Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2330/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Ləğv prosesində olan "Cavabdeh1" ASC-yə və "xxxx" MMC-yə qarşı (üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Nərimanov rayon İcra və Probasiya şöbəsi) "ipoteka yüklülüyünə xitam verilməsi və s." tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-6112/2020 saylı qərardadından iddiaçılar İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Ləğv prosesində olan "Cavabdeh1" ASC-yə və "xxxx" MMC-yə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Nərimanov rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2/3 hissəsi İddiaçı1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 730 kv.m ümumi, 730 kv.m köməkçi sahədən ibarət 11/33 nömrəli 1 mərtəbəli qeyriyaşayış sahəsinin ləğv prosesində olan Cavabdeh1 ASC qarşısında ipoteka yüklülüyünə xitam verilməsi, 2/3 hissəsi İddiaçı1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 730 kv.m ümumi, 730 kv.m köməkçi sahədən ibarət 11/33 nömrəli 1 mərtəbəli qeyri-yaşayış sahəsinin ləğv prosesində olan ‘Cavabdeh1” ASC qarşsıında ipoteka yüklülüyünə xitam verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydlər aparılması və bu qətnamənin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin mənzilin ipoteka yüklüyünə dair qeydlərin ləğv edilməsi üçün əsas hesab olunması, “İcra haqqında” Qanunun 45.7-ci maddəsinin tələbinə və prosessual qənaət prinsipinə müvafiq olaraq İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 29 nömrəli evin, 78 nömrəli mənzilin və İddiaçı3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 29 nömrəli evin, 79 nömrəli mənzilinin icra sənədi üzrə tələb həcmindən artıq izafi əmlak kimi mülkiyyətçilərə qaytarılması, belə ki, həmin əmlakların ləğv prosesində olan Cavabdeh1 ASC qarşısında qarşısında ipoteka yüklülüyünə xitam verilməsi, həmin əmlakların DƏDRX-dən Çıxarışının mülkiyyətçilərə qaytarılması, həmin mənzillərin ləğv prosesində olan “Cavabdeh1" ASC qarşsında ipoteka yüklülüyünə xitam verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydlər aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı3, həmçinin mülki işə mahiyyəti üzrə baxılıb yekunlaşana qədər cavabdeh “xxxx” MMC-yə İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 29 nömrəli evin 78 nömrəli mənzilinin və İddiaçı3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 29 nömrəli evin 79 nömrəli mənzilinin açıq hərracdan satışına dair hərracların keçirilməsi ilə bağlı hərəkətlərin qadağan edilməsi, İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 29 nömrəli evin 78 nömrəli mənzilinin və İddiaçı3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 29 nömrəli evin 79 nömrəli mənzilinin üzərinə həbs qoyulması, həmin əmlakların özgəninkiləşdirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi, cavabdeh “xxxx” MMC tərəfindən keçirilən və xx.xx.2020-ci il tarixə təyin edilmiş açıq hərracın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 6112/2020 saylı qərardadı ilə ərizə rədd edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı3 şikayət verərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-6112/2020 saylı qərardadının ləğv edilməsini və iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, hal-hazırda hazırki iş üzrə barəsində ipotekaya xitam verilməsi tələbi irəli sürülmüş İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 29 nömrəli evin, 78 nömrəli mənzili və İddiaçı3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 29 nömrəli evin, 79 nömrəli mənzili Nərimanov rayon İcra və Probasiya şöbəsinin sifarişi ilə “xxxx” MMC tərəfindən açıq hərracdan satışa çıxarılmış və xx.xx.2020-ci il tarixə ilkin hərrac təyin edilmişdir. Hazırki iş üzrə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə hesab edirlər ki, İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 29 nömrəli evin, 78 nömrəli mənzili və İddiaçı3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 29 nömrəli evin, 79 nömrəli mənzilinin üzərinə həbs qoyulmalı, həmin əmlakların özgəninkiləşdirilməsi qadağan edilməli və açıq hərrac dayandırılmalıdır. İddiaçılara məxsus mübahisə predmeti olan mənzillər “xxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə açıq hərracdan satıldığı təqdirdə daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından hazırki mülki iş üzrə mübahisə predmetinə baxılması tamamilə əhəmiyyətsiz xarakter daşıyır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 6112/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1). İddianı təmin etmək üçün müəyyən hərəkətləri cavabdehə qadağan etmək barədə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx.xx.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Qanunun mənasından göründüyü kimi, iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İş materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-187/2018 saylı qətnaməsinə əsasən, “xxxx” MMC-dən cəmi 209950,02 manat pul vəsaitinin ləğv prosesində olan "Cavabdeh1" ASC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti ******* manat olmaqla 2/3 hissəsi İddiaçı1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 730 kv.m ümumi, 730 kv.m köməkçi sahədən ibarət, 11/33 nömrəli 1 mərtəbəli qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 254000 manat olmaqla İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 29 nömrəli evin, 78 nömrəli mənzilinə və ilkin satış qiyməti 148 000 manat olmaqla İddiaçı3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 29 nömrəli evin, 79 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilmiş vəsait hesabına kreditin ödənilməsi, artıq pul vəsaiti qalarsa, ayrı-ayrılıqda ipoteka qoyanlara qaytarılması qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-187/2018 saylı icra sənədi icrası olunması üçün Nərimanov rayon icra və probasiya şöbəsinə göndərilmiş və icra icraata başlanılmışdır. Hazırkı iş üzrə iddianı təmin etmə tədbiri barədə ərizənin təmin olunması qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasını qeyri-mümkün edəcəkdir. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 6112/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2330/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2330/2021
02.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver