1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
18. Maddə 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
19. Maddə 27.1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. 2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
20. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
21. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
22. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.
23. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
24. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
25. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
26. Maddə 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
27. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
28. Bənd 8.1. Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
29. Bənd 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
30. Bənd 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.
31. Bənd 8.6. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Hazırki apelyasiya baxışının predmetini qətnamənin alimentin tutulma vaxtı və məbləği hissəsində yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.
42. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X6 adlı bir yetkinlik yaşına çatmayan övladları var.
43. Binəqədi Rayon Məhkəməsinin 2-4871/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Binəqədi rayon Məhkəməsinin 2-4914/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin geri qaytarılmasına dair qərardaddan verilən şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsin göndərilmişdir.
44. 18 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sesiyasında iştirakını təsdiq edən arayışa əsasən İddiaçı xx.xx.2024-cü ildə mediasiyaya müraciət etmiş və xx.xx.2024-cü il tarixdə mediasiya keçirilmiş, lakin cavabdehin mediasiyada iştirak etməməsi səbəbindən buna dair arayış tərtib edilmişdir.
45. Mediasiya arayışında həmçinin tərəflərə təklifin xx.xx.2024-cü il tarixdə sifarişli poçtla göndərilməsi və onlara təqdim olunması göstərilmiş, həmçinin Cavabdeh mobil telefon vasitəsilə mediasiya sessiyası barədə məlumat verilməsi, sonuncunun hazırda Naxçıvan şəhərində olması, bu işlərlə əlaqədar vəkili ilə əlaqə saxlanılması, onu narahat etməməsi barədə bildirmişdir.
46. AZEMİS elektron sistemdən müəyyən olunur ki, Cavabdeh “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətində mütəxəssis olaraq işləyir və aylıq əmək haqqısı 1380 manatdır.
47. İşin hallarından göründüyü kimi iddiaçı aliment məbləğinin cavabdehin qazancının ¼ hissəsi miqdarında müəyyən edilərək onun mediasiya təklifinin göndərildiyi xx.xx.2024-cü il tarixdən hesablanmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə həmin tələblər təmin edilmişdir. Cavabdeh isə həmin hissələrdə qətnamə ilə razılaşmayaraq alimentin sabit məbləğdə - hər ay 235 manat miqdarda təyin edilərək onun tutulma vaxtının məhkəməyə müraciət edildiyi tarixdən müəyyən edilməsini xahiş etmişdir.
48. Kollegiya alimentin məbləğini müəyyənləşdirərkən nəzərə alır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. (76.1) Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. (78.1). “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
49. İş materiallarından müəyyən olunur ki, Cavabdeh əmək haqqısı 1380 manat təşkil edir.
50. Bu fakt onu deməyə əsas verir ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunan əsaslar hazırki mübahisəli halda öz əksini tapmadığından xx.xx.2023-cü il təvəllüdlü X5 aliment təyin olunarkən həmin Məcəllənin 76.1-ci maddəsi tətbiq olunmalıdır.
51. Kollegiya apellyasiya şikayətinin alimentin tutulması vaxtının düzgün müəyyən edilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, tərəflər arasında keçirilmiş mediasiya prosesini əks etdirən arayışa əsasən tərəflərə xx.xx.2024-cü il tarixdə təklif göndərmiş, cavabdeh bu barədə məlumatlı olmuş, lakin başqa şəhərdə olduğunu və bu məsələ ilə əlaqədar onu narahat etməmələrini bildirmişdir. Həmçinin iddiaçının aliment tələbinə dair iddia ərizəsinin geri qaytarılmasına dair qərardaddan müəyyən olunur ki, o, xx.xx.2024-cü il tarixdən artıq məhkəməyə müraciət etmiş və qarşı tərəfdən aliment tələb etmişdir. Məhkəmə də düzgün olaraq alimentin tutulma vaxtını xx.xx.2024-cü il tarixdən müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 100.3-ci maddəsinə əsasən Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
52. Kollegiya cavabdehin ağır maddi vəziyyətinin nəzərə alınmaması, 3-cü qrup əlil olması ilə bağlı dəlillərinə münasibətdə isə bildirir ki, məhkəmə aktı ilə xx.xx.2023-cü il təvəllüdlü X1 üçün cavabdehin qazancının ¼ hissəsində aliment tutulması qət edilmişdir. Hazırda isə cavabdehin əmək haqqı 1380 manat olmaqla həmin məbləğin ¼ hissəsi 345 manat təşkil edir. Göründüyü kimi əmək haqqından 1035 (1380-345) manat cavabdehin özünə qalır.
53. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində tərəflərin münasibətləri, işin faktiki halları və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməməlidir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
55. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
56. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
57. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-998/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev