Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2351/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı7, İddiaçı5, İddiaçı6 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş (Açar sözlər: «əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı6 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3102/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı6 və İddiaçı2 birgə, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. "xxxx" MMC-də İddiaçı1 11 fevral 2014-cü il tarixdə nəzarətçi vəzifəsinə; İddiaçı2 26 oktyabr 2013-cü il tarixdə nəzarətçi vəzifəsinə; İddiaçı3 01 noyabr 2013-cü il tarixdə nəzarətçi vəzifəsinə; İddiaçı4 16 dekabr 2013-cü il tarixdə nəzarətçi vəzifəsinə; İddiaçı5 06 mart 2013-cü il tarixdə mühafizəçi vəzifəsinə; İddiaçı6 27 noyabr 2013-cü il tarixdə nəzarətçi vəzifəsinə; İddiaçı7 27 sentyabr 2013-cü il tarixdə nəzarətçi vəzifəsinə işə qəbul edilmiş, hər biri ilə ayrı-ayrılıqda əmək müqavilələri bağlanmışdır.
2. Onlarla bağlanmış əmək müqavilələrinə "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndinə əsasən (ştatların ixtisarı əsası ilə) xitam verilmiş və son haqq-hesab məbləğləri ödənilmişdir.
3. İş qrafiki üzrə cədvəllərdə hər birinə aid qeyd olunan dövrlər üzrə işin başlama və bitmə vaxtları göstərilmişdir.
4. Təqdim edilmiş maliyyə arayışlarına və digər sənədlərə əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədikləri bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləği hesablanaraq ödənilməmişdir (“payslip” vərəqələrində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə gecə növbəsinə və bayram günlərinə görə əlavələrlə bağlı müvafiq qeydlər aparılmamışdır). Eyni dövr üzrə digər ödənişlər, eləcə də, öncəki dövrlər üzrə bütün ödənişlər işəgötürən tərəfindən əmək müqaviləsinə uyğun olaraq iddiaçılara ödənilmişdir.
5. "xxxx" MMC-nin arayışlarında işəgötürənin Nəzarət şöbəsi tərəfindən qeydiyyatı aparılan “Post time book” jurnalları zavod ərazisində müxtəlif nəzarət məntəqələrinə təyin olunan nəzarətçilərin növbə dəyişikliyi və bir postdan digər posta yer dəyişikliyi zamanı qeydiyyata alınmaları üçün nəzərdə tutulmuşdur. 2023-cü ilin iyul ayının 31-dən etibarən Nəzarət şöbəsinin ixtisar olunmasından sonra həmin jurnallar arxivləşdirilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7, İddiaçı5, İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı (X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən müvafiq olaraq xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə iddiaçılar tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, çəkilmiş xərclərin əvəzi olaraq mediasiya təşkilatına ödənilmiş 60 manat rüsumun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xidmət haqqı məbləği olaraq 220 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. Tələbdə göstərilir ki, İddiaçı1 xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixə, İddiaçı3 xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixə, İddiaçı4 xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixə, İddiaçı6 xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixə, İddiaçı7 xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixə, İddiaçı5 xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixə, İddiaçı2 xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixə kimi "xxxx" MMC-də müxtəlif vəzifələrdə olmaqla əmək münasibətlərində olmuşlar. İddiaçı1 (əvvəllər müxtəlif vəzifələrdə olmuş) sonuncu vəzifəsi «nəzarətçi», İddiaçı3 (əvvəllər müxtəlif vəzifələrdə olmuş) sonuncu vəzifəsi «nəzarət üzrə növbə rəisi», İddiaçı4 (əvvəllər müxtəlif vəzifələrdə olmuş) sonuncu vəzifəsi «nəzarət üzrə növbə rəisi», İddiaçı6 (əvvəllər müxtəlif vəzifələrdə olmuş) sonuncu vəzifəsi «nəzarətçi», İddiaçı7 sonuncu vəzifəsi «nəzarətçi», İddiaçı5 vəzifəsi «mühafizəçi», İddiaçı2 vəzifəsi «nəzarətçi» olmuşdur. İddiaçılarla bağlanmış əmək müqavilələrinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmiş və bu zaman onlara əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinin əvəzi, habelə ştatların ixtisarı ilə əlaqədar kompensasiya məbləği ödənilmişdir. İddiaçılarla imzalanmış əmək müqavilələrinə xitam verilən zaman iddiaçıların əvvəlki dövrlər üzrə işlənmiş gecə növbəsi və bayram günlərində faktiki işə çıxmış iş saatlarına görə əmək qanunvericiliyi ilə onlara ödənilməli olan əmək haqqına əlavələrin ödənilməməsini bilmişlər və buna uyğun olaraq öz etirazlarını cavabdeh quruma təqdim etmişlər. Belə ki, cavabdeh qurumun səlahiyyətli əməkdaşları tərəfindən həmin günlərin əvəzinin ödənilməsi ilə bağlı dəfələrlə vədlərin verilməsinə və buna uyğun olaraq əmək münasibətlərinə xitam verən zaman son haqq-hesab məbləği qismində onlara ödənilməli olan məbləğ üzrə hesablamalar aparılan zaman bəlli olmuşdur ki, cavabdeh qurumun səlahiyyətli əməkdaşları həmin məbləğləri hesablamamış və həmin məbləğlərin ödənilməsindən birtərəfli qaydada imtina etmişdir. Mövcud mübahisənin həlli məqsədi ilə iddiaçılar tərəfindən X1 Xidmətinə, habelə mülki prosessual qanunvericiliyin və «Mediasiya haqqında» Qanunun tələblərini nəzərə almaqla müvafiq mediasiya təşkilatına müraciət olunmuşdur. Cavabdeh qurum mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya təşkilatı tərəfindən müvafiq arayışlar verilmişdir. İddia ərizələrinə əlavə edilmiş sosial arayışlardan, habelə bank hesabı çıxarışlarından bəlli olur ki, cavabdeh qurum tərəfindən iddia ərizələrində qeyd edilən dövrlər üzrə iddiaçılara gecə növbəsi üzrə, habelə bayram günlərində faktiki işə çıxılmış günlərin əvəzi olaraq ödənilməli olan, lakin əvəzi ödənilməmiş məbləğlər mövcuddur ki, həmin məbləğlərin müstəqil şəkildə iddiaçılar tərəfindən hazırki mərhələdə dəqiq hesablanması mümkün deyil. Belə ki, qeyd olunan dövrlər ərzində mövcud olan və iddiaçıların işə daxil olma, işdən çıxma məlumatlarını özündə əks etdirən qeydiyyat kitabları cavabdeh qurumun özündə olduğundan və həmin sənədlərin iddiaçılar tərəfindən müstəqil şəkildə əldə edilməsi mümkün olmadığından hazırki mərhələdə məbləğlərin tam qeyd edilməsi mümkün deyildir. Nəzərə alınması zəruridir ki, iddiaçıların işə başladığı dövrdən işdən azad olunduqları dövrə qədər cavabdeh qurumda işçilərin işə gəlməsi, işdən çıxması, istirahət vaxtlarının hər biri qeydiyyat kitabında əhatə olunmaqla bərabər, xüsusi proqram təminatını özündə əks etdirən aparat vasitəsi ilə qeydiyyata alınmışdır.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3102/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia tələbi qismən təmin edilərək İddiaçı1 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, mediasiya xərcinə görə 20 manat, hüquqi yardıma görə 80 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi; İddiaçı2 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMCyə həvalə edilməsi, hüquqi yardıma görə 80 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi; İddiaçı3 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, mediasiya xərcinə görə 20 manat, hüquqi yardıma görə 80 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı3 ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması; İddiaçı4 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, mediasiya xərcinə görə 20 manat, hüquqi yardıma görə 80 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı4 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi; İddiaçı5 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMCyə həvalə edilməsi, hüquqi yardıma görə 80 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı5 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi; İddiaçı6 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, hüquqi yardıma görə 80 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı6 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi; İddiaçı7 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, iddiaçıların hər biri ilə əmək müqaviləsi bağlanmış, onlar həmin müqaviləyə əsasən cavabdeh müəssisədə müxtəlif vəzifələrdə işləmiş, onlarla bağlanmış əmək müqavilələrinə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ştatların ixtisarı əsası ilə xitam verilmiş və son haqq hesab məbləğləri ödənilmişdir. İddiaçılar əmək müqavilələrinə xitam verilməsini mübahisələndirmir, onlardan 6 iddiaçının iddia tələbləri işə başladıqları gündən 01 iyul 2022-ci il tarixə, 1 iddiaçının isə 01 avqust 2022-ci il tarixədək gecə növbəsində və bayram günlərində faktiki işlədiklərinə görə əmək haqqına əlavələrin ödənilməməsi ilə bağlıdır. Belə ki, iddiaçıların işlədikləri dövr ərzində gecə növbəsində və bayram günlərində işə cəlb olunduqları, 6 iddiaçıya xx.xx.2022-ci il tarixədək, 1 iddiaçıya xx.xx.2022-ci il tarixədək buna görə əlavələrin ödənilmədiyi, yalnız sonrakı dövrdən həmin əlavələrin hesablanmağa başlayaraq ilk dəfə ödənildiyi, həmin əlavələrin ödənişinin xx.xx.2023-cü il tarixədək davam etdiyi mülki iş üzrə sübutlarla tam təsdiq olunur və tərəflər arasında mübahisə doğurmur. Həmçinin, tərəflər arasında bağlanmış əmək müqavilələrinin şərtlərinə və qanunvericiliyin tələblərinə əsasən gecə növbəsində və bayram günlərində işləyən işçilərə əmək haqqına müvafiq əlavələr ödənilməlidir. İddia ərizələrindən göründüyü kimi, hazırda iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 xx.xx.2022-ci il tarixədək, İddiaçı6 isə xx.xx.2022-ci il tarixədək olan dövr üzrə həmin əlavələrin ödəniləcəyi ilə bağlı cavabdeh tərəfindən daim onlara vəd və güvən verildiyini, ona görə də həmin əlavələrin son haqq-hesab zamanı ödəniləcəyinə inandıqlarını əsas gətirərək iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər, cavabdeh müəssisə isə iddiaya etirazını bir illik iddia müddətinin ötürülməsi ilə əsaslandırmışdır. Məhkəmə tərəflərin dəlillərinə, onların qarşılıqlı münasibətlərinə, mülki işin hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlib ki, iddia tələbləri qismən əsaslı hesab edilməli, hər bir iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 %-i məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Mülki iş üzrə təqdim edilmiş sübutlardan göründüyü kimi, iddiaçılara gecə növbəsində və bayram günlərində işlədiklərinə görə əlavələr ilk dəfə ixtisar edildikləri tarixdən öncəki qısa bir dövr üzrə hesablanaraq verilmişdir, əvvəlki dövrə görə əlavələrin ödənilmədiyi iddiaçılar tərəfindən birmənalı olaraq məhz həmin tarixdə aşkar edilmişdir. Bundan əvvəl həmin əlavələri tələb edən iddiaçılara hər dəfə güvənverici məlumatlar verilmiş, əlavələr yuxarıda qeyd edildiyi kimi yalnız 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayları üzrə bir il ödənildikdən sonra iddiaçılar xx.xx.2023-cü il tarixdən ştatların ixtisar edilməsi ilə əlaqədar işdən azad edilmişdir. İddia müddətinin həmin bir il nəzərə alınmaqla tətbiqinin işçilərdən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olan işəgötürən tərəfindən tələb edilməsi, bununla da digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsinin hüquqdan sui-istifadə xarakteri daşıması, eyni zamanda iddiaçılardan bəziləri tərəfindən mediasiya prosesinə xx.xx.2023-cü il tarixədək, digər iddiaçılar tərəfindən isə həmin tarixdən bir ay keçmədən başlanması və sonunculara münasibətdə müddətin üzrlü hesab olunaraq bərpa edilməsinin əsaslı olması, tərəflərin mediasiya prosesində və məhkəmə baxışı gedişində mübahisəni sülh yolu ilə həll etmək üçün səy göstərməsi halları nəzərə alınaraq, iddia müddətinin xx.xx.2021-ci il tarixədək olan dövr üçün tətbiq edilməsi, iddiaçılara xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan bir illik dövrdə faktiki işlədikləri bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 %-i məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qanuni və ədalətli hesab olunmalıdır.
Apellyasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətlərinin dəlilləri
10. İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı6, İddiaçı2 (nümayəndəsi və vəkili Nümayəndə) iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdıqları apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilib iddia tələbinin həmin hissədə də təmin olunmasını xahiş etmişlər.
11. Cavabdeh "xxxx" MMC (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək şikayətində göstərib ki, iddiaçılar məhkəmə çıxışları zamanı dəfələrlə etiraf etmişlər ki, bu cür ödənişlərin edilmədiyi ilə bağlı 2018-2019-cu illərdən (bəzi işçilər hətta daha öncəki illərdə bu məsələni öz rəhbərləri qarşısında qaldırmışdır) məlumatlı idilər və bu barədə öz birbaşa rəhbərləri vasitəsilə Zavodun rəhbərliyinə müraciət etmişlər. Təəssüf ki, iddiaçıların bu barədə çıxışı birinci instansiya məhkəməsi tərəfindən protokola qeyd edilməmiş və məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid gecə növbəsi və bayram günlərində işləməyə görə əlavələrin 2022-ci ilin iyul ayından başlayaraq ödənilməsi ilə bağlı bildirmişdir ki, əvvəlki illərə görə ödənişlərin edilməsi haqqında işçilərə heç bir zaman vədlər verilməmişdir. Məhz bunu nəzərə alaraq, güvənverici məlumatların verilməsi hissəsində məhkəmənin gəldiyi qənaətlə razılaşmırlar. Nəzarət bölməsinin ixtisarı tamamilə xərclərin optimallaşdırılması məqsədi daşıyır və əlavələrin 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayları üzrə bir il ödənildikdən sonra işçilərin xx.xx.2023-cü il tarixdən işdən azad edilməsi tamamilə təsadüfdür. Üzərində dayanaraq vurğulayır ki, iddia müddətinin tətbiqinin məhkəmədən xahiş edilməsi, hüquqlarından sui-istifadə kimi qiymətləndirilməməlidir; Məhkəmə qətnaməsində də göstərildiyi kimi, mediasiya prosesinin tətbiqi barədə təkliflər cavabdehə Bakı 13 saylı Mediasiya Təşkilatı vasitəsilə İddiaçı1 tərəfindən xx.xx.2023-cü il tarixdə; İddiaçı4 tərəfindən xx.xx.2023-cü il tarixdə; İddiaçı3 tərəfindən xx.xx.2023-cü il tarixdə; İddiaçı2 tərəfindən xx.xx.2023-cü il tarixdə; İddiaçı5 tərəfindən xx.xx.2023-cü il tarixdə; İddiaçı6 tərəfindən xx.xx.2023-cü il tarixdə; İddiaçı7 tərəfindən xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Yuxarıda qeyd olunan tarixləri əsas götürərək İddiaçı6, İddiaçı5, İddiaçı2 və İddiaçı7 münasibətdə iddia müddətinin ötürülməsini nəzərə alaraq, iddia tələbi tamamilə rədd edilməli idi. Müddətin ötürülməsi ilə bağlı tərəflərin nümayəndə və vəkili heç bir üzrlü səbəb gətirmədiyi, yalnız əsaslandırılmamış bir məktub verdiyi halda Qaradağ Rayon Məhkəməsi tərəfindən müddətin ötürülməsinin üzrlü hesab olunaraq bərpa edilməsini əsaslı deyildir. Belə ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.6-cı maddəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda, məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddiaçı tərəf isə müddətin ötürülməsi ilə bağlı yuxarıda qeyd olunan səbəblərdən heç biri ilə bağlı əsaslandırılmış sənəd və ya sübut təqdim etməmişdir. Məhkəmənin “mediasiya prosesinə digər iddiaçılar tərəfindən isə həmin tarixdən (xx.xx.2022-ci il tarixindən) bir ay keçmədən başlanması və sonunculara münasibətdə müddətin üzrlü hesab olunaraq bərpa edilməsinin əsaslı olması” (səhifə 14) yanaşmasının hər hansı qanuni əsası yoxdur. İddiaçı1, İddiaçı4 və İddiaçı3 tərəfindən də iddia tələblərinin 2022-ci ilin iyul ayından öncəki ödənişlər olduğunu nəzərə alaraq onlar da iddia müddətini ötürmüşlər. Ötürmüş hesab olunmasaydılar belə, əmək haqqı və əmək haqqına əlavələrin aylıq əsasda ödənilməli ödənişlər olduğunu, heç bir halda ilsonu və ya hansısa müddətin, dövrün sonunda birgə ödənilməli olmadığını nəzərə alaraq, onların ən yaxşı halda, bir aylıq, yəni, 2022-ci ilin iyul ayının əmək haqqı ödənişləri ilə bağlı tələbi ola bilərdi ki, əslində iyul ayının əmək haqqısı da qanunvericiliyə uyğun qaydada ödənilmişdir. Bundan əvvəlki aylar və illərə münasibətdə isə bu müddət istənilən halda ötürülmüş hesab edilməli idi; Qaradağ Rayon Məhkəməsi qətnaməsində ödənişlərin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün hesablanmış məbləğin 1 (bir) faizi həcmində ödəncin edilməsi hissəsində də qeyri-müəyyənliyə yol verilmişdir. Belə ki, həmin ödəncin hansı tarixədək hesablanıb ödənilməsi məsələsi sual doğurur. Qeyd olunur ki, iddiaçılarla zavod arasında hər hansı anlaşmazlıq və aydın olmayan hal nə işçinin işə qəbulu zamanı, nə də əmək müqaviləsinə xitam verilən zaman mövcud olmamışdır. İddia ilə bağlı cavabdehin mövqeyi Konstitusiya Məhkəməsinin də xüsusi olaraq vurğuladığı və aidiyyəti bütün qanunvericilik aktlarında sadalanan və birbaşa müəyyən edilmiş kəsici müddətlərə əsaslanır. Müvafiq tələb üzrə iddia müddətinin buraxıldığı açıq aydın faktdır və iddiaçılar tərəfdən bunun tərsini sübut edəcək hər hansı təsdiqedici sənəd təqdim edilməyib.
b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, onların və İddiaçı6 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, eləcə də iddiaçılar İddiaçı5 və İddiaçı7 ayrıayrılıqda iddiaçıların apellyasiya şikayətini müdafiə edərək qətnamənin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini, cavabdeh tərəfin apellyasiya şikayətinin isə rədd edilərək qətnamənin cavabdehin mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanmasını xahiş etdilər.
13. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilib iddianın, eləcə də iddiaçıların apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Maddə 9, “e” bəndi: İş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Maddə 12, “a” və “b” bəndləri: Əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək və bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 97.1. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Maddə 99.1. İş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Maddə 102.1. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Maddə 102.2. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Maddə 109. Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. Maddə 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 157.3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Maddə 164.1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla. Maddə 166.1. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Maddə 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Maddə 178.1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007ci il tarixli Qərarında qeyd olunur ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub- olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011ci il tarixli Qərarında qeyd olunur ki, nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında qeyd olunur ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair» xx.xx.2023-cü il tarixli Qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş "hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
23. İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin iddia tələbinin təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
24. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
25. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
26. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissələrdə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
27. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia təmin edildiyi hissələrdə haqlı sayılır.
28. Tərəflər arasında əvvəllər əmək münasibətlərinin olması işin mübahisəsiz halıdır, yəni tərəflərin heç biri bu faktı mübahisələndirmir.
29. Mübahisələndirilən hal iddiaçıların iş vaxtından əlavə faktiki işlədikləri, lakin əvəzi ödənilməmiş gecə növbəsi və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin ödənilməməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilməsi ilə bağlıdır.
30. Əslində cavabdeh MMC də iddiaçıların gecə növbəsi və bayram günləri üzrə faktiki işlədiklərini və buna görə onlara əmək haqqının ödənilmədiyini qəbul edir və bunu hər hansı bir formada mübahisələndirmir. Yalnız iddiaçıların bu tələb üzrə Əmək Məcəlləsinin 296.4-cü maddəsi ilə nəzərdə tutulan 1 illik iddia müddətini ötürmələrinə görə iddianın rədd edilməsini istəyir.
31. İddiaçılar faktiki işlədikləri 2013-2022-ci illlər üzrə, yəni 8-9 il üçün əvəzi ödənilməmiş gecə növbəsinə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulmasını tələb ediblər. Ancaq birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq ümumən qeyd olunan dövrdə işlədiklərinə baxmayaraq yalnız bir il üçün, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədikləri bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini qət etmişdir. Demək ki, cavabdehin hüquqi müdafiə vasitəsi kimi iddia müddəti institutunun imkanlarından istifadə etməsi ona faydalı olmuşdur. Əks halda heç vaxt mübahisələndirmədiyi - iddiaçıların 8-9 il ərzində gecə növbəsində və bayram günlərində işlədiklərinə görə onlara əmək haqqına əlavələri ödəməyə borclu idi.
32. Çünki cavabdeh tərəfindən iddiaçılara gecə növbəsi və bayram günlərində işləməyə görə əlavələr 2022-ci ilin iyul ayından başlayaraq işdən azad edilənədək ödənilmişdir. Deməli əvvəlki illərə görə də ödənişlərin edilməsi haqqında işçilərə hər hansı bir vədlər verilib-verilməməsindən asılı olmayaraq əmək haqqına qeyd olunan əlavələr ödənilməli idi. Burada işəgötürənin iddiaçılara güvənverici məlumatların verilib-verilməməsi də cavabdehin apellyasiya şikayətini əsaslı etmir.
33. MMC-nin Nəzarət bölməsinin ixtisarının tamamilə xərclərin optimallaşdırılması məqsədi daşıdığını və əlavələrin 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayları üzrə bir il ödənildikdən sonra işçilərin xx.xx.2023-cü il tarixdən işdən azad edilməsinin tamamilə təsadüf olduğundan iddia müddətinin tətbiqinin məhkəmədən xahiş edilməsinin hüquqlarından sui-istifadə kimi qiymətləndirilməməli dəlili də əsaslı sayıla bilməz. Əlbətdə ki, işçilərin yaxud ştatların ixtisarı qanuni məqsəd daşıya bilir. Ancaq bu cür ixtisarın əlavələrin 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayları üzrə bir il ödənildikdən sonra işçilərin xx.xx.2023-cü il tarixdən işdən azad edilməsinin tamamilə təsadüf olması, o zaman inandırıcı və ağlabatan hesab edilə bilərdi ki, cavabdeh tərəf hazırki iddia üzrə hüquqi müdafiə vasitəsi kimi iddia müddəti institutunun imkanlarından istifadə etməmiş olardı, ancaq edib. Demək ki, bu cür vəziyyətdə “təsadüf”lük inandırıcı görünmür. Belə olmasa idi, işəgötürən bu illər ərzində iddiaçılara ödənilməli olan əlavələrin hansı səbəbə görə ödənilmədiyinə ən azından ciddi arqumentlərlə haqq qazandıra bilərdi. Ancaq cavabdeh heç bir arqument gətirmədən sadəcə iddiaçıların iddia müddətini ötürdüyünü əsas gətirərək iddianın tam rədd edilməsini arzulayır. Bu cür vəziyyət isə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyini təmin etmir. Çünki mənafelərin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanmır. Başqa sözlə, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. İddiaçılar da öz əməyi və zəhməti ilə iş yerində iş vaxtından artıq vaxtda da haqqı ödənilməklə çalışan şəxslər olub. Deməli əlavə əmək haqqını almaq hüququnu da işəgötürən təmin etməli idi, ancaq etməyib, qətnamə ilə razılaşmamaqla etmək istəmədiyni də nümayiş etdirmiş olur. 34.Qətnamədə ödənişlərin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün hesablanmış məbləğin 1 (bir) faizi həcmində ödəncin edilməsi hissəsində də qeyri-müəyyənliyə yol verilməmişdir. Belə ki, həmin ödəncin hansı tarixədək hesablanıb ödənilməsi məsələsi sual doğura bilməz. Çünki Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələbinə görə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Demək ki, qət edilən əmək haqqına əlavələrin ödənilməsi hansı tarixədək gecikdiriləcəksə hər gecikdirilmiş gün üçün də iddiaçılara azı bir faizi məbləğində ödənc verilməlidir. Gecikdirilmə dayandığı gün, başqa sözlə ödənclərin tam ödənildiyi gün gecikdirmə də aradan qalxmış olacaq.
35. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayətləri təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3102/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3102/2023 saylı, 22 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.