Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-236/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X4 və Cavabdeh2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5687/2018 saylı işi üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2016-ci il tarixli, 2426 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsinə, həmin müqaviləyə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3 ay müddətində 1689 ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğin 1 % miqdarında 30 günə görə 168 manat, qalan 60 günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% 675 manat, cəmi 2532 manat, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Subut qismində: alqı-satqı müqaviləsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, ödəniş cədvəli, zaminlik müqaviləsi və pretenziya təqdim edilmişdir (iş səh. 5, 9, 11, 12, 16-18). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5687/2018 nömrəli işi üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-ci il tarixli 2426 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, 1689 manat əsas borcun, 50 manat dəbbə pulu borcunun, cəmi 1739 manat məbləğində pul vəsaitinin, habelə məhkəmə xərcinə görə 30 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5687/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsini ləğv edib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2.4, 3.5-ci bəndlərinə, MPM-nin 77, 88, 104, 218, 357.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış, xx.xx.2016-cı il tarixli, 2426 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə olan borcunu dəqiq və vaxtlıvaxtında ödəmişlər. o, məsuliyyətini dərk edən vətəndaşdır. İddiaçı MMC ilə alqı-satqı müqaviləsi bağlayan və həmin müqavilə üzrə əsas borclu Cavabdeh1 barəsində təqsirləndirici şəxs qismində cinayət işi omuşdur. O, xx xxxxxxx 2017-ci il tarixindən həbs edilmişdir. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-166/2018 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli Hökmü ilə 8 il, 04 ay, 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhz buna görə əsas borclu Cavabdeh1 ödənişində müəyyən aylar gecikmələr oldu. xx.xx.2019-cu il tarixli 15006 nömrəli eksoert rəyinə əsasən, İddiaçı MMC-si ilə Cavabdeh1 Məhəmmədmədəli oğlu arasında bağlanmış xx xxxxxx 2016~cı il tarixli 2426 saylı alqı - satqı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 Məhəmmədmədəli oğlunun ümumilikdə “İddiaçı" MMC-nə olan borcu 22264,20 manat, o cümlədən; əsas borc üzrə 21476,0 manat; 1% görə cərimə borcu üzrə 112,60 manat: 2% görə cərimə borcu üzrə 675,60 manat: müəyyən olunur (səh 138). Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və İddiaçı MMC-nin nümayəndəsi X1 ekspert rəyinə etirazlarının olmadığını bildirdilər. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. xx.xx.2020-ci il tarixli 27163 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh1 tərəfindən İddiaçı MMC-yə ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, xx xxxxxx 2016-cı il tarixli 2426 saylı alqı-satqı müqaviləsinin şərtləri və ödəniş cədvəlinə (c.i.v - 9) əsasən Cavabdeh1 xx.xx.2017-ci il tarixə (iddia tarixinə) İddiaçı MMC-yə olan borcu 1444,00 manat (7319,00 qrafik üzrə ödənilməli - 5875.0 faktiki ödənilən) məbləğində əsas borc və 788,20 manat məbləğində cərimə müəyyən olunur, o cümlədən: əsas borc üzrə 1444,00 manat, cərimə 4.2 bəndi üzrə 112,60 manat, cərimə 4.3 bəndi üzrə 675,60 manat. Qeyd edilir ki, İddiaçı MMC tərəfindən sığorta haqqlarına silinən 1533,00 və 90.0 manat məbləğində pul vəsaiti məhkəmə tərəfindən ödəniş kimi nəzərə alındığı təqdirdə 179,00 manat məbləğində artıq ödəniş müəyyən olunur (səh.193). Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisə edilən hissədə MM-in 21,385, 442, 448.; MPM 14.2, 76.1, 76.2, 77.1, 80-82, 106.2, 119.1, 151, 216, 217.3, 217.4, 227, 233, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilsə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara uyğun gəlmədiyindən dəqiq olmayan nəticə hasil olunmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixli 27163 nömrəli ekspert rəyinə əsasən əsas borc üzrə 1444,00 manat müəyyən edildiyindən bu hissədə qeyd edilən məbləğə münasib qətnamə dəyişdirilməli, qalan hissədə (şikayət verən cavabdehə münasibətdə) əsaslar müəyyən edilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, ekspertiza xərci tərəflərdən müştərək qaydada tutulmalı, apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumuna görə məhkəmə xərci onu ödəyən şəxsə aid olmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5687/2018 saylı işi üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnamə dəyişdirilsin - xx.xx.2016-cı il tarixli 2426 saylı alqı-satqı müqaviləsi üzrə qət edilən 1689 manat əsas borcun məbləği dəyişdirilərək 1444 (min dörd yüz qırx dörd) manat məbləğində müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 170 (yüz yetmiş) manat məbləğdə pul vəsaiti İddiaçı MMC və cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-236/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-236/2020
04.06.2020 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver