Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2351/2021 22.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(004)-5768/2020 saylı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı “əmlak tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, özünə məxsus və ümumi dəyəri 75.020 manat olan 66 adda cehiz əşyalarının cavabdehdən alınaraq ona qaytarılması, bu mümkün olmadıqda mübahisəli əmlakların dəyərinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı, “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək işə mahiyyəti üzrə baxılıb iş üzrə yekun qərar qəbul edilənədək ona məxsus olan və hazırda cavabdehdə qalan 66 adda cehiz əşyalarının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizəni rədd etmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, “iddianın təmini tədbirinin görülməsi barədə” iddiaçının ərizəsi qismən təmin edilməlidir. Belə ki, “iddianın təmini tədbirinin görülməsi barədə” iddiaçının ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilmiş və iddiaçıya məxsus cehiz əşyaları hazırda cavabdehin qanunsuz istifadəsindədir və ehtimal var ki, cavabdeh həmin əşyaları məhv edə və ya ümumiyyətlə gizlədilə bilər. Rayon Məhkəməsi həmin ərizənin təmin edilməməsi barədə qərardadını onunla əsaslandırmışdır ki, iddianı təmin etmək üçün isə yalnız cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlaklar üzərinə həbs qoyula bilər. İddia ərizəsindən isə görünür ki, iddiaçı həmin əşyaların cavabdehə deyil, məhz ona məxsus olmasını bildirir. Məhkəmə Rayon Məhkəməsinin yanaşması ilə qismən razılaşır və bununla bağlı bildirir ki, həqiqətən də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan və yalnız cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər (maddə 158.1.1.). Lakin bu zaman nəzərə alınmalıdır ki, mübahisəli əmlakların cavabdeh hər hansı qaydada özgəninkiləşdirilməsi və ya məhv edilməsi ehtimalı istisna edilmir. Bu kimi halın qarşısının alınması təmin edilməlidir. Bunun üçün isə hazırki mülki işə baxılıb iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər mübahisəli əşyalar barədə iddianın təmini tədbiri görülməlidir. MPM-nin 157.1-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. MPM-nin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 158.1-ci maddəsinin mənasına görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər (maddə 158.1.1.); müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər (maddə 158.1.2.); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər (maddə 158.1.3.). Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər (maddə 158.2.). Qeyd edilən prosessual hüquq normalarının mənasından göründüyü kimi, mübahisəli əmlakın qorunmasını təmin etmək məqsədi ilə iddianın təmini tədbiri kimi, cavabdehə iddia ərizəsində göstərilmiş 66 adda mübahisəli əşyalardan istifadə edilməsinə, onların hər hansı qaydada özgəninkiləşdirilməsinə və məhv edilməsinə qadağa qoyula bilər və bu kimi iddianın təminin görülməsi, gələcəkdə iş üzrə iddianın tam və ya qismən təmin edilməsi barədə qətnamə qəbul edilərsə, qətnamənin icrasını təmin edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, bu kimi iddianın təmini tədbirinin görülməsi üçün iddiaçı tərəfindən əlavə olaraq “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin verilməsinə ehtiyac yoxdur. Çünki, qeyd edilən qadağa iddiaçı tərəfindən verilmiş “əmlakın üzərinə həbs qoyulmadan ibarət iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə əhatə edilir. Göstərilənlərə əsasən müəyyən edilir ki, “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə qismən əsaslıdır; işə baxmış Rayon Məhkəməsi həmin ərizəni tam həcmdə rədd etməklə iş üzrə səhv nəticəyə gəlmişidir; qərardaddan verilmiş şikayətin dəlilləri qismən əsaslıdır. Odur ki, qeyd edilənləri nəzərə alan və MPM-nin 398.0.3-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və “iddianın təmini tədbirinin görülməsi barədə” iddiaçının ərizəsi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 365, 261, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardad ləğv edilsin. İddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəsi qismən təmin edilsin. İddia ərizəsində adları sadalanan aşağıdakı mübahisəli əşyalardan - bir dəst yataq mebeli, bir ədəd paltar dolabı (4.000 manat), iki ədəd tumba 1.000 manat, bir ədəd komod (1.000 manat), bir ədəd bir qapılı dolab (1.000 manat), bir ədəd qabaq masa və 8 ədəd stul (4.000 manat), 1 ədəd güzgülü komod (4.000 manat), iki ədəd servant (2.000 manat), bir ədəd tumba (1.000 manat), bir dəst çay servis qabları (1.000 manat), bir dəst çay servis qabları (2.000 manat), bir dəst farfor yemək dəsti (2.000 manat), yemək (boşqablar 12 ədəd, kasa 6 ədəd, buludlar 4 ədəd, salat qabı 6 ədəd, ləpə qabı 2 ədəd) dəsti (2.500 manat), 12 ədəd “Çexiya” istehsallı içki bokalı (500 manat), 12 ədəd böyük fujer (600 manat), 12 ədəd kiçik fujer (250 manat), 12 ədəd uzun fujer (400 manat), 12 ədəd böyük “festival bokal” fujer (400 manat), 2 ədəd qızılı rəngdə büllur ləpə qabı (500 manat), 2 ədəd farfor qab (500 manat), 2 ədəd farfor qızılı-göy rəngdə konfet qabı (400 manat), 2 ədəd Çexiya istehsallı konfet qabı (1.500 manat), bir ədəd Çexiya istehsallı büllur güldan (1.000 manat), 3 ədəd üzərində mələk təsviri olan qab (3.000 manat), 3 ədəd fiqurlu mələk şəkillə farfor qablar (2.600 manat), 3 ədəd farfor meyvə qabı (1.700 manat), 2 ədəd Çexiya istehsallı büllur səbət konfet qabı (700 manat), 1 ədəd 3 bucaq böyük meyvə qabı (450 manat), 4 ədəd Çexiya istehsallı mürəbbə qabı (2.300 manat), 1 ədəd Çexiya istehsallı böyük güldan (370 manat), 1 ədəd Çexiya istehsallı gül qabı (270 manat), 2 dəst göy rəngli Almaniya istehsallı meyvə qabı (3.000 manat), 2 ədəd ağzı qapaqlı konfet qabı (1.900 manat), 1 ədəd göy rəngli büllur güldan (1.300 manat), 1 ədəd böyük suvenir saat (2.700 manat), 2 ədəd göy qızılı rəngli konfet qabı (600 manat), 12 ədəd büllur stəkan (360 manat), 1 komplekt çəngəl-bıçaq, qaşıq dəsti (1.200 manat), 2 ədəd büllur qablar dəsti (1.700 manat), qazan və tavadan ibarət 3 ədəd dəst (600 manat), mələfə, yastıq üzləri və çexollardan ibarət yataq dəsti (12 ədəd; 1.700 manat), 8 ədəd süfrə (800 manat), 1 ədəd qabyuyan makina (1.500 manat), 1 ədəd soyuducu (2.700 manat), 18 şamdanlı çilçıraq (1.500 manat), 6 dəst yorğan üzü (500 manat), 4 dəst yun döşək (350 manat), 3 dəst sintetik yorğan (170 manat), 6 dəst yastıq (250 manat), 1 ədəd 3x4 m. ölçüdə xalça (1.500 manat), 1 ədəd 2x3 m. ölçüdə xalça (400 manat), 1 ədəd 2x2 m. ölçüdə xalça (350 manat), 1 ədəd “Beko” markalı samovar (200 manat), 1 ədəd yataq otağının pərdəsi (450 manat), 1 ədəd qonaq otağının pərdəsi (1.200 manat), 1 ədəd mətbəx pərdəsi (400 manat), 1 ədəd yataq otaq pərdəsi (400 manat), 1 ədəd xarici istehsallı paltar yuyan aparat (1.500 manat), 1 ədəd “Tefal” ət maşını (500 manat), 1 ədəd şirə qabı (150 manat), mətbəx qabları (200 manat), 2 ədəd farfor qənd qabı (50 manat), 2 dəst farfor meyvə qabı (100 manat), büllur mürəbbə qabı (50 manat), tozsoran aparat (300 manat), balıqqulaq təsvirli qabdan (500 manat) istifadə etmək, onları hər hansı bir şəkildə özgəninkiləşdirmək və ya məhv etmək cavabdehə qadağan edilsin. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizə qalan hissədə təmin edilməsin. Hazırki qərardad icra edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-2351/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2351/2021
22.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver