Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2344/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X6 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X7 iştirakı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-3042/2019 saylı qətnaməsindən cavabdeh Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi X2 üzərinə ona 29.121 Avro ödəmək öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi X1 12.520,67 Avronun ödəniş gününün məzənnəsi nəzərə alınmaqla manatla ekvivalentinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı xx.xx.2009-cu il tarixində LD********** saylı müqavilə əsasında QSC “xxxxxxxxxxxxx” KB-də depozit hesabı açmış və həmin hesaba 29.121 Avro məbləğində vəsait yerləşdirmişdir. “Əmanətlərin tam sığortası haqqında” Azərbaycan Respublikası Qanunu əsasında depozitin tam sığortalanmasını təmin etmək üçün xx.xx.2016-cı il tarixdə əlavə razılaşma imzalanaraq həmin depozitin illik faiz dərəcəsi müqavilə müddətinin sonunadək xx.xx.2017-ci il tarixədək 3% müəyyən edilmişdir. 18-xx xxxxxxx 2018-ci il tarixlərdə əmanətin tam şəkildə kompensasiyası üçün banka müraciət etsə də, əlavə razılaşmanın elektron sistemdə olmadığını əsas gətirərək imtina etmişlər. Bu texniki yanlışlığın əmanətçiyə aidiyyəti yoxdur və əmanət tam şəkildə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-3042/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, 12.520,67 Avro məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumuna görə 30 manat cavabdeh Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi X1 alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi X3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, və iş üzrə icraata xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətionunla əsaslandırılır ki, məhkəmə qətnamə qəbul edərkən yalnız iddiaçının iddia ərizəsinə və izahatına saslanaraq qətnamə qəbul etmişdir. İddiaçı ilə QSC “xxxxxxxxxxxxx” KB arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli LD********** nömrəli depozit müqaviləsinə əsasən 13 % dərəcəsi ilə əmanət yerləşdirilmişdir. İddiaçı xx xxxxxx 2016-cı il tarixində kreditor tələbini qeydə alınması üçün müraciət etmiş, tələbi 1416 nömrəsi ilə qeyd alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. İddiaçı tərəfindən yerləşdirilmiş əmanət cəlb edildiyi tarixdən etibarən qorunmayan əmanət hesab edilmişdir. Belə ki, X2 Himayəçilik Şurasının xx xxxxxx 2015-ci il tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xx xxxxxx 2015-ci il tarixindən 12 faiz müəyyən edilmiş, xx xxxx 2016-cı il tarixli qərarı ilə milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz saxlanılmaqla, xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3% müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı əmanəti cəlb edildiyi günə, yəni xx xxxxxx 2015-ci il tarixli LD********** saylı bank əmanət müqaviləsi üzrə əmanətin faiz dərəcəsinin yuxarı həddindən (12%-dən) çox olduğundan, yəni illik 13% dərəcəsi ilə qoyulduğundan qorunan əmanət hesab edilməmişdir. Əmanət müqaviləsinin 5.2-ci bəndinə əsasən əmanətçi tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə müraciət daxil olmadığından bank tərəfindən illik 4 % dərəcəsi ilə uzadılmışdır. Beləliklə, əmanətin “Əmanətlərin tam sığortalanması” haqqında Qanunun tələbləri altına düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrdə müvafiq dəyişiklik edilməlidir. Lakin göründüyü kimi əmanətçi tərəfindən Banka belə bir müraciət daxil olmamışdır. Lakin iş üzrə iddiaçı tərəfindən guya QSC “xxxxxxxxxxxxx” КВ-yə müraciət etməsi barədə ərizə təqdim edilmişdir. İddiaçı tərəfindən QSC “xxxxxxxxxxxxx” КВ-yə faiz dərəcəsinin qanunla müəyyən edilmiş faiz dərəcəsi ilə uyğunlaşdırılma ilə bağlı hər hansı müraciət ünvanlanmamışdır. Sözügedən müraciət X2 müvafiq reyestrində aşkar edilməmişdir. Məhkəmə qətnamə qəbul edərkən X2 hüquqi təbiətini və fəaliyyət istiqamətini düzgün qiymətləndirə bilməmişdir. Nəzərə almamışdır ki, X3 iki istiqamətdə yəni, ləğvedici kimi (ləğv prosesində olan bankların ləğvini həyata keçirən) və sığortaçı (qanunla qorunan hesab edilən əmanətlərə görə kompensasiya ödənişi həyata keçirən) kimi fəaliyyət göstərir. Məlumdur ki, qanunvericilik ləğv olunmuş banklara münasibətdə xüsusi qaydanı nəzərdə tutur. Belə ki, ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişmələri ümumi məhkəmələr vasitəsilə deyil, yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. İddiaçı xx xxxxxx 2016-cı il tarixində kreditor tələbini qeydə alınması üçün müraciət etmiş, tələbi 1416 nömrəsi ilə qeyd alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. Beləliklə, iddiaçının pul tələbi kreditor tələbi olduğundan, sığortaçıya qarşı deyil, Bankın ləğvedicisinə qarşı iddia qaldırıldığından həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş Banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (Banklar haqqında qanun, 72.1.3-cü maddə).Qeyd olunanlara əsasən hesab edirik ki, apellyasiya şikayəti təmin olunmalı və ddia ləğv prosesində olan banka qarşı qaldırıldığı üçün iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi X8 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi X2 nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-3042/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan əmanətçi İddiaçı ilə QSC “xxxxxxxxxxxxx” KB arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli LD********** nömrəli depozit müqaviləsinə xx xxxx 2016-cı il tarixli əlavə razılaşmanın surətindən (əslinə məhkəmə baxışı zamanı baxış keçirilmişdir) görünür ki, əmanətin faiz dərəcəsi illik 3 faiz müəyyən edilmişdir. İş materiallarında olan X3 tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2016-cı il tarixli məktubun surətindən görünür ki, ləğv prosesində olan bankın yol verdiyi qeydiyyat xətalarını öz mülahizəsinə uyğun olaraq aradan qaldırmaq ləğvedicinin səlahiyyətləri xaricindədir. Məsələ aidiyyəti məhkəmə tərəfindən hüquqi qiymət verildikdən sonra həll oluna bilər. İş materiallarında olan Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin xx.xx.2016-cı il tarixli qəbzindən görünür ki, kreditor İddiaçı ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB qarşısında 12.520,67 Avro məbləğində kreditor tələbi qeydə alınmışdır. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə X3 tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir; 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri X2 Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır; 5.1-ci maddəsinə əsasən X2 iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, əmanətçi İddiaçı ilə QSC “xxxxxxxxxxxxx” KB arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli LD********** nömrəli depozit müqaviləsinə xx xxxx 2016-cı il tarixli əlavə razılaşmaya əsasən əmanətin faiz dərəcəsi illik 3 faiz müəyyən edilmişdir. Daha sonra QSC “xxxxxxxxxxxxx” KB-nin lisenziyası ləğv edilmiş, Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi Azərbaycan X3 təyin edilmişdir. Lakin X3 tərəflər arasında imzalanmış əlavə razılaşmanın elektron sistemə yazılmadığını və ləğv prosesində olan bankın yol verdiyi qeydiyyat xətalarını öz mülahizəsinə uyğun olaraq aradan qaldırmağın ləğvedicinin səlahiyyətləri xaricində olduğunu bildirərək əmanətin qaytarılmasından imtina etmişdir. İddiaçı ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB qarşısında 12.520,67 avro məbləğində kreditor tələbi xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. X2 Himayəçilik Şurasının iclasının xx xxxx 2016-cı il tarixli qərarına əsasən milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz saxlanılmaqla, xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3% müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, tərəflər arasında imzalanmış əlavə razılaşmaya əsasən əmanətin illik faiz dərəcəsi 3% müəyyən edilmişdir. Cavabdehin həmin əlavə razılaşmanın elektron sistemə yazılmadığını bildirirərək əmanətin qaytarılmasından imtina etməsi əsassızdır. Belə ki, müqavilə tərəflər arasında imzalanmış və bankın möhürü ilə təsdiq edilmişdir. Müqavilənin elektron sistemə yazılmamasına iddiaçı məsuliyyət daşımır və bu, iddiaçının əmanətinə görə kompensasiyanın ödənilməsindən imtina edilməsi üçün əsas sayıla bilməz. Məhkəmə hesab etmişdir ki, əmanət məbləği tam sığortalandığı üçün tam şəkildə qaytarılmalı, qalıq qalmış 12.520,67 Avro cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh QSC “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)- 3042/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-2344/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2344/2020
26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver