Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-235/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X1 tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Birinci və ikinci iş üzrə iddiaçı (bundan sonra-iddiaçı) İddiaçı nümayəndəsi və vəkili X2, Birinci və ikinci iş üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, 1-ci iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(009)-183/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən, 2-ci iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(009)-1402/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 1-ci iş üzrə: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı 2020-ci ilin sentyabr, oktyabr və noyabr ayları üzrə ödənilməli olan 1 167 587.67 (bir milyon bir yüz altmış yeddi min beş yüz səksən yeddi manat 67 qəpik) manat məbləğində əmək haqqının, son haqq-hesabın gecikdirilməsinə görə əmək haqqı ödənildiyi tarixədək hər gecikdirilmiş gün üçün 2% (iki) miqdarında hesablanmış ödəncin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 18 yanvar 2022-ci il tarixdə iddia ərizəsinə əlavə edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ona 2020-ci ilin sentyabr, oktyabr və noyabr ayları üzrə ödənilməli olan 1 167 587,67 (bir milyon bir yüz altmış yeddi min beş yüz səksən yeddi manat altmış yeddi qəpik) manat məbləğində əmək haqqının, son haqq-hesabın gecikdirilməsinə görə əmək haqqı ödənildiyi tarixədək hər gecikdirilmiş gün üçün 2% (iki) miqdarında hesablanmış ödəncin tutulmasına, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən onun əmək kitabçasının müvafiq qaydada rəsmiləşdirilmiş formada verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(009)-183/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı əmək kitabçasının Cavabdeh MMC tərəfindən iddiaçıya təqdim edilməsi, iddiatələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. 2-ci iş üzrə: İddiaçı - Cavabdeh MMC-yə qarşı “əmrlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehin 19 oktyabr 2020-ci il tarixli 443-3/20 nömrəli və 23 noyabr 2020-ci il tarixli İR-505/20-1 nömrəli əmrlərinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(009)-1402/2022 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2023-cü il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər barışıq sazişini məhkəmə kollegiyasına təqdim edib, barışıq sazişinin təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İş materiallarına əlavə edilmiş 13 mart 2023-cü il tarixli barışıq sazişinin şərtlərinə görə tərəflər aşağıdakı şərtlərlə razılığa gəlirlər: 1.İddiaçı bu Müqaviləyə imza atmaqla hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-235/2023 saylı mülki iş (“Mülki iş”) üzrə cavabdehə qarşı Bakı şəhəri Səbail Rayon Məhkəməsində qaldırdığı 2020-ci ilin sentyabr, oktyabr və noyabr ayları üzrə ödənilməli olan 1 167 587.67 (bir milyon bir yüz altmış yeddi min beş yüz səksən yeddi tam yüzdə altmış yeddi) manat məbləğində əmək haqqının, son haqq-hesabın gecikdirilməsinə görə əmək haqqının ödənildiyi tarixədək hər gün üçün 2% miqdarında ödəncin tutulması, əmək kitabçasının müvafiq qaydada rəsmiləşdirilmiş formada verilməsi və cavabdehin xx.xx.2020-ci il tarixli 443-3/20 saylı və xx.xx.2020-ci il tarixli İR-505/20-1 saylı əmrlərin ləğv edilməsinə dair ayrılıqda qaldırılmış, lakin sonradan bu mülki işdə birləşdirilən iddialarından, onun cavabdehlə əmək fəaliyyəti ilə birbaşa və ya dolayısı ilə bağlı cavabdehə qarşı olan bütün iddia və tələblərdən, mübahisəli və ya qeyrimüəyyən hüquqlardan (bundan sonra hamısı bir yerdə “İddialar” adlandırılacaq) imtina edir. 2.Cavabdeh bu Müqaviləni imzalamaqla hər hansı iddialar üzrə heç bir məsuliyyəti öz üzərinə götürmür və cavabdehin iddiaçı qarşısında olan yeganə öhdəliyi bu Müqavilə üzrə aşkar nəzərdə tutulan öhdəlikləri icra etməkdir. 3.Tərəflər anlayır və qəbul edirlər ki bu Müqavilə yalnız Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş 2(010)-300/2023 saylı mülki iş və ondan veriləcək apelyasiya şikayəti əsasında icraatda olacaq mülki iş üzrə Tərəflər arasında barışıq razılaşması barədə müqavilə imzalanıb, aidiyyəti məhkəmə tərəfindən təsdiq olunandan sonra qüvvəyə minir. 4.Tərəflər razılaşır ki, bu Müqavilədə olan bütün məlumatlar, həmçinin iddialar tam olaraq məxfi saxlanılmalıdır və açıq məhkəmə prosesi istisna olmaqla, heç bir üçüncü şəxsə açıqlanmamalıdır. Bu öhdəlik məcburi qaydada müvafiq məhkəmə və dövlət orqanlarına şamil edilmir. 5.Əgər iddiaçı bu Müqavilə üzrə üzərinə düşən öhdəlikləri, o cümlədən məxfiliyə dair öhdəlikləri icra etməzsə və ya gələcəkdə cavabdehə qarşı hər hansı tələb və ya iddia irəli sürərsə, o, Cavabdehə 250 000 (iki yüz əlli min) manat məbləğində cərimə ödəməyə borclu olacaq. Lakin bu cərimə cavabdehi qanunvericiliklə nəzərdə tutulan digər hüquqi müdafiə tədbirlərinə əl atmaq, cavabdehə dəymiş zərəri tələb etmək (bütün hüquqi və nümayəndəlik xərcləri də daxil olmaqla) imkanlarını məhdudlaşdırmamalıdır. 6.İddiaçı təsdiq edir ki, bu Müqavilənin şərtləri, hüquqi və faktiki nəticələri barədə müstəqil şəkildə tam və dolğun hüquqi məsləhət almışdır. Tərəflər təsdiq edirlər ki, bu Müqaviləni könüllü olaraq, heç bir təzyiq və hədə-qorxu və ya öz hüquqlarının həyata keçirilməsində heç bir məhdudiyyət olmadan imzalayırlar. Tərəflər bu Müqavilənin hüquqi nəticələri barədə bütün məlumatları müstəqil olaraq əldə etmişlər və ya əldə etmək imkanına malik olmuşlar. 7.Bu Müqavilə məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881-ci maddəsi ilə tənzimlənir. 8.Hər bir Tərəf təsdiq edir ki, bu Müqaviləyə daxil olarkən hər hansı yazılı və ya şifahi təqdimat, vəd, zəmanət və ya hər hansı təminata söykənməmiş və ya arxayın olmamışdır və bunlarla bağlı ola biləcək hər hansı iddia və ya tələblərdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur, qanuna zidd deyildir, ona görə də, iddiaçının iddialardan imtinası qəbul edilməklə, barışıq sazişi təsdiq edilməklə, 1-ci iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(009)- 183/2022 saylı qətnaməsi və 2-ci iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(009)-1402/2022 saylı qətnaməsiləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş üzrə icraata xitam verilməsinin nəticələri, yəni işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.5, 400, 402-403, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 1-ci iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(009)- 183/2022 saylı qətnaməsi və 2-ci iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(009)-1402/2022 saylı qətnaməsi ləğv edilsin. Tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. 1.İddiaçı bu Müqaviləyə imza atmaqla hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-235/2023 saylı mülki iş (“Mülki iş”) üzrə cavabdehə qarşı Bakı şəhəri Səbail Rayon Məhkəməsində qaldırdığı 2020-ci ilin sentyabr, oktyabr və noyabr ayları üzrə ödənilməli olan 1 167 587.67 (bir milyon bir yüz altmış yeddi min beş yüz səksən yeddi tam yüzdə altmış yeddi) manat məbləğində əmək haqqının, son haqq-hesabın gecikdirilməsinə görə əmək haqqının ödənildiyi tarixədək hər gün üçün 2% miqdarında ödəncin tutulması, əmək kitabçasının müvafiq qaydada rəsmiləşdirilmiş formada verilməsi, və cavabdehin xx.xx.2020-ci il tarixli 443-3/20 saylı və xx.xx.2020-ci il tarixli İR-505/20-1 saylı əmrlərin ləğv edilməsinə dair ayrılıqda qaldırılmış, lakin sonradan bu mülki işdə birləşdirilən iddialarından, onun cavabdehlə əmək fəaliyyəti ilə birbaşa və ya dolayısı ilə bağlı cavabdehə qarşı olan bütün iddia və tələblərdən, mübahisəli və ya qeyrimüəyyən hüquqlardan (bundan sonra hamısı bir yerdə “İddialar” adlandırılacaq) imtina edir. 2.Cavabdeh bu Müqaviləni imzalamaqla hər hansı iddialar üzrə heç bir məsuliyyəti öz üzərinə götürmür və cavabdehin iddiaçı qarşısında olan yeganə öhdəliyi bu Müqavilə üzrə aşkar nəzərdə tutulan öhdəlikləri icra etməkdir. 3.Tərəflər anlayır və qəbul edirlər ki bu Müqavilə yalnız Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş 2(010)-300/2023 saylı mülki iş və ondan veriləcək apelyasiya şikayəti əsasında icraatda olacaq mülki iş üzrə Tərəflər arasında barışıq razılaşması barədə müqavilə imzalanıb, aidiyyəti məhkəmə tərəfindən təsdiq olunandan sonra qüvvəyə minir. 4.Tərəflər razılaşır ki, bu Müqavilədə olan bütün məlumatlar, həmçinin iddialar tam olaraq məxfi saxlanılmalıdır və açıq məhkəmə prosesi istisna olmaqla, heç bir üçüncü şəxsə açıqlanmamalıdır. Bu öhdəlik məcburi qaydada müvafiq məhkəmə və dövlət orqanlarına şamil edilmir. 5.Əgər iddiaçı bu Müqavilə üzrə üzərinə düşən öhdəlikləri, o cümlədən məxfiliyə dair öhdəlikləri icra etməzsə və ya gələcəkdə cavabdehə qarşı hər hansı tələb və ya iddia irəli sürərsə, o, Cavabdehə 250 000 (iki yüz əlli min) manat məbləğində cərimə ödəməyə borclu olacaq. Lakin bu cərimə cavabdehi qanunvericiliklə nəzərdə tutulan digər hüquqi müdafiə tədbirlərinə əl atmaq, cavabdehə dəymiş zərəri tələb etmək (bütün hüquqi və nümayəndəlik xərcləri də daxil olmaqla) imkanlarını məhdudlaşdırmamalıdır. 6.İddiaçı təsdiq edir ki, bu Müqavilənin şərtləri, hüquqi və faktiki nəticələri barədə müstəqil şəkildə tam və dolğun hüquqi məsləhət almışdır. Tərəflər təsdiq edirlər ki, bu Müqaviləni könüllü olaraq, heç bir təzyiq və hədə-qorxu və ya öz hüquqlarının həyata keçirilməsində heç bir məhdudiyyət olmadan imzalayırlar. Tərəflər bu Müqavilənin hüquqi nəticələri barədə bütün məlumatları müstəqil olaraq əldə etmişlər və ya əldə etmək imkanına malik olmuşlar. 7.Bu Müqavilə məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881-ci maddəsi ilə tənzimlənir. 8.Hər bir tərəf təsdiq edir ki, bu Müqaviləyə daxil olarkən hər hansı yazılı və ya şifahi təqdimat, vəd, zəmanət və ya hər hansı təminata söykənməmiş və ya arxayın olmamışdır və bunlarla bağlı ola biləcək hər hansı iddia və ya tələblərdən imtina edir. İş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilsin. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verilən gündən 10 (on) gün müddətində, ondan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-235/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-235/2023
15.03.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver